FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə5/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   2   3   4   5   6   7   8   9   ...   130
[kitabyurdu.org]-KY0000338

Səfəvi hökmdarı I Şah Abbası
(1571-1629) 
apardığı vergi islahatları diqqətə layiqdir. Onun fərmanı ilə 1598-99-cu 
ildən maldarlardan tutulan çobanbəyi vergisi, torpaq sahibləri və 
kəndlilərdən tutulan torpaq vergisi ləğv edildi. İsfahan şəhəri və onun 
ətrafı bir il müddətinə, 1623-cü ildə isə 3 il müddətinə bütün vergilərdən 
azad edildi. Osmanlı işğalından azad edilmiş Ordubad və Dərbənd 
şəhərlərinə vergi immuniteti hüququ verildi. İsfahan şəhəri və onun 
ətrafının hər cür vergilərdən azad edilməsi hal-hazırda geniş təşəkkül 
tapmış azad iqtisadi zonaları xatırladır. 
Demək olar ki, XVI – XVII əsrlərə qədər heç bir dövlətdə 
mütəşəkkil vergi sistemi olmamışdır. Hər yerdə vergi ödənişləri 
birdəfəlik xarakter daşımış, onların sayı və dərəcələri hökmdarların 
subyektiv rəyindən asılı olmuşdur. Roma imperatoru Tit Flavi Vespasian 
(9–79-cu illər) 
ayaqyoluna
vergi tətbiq etmişdir. Ondan “buna görə nə 
üçün vergi tutursan?” deyə soruşduqda, sonralar aforizmə çevrilmiş 
“pullar iy vermir” ifadəsini işlətmişdir. I Pyotrun tətbiq etdiyi üzdəniraq 
“saqqal”
vergisi də buna bir misaldır. 
Dövlətçiliyin 
inkişaf etməsi təsadüfi vergilərin aradan 
qaldırılmasını, 
elmi 
cəhətdən 
əsaslandırılmış 
vergitutmanın 
yaradılmasını tələb edirdi. XVII əsrin sonları XVIII əsrin əvvəllərində 
KitabYurdu.az 
5


özündə 
birbaşa və dolayı
vergiləri əks etdirən vergi sistemləri 
formalaşırdı. Avropa ölkələrində demokratik proseslərin inkişafı 
vergilərin daxil və tətbiq edilməsi məsələsində də öz əksini tapdı. 1791-
ci il Böyük Fransa inqilabından sonra vergiləri və büdcəni Fransa 
prlamenti təsdiq edirdi. 1689-cu ildə İngiltərədə “Hüquqlar haqqında 
Bill” (Bill – İngiltərədə və ABŞ-da parlamentin müzakirəsinə verilən 
qanun layihəsi) dövlətin bütün gəlir və xərclərini təsdiq etmək hüququnu 
səlahiyyətli dövlət orqanlarının ixtiyarına verdi. 
XIX əsrdən başlayaraq vergilərin inkişafında yeni bir mərhələ 
başladı. Məhz bu dövr vergilərin sayının azalması, onların tutulmasının 
hüquqi bazasının yaranması ilə xarakterizə olunurdu. Maliyyə elmi 
inkişaf etdikcə vergitutmanın da nəzəri problemləri təşəkkül tapırdı. 
İqtisadçılar vergilərin ölkənin iqtisadi vəziyyətinə təsir göstərmək 
üçün istifadə edilə bilməsi haqqında düşünməyə başladılar. İstehsalın 
inhisarçı inkişafı ilə əlqədar olaraq iqtisadiyyatın dövlət tənzimlənməsi 
birinci dərəcəli əhəmiyyət kəsb etməyə başladı. Bu dövrdə vergilər bir 
çox ölkələrin dövlət gəlirlərinin əsas mənbəyinə çevrilirdi. Məsələn, 
1880-ci ildə Böyük Britaniyada vergilər dövlət büdcəsinin gəlir 
hissəsinin 91 faizini, Rusiyada 81 faizini, 1906 – 1910-cu illərdə ABŞ-
da 91,2 faizini təşkil edirdi. İmperializmin təşəkkül tapdığı mərhələdə 
kəskin təbəqələşmə nəticəsində cəmiyyətin həddən artıq yoxsullara və 
varlılara bölünməsi hökumətləri elə qərarlar qəbul etməyə məcbur etdi 
ki, təbəqələşməni aradan qaldırmaq mümkün olmasa da, heç olmasa 
əhalinin ən yoxsul təbəqələrini onların həyat qabiliyyətini təmin edəcək 
səviyyəyə qaldırmağa imkan versin. 
Bunun da nəticəsində vergilərin rolu getdikcə artmağa başladı. 
Onlar dövlətin iqtisadi siyasətinin aləti kimi cəmiyyətdə bazar 
münasibətlərinin inkişafı ilə, hər şeydən əvvəl, müxtəlif qütblü gəlirləri 
olan şəxslərin gəlirlərini az da olsa bir-birinə yaxınlaşdırmaq 
baxımından daha çox əhəmiyyət kəsb etməyə başladılar. Bu zaman vergi 
yolu ilə yığılan pulların təkcə kəmiyyəti deyil, strukturu da dəyişməyə 
başladı. Əgər əsrin əvvələrində vergi ödəmələrinin əsas hissəsini (70-80 
faizini) dolayı vergilər təşkil edirdisə, dövlət tədricən ölkənin iqtisadi 
inkişafını nizamlama vasitəsi kimi birbaşa vergilər də inkişaf etdirmək 
məcburiyyəti ilə üzləşirdi. Yalnız Birinci Dünya Müharibəsindən sonra 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə