Fənnin adı: Biznesin təşkili və idarə edilməsi Mövzu



Yüklə 44,99 Kb.
tarix17.03.2022
ölçüsü44,99 Kb.
#84544
referat 2546


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Memarlıq və İnşaat Universiteti
Tikinti – İqtisad fakültəsi

Biznesin təşkili və idarə olunması kafedrası
Fənnin adı: Biznesin təşkili və idarə edilməsi
Mövzu : Biznes konsepsiyasının işlənib hazırlanması
Biznesin fəaliyyət sahəsi müxtəlifdir. Fəaliyyət sahəsi sahibkarın öz istəyi ilə təyin olunur. Onun təyini məsuliyyətli olduğundan bir neçə mərhələdə həyata keçirilir. İlkin bacarıq bilik, məharət və həyat təcrübələri qiymətləndirilir. Tədqiqatlar sübut edir ki, sahibkarlar öz fəaliyyətini daha yaxşı bildiyi sahə üzrə qurur.

Bundan başqa ayrı-ayrı sahələr üzrə müxtəlif hüquqi və maniyeləri araşdırıb, onları aradan qaldırmaq üçün tədbirlər həyata keçirmək lazımdır. (bunlar silah hazırlanması, narkotik və zəhərli maddələrin istehsalı və realizasiyası, spirtli və tütün məmulatların hazırlanması (istehsalı). Fəaliyyətin konkret növü xüsusi razılıq (lisenziya) aldıqdan sonra məşğul olmaq olar.

Öz fəaliyyətini qurarkən sırf iqtisadi xüsusiyyətləri də nəzərə almaq lazımdır (kapital qoyuluşu və səviyyəsi) fəaliyyət zonasında tələb və təklifi (konukturam) nəzərə almaq mütləqdir.

Biznes fəaliyyətinin qurulması bir qayda olaraq «boş bazarın» tapılması ilə də əlaqədardır. Xarici firmalar belə «boşluqlar»da öz fəaliyyətini qururlar və bütün hallarda müvəffəqiyyət qazanırlar.

Ümumiyyətlə tənəzzül və böhran həddinə çatmış sahələrdə fəaliyyətini davam etdirmək istəyən müəssisələr və biznesmenlər aşağıdakı strateji yanaşmalardan istifadə etməlidir.

1. Sahə daxilində ehtiyatda olan bazar seqmentlərini araşdırıb tapmağa və ondan səmərəli istifadəyə yönəlmiş strategiya işləmələri.

Bildiyimiz kimi hər bir tənəzzül edən sahədə bazar məsələləri tam həll edilmiş qalır. Oradakı «boşluğu» tapmaq, onu doldurmağa yönəlmiş fəaliyyət və məşğul olan müəssisə müflisləşməyə yox, inkişafa doğru irəliləmiş olar.

2. Bazara çıxarılan məhlulun keyfiyyətini yüksəltmək və daim onu təkmilləşdirmək üçün ciddi tədbirlər və tədqiqatlar aparmaq.

Buna hər şeydən əvvəl rəqib müəssisənin fəaliyyətini təhlil etmək, fərdi yanaşma yolu ilə təklif olunan malın keyfiyyətini yüksəltmək, çeşidi genişləndirməklə nail olmaq olar.

3. Çəkilən xərclərin azaldılması. Bunun həlli əmək məhsuldarlığını yüksəltmək və çəkilən xərclərin miqdarını azaltmaq olar.

Biznesin konsepsiyası (missiyası və fəaliyyət xətti) müəssisənin inkişafının və formalaşmasının ideologiyasını xarakterizə edir.

Onun hazırlanması fəaliyyət xəttinin formalaşmasına imkan verir. Səmərəli seçilmiş konsepsiya müəssisəyə qarşı müsbət fikir yaradır. Kollektivi konkret fəaliyyətə səfərbər edir. Bir sözlə konsepsiya – firmanın bütün rollarının çoxluğunu birləşdirən davranış xəttidir. Firma onsuz fəaliyyət göstərə bilməz.

Hər hansı dərəcədə konsepsiyada qeyri real ideyallar – nəticələr göstərir. Konsepsiyaya daxildir:

- biznesin məqsədlərinin müəyyənləşdirilməsi;

- fəaliyyət strategiyasının işlənməsi və ya məqsədlərə çatmaq üçün konkret yolların tapılması;

- qarşıda duran məqsədlərə praktiki nail olmaq vasitələrinin seçilməsi.

Konsepsiyanın işlənməsi, biznesin qurulmasında və inkişafında mühüm rol oynayır. Onun biznesə təsiri aşağıdakılarla təyin edilir:


  1. Konsepsiyanın işlənməsi prosesi böyük əhəmiyyət kəsb edir, çünki firmanın rəhbərliyinə onun fəaliyyətinin aşağıda olan amilləri hər tərəfli qiymətləndirməyə məcbur edir.

  2. Konsepsiyanın dərk edilməsi biznesin geniş panaramasını əldə etməyə kömək edir ki, bu da həm firmanın rəhbərliyinə və həm də heyyətinə baş verənlərə yaxından baxmaq imkanı yaradır. Bunsuz uzunmüddətli rəqabət qabiliyyətini və müvəffəqiyyətlərini təmin etmək ağlasığmazdır.

  3. Biznes firma daxilində və onun xaricində komunikasiyalar üçün böyük əhəmiyyətə malikdir.

Biznes konsepsiyası müəyyən amillərlə şərtlənir.

- tələbənin ödənilməsi dairəsi ilə;

- iştirakçıların sayı ilə;

- istehsal etdiyi məhsul ilə;

- firmanın rəqabət üstünlüyü ilə.

Biznes konsepsiyasının işləyib hazılayərkən müəssisənin fəaliyyətinin əsas xəttini istehlakçıların arzularından başlamaq lazımdır.

Fəaliyyət xətti həmişə əsas suala cavab verməlidir. Müəssisə hansı məqsədlə yaradılmışdır və kimlərə xidmət edir? Bu sualın cavabı müəssisə işinin qurulmasına və təşkilinə xidmət edir. Biznes konsepsiyasının işlənməsi onun məqsədlərini müəyyənləşdirməyi nəzərdə tutur. Məqsədlər – o müəssisənin fəaliyyətində cəhd etdiyi əsas nəticələrdir.

Müəyyən məqsədlər qoymaqla sahibkar müəssisənin və onun kollektivinin bütün fəaliyyətinin cəmləşdirəcəyi əsas istiqamətlərini formalaşdırır.

Məqsədlər təşkiledici, motivləşdirici və nəzarətçi funksiyalarını yerinə yetirməklə idarə etmə sisteminin başlanğıc elementidir. Deməli müəssisədə məqsəd yoxdursa, onun idarə edilməsi də yoxdur.

Müəssisə fəaliyyətinin məqsədlərini sxematik şəkildə göstərsək aşağıdakı şəkil alar.

Məqsədlər müəyyənləşdirilərkən adətən bir neçə suallar meydana çıxır.


    1. Hansıları seçmək, hansı ardıcıllıqla onları düzmək.

    2. qədər onlar aktivdir, onlara nail olmaq imkanları necə qiymətləndirilir.


İştirakçılar Komersiya məqsədləri

9. İxtisas və təcrübə 1. Bazarda payı

8. Motivasiya 2. Rentabellik

7. İdarəetməyin 3. Ödəniş qabiliyyəti



mövcudluğu

4. təşkilatın işin dəqiqliyi,

məhsuldarlığa cəhd



5. planlılıq
6. əlaqəli qrupların

istifadəsinin

effektivliyi

diqqət təşkilatın məqsədlərin


Biznesin xəttini və məqsədlərini təyin etdikdən sonra strategiyanın işlənməsi mərhələsi başlayır.

Strategiya qoyulmuş məqsədlərə nail olmaq üçün lazım olan hərəkətlərin ümumiləşdirilmiş modelini ifadə edir. Uzunmüddətli perspektivdə rəqabət mübarizəsində firmaya yanaşmağa imkan verən strategiyanın işlənməsinin mahiyyəti çox böyükdür. Korporativ səviyyəsində strategiyanın əsas vəzifəsi ətrafdakı iqtisadi mühitə daha faydalı surətdə daxil olmaq və ona qalib gəlməkdir. Strategiya öz məqsədinə çatmaq və istiqamətini əks etdirən məhdudiyyətləri yaradır və seçim çərçivəsini göstərir.

Müəssisələrin hər biri özünəməxsus mühit amillərinin əhatəsində fəaliyyət göstərir və eyni zamanda qarşılıqlı münasibətdə olurlar. Bu qarşılıqlı münasibətlərin səviyyəsi isə müəssisə ilə ətraf mühit arasındakı əlaqələrin forma və xarakterini dəmüəyyənləşdirir.

Qeyd etmək lazımdır ki, ətraf mühitin müəssisələrə birbaşa və dolayı təsiri gündən-günə artır ki, bu da qarşılıqlı münasibətləri mürəkkəbləşdirir. Mövjud texnologiyaların istifadə imkanları dəyişir., bazarlar və onlara nüfuz imkanları genişlənir, enerci ehtiyatları tükənir, qiymətlər gün-gündən yüksəlir, sabit xərjlərin məhsulun maya dəyərindəki payı artır. Bütün bunlar müəssisənin fəaliyyətinə təsir etməmiş deyildir. Məhz düzgün seçilmiş strategiya dəyişkən, qeyri-müəyyən və risklərlə dolu mühitdə müəssisəyə daha düzgün istiqamət göstərəjəkdir. Bütün bunları ümumiləşdirərək, strategiyaların müəssisələrin həyatında başlıja əhəmiyyətini aşağıdakı kimi qeyd edə bilərik.

a) Strategiya hər şeydən əvvəl ətraf mühiti lazımınja qiymətləndirməyə və gələjək planları daha da mükəmməl hazırlamağa imkan verir.

b) Strategiya, müəssisəyə öz-özünü hərtərəfli qiymətləndirməyə imkan verir.

ç) Strategiya müəssisənin fəaliyyətini müəyyən məjraya yönəldir, planlar üçün ümumi bir çərçivəyə hazırlayır və şöbələr arası koordinasiya əlaqələrini möhkəmləndirir.

j) Strategiya, müəssisədə alınan qərarların və gələjək layihələrin mükəm-məlliyini və doğruluq dərəjəsini artırmağa xidmət edir.

Qeyd etmək lazımdır ki, biznes aləmində yeganə strategiya mövjud deyil. Hər bir firma öz-özlüyündə unikaldır. Ona görə strategiyanın işlənilməsi strategiyası da spesifikdir. Çünki bazarda firmanın mövqeyindən, onun inkişaf dinamikasından, rəqiblərin davranışından, istehsaledilən məhsulun və göstərilmiş xidmətlərin xarakteristikasından iqtisadiyyatın vəziyyətindən, mədəni mühitdən və s. asılıdır.

Strategiyanın seçilməsində aşağıdakı amillər nəzərə alınmalıdır.


  1. Sahənin güjlü tərəfləri.

  2. Firmanın güjlü tərəfləri.

  3. Firmanın məqsədləri.

  4. Firmanın maliyyə resursları.

  5. İşçilərin ixtisas səviyyəsi.

  6. Xariji mühitdən asıllığın dərəjəsi.

  7. Vaxt amili.

Nəzərə almaq lazımdır ki, strategiyaya təsir edən amilləri heç də həmişə vaxtında görmək olmur, onlar yalnız artıq öz təsirlərini göstərdikdən sonra müşahidə olunur.

Seçilmiş strategiya onun həyata keçirilməsi imkanlarını müəyyənləşdirilən amillərin hərtərəfli, əhatəli təşlili əsasında qiymətləndirilir. Əgər strategiya firmanın məqsədlərinə uyğun gəlirsə, onda onun gələjək qiymətləndirilməsi aşağıdakı istiqamətlər üzrə aparılır.

- ətrafdakı tələblərə və vəziyyətə seçilmiş strategiyanın uyğunlaşması;

- firmanın imkanlarına və potensialına seçilmiş strategiyanın uyğunlaşması;

- strategiyada olan riskin əlverişliliyi.

Firmanın strategiyası müəyyən edilərkən aşağıdakı üç əsas məsələ ilə qarşılaşır:



  1. hansı biznesə xitam verilsin.

  2. hansı biznes davam etdirilsin.

  3. hansı biznesə keçirilsin.

Bu o deməkdir ki, strategiyada əsas diqqət aşağıdakılara yönəldilir:

a) təşkilat nəyi edir və nəyi etmir.

b) fəaliyyətin həyata keçirilməsində nə mühümdir, nə vajib deyil.

Bizneslə məşğul olmağa qərar verən hər bir sahibkarın vəzifəsi ümumi görünüşdə ona gətirib çıxarır ki, öz fəaliyyət sferasını müəyyənləşdirsin, uğura gətirən yeni ideyanı tapsın, mümkün risk nöqtəyi-nəzərindən onu hərtərəfli qiymətləndirsin və sonra isə nəzərdə tutulanları konkret nətijə alana qədər həyata keçirsin.

Biznesin təşkili bir neçə mərhələləri əhatə edir:


  1. Yeni ideyaların axtarışı və düzgün izah edilməsi.

  2. Onun hərtərəfli qiymətləndirilməsi.

  3. Bazarda «boşluqların» axtarışı.

  4. Biznes planın işlənib hazırlanması.

  5. Fəaliyyət konsepsiyasının formalaşdırılması və biznesin məqsədlərinin seçilməsi.

  6. Fəaliyyət strategiyasının işlənib hazırlanması.

  7. Layihənin reallaşdırılması.

  8. Müəssisənin təşkili və idarə edilməsi.

Ən mühüm strateci məsələlərdən biri müəssisənin yerinin seçilməsidir. Bu halda aşağıdakıları nəzərə almaq zəruridir.

  1. İşçi qüvvəsi ilə təminat imkanları.

  2. Material xammalarla təminat.

  3. Xidmət imkanları.

  4. Nəqliyyat imkanları.

  5. Bazarlar.

  6. Dövlət güzəştləri.

Müəssisənin yeri haqqında məsələyə baxarkən xammalın göndərilməsinə və hazır məhsulun istehlakçılara çatdırılmasına sərf edilən məsrəfləri nəzərə almaq lazımdır. Bizneslə loqosik sistem kimi baxıla bilər. Müəssisənin yerləşdiyi yerin seçilməsi xüsusi əhəmiyyət kəsb edirlər. Burada yuxarıdakı hallardakı göstərilənlər nəzərə alınmalıdır.

Müəssisənin yerləşməsi ilə yanaşı onun işinin təşkili də xüsusi yer tutur. Müəssisənin təsis etdiklərindən və dövlət qeydiyyatından keçdikdən sonra hazırlanmış biznes plana uyğun işin təşkili vajibdir.

Effektiv iş üçün əməkdaşların funksional vəzifələrini və səlahətlərini, qarşılıqlı münasibətlərin dəqiq və aydın müəyyənləşdirmək lazımdır. Burada hər müəssisənin hər bir əməkdaşı özü üçün aydınlaşdırsın.

- onlar nəyi gözləyirlər.



- hansı səlahətlərə malikdir.

- digər əməkdaşlarla onun qarşılıqlı münasibətləri nejə olmalıdır.
Yüklə 44,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə