Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   9   10   11   12   13   14   15   16   17

saxlamaq üçün gözə  dəyməyən daha bir dərin zirzəmi var..qapısı 

döşəmədə olduğundan ala-qaranlıqda nəzərə çarpmır. Üstəlik üstünə bir 

nimdaş palazdan salsan onu ən böyük stajlı müstəntiq də tapa 

bilməz...Orxan bu zirzəminin taxta qapısının çəftəsindən tutdu və qapını 

açdı, içəridən dəhşət nəmişlik iyi gəlirdi...Elə bil bu qapaq illərdi 

açılmırdı. Meyiti heyvan tək zirzəmidən aşağı buraxdı, qapını bağlayıb 

əvvəl qan izlərini yox etmək üçün yarım verdrə quru torpaq doldurdu, 

zirzəmiyə  gətirib,  ətrafa səpələdi və süpürgə ilə  hər yerə yaymağa 

başladı...Qan ləkələri dərhal yox oldu...yalnız bir qədər qaraltı cizgiləri 

qalmışdı.  Bir iki dəfə süpürgə vurduqdan sonra isə tam yoxa 

çıxdı...bayırdakı çarhovuzun yanına gedib üst başını  təmizləməy 

başladı...Yenidən həyətə göz gəzdirib...hər  şeyi detalları ilə diqqət 

yoxladı...O gərək müstəntiqlərə heç xırda işarə  də qoymamalı idi...Bu 

qəsdə Günayla o qədər diqqətlə hazırlaşmış, o dərəcə planlamışdılar ki 

hətta Orxan darvazaya çatanda ayaq izləri buraxmamaq üçün hər iki 

çəkməsini hər tərəfdən salafanla  dolamağı da unutmamışdı... Bəli işin 

plana uyğun gedişinə söz ola bilməzdi...Özündən razı şəkildə yerə tüfürdü, 

və  həyəti tərk etdi...Axı  nə biləydi ki, sağ cibinə qoyduğu qanlı  əlcək 

hovuzun yanında üst-başını təmizləyərkən cibindən hovuzun yanındakı iki 

kubikin arasına düşüb... 

Rəsul isə artıq hər  şeyi qaranlıqlar içində görürdü. Birdən yenidən tam sükunət 

çökdü...ağrı tam getdi, bədəndə tam sağlamcasına  əvvəlki kimi fəaliyyət 

gedirdi...yenidən elə bil projetkor işığı ilə tam qaranlıqda uzaqdan gələn silueti 

işıqlandırırdılar... Yaxınlaşdıqca Rəsulu vahimə bürüyürdü...bütün vücudu ilə 

titrəyirdi...Həyatında belə  dəhşətli hiss keçirməmişdi...Əvvəllər belə olanda 

(dəhşətli yuxular görərkən ) sağ əlinin işarə barmağı ilə ətini bərk cımcıqlayırdı və 

oyanırdı...İndi isə  bədən  əzaları ona tabe deyildi...Pikə xanımın sözlərin onun 

qullaqlarında elə hey səslənirdi... “...həmən qara şey...həmən qara şey”... Bəli 

yaxınlaşan həmən qara şey idi... O o dərəcədə görünməmiş bir şey idi ki, Rəsul 

onun nə olduğunu dərk etməsi bir yana, onu gördüklərindən və eşitdiklərindən heç 

bir  şeyə  bənzədə bilmirdi...Yalnız son dərəcə qorxurdu. “Beş yüz əlli beş”. O 

yalnız bunu eşitdi, qara şeyin sürətlə ona doğru qaçdığını görüb, ağzını tam açıb 

uşaq kimi inildəməyə başladı.  

 

VIII  



pArAdOkS – yenidən pre-aqoniya 

 

Naməlum vaxt 

Naməlum yer 

 

-

 



Aaaaa.....yoxx.....aaaa....qoymayın...- qara nəməlum onu qəflətən buraxdı 

və əks istiqamətdə qaçaraq qaranlıqda yoxa çıxdı. 




Tədricən  ətraf işıqlanmağa başladı. Lakin bu işıqlanma qeyri-təbii 

görünürdü...Belə işıqlanma nə çöldə nə də yaşayış yerlərində olurdu. İçəri məkanın 

işıqlanması açıq sarı  rəngdə idi. Uzanmış  vəziyyətdə olduğundan  başı ancaq 

yerləşdiyi yerin tavanını görürdü. O da ki, yarım açıq gözlə. Gözlərini tam açmağa 

hələ gücü yox idi...Elə hey təkrarlayırdı – qızılın qalanları qalıb, istifadə 

eləmərəm...söz verirəm...qaytararam söz verirəm...- Bir neçə dəqiqədən sonra gözü 

tam açılanda tavanda qeyri adi şeylər görməyə başladı...Belə şey o birinci dəfə idi 

ki, görürdü. Təxminən altı qadın, olduqca qədim geyimlərilə, yerdə uzanmış, 

gözləri yumulu, yəqin ki, ölmüş, bir saqqalı, uzun saç, yarı çılpaq kişinin yanında 

ağlaşırdılar. Arxa fonda isə digər  dolu, yaşı altmışı keçmiş kişi də var idi. O bu 

ağlaşma mənzərəsini seyr edirdi. Qadınların ah-nalələri sakitdə olsa, adi qulaqla 

eşidilirdi...Birdən bu mənzərə yox oldu...yenidən qara fon yarandı...digər bir 

mənzərə meydana çıxdı...Rəsul artıq tavandakının böyük ekran olduğunu başa 

düşüb, harada olduğunu aydınlaşdırmağa başladı...Özünü çox ağır hiss edirdi...Elə 

bil çəkisi iki dəfə artmışdı.Əllərini qaldırıb baxanda dəhşətə  gəldi...Əllərinin 

diametri əvvəlkindən çox böyük idi...Həm də tükləri ağ-appaq olmuşdu...Biləyinə 

yaxın yerdə iri bir xal ləkəsi var idi...Rəsul əvvəl qorxsa da sonradan bunun işıq 

effektinə görə belə göründüyünü güman etdi...Əynində  çox nazik kimano stilində 

olan xalat var idi ki, Rəsul xalatın onu qızdırdığını hiss edirdi...Rəsul xəstəxanada 

yerləşdiyini artıq yəqin etmişdi...Lakin bu Bakıda olsa idi o başını kəsməyə hazır 

idi. Qapının açılması ilə işıqlandırma sisteminin normal işıq tonuna  keçməsi bir 

oldu...Artıq  əllərinin doğrudanda öz əllərinə  bənzəmədiyini, qoca bir şəxsin  əli 

olduğunu gözləri ilə gördü...Bu an sarı xalatlı  və kalpaklı  həkimlər, və  yəqin ki 

tibb bacıları da içəri girmişdilər... Rəsul qışqırmağa başladı. 

-

 

Mənə neyləmisiz...neyləmisiz mənə....Ay Allah mənim günahım nə idi 



axı...- deyə körpə  uşaq tək ağlamağa başladı...Yəqin etdiyi tibb 

bacılarından ikisi, (üzlərində maska olduğundan yaşlarını ayırd etmək 

çətin idi) ona sarıldı. Birincisi başına sığal çəkərək ---  

-

 



Baba—baba...dedi- Rəsul dərin bir şoka düşdü...Bəlkə  mən bıçaqlanan 

gün komaya düşmüşəm, yalnız indi oyanmışam...Bəs axı Günay hamilə 

deyildi...Bu nəvələr hardan çıxdı... 

-

 



Baba, biz hep yanındayız...Senin uyanmağını özlüyorduk...- Rəsul burada 

nəisə anlaşılmamazlıq olduğunu güman etdi...Deməli bunlar türkdülər 

məni baba- yəni ata hesab edirlər...Yəqin xəstləri səhv salıblar. Nazik 

tonla. Bu an digər iki həkim, (kişi) öz aralarında pıçıldaşmağa başladılar. 

-

 

Xanım mən Sizi tanımıram...Yəqin ki, atanızı  səhv salmısız...Mən 



Azəriyəm, türk deyiləm...-Rəsul cavab almaq üçün həmən qızın gözlərinə 

baxdı...Nədənsə o key kimi durub qalmışdı,  ətrafdakılara da göz 

gəzdirdi...hamı lal-dinməz ona heyrətlə baxırdılar...Rəsul dialoq zamanı 

yaranan fasilələrə nifrət edərdi...Ona görə də, söhbətinə davam etdi. 

-

 

Mənim adım Rəsul Orucovdur...Həkiməm...oy, siz türklər buna doktor 



deyirsiz, mən doktoram, yəqin ki, məni kiməsə oxşatmısız...-birdən öz 


Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə