Fənn-Nəql fenomeni



Yüklə 4,37 Mb.
tarix28.03.2022
ölçüsü4,37 Mb.
#84805
Nəql fenomeni

Fənn-Nəql fenomeni

  • Fakültə-QNM
  • Qrup-295.20
  • Müəllim-İsmayılov Qafar
  • Tələbə-Quliyev Vüsal
  • Mövzu-Neftin və qazın birgə nəqli

Plan

  • Maye və qazların nəql xüsusiyyətləri
  • Mayelərin əsas xüsusiyyətləri
  • Maye və qazların nəql xüsusiyyətləri


  • Maye və qazların fiziki-kimyəvi xassələri kimi onların nəql xüsusiyyətləri də müxtəlif olur. Qazlardan fərqli olaraq mayelərin daşınması üsulları çoxdur.
  • Daşınma üsulları
  • Dəmir yolu, su nəqliyyatı, hava yolu, avtomobillə daşına bilir.
  • Buna baxmayaraq həm mayelərin, həm təbii qazların ən yaxşı nəql üsulu onların boru kəmərləri ilə nəql olunmasıdır. Mayelərdən fərqli olaraq boru kəmərləri ilə nəql qazlar üçün yeganə nəql üsulu hesab edilir. Boru kəmərləri ilə maye və qazların nəqli daha təhlükəsiz və etibarlı hesab olunmaqla, ilin bütün vaxtlarında onların böyük həcmdə hətta uzaq məsafələrə az itkilərlə nəql olunmasına imkan verir.

Hal-hazırda maye və qazların boru kəmərləri, o cümlədən magistral kəmərlərlə nəqli geniş yayılmışdır. Azərbaycanın çoxlu sayda daxili neft və qaz kəmərləri ilə yanaşı fəaliyyətdə olan Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Ceyhan kimi ixrac neft kəmərləri, Bakı-Tiflis Ərzurum, TAP və TANAP kimi ixrac qaz kəmərləri mövcuddur. Bu kəmərlər Xəzər dənizinin Azərbaycan sektorunda istehsal olunan karbohidrogenlərin dünya bazarlarına çıxarmaqla ölkəmizin siyasi və iqtisadi baxımdan qüdrətini xeyli artırmışdır.


  • Nəql olunan mayenin növündən asılı olaraq boru kəmərləri
  • Neft
  • Su
  • Benzin
  • Kerosin
  • Mazut
  • Əgər qazın nəqli həyata keçirilirsə, boru kəməri qaz kəməri adlandırılır. Maye və qazın nəqlini həyata keçirən boru kəmərləri quruda və dənizdə çəkilməsindən, həmçinin nəql olunan məhsulun həcmindən asılı olaraq müxtəlif diametrli, qalınlıqlı və təzyiqli ola bilər. Dəniz şəraitində çəkilən sualtı boru kəmərlərinə qoyulan tələblər daha sərt olur.


  • Hal-hazırda maye qazların da boru kəmərləri ilə nəqlini həyata keçirən boru kəmərləri mövcuddur. Dəniz və digər ekstremal şəraitlərdə maye və qazın (məsələn dəniz yataqlarından çıxarılan neftin və qazın) birgə nəqlini həyata keçirən boru kəmərləri də mövcuddur. Ayrı-ayrı neft məhsullarını, həmçinin müxtəlif çeşidli neftlərin eyni vaxtda bir boru kəməri ilə nəqli üçün ardıcıl nəql üsulu da geniş yayılmışdır. Bundan başqa tərkibində parafin, qatran və asfalten birləşmələri olan yüksək özlülüklü, tez donan, ağır neftlərin nəqli üçün xüsusi nəql üsulları da mövcuddur. Bu üsullardan neftlərin qızdırılması ilə, hidronəql, yüngül neftlərlə qarışdırılmaqla, depressorlarla və qazla həll olmuş şəkildə boru kəmərləri ilə nəqlini göstərmək olar.



Neftin və onun məhsullarının boru kəmərləri ilə nəqli çox geniş yayılmışdır. Neft mədənlərində çıxarılan neftlərin hazırlanması və emal müəssisələrinə göndərilməsi texnoloji neft kəmərləri, xarici bazarlara çıxarılması isə ixrac neft kəmərləri ilə həyata keçirilir. Neftin emalından alınan məhsullar (benzin, kerosin, mazut və s.) da bir çox hallarda müxtəlif diametrli və uzunluqlu boru kəmərləri ilə bir yerdən başqa yerə nəql edilir.
  • Neft və neft məhsullarının boru kəmərləri ilə nəqli


Mayelərin sıxlığı və xüsusi çəkisi

  • Sıxlıq anlayışı mayenin əsas dinamiki göstəricisi olmaqla kütləsinin həcmdə paylanmasını ifadə edir. Bircinsli mayenin sıxlığı onun kütləsinin (m) həcminə (v) olan nisbəti, başqa sözlə vahid maye həcminin kütləsidir:

Bəzi mayelərin sıxlığı (atmosfer təzyiqində)

Mayelərin həcmi sıxılması və elastiklik modulu


Məlumdur ki, təzyiqin çoxalması ilə mayelərin həcmləri azlır və ya sıxılmaya məruz qalırlar.

Mayelərin təzyiqdən sıxılması həcmi sıxılma əmsalı ilə xarakterizə olunur və təzyiqin 1 Pa dəyişməsi zamanı onun həcminin nisbi dəyişməsini göstərir

Bəzi mayelər üçün həcmi sıxılma əmsalı


Mayelərin buxarlanması, qaynaması. Doymuş buxar elastikliyi

Maye molekullarının buxara keçməsi-buxarlanma, buxar molekullarının mayeyə keçməsi isə-kondensləşmə hadisəsi adlanır. Maye öz buxarı ilə müvazinət vəziyyətində ola bilər. Əgər maye uzun müddət qapalı qabda saxlanılarsa, belə müvazinət öz-özünə yaranır. Yəni, zaman keçdikcə mayedən buxar və əksinə buxardan mayeyə keçən molekulların sayı bərabər olur.

Bu zaman buxar doyur və verilmiş temperatura uyğun gələn təzyiq doymuş buxar elastikliyi adlanır.

Müxtəlif mayelər üçün doymuş buxar elastikliyi(Pa ilə)

“Soyuq” qaynama


Verilmiş temperaturda təzyiqin qiyməti doymuş buxar elastikliyindən kiçik olarsa, mayedə öz buxarı və ya həll olan qaz ilə doymuş qabarcıqlar əmələ gəlir və onlar mayedən çıxır. Bu hadisə «soyuq» qaynama adlanır.

Bəzi mayelərin və neftlərin normal şəraitdə hava və distillə edilmiş su sərhədindəki səthi gərilməsi


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə