FəRDİ İŞ 4 as: Samir Məmmədov İXTİsas: Turizm I qrup: 1060 Dağ Turizmi



Yüklə 0,69 Mb.
tarix29.04.2022
ölçüsü0,69 Mb.
#86115
referat 5529


FƏRDİ İŞ 4

AS: Samir Məmmədov

İXTİSAS: Turizm I

QRUP: 1060



Dağ Turizmi

Ümumiyyətlə, turizm anlayışı çox geniş olduğundan o həm də çox şaxəlidir. Onun tiplərinin və növlərinin yaradılması əsasən yerli şəraitin imkanlarından asılıdır. Məhz, turizm xidmətləri də yerli şəraitə uyğun olaraq planlaşdırılır. Yerli şəraitə uyğun olaraq turist obyektləri müəyyənləşdirilir. Bu obyektlərin sırаsına təbii obyektlər аid еdilir. Dağlar və meşələrlə əhatə olunmuş turist obyektləri düzənlik və səhra turist obyektlərindən fərqlidir. Belə ərazilərdə maraqlı nəqliyyat vasitələrindən istifadə etmək qismən çətin olduğundan turizmin əsasən aşağıdakı növlərindən istifadə olunur:



  • Piyada turizm;

  • Xizək turizmi;

  • At belində turizm;

  • Dağ turizmi;

  • Su turizmi və s.

Böyük və kiçik şəhərlərdə də çoxlu turizm obyektləri 28 vardır. Bunlar şəhərlərin görməli yerləri, muzeylər, parklar, tarixi abidələr, teatrlar və əzəmətli memarlıq tikililəri ola bilər. Təbii ki, turizm xidmətinin növ və tiplərini yaratmaq və təşkil etmək üçün konkret tədqiqat işi aparılır. Aparılan tədqiqatlar zamanı yerli imkanlar müəyyənləş- dirilir, turist səfərlərinin məkanı dəqiqləşdirilir. Bundan sonra onun gəlir, yəni mədaxil perspektivi nəzərdən keçirilir. Konkret iqtisadi proqnozlar aparılır.

Dağ turizmi – səyahətin idmana yaxın olan çox mürəkkəb növüdür. Turizmin bu növü alpinist və dağ turist düşərgələrdə təlim keçmiş fiziki, nəzəri və praktiki cəhətdən hazır olan idmançılar üçündür. Dağ turizmi yürüşləri təcrübəli və səriştəli təlimatçıların rəhbərliyi altında həyata keçirilir, çünki bu turist marşrutları mürəkkəb təbii maneələrdən keçir. Son zamanlarda bütün dünyada inkişaf edən Dağ Turizmi təbiətlə içiçə olmaq onu tanımaq məqsədi ilə həyata keçirilən alternativ turizm növüdür.

D ağçılıq – dağlarda gəzinti və kempinqdən savayı dırmanma idmanını da əhatə edən bir təbiət idman növüdür. XVII-XIX əsrlərdə Avropalı (xüsusilə də inglis və fransızlar) varlı kübarların boş vaxtlarını dəyərləndirmək və yaşayış tərzlərini yeni macəralarla bəzəmək məqsədi ilə başlayan dağçılıq XX əsrin əvvəllərində digər ulusların da diqqətini cəlb etdi. Beynəlxalq bir idman növü olması isə 1931-ci ildə Cenevrədə olan “Beynəlxalq Dağçılar Təşkilatı” (UIAA) –nın yaradılması ilə mümkün olmuşdur. Sonrakı illərdə müəyyən taktika və təhlükəsizlik üsullarının inkişafına paralel olaraq öz qanun və qaydaları olan bir idman növü olan dağçılıq birçox təbiət idmanarının da inkişafına səbəb olmuşdur.

Alpin Stili Dağçılıq – yüngüllüyün və sürətin ön plana çıxdığı eyni zamanda bacaqıqlı dırmanma istəyən dağçılıq idmanının ruhunu təmsil eləyən dağa çıxma stilidir.

Trekkinq və Hekinq – qrup halında edilən kempinq qurulan dağda gəzintidir.



Ferrata – qayaya bərkidilmiş dəmir nərdivan basamağınnan istifadə edilən dırmanış stilidir. Dağçılığın ən asan növlərindən biridir.

Free-Solo – heç bir təhlükəsizlik alətindən istifadə etməməklə qaya dırmanış ayaqqabısı və toz torbası (əllərin nəmlənib sürüşməməsi üçün istifadə edilir) ilə edilir.
Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə