Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   9   10   11   12   13   14   15   16   17

Aristotel demişdi ki, biz mağarada yaşayan insanlar kimiyik,...elə ki, 

mağaradan çıxdıq...ətrafdakılara (həqiqətə) baxa bilmirik...Çünkü 

gözümüz və beynimiz hələ işığa alışmayıb...Müəyyən vaxt keçməlidir. 

Söhbətin qızğın anında Rüstəm kişi, üstündə çaydan, iki armudu stəkan və dediyi 

kimi pesoçni pirojna olan podnusla oturduqları masaya yaxınlaşdı. Vəziyyətdən 

istifadə edib Fərhad bir qədər fikrə getdi ki, bir qədər praqmatik izzah tapa bilsin. 

Rüstəm kişi hər şeyi təşkil edib aralandı. Gedib oturdu televizorun yanında, çevirdi 

kanallardan birinə. Bir azdan xəbərlər başlamalı idi, ona görə  də bir qədər 

televizorun səsini qaldırdı. 

Rəsul çaydan bir qurtum alıb, Fərhadın kinayə dolu sifətinə baxdı. Görünür o, öz 

mövqeyinə sadiq nəsə eşələyib-tapmışdı.Fərhad... 

-

 



Bəs bunu necə izzah edərdin. Suisid meylli xəstələrin kənardan özünəqəsd 

əmrləri eşitməsi. Və ya (bu mənim öz fərziyyəmdi) Parafreniya – rusca 

desək “bred veliçiya”-dan əziyyət çəkən xəstələrə də sayıqlama şəklində, 

başqalarına qarşı cinayət işləmək  əmrləri gəlir. Onda bunu necə başa 

düşək. – Rəsul Fərhadın ateist olduğunu bilirdi və artıq növbəti sualın da 

nə olacağını təxmin etmişdi. 

-

 

Gəldin çıxdın elə mənim demək istədiklərimin mərkəzinə. İş orasındadır 



ki, bu görüntülər və ya səslər  şeytan vəsvəsəsi də ola bilər. Məsələ 

ondadır ki, insan özü necə insandır. Bu həyatdakı əməllərində xeyr və ya 

şər təzahürlər dominantdır...Nə biləsən axı..ay yazıq...Sən pis adamların 

can vermələrini görməmisən. Öləndə elə  dəhşətli səslər çıxarırlar ki, 

adamın ürəyi boğazına gəlir. Sifətləri tanınmaz hala gəlir. Sən Oskar 

Uayldın Dorian Qreyin portreti əsərini oxumusan...Dorian Qrey çox pis 

yola düşür. Əvvəllər dostu olmuş Bezili öldürür. Lakin onun sifətində heç 

bir dəyişiklik baş vermir. Onun bütün pis əməlləri, yəni onun həqiqi 

siması  həmən rəssamın çəkdiyi portretdə yer tapır. O, bu şəkli hamının 

gözündən uzaq yerdə gizlədir. Sonda davam edən hallara dözməyib şəkli 

bıçaqlayır. Bıçaqladığı  şəkil həqiqi Dorian olduğundan, o bunu etməklə 

özünü bıçaqlamış olur və ölür. Şəkil isə ilk dəfə  çəkildiyi görkəmi alır. 

Evdə olan xidmətçilər otağa girəndə, orada eybəcər bir kişi meyiti 

olduğunu görürlər. Onu tanımırlar...Bax məncə, pis insan can verəndə də, 

onun içindəki bütün , rus demişkən poroklar üzə çıxır. Cinayətə sövq edən 

imperativlərə  gəldikdə isə...bu açıq aydın bir aksiomadır ki, pis niyyətli 

adamları hər zaman şər qüvvələr qoynuna alır...Yaxşı niyyətli insanla belə 

hal baş verə bilməz...Yaxşısı budur yoxlamaq üçün belə xəstələrin həyat 

yolu ilə maraqlan...Dediklərimin həqiqət olduğunu görəcəksən... 

Sözünü təzə qurtarmışdı ki, mobil telefonuna zəng gəldi. Telefonun displeyinə 

baxanda dipetçer2 yazısının olduğunu gördü və dərhal yes düyməsini basdı. 

-

 



Eşidirəm, Nərminə...- oldu bu saat gəlirəm...dəqiq həmin evdəndi? 

Oldu...sağ ol. 




Rəsul Fərhadla sağollaşıb tez-bazar dəhlizə  sıçradı. Fərhad “Nə  xəbər, bir az 

yavaş” deyə gilleyləndi. Rəsul bufeti tərk etsə  də, nəsə fikirləşib qayıtdı, bufetin 

girəcəyində yenidən göründü. Rüstəm kişiyə müraciət edərək “Rüstəm kişi çayı 

mənim hesabıma yaz” dedi və bufeti birdəfəlik tərk etdi. 

 

 

VI 



Aqoniya – bədənin son müqaviməti 

  

Rəsul yenə  həmin mənzilə daxil olanda, qeyri-iradi şəkildə beynində, bu mənzil, 



bu ailə, bu xəstə qadınla bağlı assosativ kadrlar metamorfoz şəklində bir-birini 

əvəz etməyə başladı. Hələ üstəlik gecə  də az yatmışdı. Özündən asılı olmayaraq 

yuxusuzluqdan və yorğunluqdan  əmələ  gələn tormozlanmalar şüur-altı fikirləri 

aktiv  şəklə salırdı. Rəsul çox çətinlik çəkirdi. Hüquqi cəhətdən onun bu yarım-

sayıq vəziyyətdə xəstənin həyatını risk altına almağa ixtiyarı yox idi. O, artıq yolda 

ikən, ambulansda xalatının sağ cibində hər zaman özü ilə gəzdirdiyi tempalqindən 

bir həb çıxarıb, boğazından keçirdi. Yaşıl rəngdə olub, həcmcə bəlkə altı valeryan 

dənəsinin bitişik diametrinə  bərarbər bu həb aspirinə nisbətən daha effektiv və 

daha tez təsir göstərirdi. Bəxtindən bu dəfə qismətinə çoxdanışan sürücü Tofiq 

düşməmişdi, yoxsa ümumiyyətlə “yüyəni əldən buraxardı”. 

Bloka daxil olanda əvvəlki kimi ağırlıq hissləri keçirməyə başladı...Halbuki bu 

ağırlıq digər ağrıları xüsusilə baş  ağrısını  və yuxusuzluğu sözün əsl mənasında 

öldürmüşdü. Əlbəttə ki, tempalqin 5 dəqiqəyə təsir göstərə bilməzdi...Bunun üçün 

ən azı 15 dəqiqə lazımdır...Deməli onu sıxan qüvvə elə qüvvətli idi ki, digər 

ağrıları müvəqqəti passiv hala gətirmişdi...Axı insanın fizioloqiyasına baxsaq 

doğrudan da elədir...Eyni vaxtda insanın iki yeri də ağrıya bilməz...Bunlardan biri 

aktiv digəri isə passiv olur...Söhbət ağrının güc əmsalından asılıdır... 

Bu dəfə tibb bacısı  zəhləsi getdiyi Günay idi. Atasının  nazirlikdəki dostunun 

hesabına bu yaxınlarda təcili yardım şöbəsinə işə düzələn bu sözün əsl mənasında 

sırtığ qızın 26 yaşı var idi. Saçlarına tünd sarı rəng qoyurdu, klassik geyim tərzinə 

üstünlük versə  də, yubkası  hər zaman dizdən  ən azı 10 santım yuxarı olardı...bir 

yerdə  (əsasən də kişilərin olduğu mühitdə) elə biədəb formada ayaqlarını 

ayaqlarının üstünə qoyurdu ki, bütün fikirlər və söhbətlər dağınıq hala 

gəlirdi...Digər xanım həkimlər və tibb bacılarının da ondan xoşu gəlmirdi...Ancaq 

bəziləri bunu onun qeyri vulqar davranışına görə edirdisə, digərləri ona qara 

paxıllıq edirdi...Belə ki, az bir müddətə evli və ya subay olmasından asılı 

olmayaraq istədiyi kişini yoldan çıxara bilirdi...Hətta elə olmuşdu ki, digər tibb 

bacısı Səbinə ilə mərcə girib, olduqca sakit təbiətli, iki uşaq atası həkim-kardioloq 

Məhərrəmovun otağına ürəyini yoxlamaq adı ilə  gəlmiş  və  çıl-çılpaq soyunaraq 

yəni Moem demişkən “anasının onu doğduğu paltarda” onun üstünə atılmış  və 

mərcində qalib gələrək kardioloqu da günah ocağına döndərmişdi. Kişi görən kimi 

özündən çıxan bu qızın gəzmədiyi həkim qalmamışdı...Tamahı isə  hələ  də 




Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə