Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

-

 

Bu gün sənin smenindi məgər? 



-

 

Yox. Bir məsələ var...Elə ona görə  gəlmişəm. Bilmirəm necə 



deyim...Sənə yenə işim düşüb. – deyə tez cibindən qələm çıxartdı.- Ordan 

bir kağız ver...- yazmağa başladı. Yazdığını oxudu və sonradan nəyisə 

yenə  əlavə etdi.- Bax bu kağızda ünvanı yazmışam...hələ üstəlik həmin 

ailənin soyadını da yazmışam. Səndən çox xahiş edirəm.  İşdi  şayəd, bu 

gün ərzində bu ünvandan və ya belə soyadlı (icazə ver xəstənin adını da 

yazım)-Rəsul cibindəki bloknotunu açıb səhifələdi-...Pikə Məmmədova... 

bu ünvandan hər hansı bir vızov gəlsə mənə xəbər elə. Yaxşı? Çox xahiş 

edirəm. Bütün günü yaxınlıqdayam...Bir  şey olsa nömrəmə  vızov 

at...Qlavraça görə də narahat olma, gedib onunla da danışacağam 

-

 



Yaxşısı budur əvvəl onunla danış. Sonra it sifətində olur, pul az 

çatanda...Sən də ki , özün bilirsən... Doktor Ömərov heç vaxt səni 

göndərməy istəmir.- Nərminə  Rəsulun zavallı mimikasını görüb, fikrini 

dəyişdi.-...Yaxşı, bu dəfə necə deyirsən elə də olsun.Amma məni padvadit 

eləmə. 

-

 



Yaşa. Səndən yoxdu. 

Otağın qapısı döyüldü və “Gəl” cavabını gözləmədən içəri uşaq sifətli olmasına 

ramən, bir səksən boylu, enlikürək bir gənc (əlbəttə ki o xalatda idi) daxil oldu. 

Gözündəki eynəyi vərdiş etdiyi qayda üzrə işarə barmağı burnu  ilə paralel şəkildə 

yuxarı doğru itələyib salamlaşdı. 

-

 



Salam...Ohh, kimləri görürəm. Akademik Rəsul müəllim – Fərhadın 

Rəsulla yaxın münasibətləri var idi. Rəsulun qeyri-adi maraq dairəsi ilə 

tanış idi və Rəsula, öz peşəkar müşahidələrində rast gəldiyi ekstraordinar 

halları olduğu kimi çatdırırdı. Fərhad Rəsuldan yaşca altı yaş kiçik 

olmasına baxmayaraq, Rəsul onu özündən böyük kimi qəbul edirdi.- Bu 

günki kimi heç yorulmamışdım. Getdiyimiz vızovda 18 yaşlı yeniyetmə 

qız suisidə niyyəti ilə affekt vəziyyətinə düşüb, evdəkilər də bunu saxlıya 

bilmirlər. Güzgünü sındırır, damarlarını  kəsməy üçün şüşə  qırığını 

götürəndə atası bir təhər qarşısını alır, sonra özünü pəncərədən  atmaq 

istəyir, tez bunun da öhdəsindən gələ bilirlər. Axırda bir dəqiqə boş 

buraxırlar qızı, o da stolda olan valeryanı götürüb içindəkiləri (təxminən 

35 həb olardı içində) qarnına boşaltması bir neçə saniyə  çəkib. 

Xoşbəxtlikdən həmən dəqiqə bizə zəng vurublar. Gebib mədəsini yuduq. 

Özümüzü tez çatdırdıq. Zəhərlənmə artıq ilk sözünü demişdi...lakin qız 

hələ də kaprizlərindən əl çəkmirdi. Nə bilim əşi. Bir təhər mədəsini yuduq. 

İndi atasını başa salıram ki, qızı müvəqqəti psixiotrik stasionara köçürmək 

lazımdı, deyir mümkün olan şey deyil. (Mənə evdəki pıçıltılardan, qızın 

qırıq-qırıq danışıqlarından belə başa düşdüm ki, qız özünü istədiyi oğlana 

görə  zəhərləyib...Çox güman ki, hamilədir, valideynlərində  mərhəmət 

atmosferi yaratmaq üçün özünə  qəsd edib) Axır bir təhər kişini yola 

gətirdim ki, qızı ən azı bir ay Alla xanımın (psixoloq) yanına aparsınlar. 



Dəhşət qız hələ  əlimi də  cımcıqladı...Amma mənə elə  gəlir ki bu 

əvvəlcədən qurulmuş  əla tamaşa idi...- dediklərinin resepientlərdə hansı 

hisslər oyatdığını görmək üçün bir qədər fasilə etdi və içəridəkilərin sifət 

cizgilərini nəzərdən keçirdi. Görünür hələyə öz problemi kifayət edirdi, o 

ki, qaldı başqasınınkı. Hər halda bu Fərhadın subyektiv fikri idi. Sonra 

birdən ayılıbmış kimi Rəsula müraciət edərək- Doğrudan sən bu gün niyə 

gəlmisən. Gecə  məgər işləməmisən?...Yaxşı  gəlmisən...səninlə danışmaq 

istəyirdim. 

-

 

Onda, Nərminə xanımı gəl narahat etməyək. Nərminə xanım, dediklərimi 



unutmayın. Bir xəbər olsa bufetdəyik. 

-

 



Yaxşı...-deyə Nərminə qısa olaraq cavab verdi. Belə ki, o verdiyi qərarın 

aqibətinə görə narahat idi. 

Rəsul və Fərhad otağı tərk edib, bufetə doğru istiqamət götürdülər. 

-

 



Doğrudan, sən bu gün niyə gəlmisən? 

-

 



Dünən aqoniya fazası  ərəfəsində olan növbəti xəstə üstünə getmişdim. 

İnanmazsan...- onlar o qədər yavaş addımlayırdılar ki, bufetə çatana kimi 

Rəsul olanları lakonik şəkildə Fərhada çatdıra bilmişdi. Görünür Fərhadı 

da bu hadisə çox maraqlandırmışdı...- indi də  gəldim ki, birdən bu gün 

yenə həmən ailədən vızov gəldi. Sənə deyirəm, o qoca mənə nə isə demək 

istəyirdi. Səhər cəmi 3-4 saat yata bildim. Onda dakı tez-tez bugünün 

fikrindən oyanırdım.  Əgər dediyi kimi “bu gün atası qonaq gələcək”sə 

onda mütləq həmən ünvandan zəng olacaq. Ancaq bbu günü fikirləşirdim, 

necə edim ki, həmin vızova mən gedim...Gərək mütləq orda olam. 

Mütləq...Görəsən qoca nə demək istəyirdi. “Mən məsciddən çıxacağam 

amma o məsciddə qalacaq” 

Bu iki kolleqa bufetə çatıb içəri girdilər. Elə içəri girən kimi, birinci Rüstəm kişini 

üzü divara durub, yeni plakat yapışdıran gördülər. O çox həvəslə yapışdırmağı bir 

yana televiziyada gedən xalq mahnılarından birini müğənni ilə birgə  zümzümə 

edirdi. Rəsulgil kişiylə salamlaşıb ona yaxınlaşdılar ki, görsünlər yapışdırdığı nədir. 

Sən demə kişi Avro-2008-in divar cədvəlini yapışdırırmış, amma artıq çox gecikib. 

-

 

Rüstəm kişi deyəsən biraz gecikmisən axı. Türkiyə artıq yarımfinaldadı 



sən, ancaq indi bunu yapışdırırsan. – deyə  Fərhad bic-bic gülümsəyərək 

Rüstəmə müraciət etdi. 

-

 

Eh balası. Əsas odu ki, yapışdırıram. Gec-tez, nə fərqi var. 



-

 

Rüstəm kişi bizə bir çay təşkil edə bilərsən 



-

 

Gözüm üstə. Həmişəki kimi pesoçni pirojnayla. Eləmi? 



-

 

Elədir-deyə onlar kişinin işinə mane olmayıb bufet girəcəyindən  ən 



uzaqda yerləşən masa arxasında  əyləşdilər. Adəti üzrə  Rəsul masanın 

qəndanının qapağını açıb içinə baxdı və - Rüstəm kişi, qənd də gətirərsən 

zəhmət olmasa.- deyə səsləndi 

Fərhad söhbətə başladı: 




Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə