FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə8/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   4   5   6   7   8   9   10   11   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
8


nəsillər, əyanlar, döyüşçülər, katiblər, kahinlər və məmurlar can 
vergisindən azad idilər. 
VII əsrin birinci yarısında Ərəbistan yarımadasında güclü bir 
feodal dövləti – Xilafət meydana gəldi. 633-651-ci illərdə Azərbaycan 
Xilafətə birləşdirildi. 
Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul-
idarəsi VIII əsrdə ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən 
torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi. 
Əsasən silah gücünə ələ keçirilmiş şimallı-cənublu Azərbaycanın 
tabe edilmiş əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali 
arasında bağlanmış müqavilələrlə tənzimlənirdi. Hər bir belə müqavilə 
başqa şərtlərlə yanaşı, birdəfəlik illik vergilərin ödənilməsi təəhhüdü 
haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun 
ixtiyarında saxlayırdı. 
Zimmi,
yəni başqa dinə mənsub yerli adam 
statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində 
qalır, torpaq vergisi – 
xəracla 
yanaşı, qeyri-müsəlmanların verdiyi can 
vergisi – 
cizyəni
də ödəyirdilər. 
Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: 
xüms 
– mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5-nə bərabər olan 
vergi; 
zəkat
– yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutlan 
vergi; 
zəkat əl-fitr
– orucluğun başa çatması münasibətilə verilən pay – 
fitrə, 
sədəqə
- yoxsullara verilən ianə
uşr 
– məhsulun 1/10-nə bərabər 
vergi. 
Xüms
– pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş 
əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya 
zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla 
hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan 
əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik 
məxaricdən çox olanda xüms ödənilməli idi. 
Zəkat
– ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və 
lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə 
qoyulurdu. Buğda və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün 
isə qora dövründə müəyyənləşdirilirdi. 
Zəkat əl-fitr
ildə bir dəfə, orucluq ayının başa çatması 
münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir 
üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun 
qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya 
və başqa məhsullara bərabər idi. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə