FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


torpaq  vergisi, tikililərə görə vergi, can vergisi və ya adambaşına vergi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə4/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   2   3   4   5   6   7   8   9   ...   130
[kitabyurdu.org]-KY0000338

torpaq 
vergisi, tikililərə görə vergi, can vergisi və ya adambaşına vergi, 
aksizlər, gömrük rüsumları, kommunal və yerli vergilər idi. 
Torpaq vergisi torpaqdan əldə olunmuş gəlirdən tutulurdu. 
Məsələn, İngiltərədə torpaq sahibləri özlərinin elan etdikləri gəlirlərinin 
10 faizi həcmində vergi ödəyirdilər. Rusiyada isə torpaq keyfiyyətinə və 
yerləşdiyi əraziyə görə dərəcələrə bölünürdü. Zadəgan torpaq sahibləri 
torpaqdan əldə etdikləri xalis gəlirin 20-25 faizi, ruhanilər isə 40-45 faizi 
həcmində vergi ödəyirdilər. 
Ən qədim və geniş yayılmış vergilərdən biri tikililərdən tutulan 
vergi idi. 
Tüstü 
vergisi adı altında bu vergi növü XX əsrə qədər mövcud 
olmuşdur. Orta əsrlərdə İngiltərədə tikililərdən onlardan çıxan tüstünün 
sayına görə iki şillinq vergi tutulardı. 
Can vergisi
və ya adambaşına düşən vergiyə torpaq və ya mülk 
sahibi olmayanlar, başqa sözlə, torpaq vergisi ödəməyənlər cəlb 
olunurdular. Roma istilası dövründə Avropada dullar və yetimlər bu 
vergini ödəməkdən azad edilirdilər. Həddi-buluğa çatmayanlar üçün 
vergini valideynləri, təhkimli kəndlilər üçün isə feodallar ödəyirdilər. 
KitabYurdu.az 
4


XIII əsrdə Fransada duza aksiz vergisi tətbiq edildi
. Buradan 
da aksiz vergisi anlayışı əvvəl Hollandiyaya, sonra İngiltərəyə, daha 
sonra isə digər Avropa ölkələrinə yayıldı. Adətən aksiz vergisinə 
alkoqollu içkilər və tütün məmulatları cəlb edilirdi. İngiltərədə isə 
Kromvelin dövründə bir sıra istehlak mallarına da aksiz vergisi tətbiq 
olunurdu. Adətən aksizlər idxal və ixrac olunan mallardan şəhər 
qapılarında tutulardı. Aksiz vergisinin dərəcəsi 5-25% arasında idi. 
Kommunal və yerli vergilər məqsədli xarakter daşıyırdı
və 
konkret ehtiyacın maliyyələşdirilməsinə xidmət edirdi. Fövqəladə 
vergilər isə zərurət yarandıqda, məsələn, müharibələrə hazırlıq zamanı 
tətbiq edilirdi. 
Qeyd etmək lazımdır ki, əksər tarixi hadisələr vergi konfliktləri 
nəticəsində yaranmışdır. Rus iqtisadçısı N.Turgenyevin (1789-1871) 
qeyd etdiyi kimi, “səfeh vergi sistemləri hollandların ispanlardan, 
isveçrəlilərin avstriyalılardan asılılığına son qoymuşdur”. Bu cür 
hadisələr daim hökmdarları vergi islahatları aparmağa vadar etmişdir. 
Bu nöqteyi-nəzərdən 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə