Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   2   3   4   5   6   7   8   9   10   ...   22

Bəzən  gecələr  yuxumuzu  qarışdırıb  cunub  olurduq.  Bunun  üçün  də  gərək  qüsl  alaydıq. 

Nəzarətçiyə deyən kimi, o dəqiqə gəlib özünü yetirirdi. Vəziyyəti başa salırdıq, amma o saqqallı 

qocanın növbəsi olanda kişi dirəşirdi ki, niyə cunub olmusuz, ta başa sala bilmirdik ki, ay dayı, 

cavan oğlanıq, belə şeylər olar da. Kişi az qalırdı bizə qarşı üsyan qaldıra. Amma, deyəndə ki, 

belə qalsaq namaz qıla bilməyəcəyik,  tez-bazar bizi  hamama aparırdı.  Bir rüb (15 dəqiqə) vaxt 

qoyurdu. 15 dəqiqə bitən kimi gəlib aralıdan qışqırırdı: 

 

 Oğul, qurtuldun? 



Tez  əynimizi  geyinib  hamamdan  çıxırdıq.  Hamamda  çimməyimizi  də  videokameraya 

çəkirdilər. Çünki birdən şampun içib, ya da göy sabun yeyib özümüzü zəhərləyərik deyə, ehtiyat 

edirdilər.  Üzümüzü  də  üzqırxan  maşınla  özləri  qırxırdılar.  Ölüm  arzuladığımız  vaxtlarda  bizi 

ölümdən aralıda saxlayırdılar. 

 Çimib çıxandan sonra bir müddət insan özünü xoşbəxt hiss edir, amma sonra yenə ev-eşik, 

doğmalar yada düşür və insan, sözün əsl mənasında, qəm dəryasına batır.  

 

*** 


 

Şəhriyar nəzarətçidən “Quran” kitabı almışdı. Hər gün yüksək səslə, şirin avazla “Quran” 

oxuyurdu  Anasının  istirahət  ruhuna,  ailəmizin  salamat  olmağına  oxuduğu  ayələr  bizi 

sakitləşdirirdi. Bir də olurdu ki, bəzən nəzarətçi gəlib bizə müxtəlif ayələrin izahını verirdi.  

Hər  gün  nəzarətçilərdən  –  “biz  burdan  nə  vaxt  çıxacağıq”  –  deyə  soruşurduq,  onlarsa, 

“bilmirəm”  deyirdilər.  Amma  hər  sabah  o  “bilmirəm”  sözünə  görə  onları  gözləyirdik.  Frans 

Kafkanın  “Məhkəmə”  romanında  K  ilə  inspektor  arasındakı  –  “Niyə  həbs  olunmuşam?”  –

“Bilmirəm”, bədbəxtliyi bizim də başımıza gəlmişdi.  

 

*** 


 

Təcridxana  geyimimizi  həftədə  bir dəfə  dəyişirdilər, bir-birimizi  yuyulmuş, qismən təmiz 

geyimdə görəndə sevinirdik. Qəribəydi ki, verilən şalvarın bir cibi olurdu. Hərdən Şəhriyar şəstlə 

əlini  “cibinə”  salmaq  istəyir,  əli  boşa  çıxan  kimi  bərk  məyus  olurdu.  Sonra  da  şalvarlarını 

xatırlayırdı,  Bakını  xatırlayırdı,  külli-aləmi  xatırlayırdı,  axırda  da  heç  nə...  Cibsiz  şalvar,  iki 

ümidsiz və qərib şair... 

 

*** 


 

Mənə bəzən elə gəlirdi ki, Şəhriyarı azad edəcəklər, mənsə uzun illər qalacam orda. Hətta, 

bir  dəfə  müstəntiq  yarızarafat  mənə  dedi  ki,  Şəhriyarı  azad  edəcəyik,  sən  qalacaqsan.  Düzü, 

sevindim, amma sonra tək qalmaq qorxusu məni bürüdü.  

Deməli, tək qalmaqdan qorxurammış. Ona görə də gizli-aşkar Şəhriyarın tez azad olmasını 

istəmirdim.  

 

*** 


 

Gecə-gündüz  süd  rəngli  işıqları  söndürmürdülər.  Ağ  işıq  bütün  günü,  az  qala,  gözümüzü 

çıxarırdı. Gecə hərəmiz üzümüzü bir tərəfə çevirib yatır və ya söhbət edirdik. Uzunboy olduğuna 

görə Şəhriyar hərdən məhrəbasını işıq lampasının üstünə atır, ayaq səsi eşidən kimi isə tullanıb 

götürürdü. Bir gün düşündük ki, xalını qarşı tərəfə çəksək işıq bizdən arxada qalacaq deyə, rahat 

yata və  gəzə biləcəyik.  Dediyimiz kimi  də elədik.  Elə  rahatlığa çıxdıq  ki, gəl  görəsən. Hətta, o 

qədər  dərdin  içində  sevinirdik  də.  Amma  sevincimiz  uzun  çəkmədi:  “mömin  və  yaxşı  oğlan” 

adlandırdığımız nəzarətçilər heç bir söz deməsə də, saqqallı nəzarətçi xalını görən kimi cin vurdu 

beyninə və üstümüzə qışqırdı ki, – tez xalını yerinə çəkin, hər şeyi əvvəlki vəziyyətinə qaytarın! 

Tez xalını çəkdik, fətolarımızı yenidən qaydasına saldıq. Gözümüz tamam zəifləmişdi, təsəvvür 




edin ki, 86 gün gecə-gündüz işığı sönməyən bir kamerada qalırsan, özü də işıq düz sənin gözünə 

düşür. 


Bir gün tamam bezdik: Şəhriyar dizimin üstünə çıxıb işığın üstünə salfet keçirdi. Yenə də 

gözümüz ağ günə çıxmışdı. Amma ayaq səsi gələn kimi yenə də Şəhriyar dizimin üstünə çıxır, 

salfeti işıq lampasının üstündən götürürdü.  

Bu “xoşbəxt” günlərin də ömrü uzun çəkmədi, bir gün ayaqyolundan qayıdanda gördük ki, 

kamerada  ciddi  dəyişiklik  var,  başımızı  qaldırıb  baxanda  salfetin  götürüldüyünü  görüb  bir-

birimizin üzünə baxdıq, hər şey aydın idi, susduq... 



 

*** 


 

Artıq  14  gündən  çox  idi,  ailəmizlə  danışmırdıq.  Elə  vəziyyət  yetişmişdi  ki,  az  qalırdıq 

başımızı divara çırpaq. Amma nə xeyri...  

Bir  gün  sonra  nəzarətçi  axşam  saat  22:00  radələrində  gəlib,  gözlərimizi  bağlayıb 

müstəntiqin yanına apardı.  Bizə başa saldılar ki, ailəniz gəlib sizi görə bilər. Biz də bu məsələni 

telefonla ailəmizə bir gözü sevincli, bir gözü nəmli dedik. Üstündən üç gün keçəndən sonra gəlib 

bizi Mərkəzi Təbriz Zindanına apardılar. Elə bilirdik ki, ailəmizlə görüşəcəyik.  Zindanın məsul 

şəxslərinin  birinin  otağında  Azərbaycan  Respublikası  Təbriz  Konsulluğunun  müavini  Nəriman 

Orucəliyevlə  görüşdüm.  Yanımızda  saqqallı  bir  nəfər  də  oturmuşdu,  hiss  edirdim  ki, 

danışdıqlarımızı  diktofona  yazır,  tez-tez  cibinə  boylanırdı.  Emosional  olduğuma  görə  Nəriman 

bəyə  Azərbaycanla  bağlı  bir-iki  sual  verdim,  gördüm  ki,  bu  adam  cümlənin  əvvəlini    sualımı 

cavablandırırmış  kimi  başlayır,  amma  öz  bildiklərini  və  əzbərlədiklərini  danışır.  Ona  görə  də 

diqqət kəsilib dinlədim, amma hərdən nəsə soruşurdum ki, heç olmasa, müəmmalı məsələlərdən 

bəziləri mənimçün aydınlaşsın. Axır ki, məqsədimə çatdım, bir-iki şey öyrəndim. Bundan başqa, 

tapşırdım ki, ailəmizdən bura gələnlər kitablar gətirsinlər, oxuyub başımızı qataq. Hiss elədim ki, 

bizi  yola  vermək  üçün  Nəriman  bəy  hər  şeyə  “hə-hə”  desə  də,  vəziyyət  daha  acınacaqlı  və 

labüddür.  Konsul  müaviniylə  sağollaşıb  otaqdan  çıxanda  gördüm  ki,  işimizi  aparan  müstəntiq 

qulağını qapıya dirəyərək danışılanlara qulaq asırmış. Məni görüb pərt oldu.  

Sonra  maşına  minib  yenidən  ETTELAAT  təcridxanasına  qayıtdıq.  Yol  boyu  doyunca 

küçələrə  baxırdım,  sanki  gözəllikləri  gözümə  yığmaq  istəyirdim.  Gələn  kimi  məni  başqa  bir 

kameraya  qapadılar,  sonra  da  əşyalarımı  geri  verdilər.  Bütün  əlyazmalarım  əvvəlki  kamerada 

qaldı.  Qayıdıb  heç  bir  əlyazmamı  götürə  bilmədim.  Şəhriyarsa  qeydlərini  və  şeirlərini  yazdığı 

vərəqlərin  bir  qismini  alt  paltarında  gizlədib  zindana  apara  bildi.  Əşyalarımızı  təhvil  verəndə 

yaddaş kartlarını vermədilər.  

Şəhriyar maşına minəndə acizanə bir xahiş etdi: 

– Telefonumun yaddaş kartını verin, rəhmətlik anamın şəkilləri var orda. 

Müstəntiqsə robotvari bir səslə “yaxşı göndərərik” dedi. Amma göndərmədilər. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə