Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 Bu  çox  dəqiq  cavablar  verir,  MTN-in  (Milli  Təhlükəsizlik  Nazirliyi)  adamıdır, 



çoxbilmişdi. Bunun sözündən belə çıxır ki, səkkiz gündən sonra biz sənə zülm də verə bilərik, 

hə?  


Həmin  müstəntiq  azad  olunduğumuz  günə  qədər  hər  dəfə  məni  görəndə  and-aman  edirdi 

ki, sən MTN-in adamısan. 

 

*** 


 

Əvvəl-əvvəl  Şəhriyarın  varlığından,  onun  salamat  olub-olmadığından  xəbərim  yox  idi, 

vəziyyəti  belə  görəndə  fərqli  bir  varianta  əl  atdım.  Şəhriyarın  da  eyni  həbsxanada  olduğunu 

bilmək  üçün  qəsdən  verilən  yeməkləri  yemirdim  ki,  nəzarətçilər  gələndə  söz  soruşmaq  fürsəti 

əldə edim: 

– O da mənim kimi iştahasızdı, heç nə yemir? 

Nəzarətçi  də  deyirdi  ki,  “özünə  baxma,  ona  daşdan  yumşaq  nə  versən,  o  saat  ötürür”. 

Beləcə, özüm  üçün dəqiqləşdirirdim:  hə,  yeyirsə və  nəzarətçilər onu  görürsə, deməli, salamatdı 

və  yaxınlıqdadı.  Bir  neçə  gün  sonra  başqa  bir  üsula  da  əl  atmışdım,  yemədiyim  halvanı 

nəzarətçiyə  verirdim  ki,  Şəhriyara  çatdırsın,  bu  da  Şəhriyarın  yaxınlıqda  olmağını  öyrənməyin 

bir yolu idi.  

 

*** 



 

Hər  gün  üç  dəfə  yemək  verirdilər,  amma  yemək  boğazımdan  keçmirdi.  Qəribəydi,  balaca 

bir  tikəni  də  çeynəyib  uda  bilmirdim.  Özüm  üçün  yalançı  inanclar,  sınamalar  uydurmuşdum. 

Məsələn,  deyirdim  ki,  xurmanın  tumunu  2-3  metr  kənarda  dayanıb  stəkanın  içinə  ata  bilsəm, 

mayın sonuna qədər azad olacam və ya ayranın qabına çöpü batıranda “ayran” sözü yazılan yerə 

xətər  dəyməsə,  müstəntiq  gələcək  və  s.  Bu  boş  inanclara  çox  aludə  olmuşdum,  qeyri-şüuru  bir 

inam içimdə özünə yer eləmişdi: bu olsa, bu olacaq.  

 

*** 



 

Hər gün saqqallı nəzarətçi başımın ətini yeyirdi: 

– Namaz qıl da, sən nə cür müsəlmansan? 

Tutulduğum gündən doqquz gün sonra bu söz-söhbətdən bezib dedim: 

 

 Namaz öyrənmək istəyirəm. 



O dəqiqə saqqallı əlhaya düşdü, namazın sözlərini yazdırdı. Sözarası dedim:  

 



Siz  mənə  namaz  öyrədirsiniz,  əvəzində  Allah  sizə  savab  yazacaq,  cənnətə 

düşəcəksiniz.  

Sözümü ağzımda qoyan saqqallı dedi: 

 



Bəs, burda boş yerə əlhaya düşməmişik ki? Biz elə cənnətə düşmək istəyirik da. 

 

*** 



 

Kameramdan beş-on metr aralıdakı ayaqyoluna aparanda da gözümü bağlayırdılar. İstintaq 

üçün aparanda da eləcə. Qoluma girən nəzarətçi aparacağı  yerə qədər bu sözləri deyirdi : “Pillə 

qalx”,  “pillə  en”,  “dön  sağa”,  “dön  sola”,  “dur,  qapını  açım”,  “başın  qozama”  (yəni:  başını 

yuxarı qaldırma), “hə, çatdıq”. 

 

*** 



 

Ordakı  insanlarda  şah  dövrünə  böyük  sevgi  də  hiss  etdim.  Hərdənbir  zarafata  salıb  kök 

nəzarətçiyə deyirdim ki:  “nə vaxt banan verəcəklər?” – O andaca cavabımı verirdi: 

– Şah gələndə, – bu sözləri deyəndən sonra irişirdi. 




 

*** 


 

Günlər-günlərə  calanırdı  və  biz  hər  gün  hansısa  naməlum  bir  qüvvənin  gücü  ilə,  özü  də 

bircə  ümidverici  işıq  ucu  görmədən,  elə  hey  inanırdıq  ki,  nə  vaxtsa  bu  divarları  ağ,  mahiyyəti 

zülmət  olan  kameradan  çıxacağıq,  özü  də  o  dünya  onda  heç  də  adi  dünya  olmayacaq,  İŞIQLI 

DÜNYA olacaq. Videokameraya çəkdikləri gün mən güzgüdə özümü görsəm də, dediyinə görə, 

Şəhriyar  həbs  olunandan  bəri  özünü  güzgüdə  görməmişdi.  Mən  yeri  düşəndə,  ona  “güzgülük” 

edir, hərdən xəstəhal, hərdən də sağlam göründüyünü deyirdim. Bir gün gecə yatmamışdan əvvəl 

bizi  ayaqyoluna  aparmışdılar.  Qəfil  əlüzyuyanın  aşağı  hissəsindəki  nikelli  dəmirdə  Şəhriyar 

özünü – üzünü gördü. Onda necə atılıb-düşdüyünü, sevindiyini və o “güzgüyə” baxa-baxa əli ilə 

gur  saçlarını  necə  arxaya  elədiyini,  sığalladığını,  üzündəki  diləgəlməz  sevinci  heç  kəs  mənim 

kimi  görməyib,  nə  də  heç  kəs  mənim  kimi  bilə-bilməz.  Gündəlik  həyatımızdakı  adi  əşyalardan 

sayılan  güzgünün  yoxluğu  təkcə  bir  əşyanın  yoxluğu  deyildi,  həm  də  itmiş  insanlığın 

nişanəsiydi. Ondan sonra hər dəfə bizi ayaqyoluna və çimməyə aparanda Şəhriyar “kəşf etdiyi” o 

“güzgü”də doyunca özünə baxar və ləzzət aparardı.  

 

*** 


 

Bizi  ailəmizlə  telefonla  danışdırmamışdan  bir  gün  öncə  çox  qəribə  yuxu  gördüm:  anam 

mənə bir kasa verir. Əsəbi olduğuma görə kasanı almaq istəmirəm, Amma anam israrla o kasanı 

mənə uzadır. Kasanı alandan sonra daha da hirslənirəm: 

 

 Bu boş kasanı niyə verirsən e... mənə?  



 

 Boş deyil, götür, apar özünlə. 



 

 Necə yəni boş deyil, bax da, – kasanı aşağı əyirəm.  



 

 Götür apar, sən Allah. 



Kasanı götürüb uzaqlaşıram, amma qəfil ağlıma nə yerləşirsə, çevrilib anamı çağırıram: 

 



Bu boşdu axı, sən də tutdurmusan ki, boş deyil! – Anam sözümü ağzımda qoyur: 

 



 Kasanı əymə, boş deyil, içində səs var. 

Səhəri gün gözümüzü bağlayıb bizi müstəntiqin otağına apardılar. Ailəmizlə danışdırdılar. 

Anam səsimi eşidən kimi dedi:  

 



Səsinə qurban olum, Fərid! – daha sonra ağladı və səs kəsildi.  

Qəribədir,  qəfil  günahsız  yerə  həbs  olunursan  və  birdən-birə  həyatında  hər  şey  dəyişir. 

Onda  düşünürdüm  ki,  hə,  bax,  Fərid,  hər  şey  ola  bilər.  Bircə  anın  içində  bütün  sənin  olanlar 

səndən alına bilər və sənin lal-mat baxmaqdan savayı özgə çarən qalmaz. Ona görə də hər şeyin, 

hətta etibar elədiyim adamların da məndən üz çevirəcəyinə inanırdım.  

Qardaşımın oğlunu çox istədiyimə görə anama bərk-bərk tapşırırdım onu: 

 

 Bakıda qalma, çıx get rayona, Şoşuya bax. Şoşunu mənə qurban vermə. Mənə ta 



olan oldu. 

Müstəntiq qıraqda dayanıb deyirdi: “Anana de Xarici İşlər Nazirliyinə gedib müraciət etsin

dövlətiniz  sizi  istəsin.  –  Bizi  aldadaraq,  elə  təəssürat  oyadırdılar  ki,  guya  dövlət  taleyimizə 

biganədir.  Təbii,  o  sözlərə  inanmırdım,  amma,  düzü,  o  sözlər  psixoloji  gərginliyimi  daha  da 

artırırdı. Anama telefonda deyirdim: 

 



 Bizi  niyə  istəmirsiniz?  Burda  bizə  deyirlər  ki,  sizinlə  heç  kəs  maraqlanmır,  – 

Anam da əks mövqedən and-aman edirdi: 

 

 Fərid, burda bütün dövlət sizinlə məşğuldu. Sən ta tək mənim balam deyilsən, sən 



bütün Azərbaycanın övladısan. İgidin başı qalda gərək. Kişinin başına iş gələr. Dövlət qarışıb bu 

işə, mütləq sizi azad edəcəklər, narahat olma. Bizdən də narahat olma, hər şey, hamı yaxşıdır.  

 Mən  də  bütün  imkanımla  deməyə  çalışırdım  ki,  günahsızam,  çünki  ailəm  günahsız 

olduğumu bilsəydi, daha ürəklə hansısa qapıları döyə bilərdi. Müstəntiqsə təzyiq göstərirdi: 

 

 Denən  xilafkaram,  mücəvviz  almamışam,  –  bütün  bu  təzyiqlərə  baxmayaraq, 



anama düzünü deyirdim: 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə