FəRDİ QƏza (BƏDBƏxt hadiSƏLƏRDƏN) siğortasinin



Yüklə 221,51 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix21.10.2017
ölçüsü221,51 Kb.
#6234
növüQaydalar
1   2   3   4   5   6   7

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 9 of 16 

 

 



Bədən sahəsinin 9%-dən çox 18%-dən az  tutan ikinci və ya üçüncü dərəcəli 

yanıqlar  

30% 

Bədən sahəsinin 4.5%-dən çox 9%-dən az  tutan ikinci və ya üçüncü dərəcəli 



yanıqlar  

16% 


 

Bu sığorta növü üzrə Yanıqlara görə ödəniş almış sığortalıya (sığorta olunana), həmin bədən xəsarəti  

əlilliklə nəticələnərsə, Yanıqlara görə verilmiş ödəniş ilə əlillik təminatı ödənişi arasındakı fərq (əgər belə 

fərq yaranarsa) ödənilir. 

Əgər sığorta müqaviləsi ilə Əlillik Təminatı sığorta təminatına Variant 2 üzrə daxil edilibsə və bədbəxt 

hadisə  nəticəsində  əmələ  gələn  Yanıqlar  hadisənin  baş  verdiyi  tarixdən  etibarən  bir  il  ərzində  əlilliklə 

nəticələnərsə  və  Yanıqlar  təminatı  üzrə  ödənilmiş  məbləğ  Əlillik  təminatı  üzrə  ödəniş  məbləğindən  artıq 

olmuşdursa, Əlilliyə görə ödəniş aparılmayacaqdır.  

6.7. Bir Sığorta olunan ilə baş verən Bədbəxt hadisə nəticəsində Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə 

və müalicə xərclərinə görə verilən ödəniş həmin hadisəyə münasibətdə Ölüm və ya Əlillik və ya Sınıqlar 

və  ya  Yanıqlara  görə  verilən  ödənişindən  çıxılmır,  bu  şərtlə  ki,  sığorta  ödənişlərinin  cəmi  məbləği 

müqavilədə (şəhadətnamədə) şərtləşdirilmiş sığorta məbləğindən artıq olmasın. 

6.8. Sığorta müddəti ərzində hər bir Sığorta olunan ilə baş verə biləcək bütün bədbəxt hadisələrin nəticəsində 

yuxarıda  6.1.,  6.2.,  6.3.,  6.4.,  6.5.,  6.6.  maddələrində  göstərilən  Sığorta  təminat  növləri  üzrə  sığorta 

ödənişlərinin  cəmi  məbləği  müqavilədə  (şəhadətnamədə)  şərtləşdirilmiş  sığorta  məbləğindən  artıq  ola 

bilməz.  

6.9. Əgər sığorta müqaviləsində bir hadisə üzrə kumulyasiya limiti nəzərdə tutulubsa, onda bu limitin 

məbləği bədbəxt hadisəsinin iştirakçıları olan Sığorta olunanlar arasında hər bir sığorta olunana 

münasibətdə veriləcək ödəniş məbləğinin nisbətində bölüşdürüləcəkdir. 

Kumulyasiya limiti dedikdə, bir hadisənin iştirakçıları olan Sığorta olunanların sayından asılı olmayaraq 

həmin hadisə nəticəsində Sığortaçı tərəfindən ödəniləcək maksimum məbləğdir. 

 

Maddə 7 – Bədbəxt hadisə nəticəsinin ağırlaşmasına görə ödəniş 

Bədbəxt  hadisəsindən  meydana  gələn  xəsarətlərin  nəticəsi  bədbəxt  hadisəsindən  əvvəl  mövcud  olan  və  ya 

sonradan  meydana  gələn,  lakin  hər  halda  bədbəxt  hadisə  ilə  heç  bir  əlaqəsi  olmayan  xəstəlik,  daxili 

pozuntular  və  ya  sığortalının  (sığorta  olunanın)  təqsiri  ucbatından  müalicənin  düzgün  və  ya  keyfiyyətsiz 

aparılmasına  görə  sığortalının  (sığorta  olunanın)  vəziyyəti  ağırlaşarsa,  ödənilməli  olan  ödənişin  məbləği 

ağırlaşmış  nəticəyə görə deyil, eyni hadisənin tamamilə sağlam bir şəxsdə tibbi müalicənin tam və düzgün 

bir şəkildə aparılması  şərti ilə yaranmış nəticəyə uyğun müəyyən edilir.  

 

FƏSİL 2 - SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI, SIĞORTA MÜQAVİLƏSİ 

Maddə 8 - Sığorta məbləği 

8.1.


 

Sığorta məbləği tərəflərlə razılıq əsasında müəyyən olunur. Hər bir Sığorta olunan üçün sığorta məbləği, 

sığortanın  qüvvədə  olduğu  müddət  ərzində  baş  verə  biləcək  bütün  bədbəxt  hadisələr  üzrə  sığortaçının 

öhdəliyin son həddidir. 

8.2.

 

Sığorta  müqaviləsində  müəyyən  edilmiş  sığorta  məbləği  həmin  müqavilə  üzrə  verilmiş  sığorta  ödənişi 



həcmində  azalmış  hesab  olunur.  Bu  zaman  sığorta  müqaviləsinə  sığorta  məbləğinin  azalması  ilə  bağlı 

dəyişiklik etmək vacib deyil.  

8.3.

 

Bu  qaydaların  8.2.  maddəsində  nəzərdə  tutulmuş  halda  sığorta  məbləğinin  azalmış  hissəsinə  uyğun 



olaraq,  əlavə  sığorta  haqqı  ödənilməklə  sığorta  müqaviləsində  müəyyən  edilmiş  sığorta  məbləği 

Sığortaçının razılığı ilə bərpa edilə bilər.  

 



Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 10 of 16 

 

 



Maddə 9 – Sığorta haqqının ödənilməsi qaydası  

9.1.


 

Sığorta haqqının ödənməsi qaydası müqavilədə müəyyən edilir. 

9.2.

 

Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 



aydan gec olmayaraq ödənilməlidir. 

9.3.


 

Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə, sığortaçı onun ödənilməsi üçün bu 

Qaydaların 9.2. maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək müddət müəyyən edə 

bilər.  


9.4.

 

Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş 



ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Qaydaların 9.3.-cü maddəsində nəzərdə tutulmuş 

halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında 

sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda, Sığortaçı sığorta ödənişinin 

verilməsindən imtina edir. 

9.5.

 

Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli 



olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.  

9.6.


 

Qrup halında sığorta zamanı sığorta müddəti ərzində sığorta olunanların siyahısında dəyişiklik baş 

verməsi ilə əlaqədar (sığorta təminatına sonradan yeni şəxslərin daxil edilməsi və təminatda olan 

sığorta olunanların sığorta təminatından çıxarılması) sığorta haqqının hesablanması gündəlik pro-rata 

əsasında, ödənilmə qaydası isə konkret sığorta müqaviləsi ilə müəyyən olunur. 

 

Maddə 10 – Sığorta müqaviləsinin bağlanması  

 

10.1.



 

Sığorta  müqaviləsi  hazırkı  Qaydalar  əsasında  hazırlanmış,  Sığortalı  və  Sığortaçı  tərəfindən  imzalanan 

yazılı sənədin tərtib edilməsi yolu ilə bağlanır. 

10.2.


 

Eyni  sığorta  marağı  ilə  bağlı  bir  neçə  sığortaçı  ilə  sığorta  müqaviləsi  bağlayan  sığortalı  bu  barədə 

sığortaçılardan  hər  birinə  məlumat  verməlidir.  Həmin  məlumatda  digər  sığortaçının  adı  və  müvafiq 

sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim 

olunmalıdır. 

10.3.


 

Sığortalı,  xeyrinə  sığorta  müqaviləsi  bağlanan  və  sığorta  müqaviləsinin  bağlanmasına  razı  olan 

Sığorta olunanların siyahısını Sığortaçıya təqdim etməlidir. 

 

10.4.



 

Sığorta  müqaviləsi  bağlanarkən  Sığortalı  (Sığorta  olunan)  ona  məlum  olan  və  sığortaçının 

müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə 

bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 

10.5.

 

Sığortalının bildirdiyi məlumatların yanlış və ya yarımçıq olması aşkar olunarsa: 



10.5.1. Sığortalının (sığorta olunanın) bu hərəkəti qəsdən etdiyi müəyyən olunarsa, Sığortaçı vəziyyəti 

öyrəndiyi tarixdən etibarən müqaviləni (şəhadətnaməsini) ləğv edə bilər və sığorta hadisəsi baş 

verərsə ödəniş verməz.  

10.5.2.  Sığortalının  (sığorta  olunanın)  bu  hərəkəti  qəsdən  etmədiyi  müəyyən  olunarsa,  sığortaçı 

vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 (bir) ay ərzində müqaviləsini (şəhadətnaməsini) ləğv edə 

bilər,  sığorta  müqaviləsini  (şəhadətnaməsini)  şərtlərini  dəyişdirmək  və  ya  əlavə  sığorta  haqqı 

almaqla sığorta müqaviləsini (şəhadətnaməsini) qüvvədə saxlaya bilər. 

Əgər  Sığortalı (sığorta olunan) şəhadətnamənin şərtlərinin dəyişdirilməsinə  və  ya əlavə sığorta 

haqqı ödəməyə razı olmazsa, sığorta şəhadətnaməsi bu dəyişikliyin baş  verdiyi  andan etibarsız 

sayılır.  

 

Sığortalı (sığorta olunan) 15 gün ərzində əlavə sığorta haqqını ödəməzsə sığorta şəhadətnaməsi 



ləğv edilmiş  hesab olunur.  


Yüklə 221,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə