Fərdi Mühafizə Vaistələri Fərdi mühafizə vasitələri və dəri səthinin mühafizəsi



Yüklə 15,82 Kb.
tarix24.05.2022
ölçüsü15,82 Kb.
#87826
ferdi m vas


Fərdi Mühafizə Vaistələri

Fərdi mühafizə vasitələri və dəri səthinin mühafizəsi
Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin mühafizə qurğularında daldalandırılması, təhlükəli sahələrdən köçürülməsi ilə yanaşı, fərdi mühafizə və tibbi mühafizə vasitələrindən vaxtında VƏ düzgün istifadə etməsi də çox vacib əhəmiyyətə malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi lüzumu onunla izah edilir ki, nüvə, kimyəvi və ya bakterioloji silah işlədilərkən əhali, qoşunların, mülki müdafiə dəstələrinin şəxsi heyəti müəyyən muddət radioaktiv maddələr (RM), zəhərləyici maddələr (ZM), yaxud bakterial vasitələrlə (BV) zəhərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xilasetmə işləri aparmalı olacaqlar.
Fərdi muhafizə vasitələri bunlardan ibarətdir: 
a)tənəffüs orqanlarının mühafizə vasitələri;
b)dəri səthinin mühafizə vasitələri;
c) tibbi mühafizə vasitələri.
Tənəffüs orqanlarını mühafizə vasitələrinə əleyhqazlar, respiratorlar və əhalinin ozü tərəfindən hazırlanan ən sadə vasitələr aiddir. 
)Əleyhqazlar. Müasir əleyhqazlar adamın tənəffüs orqanlarını və gözlərini havadakı zəhərləyici maddələrin (buxar, duman, qaz, tüstü, ZM damcılarının) radioaktiv maddələrin təsirindən, həmçinin aerozol halındaki yoluxdurucu patogen mikroorqanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. Bu əleyhqazların təcridedici və süzücü növləri vardır.
Süzücü əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş yayılmışdır; onların quruluşu – içərisində fə-allaşdırılmış (katalizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qaznı) udub saxlaya bilmir, buna görə də, tənəffüs orqanlarının karbon 2-oksiddən mühafizəsinin te'min edilməsi üçün xüsusi (hopkalit) patrondan istifadə olunur ki, bu patron eleyhqazın birleşdirici borusu (üzlük hissəsi) ilə süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir). 
Hazırda ölkəmizin MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5. QP-5 m, QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafizəsi üçün DP-6 m (uşaq əleyhqazı, 6-cı tipi, kiçik ölçülü), DP-6, PDF-7 (süzücü uşaq əleyhqazı, 7-ci tipi), PDF-D (süzücu uşaq əleyhqazı, məktəbəqədər yaşlılar üçün) və PDF-Ş (süzücü uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan istifadə oluna bilər.Bunlardan əlavə, 1.5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı vardır.Tabeldənkənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən kimya müəssisələrində işlədilən əleyhqazlar aiddir. Bu əleyhqazların qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola bilər.Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın komplektinə (dəstinə) həmçinin onun çantası VƏ tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqazın üzlük hissə-sindəki gözlüyün şüşələrini tərdən qoruyan xüsusi qələm də daxildir. 
Dəri səthini mühafizə vasitələri - bədənin açıq sahələrini, paltarları, sursatı və ayaqqabıları onların səthinə ZM damcıları, yoluxucu xəstəliktörədiciləri, radioaktiv toz düşməsindən, həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Bunlar tabel vasitələrinə (ümumqo-şun mühafizə komplekti - OZK, yüngül mühafizə kostyumu L-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri) növlərinə ayrılır. Mühafizə prinsipinə görə tabel vasitələrinin süzücü (havakeçirən) və təcridedici (havakeçirməyən) növləri olur. Süzücü materialdan tikilən mühafizə paltarları ya həmişə, ya da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir, Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər gün geyilmək üçün yararlıdır.Dərini mühafizə edən süzücü vasitələr-ə ZFO-58 markalı süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəsti: xüsusi biçimli və xüsusi kimyəvi maddə - pasta məhlulu hopduruldulmuş parça kombinezondan, habelə kişi alt paltarından (tuman və köynək), parça şlemaltlıqdan, iki cüt portyankadan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cütünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopdurucu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxlayan (adsorbsiya tipli), ya da bu buxarları neytrallaşdıran (xemosorbsiya tipli) kimyəvi maddələrdən ibarətdir. All paltarlar, şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın bədəninə kombinezonun sürtünməsinin və kombinezona hopdurulmuş məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. Süzücü mühafizə paltarı komplektindəki kombinezonların ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən artıq olan üçündür.
Dərini təcridedici mühafizə vasitələri - havakeçirməyən materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədənini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və kombinezonlar),həm də qismən, yaxud tamamilə qeyri-hermetik (plaşlar, bürünclər önlüklər və s.) ola bilər. Qismən qeyri-hermetik vasitələr (ümumqoşun mühafizə komplekti OZK, yüngül mühafizə komplekti L-1,mühafizə kombinezonu və ya kostyumu), əsasən maye damcıları halındakı ZM-dən mühafizə edir.Ümumqoşun mühafizə komplekti OZK - mühafizə plaşından mühafizə corablarından və mühafizə əlcəklərindən ibarətdir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir. Yüngül mühafizə kostyumu L-l (şəkil 6.7) rezinləşdirilmiş parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, ikibarmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir.Tədricedici mühafizə vasitələri sırf MM dəstələrinin şəxsi heyəti üçün nəzərdə tutulmuşdur.Bunlardan ZM-in yüksek konsentrasiyası şəraitində zəhərli sahələrdə iş aparılarkən,habelə dezenfeksiya,dezaktivasiya işləri yerinə yetirilərkən istifadə olunur.Radioaktiv tozdan mühafizə olunmaq üçün əhali adi paltarları uyğunlaşdıra bilər.Bunları təmin etmək üçün onlara-sinəbənd,başlıq,şalvarın yanda düymələnən xişteklər tikmək lazımdır.Yadda saxlanılmalıdırki,bu paltarlarda qalmaq müddəti məhduddur
Yüklə 15,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə