Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   2   3   4   5   6   7   8   9   ...   17

qalmaqla, özünü qabağa verdi və hönkürə-hönkürə, bəzi hecaları bir neçə  dəfə 

təkrarlayaraq: 

-

 

Bil...bil...bilirlər – sözü tam şəkildə ifadə edəndə bu artıq bağırtı 



səsinə  bənzədi. Birdən gözlərini yumuq Rəsulun indiyədək heç 

yerdə  və heç zaman eşitmədiyi və  yəqin ki, daha eşidəməyəcəyi 

səs çıxartmağa başladı. – Mıt-mıt-mıt-mıt-mıt-mıt...Rəsul xəstənin 

ətrafındakılara göz ucu nəzər yetirdi. Hamı ağappaq rəng almışdı. 

Qorxudan gözlərini də  qırpa bilmirdilər. Çünkü bundan sonra nə 

gələcəyini bilmirdilər...Xəstə gözlərini yenidən açıb  əvvəlki sözü 

pıçıltı ilə  təkrarlamağa başladı.  - Hamsını bilirlər... Bilirlər. 

Ətrafdakıların tükləri biz-biz durmuşdu. Sonra xəstənin kiçik qızı 

cəsarət toplayıb atasının  əlindən tutdu və onu sakitləşdirməyə 

çalışdı. Rəsul bu addımın mənasız olduğu bilirdi. Çünki həmən 

affekt anında xəstə  ətrafdakılara heç bir reaksiya verə bilməz. O 

sadəcə nəyi görmək istəyir, onu da görür. Atanın çırpınan əli yazıq 

qızın burnuna çırpıldı...Qızı yerə  sərilməyə qoymasalarda, qızın 

burnundan qan açıldı. Digərləri kiçik qızın hərəkətini təkrar 

etməyin yersiz olduğunu hiss etdilər...  Müşahidəçi rolunda çıxış 

etməyi məqsədəuyğun bildilər. Birdən Rəsulun bir qədər öncəki 

nəzəriyyəsini alt-üst edən hadisə baş verdi. Xəstə bir-bir pişik kimi 

hamının üzünə baxmağa başladı. Titrəyən işarə barmağı yuxarı 

qalxdı və bir qədər öna uzanıb Rəsula doğru tuşlandı. Rəsul dərhal 

udqundu. “ Bu ən az gözlədiyim şey idi” deyə gündəliyində Rəsul 

hadisəyə münasibət bildirirdi. Rəsul kişinin  bu baxışlarından 

diksinmişdi. Belə ki, o əmin idi ki, terminal fasilədən sonra insanın 

vəziyyəti bir neçə dəqiqəlik normaya yaxın (əslində çox az yaxın) 

vəziyyətə düşə bilər. Lakin altmış yeddi yaşı bir ağsaqqalın bu cür 

enerji dolu hərəkətləri və  bərəlmiş baxışları onu qorxutmuşdu . 

Kişinin Rəsula baxışını görüb, hamı sirayətə  uğrayıb üzlərini 

Rəsula tərəf çevirdilər...elə bil indi bu iki subyekt arasında həyati 

bir məsələ çözüləcək. Kişi yenidən əlini yavaş-yavaş və əlinin ona 

çatmadığını görüb bir az özünü qabağa verdi. Əli ona çatacaqdı ki, 

Rəsul dərhal özündən-asılı olmayaraq geri çəkildi. Lakin etdiyi 

hərəkətin düz olmadığına peşman olub, kişinin  əlindən yapışdı. 

Kişi yavaş-yavaş onu özünə  tərəf çəkdi, Rəsul yıxılmamaq üçün 

özünü qabağa verdi. Kişi ona işarə etdi ki, qulağını yaxına 

versin...və pıçıldamağa başladı.  

-

 

Bilirlər. Hər şeyi bilirlər...Mənə səni göstərdilər...dedilər ki,...səni 



bura ölüm gətirib...qızılı saxlama, ver. Saxlama ver.- və qoca 

sözünü yekunlaşdırıb Rəsulu buraxdı.  Əvvəlki kimi yerinə 

meyitcəsinə uzandı və gözlərini yumdu. 



Bu sözləri Rəsul o vaxtdan yadında saxlamaqda idi. Görəsən bununla nə 

demək istəyirdi. “Qızılı saxlama...ver”...  

Kişinin üz-gözü ağıllı başlı  dəyişmişdi. Görünür o, bərk qorxudu. Gözləri 

yumulu olsa da öz-özünə - Yox hələ var. Hələ var. Az qalıb. Amma hələ var..Nə? 

Ola bilməz. Yox. Yox. Yoooooxxx - kişinin gözlərinin açılmağı ilə onun çarpayıda 

dikilib bağırmağı bir oldu. Otağın divarlarına      dəlicəsinə baxır  və elə bil nəisə 

axtarırdı. Qəflətən uca və israrlı səslə: 

-

 



Saat...Saat neçədi? Tez olun saatı... – hamı  əvvəlki kimi donub 

qalmışdı. Həyat qapısının zənginin eşidildiyini eşidən oğul dərhal 

təcili yardım maşınını    qarşılamağa getdi və evdən çıxmamış 

bacısına – Kişinin qapağına saat qoyun – dedi.  

-

 

Papa, saat beşə qalıb on dəqiqə, narahat olma, indi həkim gəlib 



səni ... – Xəstə istədiyi  şeyi eşidəndən sonra qızının sözünü 

kəsərək 


-

 

Vaxtdır...Mənə halal edin, halal edin – hamısı bir dildən “halal 



olsun” dedi – Oğlum Rəşad harda qaldı. O, da halal eləsin...tez 

olsun az qalıb- Rəşad isə  gəlib çıxmaq bilmirdi. Yəqin iti 

bağlamaq yadından çıxmışdı. 

Böyük oğlu Rəşad, həkim və tibb bacısı içəri girəndə artıq kişi keçinmişdi. 

Keçmiş xatirələrindən yenicə ayrılmışdı ki, artıq qeyri-iradi şəkildə 

ambulansda əyləşdiyini və artıq poliklinikadan çox məsafə qət etdiklərini hiss etdi. 

Sürücü Tofiq isə yenə də tənhalıqdan bezənlər kimi Rəsulu və qırx beş yaşlı, lakin 

hələ  də incə görünüşün qorumuş Dilarə xanımı dilə tutmağa cəhd edirdi. Lakin 

melanxolik abu havanı görüb həmişəki kimi özü özünə yolun şərhini aparmağa 

başladı. 

-

 

Deməli sfetafordan döndük sağa, Baba Əliyev 



küçəsinə...Profilaktoriyanın yanındakı bina, yox ikinci bina. 

Maşallah,  elə yaxındı ki, ayaqla da gələ bilərdiz...Budur çatdığ. 

 

IV 

Pre-Aqoniya 

  

 



“İnsana bütün qorxu içindən gəlir, 

lakin insanın ağlı daima kənardadır” 

Mövlana Cəlaləddin Rumi 

00:36     Mərdəkan qəsəbəsi 

Əvhədi küçəsi, 2-ci bina, 2-ci blok  

2-ci mərtəbə, mənzil 6 

 

 



 


Rəsul həkim və Dilarə xanım hələ maşından düşməmiş, ambulansın ön işıqları 

sayəsində binanın qarşısındakı, maşınların hərəkəti üçün nəzərdə tutulmuş asfalt 

yolda orta-boylu, təxminən 40-50 yaş arasında olan qarabəniz bir kişi gördü. Onun 

əynində badımcan rəngli finka və yaxşı ütülənməmiş çəhrayı saroçka var idi. Onun 

büzüşüb əllərini finkanın onsuzda gödək cibləriə salmasında məlum olurdu ki, o 

üşüyürdü. Istilik 20-25 dərəcə selsi olanda çətin ki, kiməsə soyuq olsun. Görünür o, 

yaman həyəcanlı idi. Rəsul və Dilarə xanım maşından düşən kimi dərhal ona doğru 

hərəkət etdilər. Tofiq isə maşını  yenidən işə saldı və təcili tibbi yardım maşını 

sürücüsünün bir növ yazılmamış kodeksinə əməl edərək, maşının 180 dərəcə 

döndərib üzü yola saxladı. Rəsul və Dilarə artıq kişiyə çatırdılar ki, Rəsul həmən 

kişinin ona tərəf gələnlərə heç bir reaksiya vermədiyinə təəcübləndi. Kişini sözə 

tutanda məlum oldu ki, onun bu məsələlərə heç bir aidiyyatı yoxdur. Sadəcə 

qonşudur və hava alır (əslində Rəsul onun narkoman olduğunu artıq başa 

düşmüşdü) 

-

 

İkinci bina budur? – gözlənilən cavab aldıqdan sonra – bəs ikinci 



blok hansıdır...sağdan ikinci, soldan ikinci? 

Lazımı bloku kişidən bir təhər öyrəndikdən sonra sürətli addımlarla blokun ikinci 

mərtəbəsinə qalxdılar. Pilləkanları  təzəcə adlayırdılar ki, Rəsul , içində  nələrinsə  

dəyişdiyini hiss etdi, elə bil başqa bir məkana və zamana daxil olmuşdular. Ağır 

bir  şey onu sanki sıxırdı...Hər mərtəbədə üç mənzil vardı.4-cü və 5-ci mənzilin 

işarələri yerində olsa da, 6-cı  mənzilin seyf qapısı tam ağ  rəngə boyanmışdı. 

Qapıda  heç gözcük də yox idi. Qapını döydülər. Bir neçə saniyədən sonra qapını 

orta yaşlı hələ saçları ağarmağa macal tapmamış bir enlikürək, lakin bir o qədər də 

solğun kişi açdı. Qapını açan Pikə xanımın oğlu Orxan idi. O, həkimi 

salamladıqdan sonra onları  xəstənin olduğu otağa apardı. Dəhlizdə ayaqqabısını 

çıxararkən, Rəsul  ətrafa qısaca göz gəzdirmişdi. Dəhlizdəki abu havadan, divar 

kağızlarının yırtıqlığı  və solğunluğu bir yana, döşəmə taxtalarının cırıldamadan 

çox, xırtıldama səsi verməsindən məlum olurdu ki, bu ev ən azı on ildir ki təmir 

olunmayıb. Rəsul evə girində, hələ blokda ikən keçirdiyi dəyişiklik və sıxılma bir 

az daha nəzərəçarpan oldu. Rəsul dişlərini bir qədər bərk sıxdı  və  qəflətən 

ətrafdakı  səslər onun qulağında boğuq və monoton səs aldı. Qulaqlarına  əlavə 

səslər, o cümlədən eyni tonlu və dayanmaq bilməyən siqnal səsi gəlməyə başladı. 

Elə bil yaxınlığında topdan atəş açmışdılar. Bununla belə Rəsul heç nə olmayıbmış 

kimi, otağa daxil oldu. Otaq da bir o qədər boğanaq idi. Maraqlısı onda idi ki, 

yayın istisi bir yana, belə ağır xəstənin olduğu halda otağın pəncərələri bağlı idi. 

Rəsulun beynində ani olaraq  keçmiş oxuduqlarından müəyyən şeylər canlanmağa 

başladı .Bu yaxınlarda o ilk yardım ensiklopediyasında suisidlə (özünqəsd) bağlı 

maraqlı bir məlumat oxumuşdu. Evdə olanlardan kimdəsə suisidə  meyllik artan 

zaman və affekt vəziyyəti  ərəfisində evdəki pəncərələr möhkəm bağlanılırdı. 

Xüsusən də hündür mərtəbələrdə yaşayan ailələrdə. Səbəbi yəqin ki, məlumdur. 

Halbuki, bu evdə  pəncərələrin bağlı olmasının  əsl səbəbi Rəsulun ağlına belə 

gəlmirdi. Lakin bir qədər sonra “səbəb  şəklinin” ilk pikselləri onun beynində 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə