FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə1/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
  1   2   3   4   5   6   7   8   9   ...   130
[kitabyurdu.org]-KY0000338



FƏNN: VERGİLƏR VƏ VERGİTUTMA
MÜHAZİRƏ MÜƏLLİMİ: İ.E.D. M.C.HÜSEYNOV 
Mövzu 1. Vergilərin yaranması və inkişaf tarixi
P L A N 
1. Vergilərin yaranma tarixi 
2. Qədim dövrlərdə (X əsrə qədər) Azərbaycanda vergilər 
3. X – XX əsrin əvvəllərində Azərbaycanda vergilər 
4. Azərbaycan Demokratik Respublikasında (1918 – 1920-ci illər) və 
Sovet dövründə vergilər 
5. Vergitutmanın nəzəriyyələri 
Ə d ə b i y y a t 
1. Azərbaycan Respublikasının Vergi məcəlləsi. Bakı, Qanun – 2009
2. F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, 
Z.H.Rzayev. Vergitumanın nəzəri və metodoloji əsasları. Dərslik. Bakı – 
2001.
3. F.Ə.Məmmədov, A.F.Musayev, M.M.Sadıqov, Y.A.Kəlbiyev, 
Z.H.Rzayev. Vergilər və vergitutma. Dərslik. Bakı – 2006. 
KitabYurdu.az 
1


1. Vergilərin yaranma tarixi 
 
Vergilərin tarixi bəşəriyyətin tarixi qədər qədimdir. Vergilər 
dövlətin maliyyə ehtiyatlarının yaradılmasının əsas mənbəyi olmaqla 
min illərdir ki, mövcuddur. Onlar dövlətin təşəkkül tapdığı və 
cəmiyyətin siniflərə bölündüyü andan iqtisadi münasibətlərin zəruri 
elementinə çevrilmişlər. İngilis iqtisadçısı S.Parkinsonun sözləri ilə 
desək, “Vergitutma dünyanın özü qədər qədimdir. Onun ilk forması hər 
hansı bir yerli hökmdarın çayın mənsəbinə, iki çayın qovuşduğu yerə və 
ya dağ keçidinə sədd çəkdiyi və tacir və səyyahlardan keçib getmək 
üçün haqq aldığı zaman yaranmışdır”.
Məğlub edilmiş xalqdan bac-xərac alınmasını vergitutmanın ilk 
forması hesab etmək olar. Məğlub edilmiş tərəfin bütün varidatı hərbi 
qənimət kimi qalib tərəfin əlinə keçirdi. Məğlub tərəf qaliblərin 
saxlanılması ilə bağlı olan xərcləri ödəməyi öz öhdəsinə götürürdü. 
Başqa sözlə, məğlublardan alınan varidat vergilərin ilk timsalıdır. 
Dinc dövrlərdə vergitutmanın ilk formasını qurban verilməsi hesab 
etmək olar. Qurban verilməsi əslində könüllü olmasına baxmayaraq 
qeyri-rəsmi olaraq məcburi xarakter daşımışdır. Hətta vergilərin bu ilkin 
formalarında belə onların əsas əlaməti – məcburi olması öz əksini 
tapmışdır. O dövrlərin vergilərində vergitutmanın daha bir elementi – 
vergi dərəcələri də müəyyənləşdirilmişdir. Məsələn, “Tövrət”də qeyd 
olunur ki, yer üzündə mövcud olan hər nə varsa, onların onda biri Allaha 
məxsusdur. Deməli, gəlirdən ilk vergi dərəcəsi 10% təşkil etmişdir.
Dövlət aparatının yaranması, ordunun formalaşması onların 
saxlanması üçün vergi tutulmasını zəruri edirdi. Qədim Misirdə vergilər 
dövlət başçısına məxsus torpaqlardan istifadəyə görə icarə haqqı 
şəklində tutulurdu. Bizim eradan əvvəl VII-VI əsrlərdə Qədim 
Yunanıstanda muzdlu ordunun saxlanılması, şəhər ətrafında qala 
divarlarının ucaldılması, körpülərin salınması, ehramların tikilməsi və s. 
məqsədlər üçün gəlirin onda biri həcmində vergilər müəyyən etmişdilər. 
Eyni zamanda, Qədim Dünyada vergitutmaya qarşı ciddi müqavimət də 
mövcud olmuşdur. Məsələn, Afinada hesab edirdilər ki, azad vətəndaşı 
quldan fərqləndirən əsas xüsusiyyətlərdən biri onun vergi ödəməkdən 
azad edilməsidir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə