Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə4/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   2   3   4   5   6   7   8   9   ...   17

Bir neçə vaxtdan sonra Cəmil dayı da dünyasını  dəyişdi...Lakin sirli qızıl 

söhbətinin müqəddəratı hələ də həll olmadı 

 

 

 



 

III 

Rəsul həkimin diplom işi  

 

“Fə-izə  bəriqəl bəsər.Və  xəsəfəl qəmər. Və 



cumi’  əş  şəmsu vəl-qəmər.Yəqulul insanı 

yəvmə-izin  əynəl məfərr - Göz (heyrətdən) 

bərələcəyi.Ay tutulacağı.Günəşlə ay birləşəcəyi 

(hər ikisinin qərbdən çıxacağı, nurunun 

gedəcəyi) zaman.Məhz o gün insan: “Qaçıb 

can qurtarmağa yer haradadır?” – 

deyəcəkdir.” 

Quranı-kərim,  Qiyamət surəsi, 7-10 (tərc. 

V.Məmmədəliyev) 

 

00:24    Bazar ertəsi  



Əzizbəyov rayonu X saylı poliklinika 

 

Otuzillik ildönümünü bir həftə öncə qeyd etmiş Orucov Rəsul (həkim) 



poliklinikanın göz yorucu ağ fonda monotonluğu bir qədər öldürməyə xidmət edən 

lakin aidiyyatı olmayan şəkillərə (Aşka sürgün serialının A3 formatda divar kağızı, 

2006-cı il FİFA Dünya çempionatında yer alan komandaların  qruplarını, oyun 

sxemlərini və s. özündə ehtiva edən plakat, holivudun xanım ulduzlarından birinin 

yarı  çılpaq və biabırçı pozada şəkli və sair) bəzədilmiş bufetdə köhnə stollardan 

birinin arxanında  əyləşmişdi. O, bufet panelinə yaxın quraşdırılmış kiçik ölçülü 

televizora tərəf biganə şəkildə başını fırlatdı və öz-özlüyündə - Yəqin Rüstəm dayı 

“qəşəng” kinonun başlamağını gözləyir, yenə...-Fincanındakı  tək-istifadəlik çay 

bağlamasının sapından tutub yaxşıca çarxaladı    və gözünü fincanın içinə zillədi. 

Lakin istədiyi effekt baş vermədi. Rəng açıq olaraq qalmaqda idi. Görünür 

dördüncü istifadə idi. Sadəcə susuzluğu yatırmaq lazım idi. Bir nəfəsə artıq 

soyumuş çayı boğazına aldı. Fincanı yenidən masanın üstünə qoyub, stulun 

arxasına söykəndi. Bufetdə kino manyakı Rüstəm dayıdan başqa heç kim və  

maraqlı heç nə olmadığından  gözlərini yenidən plakatlara zillədi.  İçəri girən  

ortaboylu, uşaq sifətli feldşer – Dilavər içəri daxil olanda, Rəsul hələ də xəyallarda 

uçurdu. Dilavər növbəti addımları atıb bufetin hüdudlarına tam girməzdən  əvvəl 

bir qədər boylandı ki, Rəsulun nəyə baxdığını görsün. Orada çoxlu plakatlar 



arasında, yarı-çılpaq gözəlçəyəyə gözü sataşanda...bərkdən gülməyə başladı. Rəsul 

diksindi. 

-

 

Başın xarab olub, taxtabaş.- əlini ürəyinə qoyub- ürəyim yerindən çıxdı 



ki,. 

-

 



Fikrinnə qəşəng qızlar keçir? 

-

 



Dəlisən...Mənim fikrim başqa yerdədi. 

Dilavər söhbətin bufetin girəcəyində davam etdirilməsini yersiz bilib, içəri keçdi  

-

 

Bilmək istərdim, bu gecə vaxtı səni düşündürən nədir belə görəsən?... 



-

 

Dilavər, elə eləmə, keçən dəfəki kimi aramızda söhbət düşsün. Sənin 



gic-gic zarafatdarın məni boğaza yığıb 

-

 



Yaxşı da. Oldu keçdi. Bağışla- deyə Dilavər dərhal ciddi görünüş aldı. 

Elə bil o özündən 3-4 yaş kiçik Rəsulun işıldayan gözlərindən qorxdu. 

Tam fərqli tonla – Vızov va, dedilər ki, arvad ölür...Doktor Atayev, səni 

göndərir. 

-

 

Sən doğurdan da xəstəsən. Camaat orda can verir, sən də  xəbər 



verməmiş sırtıqlıq edirsən. 

-

 



Onsuz də ölən deyil...Bizə zəng vuranların hamsı guya ki, ölür. Gedib 

görürsən ki, hələ an azı 10 il morqa yolu düşməyəcəy. 

-

 

Nə isə  mən qaçıram- deyə o, stulun belinə sardığı  ağ xalatı geyinib 



bufeti tərk etdi. Birinci getdiyi yer doktor Atayevin – növbətçi olan baş-

həkimin otağına getdi. Tuk-Tuk! –qapını döydü. 

-

 

Gəl –deyə içəridən 40-45 yaşlı bas kişi səsi səsləndi. 



-

 

Doktor, gəlməy olar? 



-

 

Gəl,gəl. Harda qalmısan. 



Rəsulun Dilavərdən xoşu gəlməsə də, satqın deyildi. Bir qədər fikirləşib. 

-

 



Heç. Yuxuya getmişdim. Dilavər də oyada bilmirdi. Axırda üzümü 

yaxşıca şillələdi. 

-

 

Kənd sovetinin yanındakı binadan vızov var. Xəstə yaşdı 



arvaddı.Dediklərinə görə can üstündədir. Səni bura birinci dəfə intern 

kimi gələndə, mənə  sənin necə deyərlər, güclü rekamendasiyanı 

vermişdilər. Referatlarından birinin mövzusu “Aqoniya” olub ki, 

başqalarından fərqli olaraq bütün referatı özün yazmısan, nəzəriyyəyə 

çox az yer vermisən. İşin əsas məğzi sənin öz müşahidələrin olub; yəni, 

öləni can üstündəykən ziyarət etmisən. Referata hələ kalorit də qatmağı 

unutmamısan. Fantastik, parapsixoloji yanaşmalarda bulunmusan.  

Doğruya qalsa, baş həkimin belə simpatiyası onun ürəyincə idi. Bununla belə, 

xəstənin can üstündə olması belə söhbətləri yersiz edirdi. Rəsul qaş-gözünü 

büzməyə başladı. 

-

 

Sabir Rəhimovu yaxşı tanıyıram. O, sənin referatını oxumağa təkid 



etdi...Sözün düzü sənin yazın mənə  Məxfi materialları xatırlatdı. Nə 

isə... Deyirlər referatı müdafiə etsən də, hələ  də bu mövzunu 

müşahidələrinlə davam etdirirsən...Nə deyirsən? Referatı bu gün davam 



etdirmək fikrin var...? Mənə oxucu kimi maraqlıdır – Rəsul onun əl 

çəkməyəcəyini bilib laqeydcəsinə cavab verdi:  

-

 

 Nə bilim... Doktor bəlkə artığ gedim? 



-

 

Hə, get.- həkim saatına baxdı – Tofiq maşını binanın qabağında 



qızdırır,... ona xəbər eləmişəm. Di tərpən...Bir məsələ  də var sənə 

demək istəyirəm. 

-

 

Eşidirəm. 



-

 

Sözün düzü, sən 10 dəqiqə ərzində ora gedəcək ikinci həkimsən 



-

 

Başa düşmədim 



-

 

Səndən qabaq ora Cabbarı göndərmişdik...Amma o dəli olub, nədir. 



Bloka girir və dediyinə görə  nəsə onu pilləkanları qalxmağa qoymur. 

Bir ağırlıq...Mən bilirdim gecələr işləməkdən axır-əvvəl onun vaxtıda 

gələcək. Eləmə  tənbəllik “vurur şoferi də qoltuğuna” qayıdır 

xəstəxanaya. Qəribədir...Heç xəstənin qapısını belə döymədən. Nə isə, 

di get. Yazıq arvad öldü orda. 

Rəsul baş  həkimlə söhbətin ikinci yarsına heç bir əhəmiyyət verməmişdi. 

Sadəcə ardıcı söz birləşmələri və sözlər idi ki, bu qulağından keçib o biri 

qulağından çıxırdı. Elə bil nəsə onun bu sözlərə  əhəmiyyət verməməyə  məcbur 

edirdi.Onun fikri aqoniya məsələsində idi. Rəsulun baş  həkim Atayev haqqında 

fikirləri dəyişməyə başlamışdı. Gözünə illərdi pulgir, doqmatist və  ətrafdakılara 

yuxarıdan baxan bir dikbaş kimi görünən baş həkim bu münasibətiə tam fərqli təsir 

bağışladı. Psixoloji nəzəriyyələr, insanların davranışlarını  və temperamentlərini 

müəyyən edən, tədqiq edən yazılar heç də hər zaman düz çıxmır. Hər şey materiya 

ilə ölçülə bilməz. Maddənin qurtardığı yerdə-qeyri maddə üzə  çıxır. Yəni ruh. 

“Zoom” deyilən düymə ilə insana baxsaq nələr görərik, nələr. Düyməni bir dəfə 

basırıq və buyur. İnsanın hüceyrələri, DNT. Bir dəfə  də basaq. Mürəkkəb 

molekulyar quruluş, bədənimizdə H2O-dan tutmuş  zəhərə kimi bütün maddələr. 

Düyməni daha bir dəfə basaq. Artıq hansısa maddənin atomunu görmüş oluruq. 

Mustafa  İslamoğlunun sözləri ilə deyilsə, elektron durmadan nüvəni tavaf edir, 

hacc mərasimində zəvvarlar Kəbəni tavaf edənlər kimi. Zoom düyməsini yenidən 

basmalı oluruq. Neytron və Proton. Birdə... Kvarklar...Yenidən...Bu dəfə yenicə 

kəşf olunmuş ən kiçik hissəcik- daha doğrusu “kölgəcik” – spinləri görmüş oluruq. 

Birdə basırıq...Düyməyə nəsə oldu. Birdə basırıq. Birdə basırıq...Axı artıq heç nə 

görünmür. Müasir alimlər buna qeyri-maddə adı veriblər. Bəli maddiyatın 

qurtardığı yerdə, ruh başlayar.Bax belə. Rəsul bütün elmi araşdırmalarını qeyri-

maddə prinsipini öndə tutaraq aparırdı. Referatın mövzusunu təzəcə seçmişdi ki,  

qohumlarından birinin can üstündə olması  xəbərini eşitdi. Vidalaşmaq adı ilə bir 

təhər özünü ora çatdırdı. Və preaqoniya fazasından sonra xəstənin özünü aparması, 

sayıqlamaları onu dəhşətə  gətirirdi. Terminal fasilədən ( preaqoniya və aqoniya 

arasında olan faza, bir növ klinik ölüm) sonra çarpayıda meyit kimi uzanmış xəstə 

birdən ucadan qışqırmağa başladı. Bədəninin aşağı yarısı uzanmış  vəziyyətdə 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə