Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   2   3   4   5   6   7   8   9   ...   22

 

 Orda hamıya deyin ki, bizim günahımız yoxdu. 



 

*** 


 

Günahsızlığım mənə bir təsəlli idi. Hərdən özüm-özümü sakitləşdirirdim: nə yaxşı biz zina 

üstündə, şərab içərkən həbs olunmamışıq. Yoxsa dövlətimizdən, ailəmizdən necə köməklik uma 

bilərdik?!  

Görünür, insanın təmiz olması onun xilasıdır. Ən azı vicdan əzabından azad olursan.  

Allah barədə fikirləri birmənalı olmayan Şəhriyarın orda maraqlı bir fikri də vardı, yazının 

bu yerində onu əl-əlbət xatırlamalıyam. Cənab belə buyururdu: 

 



 Fərid,  heç  bir  günahımız  olmadan  bizi  tutub  həbsə  atırlarsa  və  eləmədiyimiz 

“günah”a  görə  bizi  aylarla  sorğu-sual  edirlərsə,  deməli,  axirətdə  də  o  deyilən  sorğu-sual 

olunacaq . Özü də, orda burdakından fərqli olaraq elədiyimiz günaha görə cavab verəcəyik. 

Hərdən bu müdrikliyinə bir zarafat da qoşurdu: 

 

 Amma yəqin orda eyni sualı min dəfə verib baş-beynimizi aparmayacaqlar da. 



 

*** 


 

Gonbul  bir  nəzarətçi  vardı,  günaşırı  gəlirdi.  Səbir  verən  adam  idi.  Hərdən  nə  vaxt  azad 

olunacağımı  soruşurdum.  Daim  də  yalandan  mənə  ümid  verirdi.  Bir  gün  soruşdum:  “İndiyə 

qədər burda ən çox qalan kim olub?” Dərhal zarafatla da cavab verirdi: 

 

 Mən. Bax, 15 ildir burda işləyirəm. 



Sonralar başa düşdüm ki, doğrudan da, onların günü gün deyil. İki  gündən bir onlar da 

zindan çəkirlər. Marina Svetayevanın “Axmatovaya” adlı şeirində belə bir ağrılı məqam da var: 

 

Mən – dustağam. Sən – keşikçi.  



Elə birdi taleyimiz.  

 

Gonbul  nəzarətçi  ilə  “keşikçi  və  dustaq”  kontekstində  taleyimiz  oxşar  idi.  O,  bəlkə  də, 



məndən daha bədbəxt və daha ümidsiz idi. Hər səhər erkəndən ETTELAAT (ETTELAAT – İran 

İslam  Respublikasının  kəşfiyyat  işləri  üzrə  Nazirliyi)  təcridxanasına  gəlmək,  hamının  qorxa-

qorxa  yanaşdığı  məsələlərin,  həyəcanların  və  bəd  ruhlu  divarların  arasında  olmaq,  şübhəsiz, 

bədbəxtlik  idi,  amma  təbii  ki,  işin  özgə  yanı  da  olmamış  deyildi,  –  yəni,  bədbəxtliyin  bir  peşə 

tərəfi də vardı.  

Yadıma düşmüşkən yazım, gonbulun tez-tez təkrarladığı bir cümlə vardı: 

 –  Hələ burda heç kəs  ömrünün axırınacan qalmayıb,  hamı vaxtı çatanda azad olub.  Xalq 

arasında bir söz var, zindan qalar zindanbana.  

 

*** 


 

Təcridxanada  qalanda  bizə  xüsusi  həbs  paltarı  vermişdilər,  istədik-istəmədik  onu 

geyinməliydik.  Həbs  həyatı  boyunca  ölkəndən,  vətənindən,  əzizlərindən,  hətta  əyninə 

doğmalaşan paltarlarından da olursan. Bizə xidmət etməkdə məsul olan şəxsdən dəfələrlə xahiş 

elədik:  

–  Bizi  aparın  heç  olmasa  öz  paltarlarımıza  kənardan  baxaq,  çünki  burda  bizə 

paltarlarımızdan başqa doğma heç nəyimiz yoxdu. 

Amma  bu  da  mümkün  olmadı.  Həyat  göstərdi  ki,  sən  bir  anın  içində  hər  şeyini  –  hətta 

əynindəki paltarlarını da itirə bilərsən və ya onları əlindən ala bilərlər. 

 

*** 



 


Şəhriyar  romantik  ovqatına  xas  olaraq  gündə  bir  şey  arzu  edirdi.  Arzularının  da  çoxu 

təcridxana  ilə  bağlı  idi.  Məsələn,  kaş  indi  kitablarım  yanımda  olaydı,  kaş  indi  atamla  10-15 

dəqiqə  dərdləşə  biləydim  və  sair  və  ilaxır.  Bir  sözlə,  kaş,  kaş,  kaş...  axırı  bir  gün  “bezib” 

dilləndim: 

– Şəhriyar, bir dəfə də de ki, ay Allah, burdan çıxıb gedək. Orda – vətəndə hər şey bizimdi, 

burdasa  ancaq  nələrisə  bizə  verə  bilərlər,  uzağı.  Maşallah,  sənin  bütün  arzuların  elə  burayla 

bağlıdı. Deyəsən, getmək barədə düşünmürsən... Gülüşürdük... 

 

*** 



 

Səhər  yeməyi  bunlar  idi:  bir  gün  pendir,  ikinci  gün  mürəbbə,  üçüncü  gün  yumurta.  Həftə 

boyu  bu  yeməklər  təkrarlanırdı.  Günorta  və  axşam  yeməyi  isə  bunlar  idi:  düyü  üstündə  lobya, 

düyü üstündə göyərti, düyü üstündə ət, düyü üstündə kartof, abquş (piti), kabab (o kababın bizim 

“kotlet”  dediyimiz  yeməklə  az  fərqi  var),  soyutma  kartof  və  yumurta.  Yeməklərin  veriləcəyi 

günü  də  özümüz  üçün  müəyyənləşdirmişdik.  Məsələn,  bəzən  mərc  gəlirdik:  deyirdim  ki,  aş 

verəcəklər,  Şəhriyarsa  soyutma  kartof  deyirdi.  Müxtəlif  vaxtlarda  mərclərimizin  qalibləri  də 

dəyişirdi. Həyatın yeknəsəqliyi özünü təkcə bir rəngli divarda yox, həm də o ağu kimi yediyimiz 

yeməklərdə də göstərirdi. 

 

*** 



 

Uzun  müddət  ailəmizlə  telefonla  danışa  bilməyəndə,  ağrılar  və  o  müdhiş  darıxmaq  əzabı 

xirtdəyə yığılırdı. Ancaq bütün bunlarla yanaşı hər dəfə qapadıldığımız kameraya qapısı açılanda 

dik  qalxırdıq,  elə  bilirdik  ki,  ailəmizlə  danışdırmağa  aparacaqlar.  Lakin  nəzarətçi  ayaqyolu 

vaxtının  yetişdiyini  bildirirdi.  Hər  dəqiqə  telefonla  danışmaq  üçün  gözü  dörd  olan  bizlər  üçün 

ayaqyoluna “dəvət almaq” bədbəxtliyinin nə demək olduğunu isə yəqin Allahla bizdən özgə heç 

kəs tam təsəvvür edə bilməz. 

 

*** 



 

Kameramızda xalının kənarında gəzinmək üçün iki boş yer var idi və biz şərti olaraq həmin 

yerləri,  sevdiyimiz  qızların  yaşadığı  küçələrin  adını  vermişdik.  “Gəzinəndə”  də  həmin  dar 

“küçələrdə” “gəzinirdik”. Onu da deyim ki, “küçənin” birini səkkiz, digərini 12 addıma “gəzib” 

qurtarmaq  mümkün  idi.  Yadımdan  çıxmamış  deyim,  bu  romantik  ideya  Şəhriyarın  ağlına 

gəlmişdi. 

 

*** 


 

Hər dəfə həyatdan bezəndə, qəzəblənəndə Şəhriyara şair Salam Sarvanın misraları “kömək 

olurdu:” 

 

Kəndiri rezinmiş dar ağacımın 



Bəxtəvər başıma hələ dartılır. 

 

Mənimsə  yadımasa  Marina  Svetayevanın  “mənim  əvvəldən  axıra  it  quyruğuna 



düyünlənmiş ömrüm...” ifadəsi düşürdü... 

 

*** 



 

Təzə-təzə tutulanda hər gün  yuxumda anamı və evimizi görürdüm. Hər dəfə də görürdüm 

ki, azad olub qayıtmışam, doğmalarımın yanındayam. Amma elə ki, müddət uzanmağa başladı, 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə