FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə7/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   2   3   4   5   6   7   8   9   10   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
7


Əhəmənilərin bu ərazilərdə yürütdükləri vergi siyasəti soyğunçu 
xarakter daşıyırdı. Hətta tarixi mənbələrdə göstərilir ki, əhəməni 
hökmdarı I Dara xacələrdən belə vergi tutarmış. Farslar hakim xalq kimi 
pul şəklində vergi ödəməkdən azad idilər. Digər xalqlar isə ümumilikdə 
hər il 7740 gümüş vavilon talantı məbləğində vergi ödəyirdilər. 
E.ə.334-cü ildə Makidonyalı İsgəndər Şərqə doğru yürüşə başladı 
və bir neçə illik müharibədən sonra Midiyanı işğal etdi İsgəndərin 
dövründə Urmiya gölü hövzəsində müstəqil padşahlıq mövcud idi. Bu, 
Azərbaycan, İrandilli ənənəyə görə isə Atropatena dövləti idi. 
Sonrakı dövrlərdə Azərbaycan Selevkilər, Parfiya dövlətlərinin 
işğalına məruz qalır. Selevkilər dövlətinin vergi sistemi kifayət qədər 
mürəkkəb idi. Kollektivlər (icmalar və şəhərlər) tərəfindən ödənilən 
foros
adlı vergi xüsusilə ağır idi. Çünki onun həcmi ilin məhsuldar olub-
olmamasından asılı olmayaraq dəyişməz qalırdı. Bundan başqa əhalidən 
can vergisi, müxtəlif növ rüsumlar yığılır, əmlakın başqasına verilməsi, 
qul alveri və s. fəaliyyət növlərinə görə vergi tutulurdu. Parfiya 
dövlətinin də vergi sistemi barədə olduqca az məlumat var. 
III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi 
Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna 
görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyüşçülər, 3) katiblər, 4) 
vergi verənlər. 
Vergi verənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini - 
əkinçiləri, sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. 
Bütün vergi verən zümrənin başında 
vastrioşansalar
dururdu. O, eyni 
zamanda maliyyə idarəsinin başçısı hesab olunurdu. 
Bütün vergi verənlər zümrəsi qezit adlanan can vergisi və 
fövqəladə vergilər ödəyirdilər. Kəndlilərdən xaraq adlanan torpaq 
vergisi tutulurdu. Kəndlilərin üzərinə bir sıra mükəlləfiyyətlər də 
qoyulmuşdu. Onlar irriqasiya qurğularının, qalaların və inzibati binaların 
tikintisinə cəlb edilirdilər. 
I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya 
alınırdı. Vergi vahidi 1/10 hektara bərabər olan 
qarib
sayılmağa başladı. 
Torpaq vergisinin miqdarı əkilən bitkinin xarakterindən asılı olaraq 
müxtəlif idi. Məsələn, bir qarib buğda və ya arpa sahəsində bir dirhəm, 
bir qarib üzümlükdən 8 dirhəm, bir qarib qarayonca sahəsində 7 dirhəm 
alınırdı. Dörd xurma palmasından və altı zeytun ağacından isə 1 dirhəm 
vergi tutulurdu. 
I Xosrovun dövründə əmlakın qədərindən asılı olaraq 20-50 yaşlı 
kişilərdən 12, 8, 6 və 4 dirhəm can vergisi müəyyən edilmişdi. Kübar 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə