"Fenomenal ədib-Qəzənfər Paşayev": metodik vəsait / tərt ed



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix31.10.2018
ölçüsü0,79 Mb.
#77317
  1   2   3   4   5   6   7


         

 

        



F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

   



 

 

 



               

 

 

 

                  

 

 

 

                  

 

             Fenomenal ədib-Qəzənfər Paşayev  

 

   Qəzənfər Paşayevin 80 illik yubileyi münasibətilə mərkəzi



 

   kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə,  

   kənd kitabxana filialları üçün hazırlanmış  metodik vəsait 

 

 



 

                                  

 

 

                                            Bakı -2017 




 

 



Tərtibçilər:                                     Aynurə Əliyeva 

                                           

          Sevil Əhmədova  

 

İxtisas  redaktoru və                       Şəhla Qəmbərova 

buraxılışa məsul:                            Əməkdar Mədəniyyət işçisi                                        

                                                          

 

 

 



 

 

 



 

“Fenomenal ədib-Qəzənfər Paşayev”: metodik vəsait / tərt. ed.:      

A.Əliyeva;  ix.  red.  və  burax.  məsul  Ş.Qəmbərova;  F.Köçərli 

adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-33s. 

 

   


 

 

  



     

 

 



 

   


 

 

 



  ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası,  2017                                  

   


 

                                       



Tərtibçidən 

 

         Hər  insan  sirli-sehrli  bir  aləm,  yazılmamış  bir  kitabdır. 



Yaradıcı  insanın  könül  dünyası  daha  cazibədar,  təlatümlü, 

coşğun  üfüqləri    isə  daha  geniş,  əngin  və  əlçatmaz  olur.  Bu 

dünyanın  öz  Günəşi,  Ayı,  ulduzları,  öz  güllü-çiçəkli  yazları, 

vaxtlı-vaxtsız  saralıb  solan  payızlıarı,  əsrarəngiz  qışları  var. 

İnsan  dünyasını  dəyişdikdən  sonra  ömrünü  həyatda  qalanların 

xatirəsində  davam  etdirir.  Bunun  üçün  ölməzdən  əvvəl  insana 

ölməzlik gətirən işlər,  əməllər, ad-san qazanmalısan. Ən azı səni 

sevənlərin  xatirəsinə  layiq  olmalısan.  Xatirəni  yaratmaq  da, 

yaşatmaq da çətindir. Xatirəni şəxsiyyətlər yaradır və  yaşadır. 

Dəqiq  desək  xatirəni  yaratmaq  və    yaşatmaq  üçün    Şəxsiyyət 

olmaq lazımdır. Filologiya elmlər doktoru, professor Qəzənfər 

Paşayev  ədəbi-içtimai  mühitdə  sayılb-seçilən,  nüfuzu  və  yeri 

olan,  həm  müasirlərinə,  həm  də  dünyasını  dəyişmiş 

unudulmazlara 

yüksək 

qədirşünaslıq 



bildirən 

belə 


şəxsiyyətlərdən  biridir.  O,  elmi  maraq  dairəsi  çox  geniş  olan 

tanınmış  Azərbaycan  alimidir.  Qəzənfər  Paşayev  dilçilər 

mühitində  dilşünas,  ədəbiyyatşünaslar  arasında  ədəbiyyatçı, 

xarici dil və ədəbi əlaqələr mütəxəssisləri arasında rus, ingilis və 

ərəb dillərinin mötəbər bilicisi, tərcüməçi kimi nüfuz sahibidir. 

Yaşı  səksəni  adladığına  baxmayaraq,  Qəzənfər  müəllim 

yorulmaq  nə  olduğunu  bilmədən  aktual  mövzularda  səmərəli 

araşdırılmalar aparan, əldə etdiyi maraqlı nəticələri ilə fərqlənən 

bir tədqiqatçı, öhdəsinə götürdüyü işə həmişə böyük məsuliyyət 

duyğusu ilə yanaşan, fəal vətəndaşlıq mövqeyində ardıcıl olan 

Azərbaycan ziyalısıdır. Qəzənfər Paşayev təkcə  özü üçün yox, 

başqaları  üçün    də  yaşamağı  bacaran  açıq  ürəkli,  səmimi  və 

səxavətli bir şəxsiyyətdir.  Qəzənfər Paşayev həm sağlında, həm 

də yoxluğunda insanlara qiymət verməyi bacaran xeyirxah Tanrı 

bəndəsidir. Onda şamanlara məxsus bir tizfəhmlik, sufilərə xas 



 

bir  dünya    tamahsızlığı  var.  Adı  keçən  bu  insan  övladlara, 



nəsillərə, tükənməz örnəkdir. İllər keçəcək, Qəzənfər Paşayevin 

kitabları öz qəhrəmanları ilə birlikdə  yeni nəsillər üçün mənalı 

bir dərsliyə, şəxsiyyətlər haqqında ensiklopediyaya  çevriləcək, 

üzərindəki  imzanı  nəsillərin  yaddaşına  həkk  edəcək.  Bu  il 

Qəzənfər  Paşayevin  80  yaşı  tamam  olur.  Bu  münasibətlə 

hazirladığımız vəsait iki hissədən ibarətdir. I hissədə professor

 

Qəzənfər  Paşayevin  həyat  və  yaradıcılığından  bəhs  edilir. 



“Ziyalı  ömrü”  adlanan  II  hissədə  isə  və  Qəzənfər  Paşayevin 

yaradıcılığı ilə bağlı keçirilə biləcək   tədbirlərdən söhbət açılır.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

                                        Yaradıcılığı 



           Qəzənfər Məhəmməd oğlu Paşayev 1937-ci ilin avqustun 

27-də  Tovuz  bölgəsinin  Düzqırıxlı  kəndində  doğulub.1962-ci 

ildə Bakıda Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun ingilis 

dili  fakültəsini  bitirib.  Üç  ay  kənd  məktəbində  müəllim 

işlədikdən  sonra  İraq  Respublikasında  tərcüməçi  işləməyə 

göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali 

təhsil  aldığı  institutda  baş  laborant,  müəllim,  dekan  müavini, 

kafedra  müdiri  işləyib.  1990-cı  ildən  isə  M.Rəsulzadə  adına 

Bakı Dövlət Universitetində xarici dillər kafedrasının dosenti və 

kafedra  müdiri  işləməyə  başlayıb.  İraq  Türkman  folkloru 

mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  edib.  “Kərkük 

bayatıları” (1968), “Arzu-Qənbər dastanı” (1972), “İraq kərkük 

atalar sözləri” (1978), “İraq kərkük bayatıları” (1984),  “Kərkük 

tapmacaları”  (1984),  “Kərkük  folklor  antologiyası”  (1987), 

“Nəsiminin  İraq  divanı”  (1987),  “İraq  Türkmən  folkloru” 

(1982),  və  b.  kitabları  nəşr  edilmişdir.  A.Dümanın  “Qafqaz 

səfəri”,  “Necə  yaşayasan  yüzü  haqlayasan”  və  b.  kitabları 

Azərbaycan  türkcəsinə  çevirən  Qəzənfər  Paşayevin  “Altı  il 

Dəclə  və  Fərat  sahillərində”  kitabı  da  oxucular  arasında  ona 

böyük uğur qazandırdı. Bu kitab Qəzənfər müəllimin bacarıqlı 

pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist 

olduğunu da ortaya qoydu.  İraqda tərcüməçi  işləmiş Qəzənfər 

Paşayev  (1962-1966;1972-1975),  burada  yaşayan  və  sayı 

təqribən  2,5  mln-a  çatan  azərbaycanlıların  (İraq  türkmanları) 

dialekt  və  folklorunun  toplanması  və  araşdırılması  ilə  məşğul 

olmuşdur.  “Azərbaycan  dilinin  Kərkük  dialekti”  mövzusunda 

namizədlik  (1969),  “İraq  Türkmən  folkloru”  mövzusunda 

doktorluq (1993) dissertasiyaları müdafiə etmişdir. 1964-1989-

cu  illərdə  Azərbaycan  Pedaqoji  Dillər  İnstitutunda  (1973-cü 

ildən M.F.Axundov adına APİ ) fəaliyyət göstərmiş, institututun 

ingilis  dili  fakültəsində  dosent,  dekan  müavini  (1970-1971), 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə