AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
117
həm də vətəndaş nəzarətinin vasitəsi, ölkə qarşısında duran problemlərin kütləvi
müzakirəsinin təşəbbüskarıdırlar. Məhz onların təşəbbüsü ilə cəmiyyət həyatının
müxtəlif sahələrində (sosial, iqtisadi, hüquqi, hərbi və s.) islahatlar, seçki qanun-
vericiliyi və s. problemlər kütləvi müzakirəyə çıxarılır.
Qeyri-hökumət analitik mərkəzləri müstəqil tədqiqatlar apara, eyni problemi
müxtəlif mövqelərdən araşdıra, tədqiqat mərkəzləri arasında rəqabət yarada bilərlər
ki, bu da tədqiqatların keyfiyyətini yüksəldə bilər. Ümumilikdə isə cəmiyyətdə
qeyri-hökumət analitik mərkəzlərinin fəaliyyətinin zəruriliyini dərketmə və onlara
inam var. Lakin bu mərkəzlərin “faydalı iş əmsalı”nın daha yüksək olması üçün
cəmiyyət və əlaqədar təşkilatlar bu strukturların inkişafına kömək etməli, onların
araşdırmalarından səmərəli istifadə etməlidirlər.
Hakimiyyətlə səmərəli əməkdaşlıq formalarına gəldikdə, tədqiqat gedişində
sorğunu cavablandıran ekspertlərin əksəriyyəti hesab edirlər ki, analitik
mərkəzlərin inkişafının qarşısını alan əsas problem hüquqi bazanın boşluğu və
cəmiyyətin, müvafiq strukturların onlarla əməkdaşlıqda maraqlı olmamasıdır.
Hakimiyyətlə qeyri-hökumət analitik mərkəzlərinin bu strukturlar çərçivəsində
əməkdaşlığının nəticələri bir sıra
səbəblərlə -
strateji planlaşdırma, davamlı
layihələr, qarşılıqlı əlaqələr və maliyyə təminatı - şərtlənir və zəifdir.
Bu gün qeyri-hökumət analitik mərkəzlərinin inkişafına təsir edən ümumi
amillər sırasında daha çox müsbət olan məqamlar var.
Xarici donordan asılılığın isə daxili səbəbləri mövcuddur.Azərbaycanın dün-
yadakı intellektual rəqabət imkanlarının əsas tərkib hissəsi olan yerli analitik
strukturlar bu gün daxili dəstəkdən çox xarici dəstək alır, reallıqda maliyyə disba-
lansı mövcuddur. Qeyri-hökumət analitik mərkəzlərinin illik büdcə strukturunun
faiz nisbətində xarici qrantlar daxili mənbələri üstələyir.
Bu vəziyyətin əsas daxili səbəblərindən biri də qeyri-hökumət analitik
mərkəzlərinin fəaliyyət göstərdiyi mühitin təkmilləşməsi ilə bağlıdır.
Azərbaycanda “beyin mərkəzləri”nin yeni sistemli modelini formalaşdır-
maq məqsədini həyata keçirərkən, dünya təcrübəsindəki ən yaxşı cəhətlərdən
bəhrələnməyin, qanunauyğunluqları nəzərə almağın vacibliyi diqqət mərkəzində
olmalıdır.
Bütün dünyada “beyin mərkəzləri”ni, innovasiya ənənələrini yaradan-
lar sırasında orta sinif aparıcı yer tutur.
Azərbaycanda bu günə qədər hələlik bu maliyyələşmə üsulu inkişaf etməmişdir,
çünki müstəqil biznesmen, qrant verə bilən aktorlar mövcud deyil. Digər resurslar
isə (iqtisadi, təşkilati, siyasi və s.) dövlətə məxsusdur. (Təbii ki, demək olar ki, bü-
tün özəl biznes strukturlarında, bank sistemlərində belə mənbələrdən maliyyələşən
analitik departamentlər burada nəzərdə tutulmur.)
Yerli BM-lər Amerika və Avropadakı həmkarlarından onunla fərqlənirlər ki,