Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə14/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   10   11   12   13   14   15   16   17   ...   22

Düşünürsən,  ümidlənirsən,  amma  dörd  divar  arasındasan,  nə  olur-olsun,  sən  heç  nə  edə 

bilməzsən.  Amma  heç  nə  edə  bilməsən  də  düşünürsən,  çünki  sənin  insani  potensialının  xəyali 

kontekstdə  reallaşmasından  özgə  çarən  yoxdur.  Ona  görə  də,  həmin  durumda  xəyalla  ümid 

arasındakı nazik xətt yoxa çıxır, insan xəyal, yoxsa ümid elədiyini bilmir.  

 

*** 


 

Rəhmətlik  Rəsul  Rzanın  XV  əsrdə  yaşamış  və  asılmağa  məhkum  olunmuş  fransız  şairi 

Fransua Viyondan tərcümə etdiyi dörd sətirlik şeir çox xoşuma gəlir.  

 

Adım Fransuadır, heç xoş deyil halım. 



Ölüm gözləyir, yaramaz dələduzu. 

Nə qədər ağırlığı çəkir mənim bu dalım 

Yaxın zamanlarda bilər bunu boğazım özü. 

 

F.Viyon  asılacağını  biləndən  sonra  sanki  bədən  üzvlərinin  hesabatını  verirdi.  Ümumən, 



həbsxanada  insanlar  öz  bədən  üzvlərinə  belə  yanaşırlar:  məsələn,  adam  tapa  bilərsən  ki,  qadın 

üzü  görmədiyinə  görə  öz  cinsiyyət  orqanına  yazığı  gəlir,  az  qalır  “can-can”  deyə.  Eləsi  var  ki, 

dünyanı  doyunca  görə  bilmədiyinə  görə  gözlərinə  acıyır.  Yaxud  işləməkdən  əlləri  qabar 

bağlayanları  əlini  oyan-buyana çevirib baxdıqlarını da görürdüm.  Bütün  bunlar həyatıma təkcə 

görüntü yox, həm də ağrı kimi daxil olurdu, ona görə də, unutmaq çox çətin idi. İnsanın əzaları 

qarşısındada hesabatı olurmuş... 

Sonralar  öyrənəcəkdim  ki,  Viyon  da  düz-əməlli  “adam  olmayıb”.  Fransada  latın 

məhəlləsində nizam-intizamsız və şən həyat keçirən bu şair 24 yaşı olanda keşişi öldürüb Parisə 

qaçıb  bir  müddət  sonra  da  əfv  olunub.  Sonralar  yenə  də  həbs  edib  edam  cəzasına  məhkum 

olunur, amma bu dəfə də boğazını kəndirdən çıxarmaq fürsətini tale onun əlindən almayıb. 

 

*** 


 

Həbsxanada  mahnılar  da  həbs  olunur.  Məsələn,  on  il  öncə  həbs  olunan  adam  on  il  öncə 

məşhur olan mahnıları oxuyur, beş il öncə tutulan beş il öncənin mahnılarını yaxşı oxuyur. Ana, 

dustaqlıq,  ata,  ölüm,  qəriblik  və  s.  haqqındakı  mahnılardan  savayı,  hər  kəsin  bir  qara  sevda 

türküsü də olur ki, kimisi içində, kimisi də gizlin bir yer tapıb, öz ağrısını həmin mahnını oxuya-

oxuya soyudur. Polyak şairi Konistanti İldefonsa Qalçinski II Dünya Müharibəsi illərində alman 

həbs  düşərgəsindən  sevgilisinə  “Əsirlikdən  məktub”  adlı  şeirində  yazırdı  ki,  “Yol  mahnımsan, 

oxuyuram ömrüm boyu mən də səni”. Nə qədər də öz ağrısıyla təyinatlı ifadədir. Doğrudan da, 

həbsxanada  insan  öz  sevgisini  düşünə-düşünə  onu  yol  (həbs  və  azadlıq  arasında)  mahnısına 

çevirir. Həmin yol bitənəcən mahnı da uzanır. O “mahnını” nə vaxt birgə oxuyacağının ümidi ilə 

günləri günlərin, ayları ayların qoynuna salıb unutdurursan. 

 

*** 



 

Həbsxanada  hərə  bir  cür  bədbəxtdir.  Anası  olmayan,  anasının  yoxluğunu  dərd  edir,  anası 

olan  isə  anası  gələndə  onun  üzünə  necə  baxacağını.  Yəni,  hərənin  dürlü  dərdləri  var,  heç  kəs 

xoşbəxt deyil. Yalnız istisnalar xoşbəxtdirlər ki, onların da başları çatmır.  

Rus  ədəbiyyatının  qızıl  dövrünü  xatırlayarkən  çox  vaxt  Leonid  Andreyevin  adının 

üstündən  sükutla  keçirlər.  Niyəsini  deyə  bilmərəm,  amma  onun  nəsr  psixologizmi,  heç  də 

Dostoyevskidən  geri  qalmır.  L.Andreyevin  “Yeddi  məhbusun  hekayəsi”  adlı  povesti 

psixologizminə  görə  dünya  ədəbiyyatının  qiymətliləri  sırasındadır.  Povestin  qəhrəmanlarından 

biri  olan  Sergey  Qolovinin  valideynləri  həbsxanaya  onun  yanına  gəlir.  Edama  məhkum 

olunduğuna  görə  bu  görüş  son  görüşdür.  Qolovin  digər  edama  məhkum  olunmuşlar  –  Sergey, 

Musya və Varner adlı  yoldaşları kimi  yetim olmağı, onu heç kəsin belə görməməsini arzulayır. 



Musya  və  Vaqner  isə  sonuncu  dəfə  də  olsa  kiminləsə  vidalaşıb  asılmağı  böyük  xoşbəxtlik 

sayırlar.  Bir  sözlə,  hərə  bir  cür  bədbəxtdir.  Olan  olanının,  olmayan  olmayanının  dərdini  çəkir. 

Olan da, olmayan da dərd gətirir ancaq...  

  

 



Məhkəmə zalında 

 

 



Məhkəmə zalına daxil olanda Ağalar dayım qolumuzdakı qandalı görüb doluxsundu, amma 

göz yaşlarını boğaraq dilləndi: 

– Bu qandalı bunların qoluna yox e, boyunlarına keçirmək lazımdı. 

Anamsa  sağ  tərəfdə  oturub  əynimizdəki  qəhvəyi  məhkəmə  kombinezonuna,  qolumdakı 

qandala,  ayağımdakı  köhnə  şəpiyə  baxa-baxa  ağlayırdı.  Özümə  də  məlum  olmayan  bir  hisslə 

kombinizonun qolunu qandalın üstünə çəkdim ki, anam qandalı görməsin. 

Hakim bizi danışdırandan sonra əsgərlərə dedi ki, bunları aparın. Aqibətimiz barədə heç nə 

bilmədiyimizə  və  hakim  heç  bir  söz  demədiyinə  görə  çarəsiz  idik.  Əsgərlər  qolumuzdan  tutub 

otaqdan çıxaranda anama tərəf çevrilib çarəsiz-çarəsiz soruşdum: 

– Bizim işin axırı nətər olacaq? 

Anam da başını aşağı salıb əlindəki dəsmalı bükə-bükə, sakit səslə ağlaya-ağlaya dilləndi: 

– Yaxşı olacaq... 

Əsgərlər qolumdan çəkib çölə çıxartdılar. Həmin gün axşama qədər gözümüz qapıda qaldı 

ki, bəlkə, məhkəmə bəraət verə və “azadlıq kağızı”mızı gətirələr. Ancaq o andıra qalmış azadlıq 

kağızı gəlmədi ki, gəlmədi... 

 

*** 



 

Hələ məhkəmə zalına içəri daxil olanda bizi İrana poeziya festivalına dəvət etmiş Bəhram 

Sürgünü  gördük.  Onu  da  həbs  etmişdilər.  On  altı  gün  ETTELAATda  qalmış,  sonra  Təbriz 

zindanına köçürülmüş, məhkəməyə qədər evinin sənədlərini zaminə qoyaraq müvəqqəti azadlığa 

buraxılmışdı. Çöldə bizi görən kimi yaxınlaşıb dedi: 

 



 Ağayi Şəhriyar, Ağayi Fərid, vallah, belə olacağını bilməzdim, güzəşt eləyin. 

Məhkəmə başladı: Hakim ittihamları bunlar oldu:  

1)

 

İrana gətirdiyiniz kitablar dövlətin əleyhinədir, dövlətçilik prinsiplərinə ziddir. 



2)

 

Məhəmmədhüseyn  Şəhriyarın  oğlu  Hadi  Behcət  ilə  görüşüb  Təbrizi  İrandan 



ayırmaq haqda, inqilabi işlər haqda söhbət etmisiniz. 

3)

 



Xüsusi  təşkilat  tərəfindən  göndərilmisiniz  və  İran  dövləti  əleyhinə  təbliğatla 

məşğul olmusunuz. 

Təbii ki, biz hər üç ittihamla da razılaşmadıq: Birinci ittihama qarşı belə bir arqument irəli 

sürdük:  Azərbaycandan  gətirdiyimiz  kitablar  sərhəddə  yoxlanılıb.  İrandan  bizə  hədiyyə  olunan 

kitablar  isə  mücəvvizli,  yəni,  icazə  kağızı  olan  kitablardır.  Sizin  dövlətinizdə  mücəvviz  idarəsi 

var və icazə kağızı olmadan kitab çap oluna bilməz. Apardığımız 3-5  kitab isə icazəlidir. 

İkinci  ittihamla  da  razı  olmadıq:  M.Şəhriyarın  oğlunu  bizi  tanımamışıq.  M.Şəhriyarın  ev 

muzeyini  ziyarət  edəndə  təsadüfən  muzeyin  işçisi  bizə  dedi  ki,  şairin  oğlu  da  burdadır.  Hadi 

Behcət də bizim Bakıdan gəldiyimizi bilib muzeyin zirzəmisindəki otaqlardan birində çaya dəvət 

etdi.  Söhbətləşdik  və  şeirlər  dedik.  Bütün  danışdıqlarımız  isə  kameraya  çəkilib,  orda  heç  bir 

siyasi söhbət olmayıb. Yalnız Del Gerani Şəhriyar Hadi Behcətdən soruşub ki: “dövlət nəyə görə 

M.Şəhriyarı bu qədər sevirdi?” Başqa heç nə...  

Üçüncü ittihama qarşı da özümüzü ağılla müdafiə etdik, çünki  dövlət əleyhinə hansısa iş 

görməyimiz  haqqında  heç  bir  əsas  yox  idi.  Məhkəmə  ittihamlarını  ehtimal  kimi  səsləndirirdi. 

ETTELAATda  qaldığımız  günlərdə  isə  bir  dəfə  də  olsun  eləmədiyimiz  heç  bir  işi  boynumuza 

almamışdıq deyə, əleyhimizə işləyəcək hansısa yazılı ifadə kağızı yox idi. 




Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə