Fərdi kompyuterlərin diaqnostikası 3 Ümumi təyinatlı diaqnostik proqramlar 3



Yüklə 1,6 Mb.
səhifə42/48
tarix29.11.2023
ölçüsü1,6 Mb.
#139327
1   ...   38   39   40   41   42   43   44   45   ...   48
Diaqnostika

CPU-nun qoşulması:
CPU-nu anakarta kassadan kənarda qoşmağınız məsləhətdir. Prosessorlarla işləyərkən PIN-lərə toxunmayın, elektrostatik boşalmaya səbəb ola bilərsiniz. Əvvəəlcə anakart üzərindəki yuva (socket) hazır vəziyyətə gətirilməlidir. Yəni qollar və ya qabaq varsa açılmalıdır. CPU-nu yuvaya taxa biləcəyiniz bir yön vardır və ona diqqət edin. CPU-nu yuvaya qoyun və üzərindən yavaşca basaraq yerinə oturdun. CPU yuvaya oturduqdan sonra qolları və ya çərçivəni bağlayıb CPU-nu anakarta bərkidin.
Soyutma sitemi:
CPU-nun qoşulmasının ardından soyutma sistemini də prosessor üzərinə bərkitmək lazımdır. Fan, Heat sink və termal yapışdırıcı soyutma sitemini təşkil edir. “Heat sink” fan və CPU arasına bərkidilir və bu aliminium təbəqə CPU-nun istiliyini özünə çəkər. CPU ilə Heat sik arasında ötürmə nə qədər yaxşı olarsa prosessorun qızması bir o qədər az olar. Bunun üçün də termal yapışdırıcıdan istifadə olunur. Bu yapışdırıcı prosessorla heat sink arasına çəkilir və boşluqlar doldurulur. Bundan sonra Fan-lar (soyutma pərləri) qoşulur.
CPU və soyutma sistemi montaj olunduqdan sonra soyutma pərinin enerji bağlantısı anakarta qoşulur. Bu, modelə görə 3 və ya 4 pinli bağlayıcılar ola bilər. Bağlantı nöqtəsi prosessora yaxın bir yerdə yerləşdirilir və çox zaman anakart üzərində “CPU_FAN” yazısı ilə bildirilir.
Xətalar:
PC-də yaranan xətaların səbəbinin nə olduğunu tapmaq bir az çətin olur. Çox zaman da PC-lər ümumiyyətlə açılmadığında. Belə hallar baş verərsə ən uyğun yol şübhəli olan hissələrin yenisi ilə əvəz olunmasıdır. Ya da şübhələndiyiniz detalın başqa PC-də yoxlanılması. CPU-larla əlaqəli çıxan xətaların çoxunun səbəbi soyutma sistemləri ola bilir. Soyutma sistemlərinin düzgün qoşulmaması, aralarında boşluqların olması, Fan-ların həddindən artıq tozlanması xətalarla müşahidə olunur. Hətta bu xətalar CPU-nuzu sıradan çıxara bilər. Buna görə də soyutma sistemlərinin düzgün qoşulması olduqca vacib məsələlərdən biridir.

RAM(Random Access Memory) seçimi və RAM xətaları



Bildiyimiz kimi komputerlər məlumatları “1” və “0”-lar şəklində qəbul edir və ötürürlər. Yüksək sürətli RAM-ların da səhf məlumat vermə, yəni bəzən “1” əvəzinə “0” ötürmə, ya da “0” əvəzinə “1” vermə ehtimalı vardır. Bu xəta istifadəçilər tərəfindən o qədər də hiss olunmaz. Ancaq Serverlərdə və workstation-larda xüsusi əhəmiyyət kəsb edər. RAM-larınParity (bərabərlik) adlandırılan xüsusiyyəti ötürülən məlumatda səhf olub olmadığını yoxlayır, ancaq xəta olan məlumatda heç bir düzəliş aparılmır!
Parity xüsusiyyəti olan RAM-lara bir müddət sonra xəta düzəltmə mexanizmi əlavə edilmişdir. ECC (Error Correction Code) adlanan bu xüsusiyyəti olan RAM-ları istifadə etmək üçün bu RAM-ları dəstəkləyən bir anakarta sahib olmalısınız.

Bu xüsusiyyətə malik RAM-ların yüksək maliyyə və daha yavaş olmaları kimi dezavantajları vardır.

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə