Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

-

 

Keçən həftə  əgər yadındadırsa bir xəstə haqqında sənə danışmışdım. 



Şağandan gələn vızov... Həmin o makler. Yadındadır? 

-

 



Hə, yadımdadı. Gözünün qabağına ağ paltarlı arvad gələn xəstəni deyirsən. 

Maraqlısı ondadır ki, əgər sən verdiyin diaqnoz düzdürsə, onda elə  də 

ciddi bir fiziloji pozuntular yoxdur, bununla belə onu aparmağa gəlirlər. 

Ölümün hətta ilk fazasına girməmiş paranormal görüntülər görən ilk 

xəstədir ki, öz müşahidələr haqqında kitabçamda qeydə aldım.  Əgər 

dediklərin doğrudursa...Həmən maklerin problemi nədə idi? 

-

 

Heç hava ilə bağlı bir az arterial təzyiqində oynamalar əmələ  gəlmişdi. 



Məgər insanın əcəli çatanda mütləq gərəkdir ki, hər şey material təsirlərlə 

əlaqələndirirsən. Məgər insanın  əcəli çatanda mütləq gərəkdir ki, o 

anormal havanın və ya digər dəyişikliklərin təsirindən ölsün. O qədər 

insan var ki, yuxuda, namazda, çəmənlikdə heç bir psixoloji və ya 

fizioloji problemləri olmadan  dünyasını dəyişir. “Dünyasını dəyişir”. Bax 

bu söz birləşməsini babalarımız elə belə ortaya çıxarnayıblar ki. Biz 

özümüzü hər zaman keçmiş nəsillərdən ağıllı saydığımız üçün elə bu günə 

düşmüşük. Babalarımızdan bizə keçib ki, qulaqlar durduğu yerdə 

qızaranda, deməli, kimsə  sənin haqqında söhbət edir. Və ya anasından 

uzaqda olan uşağın başına bir şey gələndə, ana bunu hiss edir. Axı biz 

niyə blutuz, infraredə inanırıq amma Allahın verdiyi bu cür nemətləri 

mövhumat hesab edirik.Məncə bu gözəgörünməz ünsiyyət vasitələri də 

zaman keçdikcə Rentqen şüası kimi kəşf olunacaq. Bunlar hamsı Böyük 

Yaradanın möcüzələridir...Əslində  hər  şey möcüzədir...Amma bir şey 

deyim insan elə nankordur ki, möcüzə adlandırdığı  şey müntəzəm baş 

verdikdə buna materialist donu geyindirir. Məsələn, maddənin atomik 

strukturu kəşf olunanda alimlər yəqin ki, elektronun nüvə  ətrafında 

durmadan dövr etməsini möcüzə sayırdılar. Buna öyrəşdikdən sonra isə, 

artıq – nə olsun, fırlanır da özü üçün, burda nə möcüzə var ki?- deyə 

düşünürlər. Elə bil elə belə  də olmalıdır ki, həmişə  fırlanmalıdır...Onu 

fırladan qüvvə haqqında heç fikirləşmək belə istəmirlər...Sən nəsə həmin 

makler haqqında danışırdın. Yenə nəsə maraqlı bir məlumatın var. 

-

 

Məlumat ondan ibarətdir ki, həmin adam dünən ölüb...Özüdə evdə yox. 



-

 

Bəs harda – deyə Rəsul bir az özünü qabağa verdi. 



-

 

Yenə  də kişi ürək ağrısı ilə üzləşib. Səhər tezdən (keçən dəfəki kimi) 



başlayıb ki, ağ paltarlı arvad gəlib dalımca, qoymayın. Başlayıb çarpayıda 

vurnuxmağa. Yoldaşı ona yuxu dərmanı verib, bir təhər gedib yuxuya. 

Arvad uşaqları məktəbə yola saldıqdan sonra yenidən yatmağı qərara alıb. 

Gözlərini açıb ( təxminən 3 saat sonra) nə görsə yaxşıdır. Kişi belə ağır 

vəziyyətdə evdən çıxıb... 

-

 



Sonra 

-

 



Sonrası odur ki, kişinin meyitini elektriçka yolunda tapıblar. Qatar 

üstündən keçib kişini xəşil edib. Görənlər deyirlər ki, kişi ölüm anından 




bir neçə saniyə  əvvəl qatarın yaxınlaşdığını görsə belə, buna heç fikir 

verməyib. Elə, “Yox, qoymayın...gəlir dalımca” deyə qatar yolunu 

keçmək istərkən kişini qatar vurub. Bir daha təkrarlayıram ki, şahidlərin 

dediklərinə görə kişi qatarın ona tərəf yaxınlaşdığını görüb, lakin aqoniya 

fazasında olan xəstələrin işığa reaksiya vermədiyi kimi, o da ölümdən 

qorxmayıb, onu təqib edəndən qorxub. Gör həmin görüntü necə vahiməli 

olub.Sayıqlamanın belə  ağır nəticələr gətirdiyini heç ağlımdan keçirə 

bilməzdim.  

-

 

Bilirəm ki, sən də buna sayıqlama kimi baxırsan. İnsana ölüm yatağında 



qəribə  şeylərin görünməsi heç də, psixoloji və beyin fəaliyyətindəki 

pozuntularla bağlı deyil. Nadir hallarda görərsən ki, ölən adam hətta 

skeptik və ya “ratsional” olsa belə, onu aparmağa kimlərsə gəlməsin. Yəni 

adi insanın görə bilmədiyini ölüm qabağı xəstə görür. Özü də sənə bir şey 

deyim.  Əgər bu deyilən sayıqlama, qarabasma yəni beyindəki 

pozuntulardan  əmələ  gələn bir hal olsa idi, onda gərək bunlar  bədənin 

son müqaviməti zamanı – yəni aqoniya zamanı baş verə idi. Halbuki 

aqoniya zamanı insanın faktiki olaraq, canı bədəndən çıxdığından, insanın 

tənəffüs sisteminin normal fəaliyyəti pozulur,- insan paravoz kimi nəfəs 

almağa başlayır, hipoksiya baş verir. İnsanda oksiqen qıtlığı 

yaşandığından digər kompensator vasitələr işə düşür. Məsələn travmatik 

və ya daxili (güclü) qanaxmalar zamanı bədəndə oksiqen çatışmamazlığı 

yaşandığından oksiqeni insandakı karbohidrat ehtiyatları əvəz edir. Bədən 

solur. Son kompensator rolunda insanın piy qatı  çıxış edir.Məhz buna 

görə insanda güclü arıqlama müşahidə olunur. Yenidən qayıdaq öz-əcəli 

ilə ölən xəstələrin aqoniya hallarına- yəni döyüş meydanında deyil, 

çarpayıda ölənlərə. Xəstə heç bir şeyə reaksiya vermir. Həmin vəziyyətdə 

insanın danışması hadisəsi baş vermir. Görüntülər pre-aqoniya zamanı və 

ya terminal fasilə zamanı meydana gələ bilər ki, insanın vəziyyəti bir 

qədər normaya yaxın olur. Beyindəki biotoklar zəifləsə  də, hər halda 

beyin fəaliyyətini qoruyur. 

-

 



Yaxşı tutalım ki, görüntülər doğrudan da sən deyən kimi xəstəni 

aparmağa gəlib. Bəs o qədər olur ki, qızdırmadan və ya şokdan insan 

sayıqlamağa başlayır. Qeyri-adi şeylər görür. Lakin bütün bunlardan 

sonra ölmür, uzun müddət sonra vəfat edir. 

-

 

Bax bayaq demişdik, beyin fəaliyyətindəki pozuntulardan yaranan 



qarabasmalar. Mən bunu beynin aktiv olmayan neyronlarının işə düşməsi 

adlandırıram. Belə  xəstə adi insanın görmədiyi qeybi görməyə başlayır. 

Elementar misal çəkim, məsələn insan günəşdən gələn infraqırmızı şüaları 

göndərmədiyi halda, hörümçək bunları görür. Ancaq Allah bilir hal 

hazırda bizim ətrafımızda nələr gəzir, nələr uçur. Ola bilər ki, ruhun 

bədəndən çıxma ərəfəsində də, insan beynində total dəyişikliklər baş verir, 

insan həqiqəti görməyə başlayır...Pərdələr aradan qalxır. Birdəki, 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə