Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   2   3   4   5   6   7   8   9   ...   22

zindan günlərinin sayı artdı, onda yuxularım da dəyişdi: Görürdüm ki, artıq evə gedə bilmirəm, 

ailəm, əzizlərim yanıma gəlir.  

 

*** 


 

Şəhriyarla ayrı-ayrı saxlanılanda tənhalığın dəhşəti bütün varlığımı bürümüşdü. Belə ki, hər 

gün eyni  vaxtda  yatmaq, eyni  vaxtda  yemək,  eyni  vaxtda oyanmaq, kəsəsi,  nizamsız həyatımın 

nizama salınması məni heyrətləndirirdi. 

 İnsan orda sabahı  gözləmir. Sübh azanında oyanırsan, iki saat keçir yemək vaxtı olur, iki 

saat  sonra  ayaqyoluna  aparırlar,  günorta  yeməyinin  vaxtı  yetişir.  Daha  sonra  saat  beşdə  bir  də 

ayaqyoluna  aparırlar,  bir  az  keçir  axşam  yeməyini  gözləyirsən,  sonda  da  yatmağı  və  növbəti 

günü.  Saatın  neçə  olduğunu  ya  təxmin  edirsən,  ya  da  yeməyin  və  ayaqyoluna  aparılan  vaxta 

əsasən zamandan xəbərin olur. Sabahı yox, bir neçə saat sonranı gözləyirsən ancaq. Sanki bütün 

gələcəyin o gözlədiyin bir neçə saatdan ibarətdir. 

 

*** 


 

ETTELAATın  təcridxanasında  qalanda  imamların  doğum  və  şəhadət  günlərində  bizə 

meyvə  verirdilər.  Elə  ki,  o  meyvələri  yeməyə  başlayırdıq,  o  dəqiqə  ev,  ailə  yada  düşürdü, 

boğazımız  tıxanırdı,  elə  bil,  zəhər  yeyirdik.  Yaxşı  yadımdadır:  anamın  səsi  hərdən  qulağıma 

gələndə az qalırdım başımı divara çırpam, belə bir vaxtda hansısa imamın mövluduyla əlaqədar 

bizə ərik və gilas gətirdilər. Meyvələri yedikcə elə bilirdim, anam kənarda dayanıb ağlaya-ağlaya 

mənə baxır. Vətənə qayıdandan sonra öyrəndim ki, ölkədə olmadığım dörd ay ərzində anam bir 

dəfə  də  olsun,  meyvə  yeməyib,  deyirmiş  ki:  “Fərid  bu  il  bir  dənə  meyvə  nübar  eləməyib,  mən 

nətər anayam, onlardan yeyim?!”  

 

*** 



 

Şəhriyar səbir gətirməyə, asqırığa inanan adamdı. Yaxınlıqdakı kameralardan asqıraq səsi 

eşidən kimi sevinirdi: 

–  Hə,  bax,  ev  və  azad  olmaq  haqqında  düşünürdüm,  səbir  gətirdilər.  Bu  gün  ən  azı  bizi 

ailəmizlə danışdıracaqlar. 

Bir  gün,  iki  gün,  üç  gün...  Səs  çıxmırdı,  bir  xeyir  xəbər  ala  bilmirdik...  Sonralar  məlum 

oldu ki, biz elə bütün günü azad olmağı düşünürük, səbir gələndə də elə bilirik, ürəyimiz düzdü. 

Bir sözlə, o vaxt-bivaxt gələn səbirlər, asqıraqlar ümidimizi daha da puç edirdi. 

 

*** 


 

Bizi  ailəmizlə  telefonla  danışdıranda  birgə  yox,  tək-tək  danışdırırdılar.  Otağa  gələndən 

sonra ailəmizlə nə danışmışıqsa, həmin sözləri bir-birimizə nağıl eləyərdik. 

...Narahat  vaxtımızdı,  26  gündür  ki,  ailəmizlə  danışmırıq,  saç-saqqalımız  da  o  qədər 

çoxalıb  ki,  bir-birimizi  güclə  tanıyırıq.  Şəhriyarı  ailəsiylə  telefonla  danışdırdılar,  mən  də 

Şəhriyar gələnəcən kamerada var-gəl edib böyük həsrətlə gözləyirəm ki, gəlsəydi, Azərbaycanda 

bizimlə  bağlı  nə  baş  verdiyini  –  atasından  eşitdiklərini  danışardı.  Axır  ki,  gəlib  çıxdı.  Şəhriyar 

içəri girən kimi soruşdum: 

– Nə danışdın, Mail dayı nə dedi? 

– Hə, heç nə, xoruzumu soruşdum, dedi ki, böyüyüb. 

Bu  qədər  problemlərin  içində  atasından  xoruzunun  “hal-əhval”ını  soruşması  bir  yana,  o 

qədər informasiyaların içində mənə xoruzunun yaxşı olmasını birinci xəbər kimi çatdırmağı lap 

cızdağımı çıxardı. 

 

*** 




 

ETTELAATın  təcridxanasında  olanda  müstəntiq  gəlməyəndə  bərk  darıxırdım,  istəyirdim 

ki,  lap  lazım  olmayan  suallar  versin,  amma  gəlsin,  təki  danışmağa  adam  olsun,  vaxt  getsin. 

Çünki informasiyasızlıq məni dəlilik həddinə gətirib çıxarmışdı. Özüm öz aqibətimdən o qədər 

xəbərsiz  idim  ki,  özümə  yadlaşmışdım,  hər  dəfə  növbətçinin  səsini  eşidəndə  qapını  döyüb 

müstəntiqin  gəlib-gəlməyəcəyini soruşurdum.  İnsansızlığın  səsi  o qədər  qulağıma dolmuşdu  ki, 

öz səsimə yadlaşmışdım. Bir gün ağlayırdım, səsimi eşidən növbətçi gəlib soruşdu: 

 



 Niyə ağlayırsan? 

Cavab verdim: 

 

 Anamdan ötrü darıxıram. 



 Kişi arsız-arsız dedi:  

–  Fəqət  bixəyal  olacaqsan,  ananı  sən  yaratmamısan  ki,  sən  də  dərdin  çəkəsən,  vəl  Allah 

fikir eləsin, küllən sakit olacaqsan!!! 

Öz-özümə  dedim:  necə  yəni  insan  onun  üçün  min  bir  dürlü  zəhmət,  dərd  çəkmiş  anasını 

unuda  və  hər  şeyi  Allaha  buraxa?!  Kişinin  üzünə  dolaşıq-dolaşıq  baxıb,  ağzımı  doldurdum 

deyəm  ki,  –  “sən  çox  əclaf  adamsan,  amma  mən  əclaf  deyiləm”,  –  sözlər  dilimin  ucuna 

çathaçatda özümü toparlayıb sözü fırlatdım: 

– Sən çox möhkəm  adamsan, amma mən zəifəm.  – Kişi, elə bil, ürəyimdəki  sözləri başa 

düşdü, başını bulaya-bulaya çıxıb getdi. 

 

*** 



 

 ETTELAATda qalanda yatdığımız kamerada qələmdən istifadə etməyə icazə vermirdilər, 

deyirdilər ki, boğazınıza soxub özünüzü öldürə bilərsiz. Ta başa sala bilmirdik ki, ay qardaş, biz 

nə  ilə  özümüzü  öldürsək  də,  qələmlə  öldürmərik.  Qələm  bizi  öldürməz,  qələm  bizi  yaşatmaq 

üçündür.  

Amma  o  qanıacı  növbətçiyə  bütün  bunları  izah  eləmək  çox  çətin  idi.  Kamerada  bütün 

qablar  da  plastik  idi,  adam  hirslənsəydi  belə,  özünü  doğraya  bilməzdi.  Digər  şeylərdən  yox, 

məhz, qələmdən qorumaqları mənəvi cəhətdən bizi çox sarsıdırdı. 

 

*** 


 

 Bir  dəfə  Şəhriyarın  rəhmətlik  anası  ilə  bağlı  qəlbinə  maraqlı  bir  şeir  gəlmişdi,  yadından 

çıxmamış yazmaq istəyirdi. Qapını döyüb nəzarətçidən qələm istədi: 

 – Mənə qələm verin. 

 – Nəyinə gərəkdi qələm? 

 – Anamla bağlı qəlbimə bir şeir gəlib, onu vərəqə köçürəcəm. 

 – Olmaz. 

 – Niyə? 

 – Gedib evinizdə yazarsan. 

 – Nə vaxt gedəcəm evə? 

 

 Bilmirəm.  Hələ  çıx  havaxorda  bir  az  gəzin,  görüm  tapsam  gətirərəm.  –  Şəhriyar 



irəlidə,  mən  arxada  havaxora  çıxdıq.  Həbsxana  paltarının  içində  Şəhriyar  daha  da  büzüşdü, 

divarın  dibinə  çömbəldi  və  gözündən  yaş  süzülməyə  başladı,  çünki  bilirdik  ki,  bu  qoca  bizə 

qələm-zad gətirən deyil, şeir yaddan çıxacaq. İnsafən deyim, digər növbətçilərdən qələm istəyən 

kimi  gətirirdilər,  bircə  bu  qoca  kişi  şair-filan  hərləyən  adam  deyildi.  Şəhriyar  bir  az  özünə 

gələndən sonra kefi duruldu və başını göyə sarı qaldırıb “məşhur” qarğışını dilə gətirdi: “Qoca, 

sən mənə qələm vermədin, Allah səni cırıq-cırıq eləsin”. 

 

*** 


 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə