Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   2   3   4   5   6   7   8   9   ...   17

canlanacaqdı. Rəsul tərəddüd etmədən xəstənin çarpayısına yaxınlaşdı, stul üçün o 

yan-bu yana baxdı. Xanım (evin gəlini) elə bil Rəsulun istəyini göydə tutdu, dərhal 

çarpayının o biri yanındakı stulu ərinə ötürdü və Orxan da öz yerində stulu 

həkimin qarşısına qoydu. Rəsul oturan kimi, xəstəyə yaxşıca nəzər yetirdi. Yaşı 

yetmişi adlamış qoca qarı, Pikə xanım, çarpayıda gözü yumulu şəkildə uzanmışdı 

və  əlavə  hərəkətlər etmirdi. Bununla belə, onun ağır nəfəs aldığı hiss olunurdu. 

Hipoksiyanın (bədənin oksiqen çatışmamazlığı) ilk fazası artıq  öz sözünü demişdi. 

Qadının rənginin Madam Tüssonun mum heykəlləri rəngində olmasından , Rəsul 

qadının qan təzyiqinin çox aşağı olmasını  yəqin etdi. İçəridə hava isti olsa da 

qadının üstünə  ədyal salmışdılar, özünə  də  nədənsə, boz rəngli kişi vadalaskası 

geyindirmişdilər. Rəsul burada nəyinsə düz olmadığın hiss etdi. Bununla belə, 

qulağında səslənən və durmaq bilməyən yüksək gərginlikli cərəyanın verdiyi səs 

kimi , uğultu səsi onu fikrini tam cəmləməyə imkan vermirdi. Bu haqqda 

özlüyündə təzə gileylənmişdi ki, həmin səs birdən kəsildi və xarıcdən gələn səslər 

boğuq tondan real tona keçdi.Elə bil içindən ağır bir yük boşaldıldı. Özünü artıq 

gümrah hiss edən Rəsul, vadalaskanın çıxarılmasına göstəriş verəcəkdi ki

-

 

Arvad, ordan xanımçun da stul gətir.- deyə Orxan həyat yoldaşını 



qonaq otağına stul dalınca göndərdi. 

Tibb bacısı ona tibb çantasındakı  təzyiq ölçən aparatı uzatdı. Rəsul mexaniki 

tonometrin cırt-cırtlı bağlanğıcını xəstənin əlinə bağladı və felendeyskopu qulağına 

keçirməzdən əvvəl üzünü Orxana tərəf çevirib: 

-

 

Xəstə nədən sonra bu vəziyyətə düşüb? 



-

 

Heç bir balaca hirsdənmişdi,  şəkəri qalxdı. Sonra dili qatdandı. 



Arvadım bir təhər dilini dala çıxarda bildi...anam qıc olanda 

yazığın əlini bərk dişdiyib... 

Rəsul avtomatik olaraq Orxanın göstərişi ilə heç 20 yaşı olmaz xanımın əlinə baxdı. 

Əli sarğıda idi. Sarğı nazik qat olduğundan qanın bintdəki izlərini görmək olurdu. 

Dedilər ki, xəstənin  şəkəri birdən qalxıb...Halbuki, Rəsul tam başqa faktorla üz-

üzə idi. Təzyiqi ölçdükdə məlum oldu ki, qocanın ürək təzyiqi 20 mm təşkil edirdi. 

Bu isə kritik dərəcə idi. Rəsul Dilarəyə - tez ol, kafeyin hazırla- deyə göstəriş verdi. 

Dilarə  işə başlayan kimi, Rəsul qocanın təzyiqini yenidən ölçdü. Artıq təzyiq 15 

mm doğru getməkdə idi. Tez felendeyskopu qulağından çıxarıb ev sahibinə 

-

 



Pəncərələri açın..., bu vadalaskanı da çıxartmaq lazımdır... – Dilarəyə 

tərəf baxıb- xəstə preaqoniya vəziyyəti keçirir, bir az geciksək terminal 

fasilə başlayacaq. 

Gəlin  ərinə baxıb, ondan göstəriş almaq istəsə  də,  ərinin özünü itirdiyini görüb

yerindən qalxıb otağın pəncərələrini açdı. Rəsul bir daha vadalaskanı  çıxartmağı 

tapşırdı. Gəlin utanırcasına başını  aşağı salıb xəstənin  əynindəki vadalaskanı 

çıxartmağa başladı. Bu soyundurma prosesi gedənə kimi Orxanın rəngi meyit rəngi 

almışdı. Rəsul isə gördüklərinə inana bilmirdi. Bu evdə sözün əsl mənasında 

cinayət işlənmişdi- başqasının həyatına qəsd. Qadının boğazından açıq aşkar tünd 

çəyrayı rəngdə zolaqlar və əl izləri görünürdü. Üstdəki zolaqlar daha aydın nəzərə 




çarpırdı. Rəsul yəqin etdi ki, əsas güc işarə və baş barmaqlarına düşdüyündən, bu 

hissədə sürtünmə effekti daha kəskin olmuşdu. Qanuna qalsa o, dərhal mühafizə 

orqanlarını hadisəylə bağlı xəbərdar etməli idi. Lakin onun təcrübəsində bu ilk belə 

hal olduğundan və qadının ağır faza ərəfəsində olmasından, həyəcan öz sözünü 

demişdi. Hadisənin hüquqi tərəfini unudub, öz tibbi vəzifə borcuna qurşandı. 

Pəncərələr artıq açıq olduğundan sərin yay meyi gərginliyi bir qədər azaldırdı. 

Tibb bacısı artıq kapsuladakı kafeini 2 qramlıq  şprisə  çəkmişdi.  Şpisin ucuna 

iynəni keçirdi və porşenini xəfifcə yuxarı doğru itələdi ki, silindrdə hava qalmasın. 

Çıtma ilə iki dəfə iynəni silkələyib üzünü Rəsula tərəf çevirdi 

-

 



Doktor, kafein hazırdı...harasından vurum 

Kafein adətən  əzələaltına vurulan iynədir. Rəsul bilirdi ki, bu vəziyyətdə  xəstəni 

çox tərpətmək olmaz, ona görə  də, tibb bacısına xəstənin buduna dizindən 

təxminən 10-15 sm yuxarı hissəyə vurmağı tapşırdı.  İynə  dərini deşib keçəndə 

xəstə diksindi və yüngül vibrasiya verdi. Rəsul vaxt getməsin deyə, özü qalxıb 

digər dərmanı – mezatonu hazırladı ki, bu dərman xəstənin bronxlarını 

genişlədəcək və arterial təzyiqi qaldıracaqdı. Xəstənin ağır-ağır, burnu ilə deyil 

üstəlik də  ağzı ilə  tənəffüs almasından aydın olurdu ki, xəstənin daxili və xarici 

tənəffüs sistemində pozuntular var. Bəli bu dərman yerinə düşməli idi. Sprisi hazır 

vəziyyətə  gətirən Rəsul , Dilarənin gözlədiyini gördü və tərəddüd etmədən  şprisi 

ona ötürdü. Tibb bacısı çarpayının o biri tərəfinə keçdi, digər ayaqda paralel xətdə 

eyni hissəyə iynəni keçirdi. Qadın bu dəfə daha bərk diksindi. Artıq kliniki ölüm 

təhlükəsi aradan qalxmışdı. Rəsul buna sevindi. Pikə xanım (xəstə) arabir gözlərini 

açırdı və heç nə anlamadan yenidən göz qapaqlarını laqeydcəsinə örtürdü...belə ki, 

qan dövranın sürəti azaldığından beynin ayıq-sayıq insan üçün lazım olan 

fəaliyyəti normada deyildi. Rəsul arterial təzyiqin vəziyyətinə yenidən müəyyən 

etmək üçün bir-iki dəqiqə gözləməyin gərəkdiyini hiss etdi. Dilarə xanım hər şeyi 

başa düşüb stulda əyləşdi. Rəsul eyni hərəkəti təkrarladı. 

-

 

Arvad, həkimlərə çay gətir. Tez ol! 



-

 

Sağ olun!...Sizə bir sual verim?... 



Orxanın sifətində elə bil Novruz bayramında uşaqların səsləri ilə yaşlıları cin atına 

mindirən “vzrıvpaket” partlamışdı,...rəngi yenidən ağardı. O, qorxdu ki, həkim indi 

boğulma məsələsini ortaya qoyacaq. Halbuki öz işindən qaneçilik hissi, bu 

kriminal məsələni onun beynində qeyri-iradi şəkildə vaciblik dərəcəsinə görə 10-

cu, bəlkə  də 100-cü sıraya yerləşdirmişdi. Rəsul heç bir cavab almadığını görüb 

davam etdi: 

-

 

Xəstə  səhv etmirəmsə, sizin ananızdır...bəli...Xəstə bizim gəlişdən  əvvəl 



sizə qəribə görünən hər hansı bir söz deməyib ki? Məsələn , sizdən saatı 

soruşub? 

-

 

Yox. Saatı soruşmayıb- deyə Orxan  lakonik cavab verdi. Əslinə qalanda 



anasının dediklərində qəribə olaraq yalnız dağlı Nazimin adını çəkməsi idi. 

Axı o, Nazimi haradan tanıya bilərdi. Halbuki Orxan, bu məqamı həkimlə 

bölüşmədi. Həkimin anasını boğmasına aid heç bir sual vermədiyinə 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə