Fənn:
Qida fiziologiyası
Tərtib etdi:
müəl., b.ü.f.d. BABAŞLI A.Ə.
MÜHAZİRƏ
12.
MÜXTƏLIF
QRUP
ƏHALİ
ÜÇÜN
DİFERENSİAL QİDALANMA
Plan:
1. Əhalinin müxtəlif yaş və peşə qruplarının qidalanmasının təşkili.
2. Uşaqların qidalanması.
3. Tələbələrin qidalanması.
4. İdmançıların qidalanması.
5. Zehni əməklə məşğul olan şəxslərin qidalanması.
6. Ahıl adamların qidalanması.
Əhalinin normal qidalanmasının elmi əsaslarının işlənib hazırlanması
mühüm sosial vəzifə olmaqla yanaşı, həm də mühüm tibbi əhəmiyyətli
məsələdir və ölkənin iqtisadi və səhiyyə sahələrində inkişäfının
səviyyəsini əks etdirən göstəricilərdən biridir. Bir sıra inkişaf etmiş
ölkələrdə bu problemə xüsusi diqqət yetirilir və onun elmi-praktiki
aspektlərinin hərtərəfli həlli istiqamətində xeyli işlər aparılır. Qidalanma
problemi və onun sosial-tibbi məsələləri ilə bilavasitə məşğul olan elmi-
tədqiqat müəssisələri arasında artıq qeyd edildiyi kimi, Rusiya (keçmiş
SSRİ) Tibb Elmləri Akademiyasının Qida İnstitutu mühüm yer tutur.
Əhalinin müxtəlif yaş və peşə qruplarının optimal qidalanmasına dair bu
institutun hazırladığı tövsiyyə və normativlər sosial və tibbi praktikada
geniş tətbiq edilə bilər.
Fiziologiyada, ələlxüsus yaş biokimyası və yaş fiziologiyasında fərdi
inkişaf prosesindən asılı olaraq insanın qidalara olan tələb və ehtiyacları
öyrənilir.
Bu məsələnin obyektiv həlli, ilk növbədə insanın həyat ömrünün düzgün
olaraq dövrlərə (faza, mərhələ) təsnif edilməsindən çox asılıdır. İnsan
orqanizmində yaşla əlaqədar baş verən biokimyəvi, fizioloji və morfoloji
dəyişiklikləri öyrənən mütəxəssislər (palentoloqlar və b.) insanın həyatda
bir neçə, müəyyən xüsusiyyətlərlə fərqlənən yaş dövrünü ayırd edirlər.
Aşağıda insanın əsas yaş dövrlərinin sistematikasına dair geniş yayılmış
fikirlərdən birini veririk. Amma yadda saxlamaq lazımdır ki, müxtəlif
alimlər tərəfındən tərtib edilmiş yaş xronologiyaları üst-üstə düşmür, bir-
birindən bəzi uyğunsuzluqlarına görə fərqlənirlər.
Qida fıziologiyası üçün insan həyatının uşaqlıq, məktəbəqədər, məktəb,
yeniyetməlik, cavan, yaşlı və qocalıq dövrləri daha çox əhəmiyyət kəsb
edir. Çünki, bu dövrlər orqanizmdə müəyyən funksiya və proseslərin
formalaşması, yetginləşməsi, böhran (kritik) və keçid vəziyyətlərində
dövran etməsi və nəhayət zəifləyib sönməsi ilə əlaqədardır. Qida
fıziologiyası keçid dövrlərinin və cinsdən asılı yaş xüsusiyyətlərinin
özünəməxsusluğunu da nəzərdə tutur.
2) Uşaqların qidalanması.
İnsanın uşaqlıq dövrü üçün intensiv böyümə və boyatma prosesləri
xarakterikdir. Bu dövrdə uşaq orqanizminin normal inkişafı və sağlamlığı
ən vacib şərtlərdən biridir. Uşaqlıq dövründə uşaqların ali sinir fəaliyyəti,
intellekti və aktiv hərəkətləri formalaşır, xarici mühitlə əlaqələri
zənginləşir, mühit-amillərinin qeyri-əlverişli təsirlərinə reaksiyaları
zənginləşir. Bir sözlə, uşaq orqanizminin böyümə və fəallığı yaşadığı
mühitə adaptasiyası və ona müdaxiləsinin, qurulma və energetik
proseslərinin yüksək səviyyələrdə həyata keçməsini tələb edir. Ona görə
də uşaqlıq dövründə rasional qidalanma bütün digər amillərdən daha
böyük əhəmiyyətlisi sayılır. Qeyd olunduğu kimi, uşaq orqanizmində,
əsas mübadilə və enerji məsrəfləri xeyli böyükdür, bu da əsas etibarilə
böyümə, bədən kütləsinin artması, əzələ işinin fəallaşması ilə əlaqədardır.
Uşaqlarda
assimilyator
(anabolik
sintetik)
proseslər
dissimilyator
(katabolik, deqrativ) proseslər üzərində dominantlıq edir. Erkən yaşda
orqanizmin quruluş və funksiyalarının düzgün formalaşması, həyat
fəaliyyəti üçün və digər biokimyəvi fızioloji parametrlərin təşəkkülü və
təzahürü üçün, şübhəsiz mənimsənilən qidanın əhəmiyyəti və keyfıyyəti
ilə sıx bağlıdır.
Böyüməkdə olan uşaq orqanizminin rasional qidalanmaya olan tələbləri,
yeniyetmə və ya yaşlı dövrlərdəki insan orqanizminin qidaya olan
tələblərindən xeyli fərqlənir. Bu tələblərin yerinə yetirilməməsi onun
böyümə və inkişafının pozulmasına səbəb olur. Ona görə də uşaqlıq
dövrü üçün qidalanma rasionlarının düzgün tərtib edilməsi sağlamlıq
nöqteyi-nəzərindən həmişə aktual məsələ olub və olaraq da qalır.
Qeyd edildiyi kimi, böyüyən orqanizmin toxuma və hüceyrələri,
orqanları və bütövlükdə bədənin qurulması və fəaliyyəti üçün zülallar
xüsusi əhəmiyyətə malikdirlər.
Uşaq orqanizminin zülala olan ehtiyaclarının düzgün müəyyən edilməsi
olduqca vacibdir, çünki, zülali maddələr tikinti və enerji materialı
olmaqla yanaşı, funksiyaların əsas daşıyıcısıdır. Orqanizmin azot balansı
kimi mühüm istiqamət göstəricisi də əsasən zülal və aminturşuların
mənimsənilməsi ilə əlaqədardır.
Qida rasionunda zülal çatışmazlığı və ya zülala görə qidanın az dəyərliyi
uşaq dietoloqlarını qayğılandıran əsas məsələlərdən biridir. Bu məsələnin
əhəmiyyəti ondan irəli gəlir ki, orqanizmdə zülal ehtiyatları olmur.
Zülallar orqanizmin böyümə fazasında yeni toxuma və hüceyrələrin
formalaşması üçün zəruridir. Uşağın yaşı nə qədər az olarsa, onun bədən
kütləsinin hər kiloqramı üçün bir o qədər çox zülal lazımdır. Belə ki, uşaq
orqanizminin inkişafı dövründə bədənin hər kq kütləsinə 5-5,5 q, 1-dən 3
yaşa qədər - 4,45 q, 4-dən 7 yaşa qədər 3,5-4 q, 8-dən 12 yaşa qədər - 3
q, 12-dən yuxan yaşlarda isə 2-2,5 q zülal tələb olunur. Oğlanlarda zülala
olan ehtiyac qızlardakından çoxdur.
Böyüyən orqanizmdə zülalların sintezi onların parçalanmasından
üstün olduğuna görə uşaqlarda azot balansı müsbət olur. Zülalın
optimal sutkalıq dozaları mövcuddur ki, bu dozalarda azotun
orqanizmdə maksimum saxlanması və ya retensiyası müşahidə edilir.
Məsələn: 1,5-dən 3 yaşa qədər maksimum retensiya 1 kq bədən
kütləsinə 4 q zülal düşdükcə qeyd olunur. Zülalın bu normadan yuxarı
artması orqanizmdə retensiya ilə müşaiyyət olunmur. Azotun
retensiyası təkcə qidadakı zülallardan deyil, həmçinin zülal, yağ və
karbohidratlar arasındakı nisbətlərdən də asılıdır. Ən əlverişli
retensiya qidada bu maddələrin miqdarca nisbəti 1:1:4 olduğu halda
müşahidə edilir. Ən vacibi odur ki, uşaqlar qida ilə kifayət qədər
əvəzolunmayan aminturşularını ala bilsin. Məsələn: böyüm və qanın
yaranmasına kömək edən lizin aminturşusunun sutkalıq optimal
miqdarı 3,2-4,8 q-a qədər, böyümə üçün zəruri olan triptofanın
miqdarı isə 1 q təşkil edir və s. 1-dən 3 yaşa qədər olan uşaqlarda qida
ilə mənimsənilən zülalın 75%-ə qədəri heyvanat mənşəli, 25%-ə
qədəri isə bitki mənşəli olmalıdır.
Yaş artdıqca sutkalıq qida rasionunda heyvanat mənşəli zülalların
miqdarı getdikcə azalmalıdır. Məsələn, 5 yaşında olan uşaqlarda hər iki
növ qida zülalının miqdarı bərabərləşməlidir. Yuxarı sinif şagirdləri və
tələbələr üçün müəyyən edilən qida rasionlarında yaşlılarda olduğu kimi
heyvanat mənşəli zülallar 30, bitki zülalları isə 70%-ə yaxın olmalıdır.
Uşaqlarda karbohidrat mübadiləsi intensiv gedir və bu orqanizmin şəkərə
olan böyük tələbatları ilə əlaqədardır. Eyni zamanda böyüyən orqanizmdə
karbohid-rat-ların yağ və zülallardan əmələ gəlməsi prosesləri zəif təmsil
olunmuşdur. Adətən, 1-dən 3 yaşa qədər olan uşaqların karbohidratlara
olan sutkalıq tələbatı 183 q, 4-don 7 yaşa qədər 288 q, 8-dən 13 yaşa
kimi 370 q, 14-dən 17 yaşa kimi 470 q təşkil edir.
Uşaq orqanizminin yağlara olan ehtiyacı yaş çox olduqca azalır. Belə ki,
4 yaşa qədər olan dövrdə hər kq çəkiyə 3,5-4 q, məktəbəqədər və məktəb
yaşlarında isə 2,0-2,5 q yağ tələb olunur.
Tədqiqatlar göstərmişdir ki, bu zaman yağa bənzər maddələrdən
fosfolipidlərin miqdarı artır. Bu halda yaşla əlaqədar olaraq qanda
xolesterinin, neytral yağların miqdarı artmağa başlayır.
Uşaqların müxtəlif mineral maddələrə olan tələbatları fərqlənir, belə ki,
onların qidasında Na, K və C1 az, Ca, P, N isə nisbətən bir neçə dəfə çox
olmalıdır. Uşaq orqanizminin kalsium və fosfora olan ehtiyacları xüsusilə
böyükdür, bu da onların sümük toxumasının, skeletinin intensiv inkişafı
ilə bağlıdır. Həyatın birinci ilində kalsiuma olan tələbat ikinci ilində
olduğundan 8 dəfə artıq olur. Məktəbəqədər və məktəb yaşlarında
orqanizmin kalsiuma olan sutkalıq tələbatı 0,68-2,36 mq/kq bədən
kütləsinə bərabərdir. Qanın hemoqlobinin tənəffüs funksiyası üçün dəmir
elementi vacibdir, uşaqlarda bu elementə sutkalıq tələbat 1-1,2 mq/kq
çəki qiyməti qədərdir.
Uşaq orqanizmində enerji sərfı yaşdan asılıdır və yaş artdıqca onun
qiyməti hər kq bədən kütləsinə görə hesablandıqda tədricən artır.
Aşağıdakı cədvəldə (cədvəl 1) uşaqlarda və yeniyetmələrdə hər kq bədən
kütləsinə görə yaşlılarla müqayisədə sutkalıq enerji sərfınin qiymətləri
verilmişdir (V.İ.Molçanova görə):
Yaş dövrü
Enerjinin sutkalıq sərfi, (kcoul ilə)
Uşaqlarda
2 - 6 yaşda
294-315
7-10 yaşda
252 - 294
11-15 yaşda
189-231
Yaşlılarda
147-168
Uşaqlarda enerjinin böyük hissəsi böyümə prosesinə sərf olunur. Bu
mənada yaş nə qədər kiçik olarsa, onun enerji məsrəfı də bir o qədər
yüksəkdir. Məsələn: 3 aylıq körpənin orqanizmi onda əmələ gələn
enerjinin 30%-ə qədərini, 9 aylıq uşaqda isə 21%-ə qədərini böyümə
prosesinə sərf edir.
3) Tələbələrin qidalanması.
Hesablamalara görə oğlan tələbələrin sutkalıq enerji ehtiyacı təxminən
3300 kkalori, qız tələbələrinki isə təxminən 2750 kkalori təşkil edir. Bu
iki cinsdən olan tələbələrin əsas qida maddələrinə olan sutkalıq tələbat
normaları müvafıq olaraq aşağıdakı kimi müəyyən edilmişdir: zülallar -
113 və 96 q, o cümlədən heyvani zülallar -68 və 58 q, yağlar - 106 və 90
q, o cümlədən bitki yağları - 32 və 27 q, karbohidratlar isə - 451 və 383
q.
Tələbələrin sağlamlığını və tədris prosesində zehni iş qabiliyyətini lazımi
səviyyədə saxlamaqdan ötrü tarazlaşdırılmış qidalanma, gündəlik qidanın
miqdarı və qida rejimləri arasındakı müddəalar mühüm rol oynayır.
Qəbul edilmiş normativlərə görə tələbə gündə dörd dəfə qidalanmalıdır.
Bəzi şəraitlərdə onun gündəlik rejimi ən azı üç və ya iki dəfə qidalanma
ilə məhdudlaşa bilər. Tədris prosesinin yükü və tələbənin yaşadığı şərait,
onun qidalanmasının təşkili məsələsində mütləq nəzərə alınmalıdır.
Tələbələrin
gündə
dörd
dəfə
qidalanmasında
kalorinin
düzgün
paylanmasına xüsusi fikir verilməlidir. Normativlərə görə birinci səhər
yeməyi sutkalıq kalorinin 15%-ni, ikinci səhər yeməyi 10%-ni, nahar
yeməyi 45%-ni, şam yeməyi isə 20%-ə qədərini təşkil etməlidir. Üç
dəfəlik qida rejimi olduqda isə səhər yeməyi sutkalıq kaloridə 30%,
günorta yeməyi 50%, şam yeməyi 20%-ə qədər olmalıdır. Yeməklərarası
fasilələrin müddətləri 6 saatdan çox olmamalıdır.
Texniki peşə məktəblərində oxuyan tələbələrin qidalanma rejimləri bir
qədər fərqlənə bilər. Cinsdən və təlim-tədris qaydalarından asılı olaraq
onların gündəlik yeməyinin ümumi kaloriliyi 3000 kkalori və ya daha
çox
olmalıdır.
Texniki-peşə
məktəbləri
şəbəkəsində
oxuyanların
qidasında müxtəlif zülalların, mineral elementlərin və vitaminlərin
zənginliyinə xüsusi fıkir verilməlidir.
4) İdmançıların qidalanması.
İdmançılar müxtəlif fiziki yükə daha tez-tez məruz qalan peşə adamları
qrupuna aiddirlər. Onların qidalanmasının xarakteri idman yükünün
intensivliyindən çox asılıdır. Kişi idmançılar üçün gərgin məşq və
yarışlar zamanı kaloriyə olan ehtiyaclar orta hesabla 4500-5000 kkalori,
qadın-idmançılar üçün 3500-4000 kkalori təşkil edir. İntensiv fıziki
idman məşqləri zamanı orqanizmin zülali maddələrə olan tələbatı artır ki,
bu təkcə bədəndə plastik mübadilənin ehtiyaclarının yüksəlməsilə deyil,
həmçinin əzələ hüceyrələrinin kütləsinin və onların iş qabiliyyətinin
artırılması zərurəti ilə əlaqədardır.
Qida zülalları idmançıların mərkəzi sinir sisteminin vəziyyətinə müsbət
təsir göstərir, orqanizmin yorğunluğunu azaldır. İdmançıların qida
rasionunda bədən kütləsinin hər kiloqramına düşən zülalın miqdarı
təxminən 2 qram olmalıdır, uzunmüddətli və intensiv idman məşqləri ilə
məşğul olan zaman isə, bu norma 2,5 qrama çatmalıdır.
İdmançıların qidasında yağların miqdarı hətta ən ağır fiziki məşqlər
zamanı xeyli dərəcədə məhdudlaşdırılmalıdır. Belə ki, rasionda qida
yağlarının
artıq
olması
qanın
kimyəvi
tərkibində
zərərli
keton
cisimciklərinin artmasına, qaraciyərdə yağ infıltrasiyasına səbob olur.
Kişi idmançılar üçün yarışlar və məşqlər zamanı tə'yin edilən yemoklərdə
145-161 qram yağın olması (onun 44-48 qramı bitki yağı olmaq şərtilə)
tövsiyə edilir. İdmançılar üçün qidada zülal və yağın nisbəti ən rasional
halda 1:0,7 kimi olmalıdır. İdmançının gündəlik qidasında bitki
yağlarının payı zəruri olaraq 25%-ə qədər çatmalıdır. Bitki yağlarında
tokoferolların olması əzələ işinin aktivliyinin artmasına səbəb olur.
İdmançılar külli miqdarda enerji sərf etdiyindən, tükənmiş enerjinin
yerini doldurmaq üçün qidada mobil enerji mənbəyi olan karbohidratların
səviyyəsinin kifayət qədər yüksək olmasına fıkir verilməlidir. İdmanın
bütün növləri karbohidratlara olan tələbatların artması ilə müşaiyət
olunur. Qanda şəkərin fızioloji səviyyəsini qoruyub saxlamaqdan ötrü,
xüsusilə də bunu qısamüddətli intensiv idman hərəkətləri zamanı təmin
etmək üçün, qidada mənimsənilən karbohidratların (qlyukoza və s.)
olmasına diqqət yetirilməlidir. Uzunmüddətli və gərgin idman fəaliyyəti
ilə məşğul olanların orqanizminə müntəzəm olaraq şəkərli maddələrin
yeridilməsi məsləhət görülür. Kişi idmançıların intensiv məşq və yarışlar
zamanı şəkərə olan tələbatı 600-700 qrama çata bilər. onların
tarazlaşdırılmış qida rasionunda zülal, yağ və şəkər nisbətləri 1:0,7:4
kimi olmalıdır.
İdmançıların qidasında vitaminlərin zəngin olması xüsusilə vacibdir.
Onların B
1
, B
12
və digər vitaminlərə olan yüksək tələbatları nəzərə
alınmalıdır. İdmançıların qidasında C vitamini 100-120 mq, B
1
vitamini
4,4-4,8 mq-a çatmalıdır. Gərgin əzələ fəaliyyəti ilə əlaqədar olaraq
idmançılarda asidoz reaksiyaları baş verə bilər. Bunu nəzərə alaraq
onların qidasında elə mineral duzların olmasına fıkir verilməlidir ki, bu
duzlar daha çox qələvi (əsası) reaksiya mühiti yarada bilsin. Süd və süd
məh-sul-ları,
meyvə-tərəvəz
məhsulları
bədəndə
oksidləşmə
reaksiyalarını azaldır, ona görə də idmançıların xörək çeşidlərində bu
məmulatların miqdarının müntəzəm olaraq yük-sək olması məsləhətdir.
İdmançıların fosfora və kalsiuma olan tələbatı yüksəkdir.
Onların qidasında müəyyən məhsulların, qidalı maddələrin, şirələrin
olması böyük əhəmiyyət kəsb edir. Sitrus meyvələri və digər meyvələr
idmançıların fıziki-əhval ruhiyyəsinə stimiləedici təsir göstərirlər.
İdmançılara xüsusi olaraq hazırlanmış alkoqolsuz içkilər, asan həzm
olunan konsentratlar, zülalla zəngin qidalar tövsiyə edilir. Onlar gündə 4
dəfədən az olmayaraq yüksək kalorili yeməklər qəbul etməlidirlər.
Qidalanma arası fasilələr 5 saatdan artıq olmamalıdır. İdmançıların
qidalanması cins, yaş, bədən kütləsi, fiziki yükün ağırlığı, ilin fəsli və
digər bu kimi göstəricilər nəzərə alınaraq təşkil olunmalıdır.
5) Zehni əməklə məşğul olan şəxslərin qidalanması.
Zehni (əqli) əməklə məşğul olan adamlar fıziki əməklə məşğul
olanlardan xeyli az enerji sərf edirlər. Bununla belə, onların sağlamlığı və
iş
qabiliyyəti
düzgün
qidalanmadan xeyli
dərəcədə asılıdır.
Bu
kateqoriyaya aid olan şəxslərin həyat tərzi adətən elə formalaşır ki,
onlarda əzələ işinin zəifliyi, lazım olandan artıq qidalanma, bədən
kütləsinin normadan yuxarı artması kimi mənfı hallar baş verir.
Zehni əməklə məşğul olan şəxslər üçün gündəlik qidalanma rasionları
tərtib edilərkən nəzərə almaq lazımdır ki, onların gündəlik qidasının
enerji qiyməti ən azı 2500-3400 kkaloriyə çatsın. Bu kateqoriyadan olan
adamlar gündə 78-91 q zülal, 83-100 q yağ, 330- 380 q karbohidrat qəbul
etməlidirlər.
Adətən, zehni əməklə məşğul olan adamlar ürək-damar xəstəliklərinə tez-
tez düçar olurlar və bu tip xəstəliklərin profılaktikası üçün qida rasionu
elə lipotrop maddələrlə (doymamış yağ turşuları, fosfatidlər, vitamin E və
s.) zəngin olmalıdır ki, onlar qidanın enerji göstəricilərini əks etdirməklə
yanaşı, həm də xəstəliklərin inkişafına ciddi surətdə mənfı təsir göstərmiş
olsunlar. Bütün bu halların baş verməsinin qarşısını almaq üçün, onların
gündəlik qida rasionu digər kateqoriyadan olan insanların qida
rasionundan əhəmiyyətli dərəcədə fərqli olmalıdır.
Əhalinin
bu
qrupunda
ürək-damar
xəstəlikləri
tez-tez
müşahidə
edildiyindən, onların qida rasionlarında qan damarlarının divarlarını
kirəcləndirən xolesterin kimi maddələr az olmalı, bəzi lipotrop (yağı
özünə hopduran) maddələr, məsələn: doymamış poliyağ turşuları,
fosfatidlər, E vitamini kifayət qədər olmalıdır. Bu qida rasionlarında
heyvani yağlar xeyli dərəcədə məhdud olmalıdır, çünki, adı çəkilən
şəxslərdə hərəkətlərin məhdudluğu (adinamiya) halları müntəzem şəkildə
baş verdiyindən, bu əvvəl-axır bədənin piylənməsinə ürək və tənəffüs
fəaliyyətinin zəifləməsinə gətirib çıxara bilər.
Zehni əməklə məşğul olan kişilərin gündəlik qidasında ayrı-ayrı
vitaminlərin normasi adi adamların qidasındakından yüksək olmalıdır.
Xüsusilə, B
1,
B
2
, B
6
, PP, C vitaminlərinin norma miqdarının yüksək
olmasına fikir verilməlidir. Bu maddələrin rasiondakı miqdarı müvafıq
olaraq 1,8-2,0 mq, 17-18 mq və 64-70 mq-a çatmalıdır.
6) Ahıl adamların qidalanması.
Əhalinin sayca böyük bir qrupunu bu kateqoriyadan olan adamlar təşkil
edir. Qocalma dövrünü yaşayan insanların orqanizmində maddələr
mübadiləsinin gedişi xeyli dərəcədə dəyişilir, onlarda dissimilyasiya
prosesləri üstünlük qazanır, or-qa-nizmin qida maddələrinə, mineral
duzlara və vitaminlərə olan tələbatları da kəskin dəyişikliklərə uğrayır.
Orqanizmdə degenerativ və atrofik proseslər baş verir.
Ahıl yaşlı adamlarda sutkalıq enerji məsrəfləri çox aşağı düşür.
Bu
onların orqanizmində - toxuma və hüceyrələrdə oksidləşmə-reduksiya
(bərpa) proseslərinin aşağı düşməsi ilə əlaqdardır. Bu qrup insanlar üçün
gündəlik qidanın orta kaloriliyinin 2100-2300 kkal olması məsləhətdir.
Onların qidasında lipotrop maddələrin və fızioloji aktiv maddələrin çox
olması zəruridir..
Qocaların qidasında mədə-bağırsaq kanalının işlənməsinə stimuləedici
təsir göstərən bitki qidasının, ələlxüsus sellülozanın olması vacib sayılır.
Onların orqanizmində hüceyrələrin tələf olması prosesləri sürətləndiyinə
görə,
qidalarında
bərpaedici
təsirə
malik,
bədəndə
hüceyrə
regenarasiyasına yardım edən maddələrin olması mühüm əhəmiyyət kəsb
edir. Hesablamalara və təcrübi müşahidələrə görə ahıl adamların
qidasında kifayət qədər zülal olmalıdır ki, bu toxumalarda hüceyrələrin
bərpa olunmasını təmin edə bilsin.
Onların qidalanma rejiminin düzgün tərtib edilməsi vacib şərtlərdən
biridir. Gündə 4 dəfə qidalanma onlar üçün normal hesab olunur. Qoca
kişilərin gündəlik qidasında ən azı 70-60 q, qoca qadınların gündəlik
qidasında isə 63-57q zülal olmalıdır. Bu halda heyvani zülalın miqdarı
30-55% təşkil etməlidir. Heyvani yağların da miqdarı nisbətən aşağı
olmalıdır, qocalar üçün çətin əriyən mal və qoyun yağları bir o qədər də
məsləhət görülmür, onlar üçün süd yağı daha faydalıdır. Onların gündəlik
qidasında bitki yağları üstünlük təşkil etməlidir.
Qidalarında asan mənimsənilən şəkərlərin hesabına karbohidratların
miqdarının aşağı olması vacibdir. 60 yaşdan yuxarı olan adamların
gündəlik
qidasına
sistematik
olaraq
meyvə-tərəvəz
və
taxıl
məhsullarından hazırlanmış xörəklərin və digər yeyinti məmulatlarının
daxil
olması
tövsiyə
edilir.
Qəbul
edilən
xörəklərdə
və
qida
məhsullarında bütün qruplardan olan vitaminlərin varlığı vacibdir.
Xüsusilə C vitamini bu yaşlarda orqanizm üçün olduqca zəruridir.
Qocaların gündəlik qidasında turşu xassəli mineral maddələrin, zəif
qələvi təbiətli mineral maddələrin çox olması vacib şərtdir.
Dostları ilə paylaş: |