Fənn sillabusu



Yüklə 88,91 Kb.
tarix08.10.2017
ölçüsü88,91 Kb.
növüMühazirə

Fənn sillabusu
Kafedra: Fizika, riyaziyyat və informatika

Fənnin adı: Fizika

  • Fənn haqqında məlumat:

Kodu:

Semestr:III

Fakultə: Təbiyyat

Ixtisas: Qida mməhsullarınnı texnologiyası və Kompüter mühəndisliyi

Tədris yükü (saat): 60saat

(o cümlədən 30 saat mühazirə, 15 saat seminar, 15 saat laboratoriya)

AKTS üzrə kredit: 2

Auditoriya N: 410 (fizika laboratoriyası )

Saat: V gün -1 ci 2 ci 3 cü saatlar (1 ci növbə)



Müəllim haqqında məlumat:

Adı, soyadı, dərəcəsi:



Bəşirov Mirnamik, Fizika riyaziyyat elmləri namizədi, dosent

Kafedranın ünvanı: Lənkəran Dövlət Universiteti, tədris korpusu İV mərtəbə

Məsləhət saatı: V gün 12-00

əlaqə mobil -051-8371728 ev (0171) 4 7092

E-mail ünvanı: mbashirov@mail.ru , mbashirov@rambler.ru, mbashirov@box.az

URL ünvan: “Fizika Sizin üçün” sayt- www.phys-for-you.narod.ru ,



ƏDƏBİYYAT VƏ MATERİALLAR:

1.   N.M.Mehtiyev. Ümumi fizika kursu. Bakı, Çaşıoğlu, 2010.

2.   Abdinov C.Ş., Axundova N.M., Cəfərova S.Z. Fizika. Bakı. 2007.

3.   N.M.Mehtiyev. Ümumi fizika kursu. Bakı, Çaşıoğlu, 2010.

4.   B.D.Əliyev, Q.T.Həsənov. Ümumi fizika kursu. Bakı, Çaşıoğlu, 2005.

5.   N.M.Qocayev. Ümumi fizika kursu. Optika. Bakı, 1998.

6.   M.H.Ramazanzadə. Fizika kursu. Bakı, Maarif, 1987.

7.   N.Ş.Məmmədzadə. Fizika. Bakı. Maarif. 1996.

8.   Y.Ş.Feyziyev, R.M.Rzayev. Ümumi fizika kursu. Bakı. 2001.

9.   Y.Q.Nurullayev, R.F.Babayeva, M.M.Tağıyev, Fizika praktikumu. Bakı, Çaşıoğlu, 2003.

10.  Т.И.Трофимова. Курс физики. М.: Высшая школа. 2003.

11.  И.В.Савельев. Курс общей физики. Т. III. М.: Наука. 1987.

12.  Д.В.Сивухин. Общий курс физики. Т.IV,V-1,V-2. М.: Высшая школа. 1987.

13.  А.А.Детлаф, Б.М.Яворский. Курс физики. Т. III. М.: Высшая школа. 1989.

14.  Э.В.Шпольский. Атомная физика. Т. I, II. М.: Наука. 1984.

KURS İŞİ - Bu fənn üzrə kurs işi nəzərdə tutulmayıb.

TƏCRÜBƏ - Bu fənn üzrə istehsal təcrübəsi nəzərdə tutulmayıb.


  • Tövsiyyə olunan dərsliklər və dərs vəsaitləri:

1. Савельев И.В. Общий курс физики. I, II, III т.т. М. 1989.

2. Friş S.A. Timoryeva A.N. Ümumi fizika kursu. I, II, III hissələr, 1962.

3. Qocayev N. M. Ümumi fizika kursu. Mexanika. Bakı,1978.

4. Xaйкин С.Э. Физические основы механики.М.,1971.

5. Ramazanzadə M. H. Fizika kursu. Bakı,1987.

6. Кикоин И.К. Кикоин А.К. молекулярная физика. М.,1963.

7. Kalaşnikov S. Q. Elektrik bəhsi. Bakı,1980.

8. Грабовский Р.И. Курс физики. М. 2007

9. V.Nəsirov, G.Aslanov Elektrik və maqnetizm “Adiloğlu” Bakı 2008

10. Ümumi fizika kursu A.Mehrabov 2002

11. T.Əzizov Fizikadan mühazirə kursu (4 hissə) 2003-2006

12. Əmiraslanov A. Fizikadan laboratoriya praktikumu 1989

13. Xudaverdiyev H Ümumi fizikadan laboratoriya məşğələlərinə rəhbərlik


  • Fənnin təsviri və məqsədi:

tələbələrə fizikanın əsas prinsip və qanunları, onların riyazi ifadələri haqqqında məlumat vermək, əsas fiziki hadisələr, onların müşahidə və tədqiqatmetodları ilə tanış etmək, fiziki ideyalarıdüzgün ifadə etməyi, fizikiməsələləri həll etməyi, fiziki kəmiyyətlərin tətbiqini qiymətləndirməyi,öyrənmək, tələbələrə fiziki model və nəzəriyyələrintətbiq hüdudları haqqında aydın təsəvvür vermək:

tələbələrə müyyən eksperimental ( təcrübi) iş vərdişlərini aşılamaq, onları fiziki kəmiyyətlərin dəqiq ölçü üsulları ilə, əsas fiziki cihazlar və təcrübi nəticələrin sadə işlənməsi metodları ilə tanış etmək, laborator işlərinin aparılmasında nəticələrin qiymətləndirilməsi, xətaların hesablanması, qiymətləndirilməsi kimi bacarıqların aşılanması

elmi texniki tərəqqinin inkişafında fizikanın rolu haqqında düzgün təsəvvür yaratmaq, tələbələrdə elmi texniki və digər tətbiqi məsələlərin həllinə maraq oyatmaq, habelə müəyyən bacarıq vəvərdişlərin aşılayaraq inkişaf etdirmək.


  • Davamiyyətə verilən tələblər:

kredit sistemi ilə 10 bal, -dərsə gecikmək olmaz, - gecikən tələbələrə qaib yazılır. ümumi yükün 10% nə kimi 1 bal, 20% nə kimi 2 bal ..bu formada davamiyyət balı azalır.

Qiymətləndirmə:

gündəlik sorğuya görə-seminar və mühazirədə iştiraka görə-laboratoriya işlərinin düzgün yerinə yetirilməsinə və təhvil verilməsinə görə-ev tapşırıqlarına görə-sərbəst işlərə görə-kollokviumlara görə

imtahana görə.


  • Davranış qaydalarının pozulması halları olduqda:

  • Dərsə gecikən tələbələr qaib alır.

  • Tələbələr Universitetin təyin etdiyi daxili intizam qaydalarını gözləməli, bir birinə hörmətlə yanaşmalı və dərsin gedişinə mane olmamalı, tələbə kimi dərsin gedişinin normal təşkilinə maraqlı olmalıdır

  • Dərs vaxtı texniki avadanlıqlardan (mobil telefon, kalkulyator, kompüter və s.) istənilən formada istifadə, dərs zamanı yemek yemək, digər tələbələrlə danışaraq dərsin gedişionə mane olmaq - dərsi pozma kimi hesab edilir və belə tələbə auditoriyadan kənarlaşdırılır.



  • Dərsə, verilən tapşırıqlara məsuliyyətlə yanaşmalı, vaxtinda yerinə yetirilməsinə çalışmalı, seminar və laboratoriya işlərinə hazır gəlməli, dərs zamanı qrup yoldaşlarının fikirlərinə diqqətlil olmalı, dinləməli, öz münasibtətini müasir tələb olunan formada bildirməlidir


8. Təqvim planı:

Mühazirə 30 saat



NN

Keçirilən mühazirə, seminar, laboratoriya və sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

1

Giriş. . Fizikanın əsas mövzusu və əsas tədqiqat obyekti.

2




2

Maddi nöqtənin kinematikası

2




3

Dinamika. Nyuton qanunları

2




4

Elastik və cazibə qüvvəsi

2




5

İş. Müxtəlif qüvvələri işi. Güc

2




6

Enerji. Enerjinin saxlanma qanunu

2




7

Hidrostatika və hidrodinamika

2




8

Real mayelərin axını

2




9

Qazların kinetik nəzəriyyəsi..

2




10

Real qazlar

2




11

Statistik paylanmalar

2




12

Termodinamikanın qanunları.

2




13

Termodinamikanın II qanunu

2




14

Elektrostatika

2




15

Elektrik tutumu. Kondensatorlar

2




Seminar 15 saat

NN

Keçirilən mühazirə, seminar-məşğələ, laboratoriya və sərbəst mövzuların məzmunu seminar – məşğələ mövzuları

saat

tarix

1

Düzxətli hərəkətin kinematikası bölməsinə aid məsələ həlli

2




2

Əyrixətli hərəkətin kinematikası bölməsinə aid məsələ həlli

2




3

İmpulsun saxlanma qanunu mövzusunda məsələ həlli

2




4

Enerjinin saxlanma qanunu mövzusunda məsələ həlli

2




5

Molekulyar fizika mövzusunda məsələ həlli

2




6

Termodinamika bölməsinə aid məsələ həlli

2




7

Elektrostatika bölməsin aid məsələ həlli

2




8

Elektrik sahələrinin hesablanmasına aid məsələ həlli

1




Laboratoaiya 15 saat

NN

Keçirilən mühazirə, seminar, laboratoriya və sərbəst mövzuların məzmunu

seminar mövzuları

saat

tarix

1

Laboratoriya işlərinin verilməsi, yerinə yetirilmə, nəticələrin və xətaların hesablanma qaydaları

2




2

Riyazi rəqqas vasitəsi ilə ağırlıq qüvvəsinin təcilinin təyini

2




3

Yaylı rəqqas vasitəsi ilə statik və dinamik üsulla sərtlik əmsalının təyini,

2




4

Üfiqi atılmış cismin sürətinin təyini

2




5

Maddənin sıxlığının təyini

2




6

Materialın elastiklik əmsalının təyini

2




7

Mayenin özlülük əmsalının təyini

2




8

Ümumi Hesabatların təhvil alınması

1



Mühazirə mövzuları üzrə açıqlama



Mövzu № 1

1. Giriş.2. Fizikanın əsas mövzusu və əsas tədqiqat obyekti.3. Fizikanın tədqiqat üsulları.

4. Fizika və texnika.5. Fiziki modellər (mexanikada).6. Skalyar və vektorial kəmiyyətlər.

Mövzu №2 Maddi nöqtənin kinematikası.

1. Hərəkətin təsnifatı.2. Maddi nöqtənin bərabər sürətli düzxətli hərəkəti.3. Düzxətli dəyişən hərəkət. Bərabərdəyişən hərəkət.4. Maddi nöqtənin əyrixətli hərəkətinin kinematikası.5. Bərk cismin fırlanma hərəkətinin kinematikası.

Mövzu № 3 Dinamika.

1. Nyutonun qanunları.2. İmpulsun saxlanma qanunu.3. Kütləsi dəyişən cismin hərəkət tənliyi.

4. Mexaniki qüvvələr:-. Sürtünmə qüvvələri (sükunət, sürüşmə, diyirlənmə və özlü sürtünmə);

-.

Mövzu № 4 4 Elastiki qüvvələr. Hük qanunu (deformasiyalar);-. Cazibə qüvvəsi. Ümumdünya cazibə qanunu. 5. Klassik mexanikanın tətbiq olunma hüdudları.

Mövzu № 5 İş. Mexaniki iş və güc.1. Sabit və dəyişən qüvvənin işi.2. Ağırlıq qüvvəsinin gördüyü iş 3. Elastilik qüvvəsinin gördüyü iş. 4. Sürtünmə qüvvəsinin gördüyü iş.

Mövzu №6 5. Enerji. Kinetik və potensial enerji.

6. Enerjinin saxlanması qanunu.7. Kürələrin elastik və qeyri-elastik toqquşması.

Mövzu № 7 Hidrostatika və dinamika

1. Mayelərin xassələri . Mayelərin axını.2. Bernulli tənliyi. Torriçelli düsturu.

Mövzu № 8 3. Real maye axını. Özlüklük. Laminar və turbulent axın. Reynolds ədədi.

4. Real mayenin laminar axını.5. Puazeyl düsturu.6. Cismin maye daxilində hərəkəti. Stoks düsturu.

Mövzu № 9 Qazların kinetik nəzəriyyəsi.

1. Statistik fizika və termodinamika.Molekulyar kinetik təsəvvürlər.2. Termodinamik sistem və onun halı 3. İdeal qazın hal tənliyi.4. Kinetik nəzəriyyənin əsas tənliyi 5. Kinetik nəzəriyyənin əsas tənliyindən çıxan nəticələr.6. Sərbəstlik dərəcəsi.7. Enerjinin sərbəstlik dərəcəsinə görə paylanması.
Mövzu № 10 Real qazlar.

1. Qazların mayeləşməsi. Mayenin böhran halı. 2. Real qazların hal tənliyi. Van-der-Vaals tənliyi. Böhran nöqtəsi.
Mövzu № 11 Statistik paylanmalar:

3. Qaz molekullarının sürətə görə paylanması. Maksvel paylanması.4. Cazibə sahəsində olan qaz. Barometrik düstur.5. Bolsman paylanması.
Mövzu №12 Termodinamikanın qanunları.

1. Termodinamik sistemin daxili enerjisi.2. Həcmin dəyişməsi zamanı görülən iş.3. Termodinamikanın I-ci qanunu.4. İdeal qazın daxili enerjisi və istilik tutumu.5. Adabatik proses.. Puasson tənliyi.6. İzoproseslərdə qaz genişlənərkən gördüyü iş
Mövzu № 13 Termodinamikanın II- ci qanunu.

1. Dönən və dönməyən proseslər.2. Termodinamikanın II- ci qanunu.3. Karno tsikli.4. Entropiya.

5. Ideal qazın entropiyası.
Mövzu 14 Elektrostatika 1. Elektrik yükləri. Kulon qanunu.2. Elektrik sahəsi. Elektrik sahəsinin intensivliyi.3. Elektrik sahəsinin potensialı. Elektrik sahəsində görülən iş.4. Potensiallar fərqi ilə sahə intensivliyi arasında əlaqə.

5. İntensivlik vektorunun süli. Qauss teoremi.6. Elektrik dipolu. Dipolun elektrik sahəsi.
Mövzu № 15 . 7 Naqilləri elektrik tutumu. Kondensatorlar.8. Elektrik sahəsinin enerjisi.

9. Keçiricilər elektrik sahəsində.10. Dielektriklər elektrik sahəsində.

.
Əlavə hazırlıq üçün mövzular---

Köçürmə hadisələri.

1. Orta sərbəst qaçış məsafəsi. Molekulun effektiv diametri.2. Qazlarda köçürmə hadisələri. Köçürmə tənliyi.3. Diffuziya.4. İstilik keçirməsi.5. Daxili sürtünmə (Özlülük).

Fırlanma hərəkətinin dinamikası.

1. Bərk cismin müstəvi hərəkəti.2. Bərk cismin fırlanma hərəkəti dinamikasının əsas tənliyi. Ətalət momenti. İmpuls momenti.3. Şteyner teoremi. Bəzi cisimlərin ətalət momentləri.4. Impuls momentinin saxlanması qanunu.5. Fırlanan bərk cismin kinetik enerjisi.6. Kütlə mərkəzi. Ətalət mərkəzi.

Qeyri-ətalət hesablama sistemləri.

1. Ətalət qüvvələri.2. Mərkəzdənqacma ətalət qüvvəsi.3. Koriolis qüvvəsi.
Verilən mövzularin bir qismi əlavə mövzu kimi (tanışlıq üçün oxu), bir qismi isə müstəqil iş kimi təqdim olunacaqdır. Materiallar “Fizika Sizin üçün” www.phys-for-you.narod.ru internet saytda xüsusi ilə Lənkəran Dövlət Universitetinin tələbələri üçün ayrilmiş səhifədə elektron variantda verilmişdir. http://www.phys-for-you.narod.ru/ldu.htm
SƏRBƏST İŞLƏRİN MÖVZULARI VƏ TƏHVİL VERİLMƏSİNİN SON TARİXİ

Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plaqiat yolverilməzdir.



Mövzular

qeyd




Mexanikanın nisbilik prinsipi.

Qeyri–inersial sistemlər.

Kürələrin elastiki və qeyri–elastiki toqquşması.

Özlü mayenin hərəkəti.

Klassik mexanikanın tətbiqolunma hüdudları.

Riyazi və fiziki rəqqaslar.

Sönən və məcburi rəqslər.

Dalğa sürəti. Dalğa tənliyi.

Dopler effekti.

Səs dalğaları.

Molekulların sürətinin təyini. Ştern təcrübəsi.

Molekulların sürətlərinə görə Maksvell paylanması.

Barometrik düstur. Bolsman paylanması.

Termodinamikanın I qanunun müxtəlif izoproses-lərə tətbiqi.

Dairəvi proseslər. İstilik maşınları.

Dönən və dönməyən proseslər.

Karno dövrü.

Entrapiya.

Termodinamikanın II qanunun statistik mənası.

Molekulyar qüvvələr. Maddənin böhran halı.

Faza keçidləri. Üçqat nöqtə.

Mayelərdə daşınma hadisələri.

Kristal qəfəsin növləri. İzotrop və anizotropluq.

Bərk cisimlərin istilik xassələri.

Dipolun elektrik sahəsi.

Qauss teoreminin tətbiqləri.

Yüklənmiş sonsuz keçirici lövhənin elektrik sahəsi.

Bərabər yüklənmiş sferik səthin elektrik sahəsi.

Əks işarəli yükə malik iki paralel lövhənin elektrik sahəsi.

Yüklənmiş sonsuz silindrin elektrik sahəsi.

Dielektriklər elektrik sahəsində.

Dielektriklərin polyarlaşması.

Seqnetoelektriklər.

Pyezoelektriklər.

Kondensatorlar. Müstəvi kondensatorun tutumu.

Silindrik kondensatorun tutumu.

Kürəvi kondensatorun tutumu.

Kondensatorların birləşdirilməsi.



Tələbələr sərbəst işləri müəllimin verdiyi qaydaya əsasən həftəlik və ya aylıq olaraq təhvil verməlidir. Gecikdirilən sərbəst işlər təhvil alınmır.


Dərsin işlənmə forması

1. Dərslər müəllimin izahlarından və mövzu ətrafında interaktiv (qarşılıqlı) müzakirələrdən ibarət olacaqdır.

2. Keçilən dərslərin tezisləri sonra tələbələrə verilsə də, dərslərdə qeydlər götürmək olduqca vacibdir! Çünki bu tezislər dərslərdə izah, təhlil və müzakirə edilən məsələləri bütün dolğunluğuyla əks etdirməyəcəkdir.   

3. Dərslər azərbaycan dilində keçiləcəkdir. Lakin dərsdə sualları, imtahanda cavabları və nəhayət esseləri Azərbaycan, Rus və ya İngilis dilində  ifadə etmək olar.

4. Dərslərin mövzu ardıcıllığı iş planında göstərildiyi kimidir. 

5. Sərvbəst işlərdə azərbaycan, rus və ingilis dilində hazırlanıb təhvil verilə bilər. 

 Dərsə hazırlaşma forması

Dərslərə hazırlaşma forması aşağıdakı kimi tövsiyə olunur: 

1.Hər bir dərsdən qabaq növbəti dərsin mövzusuna uyğun oxumaq, mövzunu dərsə qədər müəyyən dərəcədə öyrənmək, əlavə .materialları dəftərə qeyd edib müəllimə göstərmək

2.Hər bir dərsdə diqqətli olmaq, diskussiyalarda aktiv iştirak etmək və qeydlər götürmək

3.Hər bir dərsdən sonra keçilmiş dərsdə danışılanları xatırlamaq, onları düşünmək və dərsdə götürülmüş qeydləri tamamlamaq lazımdır.

4.Dərslərdə ekspromt (bədahətən, meyxanavari) və assosiativ (ağla ilk gələn fikirlərlə) aktivlik göstərmək mümkün deyil. Buna görə də, hər bir dərsin mövzusuna qabaqcadan hazırlaşmaq lazımdır. Adi səviyyədə hazırcavablıq aktivlik balı sayılmayacaqdır!


QİYMƏTLƏNDİRMƏ:

Fənn üzrə krediti yığmaq üçün lazımı 100 balın toplanması aşağıdakı kimi olacaq.



50 bal – imtahana qədər O cümlədən:

10 bal – dərsə davamiyyət

20 bal – sərbəst iş

20 bal – seminar dərslərindən toplanılacaq ballardır.

Seminar ərzində 3 dəfə kollokvium keçiriləcəkdir (minimum 3). Kollokviumda iştirak etmədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.



50 bal – imtahanda toplanılacaq.

İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablardan suallar, düzgün cavabların suallarının ballarını silir.



Qeyd: İmtahanda minimum 17 bal toplanılmasa, imtahana qədər yığılan ballar toplanılmayacaq.

İmtahan və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir:



A - «Əla» -91-100 B - «Çox yaxşı» -81-90 C - «Yaxşı» -71-80 D - «Kafi» -61-70

E - «Qənaətbəxş» -51-60 F - «Qeyri-kafi» -51 baldan aşağı

  • Fənn üzrə tələblər, tapşırıqlar:

  1. Tələbələr dərsə verilən tapşırıqları hər gün həm mühazirəyə, həm seminara həmdə laborator məşğələyə hazır gəlməli,

  2. Dərslərdə fəal iştirak etməli,

  3. Seminarda müstəqil həll etmək üçün verilən məsələləri həll etməli, həll etməyə cəhd göstərməli

  4. Tapşırılan laboratoriya işlərini yazmalı, nəzəri olaraq hazırlaşmalı, işin gedişini və ardıcıllığını bilməli, təyin edəcəkləri və hesablayacaqları kəmiyyətlərin dusturunu, ifadənin çıxarılışını və xətaları cıxarmağı bacarmalıdırlar.

  5. Onlar fənnin tədrisinin sonunda fiziki nəzəriyyələr, qanunlar və qanunauyğunluqlar haqqında biliklərə malik olmalı,

  6. Qanunları ifadı edən riyazi münasibətəri, sadə təcrübər aparmağı, nəticələri hesablamağı, xətaları hesablanma metodlarını bilməlidir.

  7. Fiziki qanunları məsələ həllinə tətbiq etməyi bacarmalıdırlar.

  8. Dərsə davamiyyətə görə aldıqları qaiblar üçün referat təqdim etməlidirlər

  9. Marağa görə tələbələr əlavə iş təqdim edə bilərki, bu da onların qiymətləndirilməsində nəzərə alınacaqdır.

  10. Hər tələbə kurs müddətində 5 sərbəst iş yazıb təhvil verməlidir- sərbəst işin həcmi 2-3 kompüterdə yazılmış vərəq olmalıdır.

  11. Dərs müddətində mobil telefon və digər kompüter avadanlığından istənilən formada istifadə qəti qadağandır – bu formada dərsi pozmuş tələbələr dərsdən kənar edilir.

10. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi:

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə