Fənn: reologiyanin əsaslari müəllim: dosent. F. R. Zeynalova



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə1/31
tarix08.10.2017
ölçüsü0,87 Mb.
#3884
  1   2   3   4   5   6   7   8   9   ...   31


 

 



Fənn: REOLOGİYANIN ƏSASLARI 

Müəllim: dosent.F.R.Zeynalova 

 

 

MÜHAZİRƏ  1 

 

 Mühəndis reologiyasının əsas anlayışları və məqsədləri. 

 

 

Plan: 

 

 

1.Struktur-mexaniki xassələr nəyi öyrənir. 



 

2.Müxtəlif  proseslərin(fiziki-kimyəvi,  bioloji,mexaniki  və  s.  texnoloji  və 

idarəetmə   proseslərinə təsiri. 

 

3.Reoloji xassələrin öyrənilməsinin müxtəlif sahələrdə tətbiqi. 

 

4.Qida məhsulların müxtəlif amillərdən asıllıgı. 

 

5.Reologiyanın öyrəndiyi məsələlər. 

 

6.Deformasiya haqqında anlayış. 

 

7.Materialların müxtəlif reoloji xassələri. 

 

 

Məhsulun  bioloji  və  kimyəvi  tərkibi  (resepti)  və  struktur  quruluşundan  (məhsulun)  asılı 

olan  fiziki  xassələrin  bir  qrupu  onun  keyfiyyətinin  bəzi  mühüm  tərəfləri  haqqında  tam  təsəvvür 

yarada  bilər.  Bu  xassələrdə  olan  ən  kiçik  dəyişikliklər  kəmiyyətlərin  qiymətində  əhəmiyyətli 

dəyişikliklərə  səbəb  olur  ki,  onları  cihazlar  qeyd  edir.  Bu  zaman  xammalın  xassələri  hazır 

məhsulların əsas göstəricilərini qabaqcadan müəyyən edir. Belə göstəricilərin bir qrupuna struktur-

mexaniki (reoloji) xassələri aid etmək olar.   

Müxtəlif  ərzaq  materiallarının  emalı  zamanı,  fiziki-kimyəvi,  bioloji  və  mexaniki 

proseslərlə  müşayiət  olunur  ki,  onların  öyrənilməsi  istehsalın  texnoloji  proseslərinə  səmərəli  və 

obyektiv  reoloji  nəzarəti  və  idarəetməni  təşkil  etməyə  imkan  verir.  Yeyinti  sənayesində  aparılan 

proseslərin  bir  çoxu  dispers  sistemlərin,  suspenziyaların,  kolloid  məhlulların,    müxtəlif  elastik, 

plastik,  özlü  materialların  emalı  ilə  bağlıdır.  Reoloji  tədqiqatlar  qida  materiallarının  emalı  zamanı 

baş verən fiziki hadisələri daha dərindən öyrənməyə imkan verir. Reoloji xassələrdən yeni dizaynlı 



 

 



maşınların yaradılması və mövcud olan maşınların yenidən layihələndirilməsi, eləcə də avadanlıqlar 

üçün daha səmərəli iş rejiminin və istehsalın optimal texnoloji sxemlərinin seçilməsi üçün aparılan 

proseslərin  hesablanmasında  istifadə  edilə  bilər,  həmçinin,  maşınların,  aqreqatların,  istehsal 

sahələrinin  idarə  edilməsində,  məhsulun  keyfiyyətinə  avtomatlaşdırılmış  nəzarət  zamanı  nəzarət 

parametrləri  kimi  istifadə  edilir.  Reologiya  əlavələrin  daxil  edilməsi,  rejimlərin  və  mexaniki- 

texnoloji  üsulların  dəyişdirilməsi  yolu  ilə  ərzaqların  strukturu  və  keyfiyyətini  idarə  etməyə  imkan 

verir. 

Qida xammalının və məhsulların xassələri temperatur, rütubət, mexaniki təsirin miqdarı və 



müddəti  kimi  amillərdən,  eləcə  də  saxlama  müddəti,  daşınma,  məhsulun  alınma  üsulu  və  digər 

səbəblərdən asılıdır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Reologiya ‒ müxtəlif  cisimlərin deformasiyasını və axmasını öyrənən elmdir. «Reologiya» 

sözü yunanca «» sözündən götürülmüşdür, mənası «axma» deməkdir.  

Deformasiya  –  xarici  qüvvələrin  təsiri  altında,  temperaturun,  rütubətin  və  s.  dəyişilməsi 

zamanı,  cismin  formasının  və  xətti  ölçülərinin  dəyişməsidir.  Bu  zaman    molekul  və  hissəciklər 

cismin tamlığı pozulmadan bir-birinə keçirlər. Deformasiyanın həcmi və xarakteri xarici qüvvələrin 

tətbiqindən, cismin materialından və onun formasından asılıdır. 

«Materialların  müqaviməti»  kursundan  məlumdur  ki,  deformasiyanın  iki  növü  var:  a) 

qayıdan (elastik), yəni xarici qüvvənin təsiri kəsiləndən sonra yox olur; b) plastik (özlü), yəni xarici 

qüvvənin təsiri kəsiləndən sonra yox olmayan. Elastiki deformasiya zamanı mexaniki enerjinin bir 

hissəsi  istiliyə  çevrilir.  Bundan  başqa,  deformasiyaların  digər  bölgüsü  də  mövcuddur.  Məsələn, 

yükün    növünə  görə  yerdəyişmə  (şək.  1.1,  a),  biroxlu  (xətti)  (şək.  1.1,  b),  eləcə  də  ikioxlu  (yastı, 

düz) və həcmi ola bilər. 

Bu halda deformasiyalar aşağıdakı tənliklə hesablanır: 



 

 



.                                        

а





l



l



                                                        (1.1) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

а

 

 



 

 

 



 

б

 

 



 

Şək. 1.1. Materialların yüklənmə sxemi: 



а) yerdəyişmə; б) gərilmə 

 

Əgər müəyyən edilməmiş prosesdə deformasiya t zamanında dəyişirsə, bu halda gərginlik 



dərəcəsi (sürət qradienti) nəzərə alınır; müəyyən edilmiş prosesdə deformasiyanın dəyişməsi vahid 

zamanda daimidir.  

Bu  gərilmə-sıxılma   

  [s



–1

]  və  yerdəyişmə  zamanı,  «deformasiya  sürəti»  – 



  [s



–1

kəmiyyəti ilə xarakterizə edilir: 



 

dt

d



 



dt

d



 



 

 

 



(1.2) 

Əgər  yerdəyişmə  zamanı deformasiya  sonlu  qüvvələrin  təsiri  altında  fasiləsiz  və  daima 

artırsa, material axmağa başlayır. Sabit axın rejimi mənaca deformasiya dərəcəsinə oxşar olan sürət 

qradienti ilə xarakterizə olunur (şək.1.2): 

 

dy

du



,   


                     (1.3) 

 

burada: τ – yerdəyişmə gərginliyi, Pa; 



u – səth təbəqəsinin xətti sürəti, m/s; 

y – sürət vektoru üzrə təbəqənin koordinatı, m 

Reologiyada  iki  növ  axma  forması  vardır:  1.  Özlü 



axma  –  hər  hansı  kiçik  τ  yerdəyişməsi  zamanı  həqiqi  özlü 

τ 

а 

Δ

γ 

Δl/2 

Δl/2 



l 



dy 



u 

y 

du 

Şəkil 1.2. Materialın sabit axma 

rejiminin sxemi 



τ

 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə