Fənn: Pedoqogika Elmi rəhbər: Bəşirli Ülviyyə ixtisas: İngilis dili müəllimliyi Qrup: 202a tələbə: Süleymanova Rəqsanə Mövzu: Tərbiyə metodlari



Yüklə 420,4 Kb.
səhifə10/11
tarix15.05.2022
ölçüsü420,4 Kb.
#87087
1   2   3   4   5   6   7   8   9   10   11
Presentation (8)

Nəzarət qiymətləndirmə ilə tamamlanır. Tərbiyə işlərini qiymətləndirərkən müəyyən meyarlara əsaslanmaq lazımdır: şagirdlərin dünyagörüşü, ideya inamı və mövqeyi, davranış tərzi, intizamı, əməyə münasibəti, ünsiyyəti, kollektivdə mövqeyi, estetik və fiziki inkişafı, ictimai fəallığı və s.

  • Nəzarət qiymətləndirmə ilə tamamlanır. Tərbiyə işlərini qiymətləndirərkən müəyyən meyarlara əsaslanmaq lazımdır: şagirdlərin dünyagörüşü, ideya inamı və mövqeyi, davranış tərzi, intizamı, əməyə münasibəti, ünsiyyəti, kollektivdə mövqeyi, estetik və fiziki inkişafı, ictimai fəallığı və s.
  • Qiymətləndirmə zamanı şagirdlərin tərbiyə səviyyəsi ilə yanaşı, müəllimin tərbiyəçi kimi fəaliyyəti də təhlil olunub qiymətləndirilməlidir. Bu halda onun istifadə etdiyi tərbiyə metodları, onların optimallığı, müəllimin təşkilatçılığı, şagirdlərə fərdi yanaşma bacarığı, onlarla ünsiyyətinin xarakteri və s. nəzərə almaq lazımdır.
  • Tərbiyə işində müəllimin nəzarəti ilə yanaşı, şagirdləri də özünənəzarətə, özünütərbiyə və özünüqiymətləndirməyə cəlb etmək əhəmiyyətlidir. Tərbiyə prosesi o zaman səmərəli olur ki, müəllim şagirdlərdə özünütərbiyəyə tələbat formalaşdırsın.
  • Şagirdləri özünütərbiyəyə cəlb etmək üçün həm xarici təsirlərdən (tərbiyəçinin və kollektivin tələbi, yoldaşlıq tənqidi, böyüklərin və yoldaşların nümunəsi, yarış və s.), həm də daxili stimullardan (tələbat və maraqlardan) bacarıqla istifadə etmək lazımdır. Şagirdlərin özünütərbiyəsinə müəllim pedaqoji rəhbərliyi təmin etməli, onların özünütərbiyə metodlarına (özünütəhlil, şəxsi öhdəlik, özünənəzarət, özünüqiymətləndirmə və s.) yiyələnmələrinə kömək göstərməyə çalışmalıdır. Şagirdlərə özlərinə düzgün qiymət verməyi öyrətmək lazımdır. Yanlış (qeyri-adekvat) özünüqiymətləndirmə hallarının - özünə həqiqətdə olduğundan yuxarı və ya aşağı qiymət verməyin zərərini onlara başa salmaq da vacibdir.

Yüklə 420,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə