Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   9   10   11   12   13   14   15   16   17

gizli bir oğludur...Qızılların gizli yerini ona bildirəcək. Lakin belə axmaq fikrin 

reallıq ehtimalının çox aşağı olduğunu özü də dərk edirdi. Halbuki anası ilə həkim 

nə barədə söhbət aparmasını altıncı hiss vasitəsilə hiss edirdi. O bilirdi ki, artıq 

anasının sağlığının son anlarında evdəkilərə  qızıl barəsində söhbət açmayacaqdı. 

Buna görə artıq məsələnin neqativ tərəflərini düşünürdü. “Qanı” sözün əsl 

mənasında getdikcə “qaralırdı”. 

Pikə xanımın sözlərini qutardığını hiss edən Rəsul belini yenidən oturduğu 

masanın arxasına söykədi. Müəyyən pauzadan sonra, Pikə xanım yamının 

qulaqlarının tuta biləcəyi səsdə, “Vədivə  əməl elə....Vədivə  əməl elə”. Rəsulun 

qulağı birdən tutuldu, ətrafdakı səsləri boğuq şəkildə qəbul etməyə başladı, kiçik 

uğultu isə getdikcə artırdı...Ona baxıb elə hey nəsə deyirdilər, o isə yalnız key kimi 

gülümsəyirdi, heç nə  eşitmədiyini deyə bilmirdi...Birdən yenidən həmən ağırlıq 

onu sıxmağa başladı, elə bil bədənini min əllər tutub aşağı-yuxarı dartırdı. Artan 

tonda onun haçansa eşitdiyi lakin dəqiq real həyatda eşitmədiyi, xüsusi səslər 

gəlməyə başladı....Mıt-mıt-mıt-mıt-mıt-mıt... Bu qeyri adi səs davam etdiyi halda, 

gözünün qabağına ildırımsürətli  şəkildə görüntülər gəlməyə başladı, bu dəhşətli 

şəkillər gözünün qabağına o qədər tez və vahiməli  şəkildə  gəlirdi ki, onun 

detallarına diqqət yetirə bilmirdi, gözünün tutduğu şey yalnız qan və alov olurdu. 

Bə bu dəyişən fonlarda bir eybəcər qarğa yavaş-yavaş (uça-uça deyil) gəzə-gəzə 

onun qabağına gəldi. Qanlı alovlu izzaholunmaz şəkillər dəyişsə də, qarğa hələ də 

yaxınlaşırdı. Tam yaxınlaşdıqdan sonra...Rəsula  ətinə iynə kimi batan hadisə baş 

verdi...Qarğa olduqca dəhşətli bir yoğun insan səsi ilə , daha doğrusu, insan xoru 

ilə (burada bəlkə  də yüzdən çox müxtəlif səsli insanın və ya məxluqun sinxron 

danışığı var idi) ilə “VƏDİVƏ  ƏMƏL ELƏ” , “VƏDİVƏ  ƏMƏL ELƏ”, 

“VƏDİVƏ ƏMƏL ELƏ” deyə bildirdi, düz Rəsulun üstünə sıçrayaraq sağ gözünü 

dimdiyini soxdu. Ağrıdan Rəsul qışqıra-qışqıra real həyata qayıtdı...Hamı xəstəni 

unudub ona baxırdı. Günayın ağzı açıq qalmışdı. Və heç kim izzah belə 

istəyəməyə ürək eləmirdi... 

Pikə xanım yenidən ölümqabağı gözlərini açaraq Orxana---oğlum yaxın gəl... 

Orxan it sifətində özünü bir təhər yaxına getməyə məcbur edə bildi. 

-

 

Qızıllar bağda (Əncirlikdə) qara tut ağacının kötüyünə yaxın yerdə 



basdırılıb.- Orxan nəyi gözləyirdisə  də, bunu ona yüz dəfə demiş 

olsaydılar belə, inanmazdı. Sevincindən gözləri işıldadı...Lakin bunu 

büruzə verməmək üçün ölümayağında olan anasına ramən, teatr 

göstərməyə başladı. 

-

 

Mama, qızıl nədi, bizə  sən lazımsan, qorxma sənə heç nə olan deyil.- 



Rəsulun artıq özünə  gəlmişdi və Orxanın belə sözlərlə kimi aldatmaq 

istəməsinə  təəccüb etdi, axı dünən özü Rəsuldan qızıl barəsində  eşidib-

eşitmədiyini soruşmuşdu...Necə də murdar övladdır. 

Pikə xanım yenidən, “Mən məsciddən çıxacağam amma o məsciddə qalacaq” dedi 

və gözlərini yumdu. Nəsə dodaq altı  pıçıldamağa başladı. Deyəsən kəlmeyi-

şəhadətini deyirdi. Rəsul öz həyat və peşə təcrübəsindən də bilirdi ki, ölüm qabağı 




kəlmeyi-şəhadətini deyənlər canlarını rahat tapşırırdılar.Pıçıltı  kəsildi, gözlər 

yenidən yumuldu. Rəsul artıq xırıltı səsindən sonra Pikə xanımın nəfəs almadığını 

görüb tez yerindən qalxıb xəstəni ürək masajı etməyə başladı...bütün lazımı 

prosedurları yerinə yetirdi...lakin artıq hamsı formal xarakter daşıyırdı...Bunu 

Rəsul yaxşı bilirdi...Ölən geri qayıtmır...Rəsul qohumlara baxıb başını bulamaqla 

ah-nalə, ağlaşma başladı..Gəlini və  qızları artistlik məharətlərini göstərməyə 

başladılar. Rəsul isə tez protokolu yazmağa başladı. O eyni zamanda ölünü morqa 

aparıb autopsiya etmək hədəsiylə camaatı pul tələsinə salan əclaf həkimlərdən 

fərqli olaraq, yerli adət-ənənələrə hörmət və riayyət etdiyi halda, meyitin 

yarılmaması üçün bütün formal sənəd işlərini yerindəcə  təşkil etməyə 

başladı...yəqin heç ölənin “ruhu da incimədi”. Orxan isə içində gülümsəyirdi

sevincinin həddi hüdud yox idi...Yazıq axı  nə biləydi ki, ağacın altında yalnız 

dörd-beş qızıl üzük, boyunbağ tapacaq... 

 

 



VII 

POST-MORTE – 1 ay sonra 

 

12.30    Cümə 

Yasamal rayonu, Cavanşir küçəsi 

Rəsulun 3 mərtəbəli həyət evi 

 

-



 

Deyirəm bəlkə daş-qaşla dolu qutunu da sataq, bu ən azı 350 min dollar 

edər... 

-

 



Yox hələ tezdi...Hamsını birdən olmaz. 

-

 



Rəsul...tərsliy eləmə...Sən axı  mənə Leksus almağa söz vermişdin...Bu 

Reno mənlik deyil...Bu maşında lap poçt işçilərinə oxşuyuram...- Günay 

iş masasının (evdəki) arxasında oturan Rəsulun dizlərinə oturaraq, əlləri 

ilə boynuna sarıldı...Barmaqları    ilə  zərif-zərif çənəsini, dodaqlarını 

sığallamağa başladı...solğun dodaqlarından öpdü...- Daha səndən başqa 

şey istəməyəcəyəm...söz verirəm...Həm də maşını  sənə  də lazım olacağ 

axı. 

Artıq neçənci dəfə idi ki, təzəlikcə nişanlısına çevrilmiş Günay belə 



ehtiraslı vasitələrlə istədiyini ondan ala bilirdi. Günay səbirsizliklə ondan 

cavab gözləyirdi. Elə bil nəisə vacib bir şey bu cavabdan asılı idi. 

-

 

Bilirsən, biz çox pul xərcləyirik...Mən bilə bilə Mərdəkandan uzaq yerdə 



ev aldım ki, gözə  dəymiyəm...Birdən birə  işdən çıxmağım, yarım 

milyonluq ev almağım, bunlar hamsı  məni tanıyanlarda  şübhə oyada 

bilər...Bir az pullara qənaət etmək lazımdır...Kanadaya visalarımız 

düzələn kimi bütün kisəni satarıq,yır-yığış eliyib çıxarıq aradan. Sonra 

orda mən Pikə xanımın ailəsindən də uzaq olaram,...- bir qədər fasilə etdi, 

ağzını büzüb- öz ailəmdən də...Qoy bizim nigah haqqında nə deyirlər 

desinlər. Mən səni sevirəm. Bilmirəm  əvvəl niyə bunu özümdən belə 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə