Fənn:İqtisadiyyat Müəllim: Talıbov Axilles



Yüklə 30,4 Kb.
səhifə2/6
tarix23.12.2023
ölçüsü30,4 Kb.
#155218
1   2   3   4   5   6
Serbest iş İqtisadi Nəzəriyyənin predmenti və metodu

Nəsrəddin Tusi
18-02-1201--26-06-1274
İbn Xəldun
27-05-1332—19-04-1406
Tusinin iqtisadi elminə verdiyi bu tərifdə “İqtisadi münasibətlər sistemi”, “İnsanın iqtisadi fəaliyyəti və idarəetməsi”, “İnsanın rəftar və davranışı” kimi anlayışlar mühüm yer tutur. Bütün bunlar isə çox müasir və iqtisad elminə verilən təriflərə xeyli uyğun gələn fikirlərdir. Bunu da xatırlamaq istərdik ki, iqtisad elmi tarixində həmişə sərvət, onun mənşəyi, bölgüsü və istifadə olunması Şərq və Qərb klassiklərinin araşdırma obyekti olmuşdur. İlk dəfə iqtisadiyyatı bütöv şəkildə götürüb araşdıran A.Smit (1723-1790) və D.Rikardo (1772-1823) sərvəti iqtisadi nəzəriyyənin predmeti hesab etmişlər. Onlar sərvətin istehsalı, artırılması, bölgüsü, mübadiləsi və istehlakı proseslərini bir sistem şəklində araşdırmış və onun inkişaf qanunlarını aşkara çıxarmışlar. Sərvət dedikdə, onlar maddi nemətlərin istehsalı, bölgüsü və istehlakını nəzərdə tuturdular. Lakin, sərvət geniş anlayışlı bir məfhumdur. O, maddi nemətləri, bütün faydalı şeyləri, hava, su, torpaq kimi təbii rüsursları da əhatə edir. Lakin, sərvətin ən başlıca növü insanın özüdür, onun bacarığı, mənəvi və mədəni səviyyəsidir. Məşhur alman iqtisadçısı F.List (XIX əsr) haqlı olaraq yazır ki, “Sərvət adlandırılan bütün şeylərin mənəvi əsaslarını ləğv etsək, onda biz bir varidat əldə edərik”.
Adam Smith
16(yada 5 iyun)-06-1723—17-07-1790
David Ricardo
18-02-1772—11-09-1823
Fridrix List
06-08-1789—30-11-1846
Klassiklərin sərvəti “ölü bir varidat” kimi iqtisad elminin predmetinə daxil etməyiblər. Onlar insanı, onun iqtisadi və mənəvi maraqları, həyat tərzini, davranış qaydalarını da araşdırıb qiymətini fikirlər yürütmüşlər.
Marks və Engels iqtisadi nəzəriyyəni inkişaf etdirib onun predmetini daha konkret şəkildə ifadə etməyə çalışmışlar. Marksist iqtisadi nəzəriyyə cəmiyyətin iqtisadi münasibətlərini və onun obyektiv iqtisadi qanunlarını geniş, əhatəli araşdıran bir məktəbdir. Bu məktəbdə istehsal münasibətləri, məhsuldar qevvələr və onların vəhdəti anlayışı kimi istehsal üsulu əsas tədqiqat obyektidir. Marksist siyasi iqtisadi elminin predmeti də istehsal münasibətləri və iqtisadi münasibətlərdir. K.Marks “Kapital” əsərində yazır: “Bu əsərdə mənim predmetin kapitalist istehsal üsulu və ona müvafiq olan istehsal və mübadilə münasibətləridir. Mənim əsərimin son məqsədi isə müasir cəmiyyətin hərəkətinin iqtisadi qanununu kəşf etməkdir”. Burada “kəşf” olunan izafi dəyər qanunudur. F.Engels “Anti_During” əsərində iqtisadi nəzəriyyənin predmetini “...ən geniş mənada, bəşər cəmiyyətinin maddi həyat nemətlərinin istehsal və mübadiləsini idarə edən qanunlar haqqında elmdir” şəklində müəyyənləşdirmişdir. Elmə verilən bu yığcam, konkret tərif elmin predmetinə və onun xarakterinə görə çox uyğundur. Lakin, Marksın və Engelsin iqtisadi nəzəriyyələrində iqtisadi münasibətlər ən çox sinfi və ideologi baxımdan nəzərdən keçirilir. Onlar bu münasibətləri siniflər arasında – kapitalla əmək, burjuaziya ilə proletariat arasındakı münasibətlər kimi xarakterizə etmişlər. Bununla da onlar iqtisad elminin vahid predmetinə və finksiyalarına sinfi don geyindirərək onu burjua, xırda burjua və proletar elmlərinə bölmüşlər.

Yüklə 30,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə