Fənn: Pedoqogika Elmi rəhbər: Bəşirli Ülviyyə ixtisas: İngilis dili müəllimliyi Qrup: 202a tələbə: Süleymanova Rəqsanə Mövzu: Tərbiyə metodlari


Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar



Yüklə 420,4 Kb.
səhifə11/11
tarix15.05.2022
ölçüsü420,4 Kb.
#87087
1   2   3   4   5   6   7   8   9   10   11
Presentation (8)

Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar.

  • Tərbiyə metodlarının təsnifatına müvafiq olaraq dolayı təsir priyomlarını dörd qrupa bölmək olar.
  • - Şüura təsir priyomları: təxirə salınmış söhbət, oxşar hadisənin şərhi, şagirdin intim hisslərinin fəallaşdırılması (məs., xəstə anasını sevindirmək üçün səylə oxumağa sövq edilməsi), tərbiyə prosesinə əlavə (nüfuzlu) şəxslərin daxil edilməsi, müəyyən keyfiyyəti aşılamaq üçün şagirdin mütaliəyə cəlb edilməsi, müəyyən məqamlarda tərbiyəvi məzmunlu atalar sözü, lətifə və xalq məsəllərindən istifadə edilməsi və s.
  • - Fəaliyyətin və şəxsi davranış təcrübəsinin təşkili priyomları: şagirdi maraqlı fəaliyyətə (tapşırıqlara) cəlb etmək, aşağı sinif şagirdləri üzərində hamilik işinə cəlb etmək, şagirdin gücünə inam bildirmək, xahiş etmək, kollektivin fərdə təsirini təşkil etmək ("partlayış" və ya "heyrətləndirmə" priyomu).
  • - Fəaliyyəti stimullaşdırma priyomları: təxirə salınmış cəza, qeyri-müəyyən ünvana yönələn danlaq (müəllim ad çəkmədən, ünvansız müəyyən qəbahəti tənqid edir, "günahkar" şəxs öz payını götürür).
  • - Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: şagirdə müəyyən işi yoxlamağı, hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti sinif iclasında müzakirə edib qiymətləndirmək və s.

Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, uşağın yaş və fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib (optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir. Yalnız bu şərtlə tərbiyədə uğur qazanmaq olar.

Diqqətiniz Üçün Minnətdaram
Yüklə 420,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə