Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

atası  gəlir. Xəstə  uşaqlar evində böyüyüb və atasının kim olduğunu 

bilməyib...Bununla belə, bu gün atası onun qonağı olub. Xəstə çox güman ki, 

hansısa şəxs tərəfindən boğulub və bu zaman dili qatlanıb, şok vəziyyətinə düşüb 

və  tənəffüs sistemindəki pozuntular ucbatından preaqoniya fazasını adlayıb – 

Sonra özü üçün təsis etdiyi fərziyyəyə əsasən, xəstənin preaqoniya və ya aqoniya 

vəziyyətində hansı radikal və ya xəfif dəyişikliklərə  məruz qaldığını 

müəyyənləşdirməyə çalışdı. Belə ki, o hesab edirdi ki,...daha doğrusu o, öz peşə 

təcrübəsindən və həvəskar müşahidələrindən əmin idi ki, aqoniya fazasının qısalığı 

və ya uzunluğu, iztirablar, bilavasitə  xəstənin bu vaxta qədər etdiyi əməllərdən 

asılı idi. Şər tərəfin təmsilçiləri, məsələn qara maqiya ilə məşğul olan, sələm verən

oğurluq edən, altdan-altdan günah işləyən, zina edən, acizlərin zalimi olan kəslərin 

aqoniyası-yəni ölümünün son anları zamanı sifətləri tanınmaz hala gəlirdi. Əksər 

hallarda  sifət qara rəng alır, qırışların sayı artır və sifət boyunca yığılar, daha da 

kəskinləşir, gözlər bərəlir...bütün bunlar kompleks şəkildə  ətrafdakılar üçün 

dəhşətli görüntüyə çevrilir. Elə bil insanın bu vaxta qədər zahirən biruzə etmədiyi 

daxili ləkələr Dorian Qreydəki kimi ölüm qorxusundan xəstənin üzünə dırmaşırdı. 

Dəhşət. Onlar elə eybəcər hala düşürdülər ki, Rəsul onların kimliyini bildiyi halda 

belə, tanıya bilmirdi. Bundan başqa belə adamlar, aqoniya ərəfəsində    dəhşətli 

səslər çıxarır və  məzlum insanlara çevrilirdilər. Ölümün bu fazasını keçirələnlər 

qorxulu şeylər görməyə başlayırdılar... 

Rəsul xəstənin üzünə diqqətlə baxdı; onun ikinci qrup insanlardan olduğunu 

güman etdi. Lakin bunu dəqiq demək qeyri-mümkün idi...Elə xəstələr də olurdu ki, 

ölümü ilə  həyatı heç bir ziddiyət təşkil etmirdi...Xəstənin dalınca qorxulu 

naməlumlar deyil, “ata” obrazında nəsə gəlmişdi. Sabah yenidən gələcəyi isə yəqin 

ki ona verilmiş vaxt idi. Rəsul bir daha düşündüklərinin doğruluğuna əmin olmaq 

üçün gözlərini bloknotdan ayırıb xəstəyə yönəltdi ki, xəstənin artıq gözlərini 

açdığını gördü. Baxışları nəsə demək istəyirmiş kimi Rəsula doğru yönəlmişdi. Bir 

iki saniyədən sonra Pikə xanım başını bir qədər yuxarı verib alçaq səs tonu ilə  

-

 



Oğlum, bir az yaxına gələ bilərsən, sənə sözüm var 

Hamı mat-məəttəl qalmışdı. Görəsən tanımadığı həkimə nə demək istəyirdi. Rəsul 

özü də çaş-baş qalmışdı...həyacanlı idi. Artıq ikinci dəfə idi ki, ölən adamın onun 

qulağında deyiləcək sözü var idi. Özünə ürək-dirək verib xəstəyə  tərəf  əyildi. 

Orxan qorxdu ki, anası bütün olanları həkimə danışar. 

-

 



Oğlum bilirlər ki, sən bilirsən...- adi halda bu tapmaca ona heç bir şey 

bildirə bilməzdi...lakin elə bil indi əlavə bir qüvvə onun bəsirətini 

gücləndirmişdi. Belə başa düşdü ki, Rəsulun boğulmadan bu hala 

düşdüyünü bildiyini bilirlər... – Bildiyivi bildirmə - yenidən Rəsulun 

ağlına belə bir fikir nüfuz etdi ki, bu boğulma ilə bağlı  məsələni hüquq 

mühafizə orqanlarına məruzə etmə. – Axı sabah mənim dalımca atam 

gələcəy...Məni sabah məsciddə yumalıdılar.-Rəsulun tükləri biz-biz 

durmuşdu-...Mən deyənləri elə balamsan...Hər şey necə olmalıdısa...elə də 

olucağ... 



Rəsul xəstənin ünsiyyətə girdiyini görüb ona sual verməyə çalışdı. Həyəcanla. 

-

 



Xanım, mən başqalarından fərqli olaraq belə hallara sayıqlama kimi 

baxmıram,...inanıram. Digər tərəfdən mənə çox maraqlıdır. Atanız sizi 

deməyib ki hara aparacaq, onun görünüşü necədir, qocadır yoxsa 

cavan..Siz onu...---Rəsul  əlinə  hər zaman arzuladığı  şey keçənlər kimi 

həyəcanla ardıcıl sual yağışını yağdırırdı ki, Pikə xanım (xəstə) onun 

sözlərini kəsdi. 

-

 

Sən indi bunları başa düşməzsən...Bunu ancaq hamı bir dəfə hiss 



edir...Sənin də vaxtın gələcəy...Bunu nə ertəliyə  nə  də tezdəşdirə 

bilərsən...Sual ondadı ki, sənin dalınca sənin yaxınların gələcəy yoxsa o 

qapının qırağında dayanan qara nəsə...-Rəsulun ürəyi boğazına gəldi, 

bununla belə avtomatik olaraq qapıya tərəf baxdı.  Ətrafdakılar isə bu 

dialoqdan heç nə  eşitmədikləri üçün yalnız mimikalardan nəsə 

çırpışdırmağa çalışırdılar. Önündə oturan Orxan həkimin qəflətən başını 

qapıya tərəf çevirdiyini görüb, özü də sirayətə məruz qalaraq, qapıya tərəf 

boylandı...Heç bir şeyin olmadığını görüb sakitləşdi lakin həkimin bu 

hərəkətinə təəcübləndi. Rəsul bloka daxil olarkən keçirdiyi ağırlıq hissini 

yenidən keçirməyə başladı...Elə bil onun ağırlıq qüvvəsi iki dəfə artmışdı, 

üstəlik də yerin cazibəsi iki dəfə güclənmişdi...Başqa cür bunu nəyəsə 

bənzətmək qeyri-mümkün idi. 

-

 

Balamsan...Mən sabah rahat getməy istiyirəm...Didiyim kimi elə...və 



yadda saxla...mən məçiddən çıxıceyəm amma o məciddə qalıcey... mən 

məçiddən çıxıceyəm amma o məciddə qalıcey...Sabah mənə  nə söz 

verəcəyivi indidən bilirəm...Vədüvə əməl edərsən... 

Pikə xanımın eyni cümlənin təmkinlə iki dəfə  təkrarlaması o naməlum 

dünyadan nəsə işarə olduğunu göstərirdi... 

-

 



Xanım siz məsciddə qalacağ şeyin hal hazırda qapının ağzında duran qara 

naməlum olduğunu demək istəyirsiz? 

-

 

Oğlum onun məçiddə nəişi var...O naməlum bu evdə hələ çox olucey. 



Xəstə yenidən gözlərini qapadı  və bir neçə  dəqiqədən sonra yuxuya getdi. 

Rəsul oturacaqda əvvəlki pozasını aldıqdan sonra...hamı ondan açıqlama 

gözləyirmiş kimi gözlərini ona zilləmişdi. Rəsul isə heç bir açıqlama  vermək 

fikrində belə deyildi. Onsuz da olanlara başqa bucaqdan baxacaqdılar. Nə 

mənası var idi. Sistemə baxdı və artıq məhlulun 90 faizinin bədənə getdiyini 

gördü. Sonra isə vaxt necə gəldi keçdi heç özü də bilmədi...İnsan fikirləşəndə 

heç vaxta fikir vermir...Bəli vaxt insanla pis zarafatlar edə bilər...Necə ki, 

yuxuya getdiyini düşündükdə, onun heç yarım dəqiqə belə həmin vəziyyətdə 

olmadığı məlum oldu. Xəstənin təzyiqini bir daha ölçüb, vəziyyətin normaya 

düşdüyünü görən  Rəsul tez-bazar lazımı retsepti yazdı və Dilarəyə getməyin 

vaxtı olduğuna işarə etdi. Son məsləhətlərini verib Dilarənin ardınca dəhlizə 

doğru addımladı. Dəhlizə çatdıqda ayaqqabılarını geyməyə başlamışdı ki, 

Orxanın onun cibinə pul basdığını gördü. 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə