Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   2   3   4   5   6   7   8   9   ...   17

-

 

Oh, yeap.Look i’m  so sorry if I said something wrong. Thus I thought 



he was one of the phone-stalkers, you know…But when it comes to the 

name you mentioned, I don’t know such. It hasn’t been even a year that 

I moved here. I bought this house from company so, don’t know the 

previous owners or renters. 

-

 

Just a minute. I must translate your words...- Cəmil dayı, xanım deyir 



ki, evi bir il yoxdur alıb.Özü də maklerdən alıb. Evin əvvəlki yiyəsini 

tanımır. 

Cəmil dayı bir qədər fikrləşib gedib dedi: - Balamsan, gör həmin maklerin nömrəsi 

var onda. 

-

 

Excuse me, Ms, his father is asking if you happen to have company 



telephone number or e-mail, you know...[Bağışlayın xanım...onun atası 

soruşur ki, sizdə  təsadüfən həmin  şirkətin telefon nömrəsi və ya 

elektron poçt adresi yoxdur ki?] 

-

 



Look dead, I really wanna help this man, but unfortunately I teared and 

did away the broker’s visit card. I don’t like keeping bulk of junk in my 

house…my mistake. I’m so sorry…You say, he is the one who is 

supposed to be the ex-owner of this house? [ Bax əzizim, mən 

həqiqətən bu kişiyə kömək etmək istərdim. Ancaq, çox təəssüf mən 

həmin dəllalın vizit kartını cırıb tullamışam. Mən evdə lazımsız kağız-

kuğuz yığını saxlamağı xoşlamıram, bu mənim mənfi cəhətimdir. 

Deyirsiz ki, o evin keçmiş sahibi sayılır] 

-

 

Yes mam. [Bəli xanım] 



-

 

You’d better leave your telephone number and the name of ‘hero’, just 



in case, if I happen to find out something. Now tell me the name and 

number and don’t forget the external code, code of your 

country…[Yaxşısı siz telefon nömrəsini və  həmin qəhramanın adını 

mənə deyin, bəlkə nəisə öyrənə bildim. Zəhmət olmasa onun adını və 

öz nömrənizi söyləyin və xarici kodu- ölkənizin kodunu unutmayın] 

-

 



Azerbaijan 

-

 



Oh, never heard of one. Never mind, you go on. [Bu ölkənin adını 

birinci dəfədir ki eşidirəm, siz fikr verməyin, davam edin] 

-

 

It’s post-Soviet state. Whatever. His name is Aganatik...A G A N A T I 



K...last name Mamedov...damn...i don’t know it’s exact conversion, the 

number is plus 99412 -54-XX-XX [Bu post-sovet ölkəsidir. Nə isə... 

Onun adı  Ağanatiqdir (hərf bə  hərf söyləyir), soyadı isə 

Mamedovdur...ingiliscə yazılışını dəqiq bilmirəm...Telefon nömrəsi isə 

+ 99412-54-XX-XX...Bizə vaxt ayırdığınız üçün minnətdaram] 

-

 



Oh, not at all. İ guess its good to lend your hand to one stumbled up. I’ll 

contact you  as soon as I happen to find something [dəyməz. Hesab 

edirəm ki, yıxılana  əl uzatmaq yaxşı  şeydir. Bir şey tapa bilsəm sizə 

xəbər verərəm.] 




Birdən xəttin o biri tərəfindən dəhşətli bir uğultu gəldi, ardıycan xətdən 

Azərbaycan dilində gedən dialoq eşidildi. Anar dəhşətə gəlmişdi, bu səslər necə də 

Pikə xanımın səsinə  bənzəyirdi. – “Oğlum, anannan belə danışma...Səni 

doğulannan  Şah Abbasın nəvəsi kimi böyütmüşəm, nə lazım olub...hamsını...”- 

kişi səsi isə əlbəttə bu Orxanın səsi idi. Belə kobud və xışıltılı səs ancaq onda ola 

bilərdi – “Yenə başdama, ağzuvı bağla, kaftar...”. Dava dalaş davam etməkdə idi, 

Cəmil dayı Anarın simasından başa düşürdü ki, nəsə baş verib.Anar is elə həmin 

an əlində çay otağa daxil olan Pikə xanımı görəndə ürəyi ağzına gəldi...-Bu nədir 

belə- deyə özünə  səsləndi.-Yəqin başqalarıdır, səhvən xəttə düşüblər. Axı belə 

hallar olur...Ay axmaq, əlbəttə ki, belədir.- Lakin elə bil hadisələr onun düşüncəsi 

ilə oynayırdı. Elə bu fikrə yeni gəlmişdi ki, birdən uğultu səsi tam kəsildi, artıq 

dialoq da eşidilmirdi...Tam səsizlik olduğundan Anar yenidən dəstəyi qulağına 

dirədi. – Alo...fıs..fıs- deyə telefona üfürməyə başladı. Yeni səslər gəlməyə 

başladı. Anarı getdikcə vahimə bürüyürdü. Uzaqdan çox çətinlikə eşidilən ney səsi 

gəlirdi. Və kimsə tez-tez həyacanla “Mıt-mıt-mıt-mıt-mıt-mıt” deyə dayanmadan 

səs çıxarırdı. Bəlkə də bu heç deyim deyildi, adi səs idi. Cəmil dayı dözməyib: 

-

 

Balamsan, axı nolub orda. Qoca kişiyəm, ürəyimi üzmə. 



Anar heç yaşlı dayının sözlərinə fikir verməyib, mat-mətəl durmuşdu. Qulaqları 

səsdə idi. Yenidən tam sükut yarandı. Artıq bu kişi səsiydi külək səsinin müşayiəti 

ilə nəsə pıçıldayırdı...Və birdən qışqıra-qışqıra...Xeyr hönkürə-hönkürə  

-

 



Beş yüz əlli beş. Beş yüz əlli beş... Və  xəsəfəl qamər. – dedi. Bütün 

səslər kəsildi və qarşı  tərəfdən dəstəyin yerinə qoyulduğu siqnalı 

eşidildi. “ Dut-dut-dut” 

Anar özünü nəyi var itirmişdi. Səsi xırıldayaraq.- Adboy verdilər, nömrəni 

təzdən yığım...Redialı  basım təzdən yığsın. Xəttin digər ucundan, yenə qadın səsi 

eşidildi. Lakin bu artıq həmin qadın deyildi. 

-

 

The number you are calling is not identified. [Aradığınız nömrə 



müəyyən edilməyib- deyə avtomat-operator durmadan təkrar edirdi] 

Anar həmən nömrəni təkrarən bir neçə dəfə yığsa da, eyni hal təkrarlanırdı. 

Kişinin dəhşətli sözləri isə hələdə durmadan onun beynində səslənməkdə idi. “Beş 

yüz əlli beş...qamər...qamər”. Anar məsələnin mistik hissəsindən başqa qalan hər 

şeyi onlara danışdı. Telefon xəttinə digər nömrənin daxil olduğunu və hal-hazırda 

həmin nömrəyə  zəng çatmadığını bildirdi. Cəmil dayı özü də yoxladıqdan sonra 

onsuz da ayaq yoluna qaçmağa çalışan uşaq kimi görünən Anarı Pikə xanımın 

“Abala...Bir çayı iç də!” deyə təkidlərinə baxmayaraq evə buraxdı. 

555...555. Axı bu nə demək idi. Bəlkə mənim ölməyimə beş yüz əlli beş gün 

qalıb.-bircə bu fikr onun tüklərini ürpətdi- Hə...Filmlərdə belə  şeylər olur.Ay 

Allah, mən nə danışıram nə film...beş yüz əlli beş gün. Axı bu heç 2 il də deyil. 

Anar evə girib işdən nahara gəlmiş atasına salam belə vermədən otağına getdi və 

yuxuya getməyə çalışdı. – “Sabah hər  şeyi yenidən götür qoy edərəm”  - deyə 

özünü gümrahlandırdı...Bir neçə dəqiqədən sonra yuxuya getdi... Anar hardan bilə 

bilərdi ki, onun üçün artıq “SABAH” olmayacaq. 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə