Fərid Hüseyn Qandalı görməsin



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix28.06.2018
ölçüsü0,85 Mb.
#51979
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Təbriz zindanındakı günlər 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Belə də olur 

 

 

Təbriz həbsxanasının “Cavani” bölməsinə gətirildiyimizin birinci günü on-on beş məhbus 

başımıza  toplaşdı,  hərəsi  bir  sual  verirdi,  çoxu  da  deyirdi  ki,  yer  tapmısız  da  gəlməyə,  camaat 

Avropaya gedir, siz də bura gəlmisiz. Bizi o qədər sorğu-sual elədilər ki, lap cana doyduq. Sonra 

da  bizi  bölmə  rəisi  öz  otağında  sorğu-sual  eləməyə  başladı.  Rəis  və  onun  yanında  əyləşən 

vəkilbənd cavan göründüklərinə görə gənc məhbuslardan seçilmirdilər. Biz də elə bildik, bunlar 

da  zindanidirlər  –  dustaqdılar,  başladıq  bunlarla  hətərən-pətərən  danışmağa:  “Bəsdirin  də,  nə 

qədər eyni sualı vermək olar?! Siz kimsiz ki? Biz bu qədər suala cavab vermək məcburiyyətində 

deyilik”. Bir də gördük ki, allah-allah, vəkilbənd qızışdı nə qızışdı: 

 



Ey,  bakılılar,  bura  Bakı  döyül  ha,  bura  zindandır,  burda  qətl  var,  qətl  edənə  də 

edam var. Mən də qətl törətmişəm, cəzam da edamdır, yəni bundan sonra həyat gözümdə deyil, 

mənim kimi öz ölümünü gözləyən onlarla adam var, belə danışarsız bağırsaqlarınızı boynunuza 

dolayarlar, Əbəlfəz haqqı.  

Biz  də  donub  qalmışdıq:  ay  Allah,  nə  zibilə  keçmişik,  bura  haradı,  biz  kimik,  niyə  belə 

oldu?  Ürəyimizdə  deyirdik  ki,  Bakıda  bu  günə  qədər  qolumuzdan  polis  də  tutmayıb,  indi  gəlib 

düşmüşük bu saysız-hesabsız “adamyeyənlər”in içinə, belə şey olar? 

Vəkilbənd cəza kimi bizi balaca bir otağa saldırdı və bir nəfərə əmr etdi ki, bunların başını 

qırxın. Şəhriyar dil-dil ötdüyünə görə onun saçını lap nazik qırxdılar.  

Biz  elə  bilirdik  ki,  yaxın  günlərdə  azad  olunacağıq,  bu  kökdə  saçla  Bakıya  getməyi 

özümüzə  yaraşdırmırdıq.  Şəhriyar  hərdən  deyirdi:  “Kaş  bir  az  da  proses  uzana,  saçımız 

çoxalandan sonra gedək, yoxsa qulaqlarım biabırçılıqdı”. 



 

*** 


 

Həbsxanada həftənin dördüncü günləri kino saatı olurdu. Bir dəfə də Bruce Leenin filmini 

gətirmişdilər. Həmin vaxt bikef-bikef həbsxananın həyətində gəzişirdim. Çağırdılar ki, gəl filmə 

bax. Əvvəl getmək istəməsəm də, sonra fikirləşdim ki, gedib baxım, bir az da vaxt orda keçsin. 

Nə isə, gəldim kino otağına.  

Dublyaj ləzzət elədi. Deməli, döyüşdə düşmənləri baş-ayaq edən Bruce Leenin dəstəsindən 

olan adam onları ölümdən xilas edən məşhur döyüş ustasına belə təşəkkür edirdi: 

– Ağayi Bruce Lee, əllərin ağrımasın...  

Düzü,  bu  kadr,  o  səs,  o  ifadə  hələ  də  qulağımdan  getmir.  Həmin  gün  bu  sözlərə  o  qədər 

gülmüşdüm ki, dərdlərim az-bir az yadımdan çıxmışdı. 

 



*** 

 

Bir  dəfə  iki  dildə  olan  maraqlı  sözlər  haqqında  danışanda  qətl  törətmiş  bir  cavan  oğlan 



soruşdu ki, arvadların döşlərinə taxdığı geyimə nə deyirsiz? Cavab verdim:  

– Lifçik.  

Eyni sualı mən də ona verdim. O isə dedi ki, biz həm sinəbənd deyirik, həm də koledübarə. 

Bilməyənlər  üçün  deyim,  koledübarə  ikinəfərlik  papaq  deməkdir.  Düzü,  onda,  həmin  sözün 

təyinatı ləzzət eləmişdi.  

 

*** 


 

Təbriz zindanında olanda Vəhid adlı qoluzorlu, əhli-kef bir oğlan vardı, zindana düşəndən 

bəri əməlli-başlı cana gəlmişdi, kökəlmişdi. Yeganə adam idi ki, həbsxanadan getmək haqqında 

düşünmürdü. Hərdən də havaxorda olanda ucadan qışqırırdı: 

– Həbsxana döyül e, Küveytdi, Küveyt! (Onlar Küveyti dünyanın cənnəti sayırlar.) 

Hərdən ondan soruşurdum:  

– Zindanın nəyi yaxşıdı eşikdən?  

 Tez cavab verirdi: 

– Eşikdə olanda anama  deyirdim bir köynək al,  daşdan səs çıxırdı, anamdan  yox. Amma 

burda biləndə ki, paltarım yoxdu, tez alıb gətirir. Eşikdə gündə üç dəfə yemək tapmırdım, burda 

verirlər. Eşikdə kimin evinin içində super-market var? Heç kimin. Amma burda zindanın içində 

super-market  var,  nə  istəyirsən  al,  ye.  Eşikdə  uşaq  vaxtı  topum  olub,  yox,  amma  burda  dövlət 

oynamağa top da verib. 

 

*** 



 

Vəhid çox hazırcavab idi. Bir dəfə soruşdum ki,  bu oğlanların çoxu niyə  qaşlarını alırlar? 

Düşünmədən cavab verdi: 

– Qədim vaxtlarda oğlan uşaqları kömürdən bığ çəkib atalarına oxşamaq istəyirdilər, indi 

də qaşlarını alıb analarına oxşamaq istəyirlər... – sonra da bərk qəhqəhə çəkib güldü. 

 

*** 



 

Bir dəfə arxadan Vəhidi çağırdılar: 

 

Ə, arxanı bizə çevirmə, çölü görə bilmirik. 



Vəhid razı bir əda ilə cavab verdi: 

 



Gülün dalı-qabağı olmaz. 

Əclaf çox hazırcavab idi. 

 

*** 


 

Ailəmizlə  görüşə  gedəndə,  qolumuza  möhür  vuran  rəis  bizi  çox  sorğu-sual  elədi.  Axırda 

yaşımızı soruşanda atasını görmək üçün tələsən, eyni suallardan cana doymuş Şəhriyar dilləndi: 

– 22 yaş mənim var, 23 yaş Fəridin, birgə də eləyir 45 yaş. 

 Şəhriyarın  cavabından  suallarının  ardını  gətirməyən  rəis  bizim  qolumuza  möhür  vurub 

yola saldı. Ondan sonrakı görüşlərdə də bizi yubandırmadı. Hər dəfə də bizi görəndə Şəhriyara 

baxıb gülə-gülə deyirdi: ikinizin birgə 45 yaşınız var, hə? 

 

*** 



 

Şəhriyar  məndən  hündür  idi  deyə,  hamı  elə  bilirdi,  onun  yaşı  çoxdu,  bütün  sualları  ona 

verirdilər. Bu da onda bezginlik yaradırdı. Bir sözlə, bəstəboy olmağım orda çox karıma gəlirdi. 



Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə