FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə14/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   10   11   12   13   14   15   16   17   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
14


4. Azərbaycan Demokratik Respublikasında
(1918 – 1920-ci illər) və Sovet dövründə vergilər 
Azərbaycan Xalq Cümhuriyyət Hökumətinin büdcəsi aşağıdakı 
vergi növləri hesabına formalaşırdı: 
1. Birbaşa vergilər – torpaq vergisi, daşınmaz əmlak vergisi, dövlət 
gəlir vergisi, sənaye vergisi, kapital qoyuluşundan gəlir vergisi, hərbi 
mükəlləfiyyət vergisi, notarial vergi
2. Dolayı vergilər – tütün, papiros kağızları, şəkər, çay, ağ neft, 
benzin, kerosin, sürtkü yağlarından və digər neft məhsullarından tutulan 
vergi, gömrük rüsumu və gəlirləri; 
3. Möhür haqqı – məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından 
gəlirlər; 
4. Hökumət inhisarlarına aid vergilər – mədən gəliri, poçt gəliri
teleqraf 
gəliri, 
meşələrdən, balıq vətəgələrindən, pambıqçılıq 
təsərrüfatlarından gəlirlər; 
5. Dövlət dəmir yolundan gəlirlər – yük daşınmasından gələn 
gəlirlər. 
Bütün siyasi partiyalar, o cümlədən hökumət partiyası olan 
“Müsavat” da dolayı vergilərin ləğvi və mütərəqqi gəlir vergisinin tətbiq 
edilməsini istəsələr də, hökumət və parlament əlavə vəsait əldə edilməsi 
məqsədilə tez-tez dolayı vergilərin tətbiqinə məcbur olurdu. 1919-cu ilin 
əvvəlinədək dövlətin gəliri 600 mln. manat idi ki, bunun da 400 mln. 
manatı dolayı vergilərin, xüsusən neft məhsullarının payına düşürdü.
Vergi siyasətindəki vəziyyət bir də o səbəbdən ağırlaşmışdı ki, 
bütün yerlərdə vergilərin təyin edilməsi və yığılmasını həyata keçirən 
məsul struktur orqanlar yox idi, o zaman vergiləri qəza rəisləri yığırdılar. 
Maliyyə Nazirliyi nəzdindəki müvafiq vergi şöbəsi obyektiv səbəblərə 
görə vergi növlərinin və ölkə ərazisini bütünlüklə əhatə edə bilməmişdi. 
1919-cu il martın 17-də parlamentin qəbul etdiyi yeni qanuna 
əsasən yerlərdə vergi yığmaq hüququ üzvləri zemstvo yığıncaqları və 
icmalar tərəfindən seçilən gəlir vergisi üzrə quberniya və qəza idarə 
heyətlərinə verildi. Bundan əlavə, iyulun 16-da parlament Maliyyə 
Nazirliyi nəzdində vergi müfəttişi vəzifəsini təsis etdi, ona vergi 
müvəkkillərinin və vergi məntəqələrinin fəaliyyətini nəzarətində 
saxlamaq və təftiş etmək səlahiyyəti həvalə olundu. 
1920-1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan 
onun öz müstəqil vergi sistemi olmamışdır. Bu dövrdə Azərbaycan 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə