Fərhad Məmmədov "Əsl həqiqət "niyə"," necə" sualları ilə məhdudlanmır"



Yüklə 354,29 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix30.04.2018
ölçüsü354,29 Kb.
#40615
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

-

 

Allah sizdən razı olsun, həkim. Çox sağol 



Rəsul pulu cibindən çıxartdı və dəyərinə baxmadan dərhal onu geri qaytardı. 

-

 



Yaxşı olardı bu pula retseptdə göstərdiyim dərmanları alasız. 

-

 



Çox sağol, məllim...Heç sözüm yoxdu.---Bir qədər qabağa əyilib sakitcə 

Rəsulun qullağına pıçıldamağa başladı – Həkim məllim, anam sluçaynı 

sizə qızıl haqqında heç nə dimiyib ki? 

Bu nə  əclaf adamdı belə, anasını boğmağı  bəs deyil hələ  də hansısa qızıl 

barədə söhbət açır...Başqa yerdə, başqa zaman olsaydılar bəlkə  də onun 

ənginə yaxşı irişdirərdi. Ama nə etmək olar...Onun xarakteri buna imkan 

vermir. Hiddətini cilovlaya bilməyib acı-acı “YOX” cavabı verdi. 

Qapı bağlandı və  Rəsul Dilarənin ardınca blokun pilləkanlarını düşməyə başladı. 

Onlar ambulansa tərəf irəlilədilər. Saat gecə ikinin yarısı idi. Binadan beş-altı 

metrə uzaqlaşmışdılar ki, tibb bacısı Dilarə bayaqdan bəri özündə saxladığı zəhəri 

bayıra buraxdı. 

-

 



Rəsul, yenə pul almadın. Özün bilirsən axı sonra bizdən yapışırlar.  İtin 

ağzından çıxanı deyirlər bizə. Eh...Mən elə ona görə  səninlə  vızovlara 

getmək istəmirəm. 

-

 



Sən axı Hippokrat əmiyə and içmişdin---deyə Rəsul zarafatyana bildirdi--

-deyərsən ki, vəziyyətləri çox ağır idi, pul yox idi. 

Artıq maşına minmişdilər ki, Dilarə üzünü ona çevirib sakit tonla 

-

 



Rəsul, məni bağışla...ancaq belə getsə səni bayra atacaqlar. 

 

 





İnsomnia - Yuxusuzluq 

  

14:30     Çərşənbə axşamı 



X saylı poliklinika 

 

Günəş  Rəsulun düz təpəsinə vururdu. Başı gecə  və  səhər yuxusuzluğundan 

partlayırdısa, digər tərəfdən də günəş bunu ümumiyyətlə dözülməz edirdi. Yolun 

böyük hissəsini yenicə istifadəyə verilmiş 24 saylı avtobusda gəlsə belə, bu istidə 

başına kepka qoymadığına heyfslənirdi. Ümumiyyətlə o, yaşı bir qıdır az olmasa 

da, sport stilində geyinməyə üstünlük verirdi. Bundan heç kompleks yaşamırdı 

belə. Artıq poliklinikanın həyətinə daxil olmuşdu və  səki ilə 30 metrə yaxın 

məsafəni binaya tərəf qət etmək məcburiyyətində idi. Rəsul təcili tibbi yardım 

maşınlarının durduğu yerə baxıb öz-özünə, “maqnit qasırğası” dedi. Belə ki, Rəsul 

və onun əməkdaşlarının Hidrometrologiya departamenti ilə heç bir əlaqəsi olmasa 

da, günəşdəki partlayışlardan doğan maqnit qasırğalı günləri asanlıqla müəyyən 

edə bilirdi. Belə ki, belə günlərdə çağırışlar çox olduğundan  stansiyanın 5 

maşınından  ən çoxu birini dayacaqda görmək mümkün idi. Bu dəfə  Rəsul 

dayanacaqda ümumiyyətlə heç bir maşın görmədi.  Əlbəttə baş  həkimin və digər 




işçilərin  şəxsi avtomobillərini çıxmaq  şərtilə. Rəsul binanın insanı depressiyaya 

salan darıxdırıcı foyesinə daxil oldu. Sekyuriti Nazim həmişəki kimi qeydiyyat 

məntəqəsində stulun arxasında oturub qızlarından biri ilə telefon laqqırtısı aparırdı. 

Bir neçə  dəfə elə qismət olmuşdu ki, (çox zaman bayırda yağış yağdığından 

sürücünü foyedə gözləyən zaman) Rəsul, onun ət-tökən söhbətlərini qulaq-ucu 

etmişdi. Sözün düzü, Rəsul elə güman edir ki, o, digər qızlarla da eyni şablon 

dialoqlar üzrə danışır. Rəsul məntəqənin  şüşəsini ev açarları ilə döyəndə Nazim 

diksindi. 

-

 

Bir dəqiqə gözlə - deyə Nazim telefondakına səsləndi və dəstəyi üzü aşağı 



sağ çiyninə  s.  –  Salam,  Rəsul müəllim. Axı bu gün sənin smenin deyil. 

Nəsə baş verib? – kim bilir, Rəsulun qanlı gözlərini  və bir qədər şişmiş 

sifətini görüb ağlına nə gəlmişdi 

-

 



Salam. Sakitçiliydi? 

-

 



Maşallah bu gün kalan vızov var. Yay sezonu hər zaman bizə sərf edir. 

Rəsulun onsuz da bu tip insandan zəhləsi gedirdi...Belə axmaq zarafata nə cavab 

verə bilərdi axı!? Hiddətini cilovlayaraq abu havanı ciddi şəklə salmaq üçün qalın 

səs tonu ilə. 

-

 

Hidayətovun (doktor Fuad) maşını görürəm. Elə belə  gəlib, yoxsa ciddi 



nəsə baş verib? 

-

 



Xəbərim yoxdu. Smeni dəyişəndə artıq maşını burda idi...Bir dəki özün 

bilirsən də, biz qarolçular ikinci sort adam sayılırıq,...lap tutalım onu 

gördüm...Məgər o mənə nə üçün bu gün gəldiyini otçyot verəcəy...Qəribə 

insansan. 

-

 

Yaxşı, gedim görüm içəridə  vəziyyət necədi- deyə  Rəsul dəhlizə doğru 



irəlilədi və sola dönüb axırıncı otağa, dispetçerin oturduğu yerə istiqamət 

götürdü. 

Rəsul qapını döymədən içəri daxil oldu. Bunun bir səbəbi var idi ki, o da Rəsulla 

hər iki dispetçer istər Aytən xanım istərsə də Nərminə xanımın isti münasibəti idi.  

Əslinə qalsa Aytən xanımın ona qarşı simpatiyası var idi...Və hər zaman gözləyirdi 

ki, haçansa Rəsul onu harasa dəvət edəcək...Rəsulun xoşuna gəlmək üçün istifadə 

etmədiyi qadın hoqqalarından qalmamışdı. Rəsulu bunu hiss etsə  də, onu sadəcə 

bir rəfiqə kimi sevirdi...Və çalışırdı ki, Aytənə az ümid versin, onun növbəsi 

olanda çalışırdı bacardıqca az bu otağı ziyarət etsin.Və indi otağa girməmişdən 

əvvəl öz-özünə fikirləşirdi ki, görəsən bu gün hansının növbəsidir...O artıq bir 

həftə gərgin rejimdə işləyirdi...Dispetçerlə maraqlanmağa vaxtı olmurdu belə. İçəri 

girəndə dispetçerin Nərminə olduğuna çox sevindi...Artıq onun fikrlərinə  əlavə 

fikirlər təzyiq etməyəcəkdi, fikirləri iş üzərində konsentrasiya etmək olardı. 

-

 



Salam...Nərminə xanımın bu gün vəziyyəti ? 

34 yaşlı lakin hələ  də subay Nərminə, qara çiyinlərə  qədər uzunluqda saçlı..., 

həmişəki kimi konservativ geyim tərzini qoruyaraq uzun qara velvet yubka və tünd 

göy qısaqol köynək geyinmişdi...Rəsulun səsini eşidib, öz xəyallarından diksinərək 

ayrıldı və üzünü ona tərəf çevirdi. 



Yüklə 354,29 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə