Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə2/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   2   3   4   5   6   7   8   9   ...   17

ki, elə bil ruh bədənə qayıdan kimi və ya yuxuda çoxmərtəbəli binadan aşağı 

yıxılan adam kimi diksindi və hönkürüb ağlamağa başladı. Bu dava-dalaş müasir 

siyasi xadimlərin – müxtəlif dövlətlərin başında olan adamların  əsl niyyəti və 

səbəbi, necə    deyərlər həqiqi casus bele-ni gizlətməklə digər qeyri-səmimi 

səbəblər, məsələn, “terror” adı altında “müharibəyə başla” siyasətinə  bənzəyirdi. 

Belə ki, həm ana, həm də oğul getdikcə pisliyi doğru dəyişən bütün münasibətlərin 

həqiqi casus-bele-sinin “qızıl vəsiyyəti” olduğunu bilirdilər.  

-

 



Davanı yenə də qızıla görə salmısan, elə deyil bəlkə... Allaha and olsun 

ki, qızıl haqqında ağlıma heç nə gəlmir...Sənə dimişdim axı 

-

 

Kəs səsivi kaftar... 



Ana bir anlıq gözlərini bağladı...Onda nəinsə fizioloji dəyişildiyi hiss olundu. 

Gözünü açıb tam təmkinli şəkildə başqa səslə... 

-

 

Dağlı Nazim sənin yanına gələcəy... Amma mən gedəndən düz bir ay 



sonra...- və yenidən gözlərini qapayıb açdı. Özü heç bir şey başa 

düşmür kimi ətrafa baxırdı. 

Bu vəziyyətdə  oğlu başını itirdi. “Axı bu rəhmətdiy Nazimi hardan tanıya 

bilər, biz onıynan Moskvada görüşmişiy... Buralara heç vaxt gəlmiyib”- Oğul 

ismarıcın  əsl mahiyyətini başa düşmədi...Belə bir hala bir təsadüf kimi baxdı  və 

yenidən emosional partlayış  vəziyyətinə  gəlib, anasının üstünə götürüldü, 

boğazından yapışıp vəhşi kimi boğmağa başladı. Ananın ağzından ağ köpük 

gəlməyə başladı. Şokdan ana huşunu itirdi. 

-

 

Alo...Skorı? Anam ölür tez oluz gəlüz. Adresi diyirəm 



yazuz...Nə?...Bilmirəm deyəsən yenə  şekəri qalxıb. Ağzından köpiy 

gəldi, sora da huşunı itirdi. Davayuz tez gəlüz... 

 

 

II 



Bir qədər əvvələ...Keçmişlə gələcək transı 

 

İllər boy öz bəylik irsini və ulu babasından qalma, bir  kisə dolusu qızıl pulu 

hamıdan gizlədən, rəhmətlik Cəmil dayı SSSR dağıldıqdan sonra artıq KKB 

təhdidindən və potensial təqibindən yaxa qurtardığını sanıb, ölkənin azad bazar 

iqtisadiyyatına, kapitalizmə, böyük vədlər verən “xalq hakimiyyətinə” 

qovuşduğunu düşünüb bu mülkü üzə çıxartmağı və qanuni dədə-baba ehtiyatı ilə 

firəvan həyata başlamağı qərara aldı. Bu qızılın nəsillərinə uğur gətirmədiyini bilsə 

belə. Lakin sonrakı hadisələr ölkədə yaranmış gərginlik, lənətə qalmış müharibə, 

müharibədə  həlak olmuş  istəyli oğlu Bilal, müharibənin ictimai həyata dağıdıcı 

təsirləri və digər “üzdənıraqlıqlar” onu fikrindən çəkindirdi.  Onsuz da, qızılın 

varlığı haqqında məlumatı olanların heç biri artıq dünyada yox idi. Əlbəttə ki, 

ondan başqa. 

Digər iki oğluna gəldikdə, kiçik oğlu evləndi və dostlarının təkidi ilə 4 aylıq 

hamilə xanımı ilə xaricə getdi və qısa bir müddətə hər ikisi üçün vətəndaşlıq əldə 




edə bildi.  Bir çox cəhətlərinə görə atasında oxşasa da, qəlbində ata sevgisini “eqo” 

və “təkəbbür” komensasiya edirdi. Nitşenin lənətə qalmış fəlsəfəsini özünə həyat 

yolu seçmiş bu Zaratustr insan münasibətlərinə sırf formal bir şey kimi baxırdı.  

Özünə  həyat modeli olaraq “azğın kapitalist demokrat” simasını seçmişdi. 

Bununla belə, rüşvətə  və “hörmətə” bu kodeksə  sığmayan  bir şey kimi baxırdı. 

Görünür xaricdə öz ayaqlarını yerə  dərin basdırmışdı...gedəndən bəri ailəsinə 

yalnız bir-iki dəfə  zəng vurdu ki, bunlardan birində sağ-salamat çatdığını  xəbər 

vermişdi. Sonradan o, dəyişdiyi ünvan haqqında heç bir məlumat vermədi,  əlaqə 

saxlamaq üçün telefon nömrəsi belə vermədi. Əvvəlki nömrəyə zəng vuranda da, 

bir  İngilis xanımı  dəstəyi qaldırırdı. Ata məcbur qalıb yalnız oğlunun ad və 

soyadını  və  inigiliscə bildiyi az sözlərdən birini – “Hello” deyirdi. 

-

 



Hello...Mmm...Əşi...Ağanatiq Mamedov...pliz. 

-

 



Beg your pardon... 

-

 



Pliz ...Ağanatiq 

Bu bir neçə  dəfə  təkrarlanırdı. Xətdəki siqnalın zəifliyi bir yana, Cəmil dayının 

səsi o qədər kobud çıxırdı ki, ingilis dilli qadın heç dediklərinə varmadan, aqressiv 

tonda 


-

 

Look, i dont understand you. İf you have something to say,  then learn 



to speak proper English, you old punk! 

Cəmil kişinin üzü qızardı. Həyatında o nadir hallarda belə vəziyyətə düşərdi. 

Qadının sözləri başa düşülməsə də, sözünün ümumi xoşagəlməz məğzi aydın idi. 

Bu heç də alicənab kontekstdə deyildi. Cəmil dayı  məcbur olub, tanışlarından 

birinin oğlu, Azərbaycan Universitetinin tərcüməçi ixtisası üzrə 2-ci kurs tələbəsi   

Anarı köməyə çağırmalı oldu. – Balamsan, bu ağzıgöyçey, məni boğaza yığıb...- 

Cəmil dayı gülümsəyərək sözünü düzəltməli oldu- sözün düzi mən onu boğaza 

yığmışam. Bir kəlma başa sala bilmirəm ki, oğlumu çağır telefona. Sabah səhər 

gəl...sabah bazar günüdü, yəqin ki, dərsün yoxdu.- səhər bizə gələrsən, bi dənə o 

arvada yenə zəng eliyey. 

-

 

Cəmil dayı, xanımın səsi cavan idi.- Anar dediyi bir kəlmənin nə qədər 



axmaq səsləndiyini və yersiz olduğunu hiss edib peşman oldu. 

Qızarıb...sabah saat 12-də gələrəm- deyə sağollaşıb aradan çıxdı. 

Təyin olunduğu kimi sabahı gün, görüş yeri Cəmil dayıgil idi. Həmin nömrəni 

yığdılar. Cəmil dayı  dəstəyi Anara verdi. Artıq ona nəyin soruşulacağın başa 

salmışdılar. Xəttin əks tərəfində 40-45 yaşlı qadın idi. 

-

 



Good day, mem. Excuse me for disturbing you but we need to speak to 

Aganatik Mamedov. His father phone several days before,…but 

unfortunately he has no language skills, so you must have 

misunderstood him/ 

[Salam xanım. Sizi narahat etdiyimə görə üzr istəyirəm, ancaq bizə Ağanatiq 

Məmmədov lazımdır.Onun atası bir neçə gün bundan əvvəl Sizə  zəng 

vurub.Ancaq o, təəsüf ki, İngilis dilini bilmir. Və deyəsən Siz onu düzgün 

başa düşməmisiniz] 




Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə