FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə9/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   5   6   7   8   9   10   11   12   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
9


Uşr 
hər il əkinçilik, heyvandarlıq , balıqçılıq məhsullarından 
satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa 
məhsullardan natura ilə alınan onda bir vergisi idi. 
Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə 
də vergi qoyulmuşdu. 
Bütün bunlar isə xilafətə qarşı mübarizə meyllərinin güclənməsinə 
səbəb olurdu. Belə bir şəraitdə Azərbaycanda Sacilər (889-942-ci illər) 
dövləti meydana gəldi. Bu dövlət 912-ci ilə qədər hər il xilafətin 
xəzinəsinə 120 min dinar xərac verirdi. 912-ci ildə Saci hökmdarı Yusif 
xilafətə xərac verməkdən imtina etdi və Azərbaycanın vilayətlərindən 
toplanan vergilər Sacilərin xəzinəsinə daxil olmağa başladı. 
Ümumilikdə Azərbaycandan toplanan xəracın məbləği o dövr üçün 
500 min dinar təşkil edirdi. (1 dinar = 15 dirhəm) 
3. X – XX əsrin əvvəllərində Azərbaycanda vergilər 
IX – XI əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf 
etmişdi. Torpaq mülkiyyəti forması olan mülk (və ya mülk torpaqları) 
xüsusi mülkiyyət idi, onu almaq, satmaq, irsən vermək, bağışlamaq, 
girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac, 
yəni yeni torpaq vergisi verirdi. 
Dövlətə məxsus, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara 
divani deyilirdi. Bu dövrdə şərti torpaq mülkləri – iqta sistemi inkişaf 
etməkdə idi. Zaman keçdikcə iqta torpaqları iqtidarların xüsusi 
mülkiyyətinə çevrildi. 
Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin 
mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən
camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.
Torpaqdan istifadə müqabilində kəndlidən alınan vergi 
uşr
və ya 
üşur
(onda bir), sonralar isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı-
ayrı adamlara verilən icazə kağızına qəbalə deyilirdi. Xərac toplayan 
vergi məmurları mütəqəbbil və ya amil, maliyyə müfəttişləri isə 
mütəsərrif adlanırdılar. Amillər xərracı özbaşına artırırdılar və bəzən 
məhsulun yarısı kəndlinin əlindən alınırdı. Xərac əvvəllər əsasən 
məhsulla alınırdı. Azərbaycan kəndliləri X – XI əsrlərdə xəracın 
müəyyən hissəsini pulla ödəyirdi. Bu, hələ o zaman Azərbaycanda 
əmtəə–pul münasibətlərinin inkişaf etdiyini göstərir. IX əsr tarixçiləri 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə