Fərid Nəsibzadə Etiraf Günü 1 etiraf güNÜ



Yüklə 33,55 Kb.

tarix14.06.2018
ölçüsü33,55 Kb.


Fərid Nəsibzadə 

 

Etiraf Günü 

 



 

ETİRAF GÜNÜ 

Zaman bəzən hər şeyə məlhəm olmur…

 

 



Bu gün özünə yer tapa bilmirdi. Neçə günlük gərgin iş onu məhv etmişdi. Səhərdən axşamacan görüşlər, 

təkliflər, qiymətlərin analizi, neçə  günlük  yad ölkədə ezamiyyət  və  hesabatlar onu məhv etmişdi. Neçə 

gündür vaxtın necə getdiyini anlamırdı, səhər yeməyindən dərhal sonra vaxt bu cür bölünürdü: gecədən 

internet  vasitəsilə  tapılıb  əlaqə  saxlanılmış  təchizatçılarla  görüşlər,  daha  sonra  axşam  7-dən  sonra  1 

saatlıq  tıxacda  otelə  qayıdış,  soyuq  duş,  gecə  yeməyi,  kofe,  hesabatlar  və  növbəti  günə  təchizatçıların 

axtarışı, daha sonra 5 saatlıq yuxu, daha doğrusu yuxusuzluq... Amma bu gün bitdiyini, boğulduğunu hiss 

edirdi.  Arxada  qoyduğu  “keçmiş”  dediyi  məvhum  idimi  onu  narahat  edən.  “Keçmiş”inə  arxa  çevirib 

imperiya qurmaq xəyallarıyla gələcəyə yorulmadan addımlayırdı. Bu yolda çox əngəlləri aşmışdı, hələ nə 

çətinliklər görəcəkdi. Döyüşçü ruhunu sazlayaraq bir əlində qılıncı, bir əlində qalxanı ölüm-dirim savaşına 

girmişdi.  Amma  bu  gün  çox  yorulduğunu  hiss  etdi.  Nə  isə  çatışmırdı  sanki...  İndi  noutbukun  arxasında 

gözünü monitordakı boşluğa dikmişdi.  

Külqabıda isə siqaret tüstüləyirdi... 

“Böyük layihəni üzərimə tək götürməklə yalnış iş görmədim. Bu layihə növbəti döyüşümdür. Beynəlxalq 

idxal  əməliyyatlarıma  bu  ölkə  də  əlavə  olacaq.  Guya o  birilərini  kimlə  etmişəm ki?!  Tək...  Sadəcə  bura 

istehsal və sənaye ölkəsidir.Təchizatçılar çoxdur. İnternetdə olmayanları var. Zatən işin 80 faizi görülüb 

3-4  günüm  qalıb  burda... Bir  azca  da  güc  verim”  deyə  düşünərək  bayaqdan yazdığı  yekunlaşmağına  az 

qalmış hesabata davam etdi.  

Son 10 dəqiqə...”  

Barmaqlar  sanki  pianoda  ifadə  edirmiş  kimi  klaviaturanın  üzərində  gəzirdi.  Qaralama  kağızdakı  son  bir 

neçə müddəa qalırdı. Elektron poçtunu açıb girdi. Daha sonra, hesabatı yekunlaşdıraraq elektron poçtla 

göndərdi.  Noutbuku  örtərək  saatına  baxdı.  Axşam  saat  10  tamam  idi.  Bu  gün  daha  tez  bitmişdi  işi. 

Təchizatçılar da sabaha hazır idi. Görüşlərinin planını da həll etmişdi. Uşaq kimi sevindi. Vaxtı qalırdı. Bu 

gün bir az küçədə  gəzmək, hava almaq, dükanlara baxmaq və  sərbəstcə  nəfəs almağa nəhayət ki vaxtı 

tapıldı. Vanna otağına keçib əl-üzünü yudu. Güzgüyə baxdı.”Özümü qaydaya salmalıyam.” Əynini dəyişdi. 

Saçını  daradı.  Parlament  tərzli  tünd  göy  “üçlük”  kostyum,ağ  köynək,  tünd  göy  qalstuk.  Masanın 

üzərindən saatını və ətirini götürdü. 

Onun ən sevdiyi ətir... 

Heç dəyişməmişdi ki bu ətri... Bitdiyində yenisini alırdı. Bu gün arxasını çevirdiyi “keçmiş”ini xatırladı.Bu 

ətri  niyə,  kimin  sevdiyi  üçün  sevdiyini,  niyə  heç  dəyişmədiyini  xatırladı..Boğulmasının  səbəbini  anladı. 

Cəld özünü küçəyə atdı. Bir neçə dükana girib baxdı. Sonra qərar tuta bilmədi gedib qəhvə içmək istədi. 

Qəhvənin də bir “keçmiş”i vardı. “Allah bəlamı versin, bu zülm bitməyəcəkmi?!Niyə xatırladım ki?!” deyə 



Fərid Nəsibzadə 

 

Etiraf Günü 

 



 

qəfildən içində bir nalə qopdu. Dərin bir nəfəs alıb otelinə doğru yeridi. Hava çox gözəl idi. Nə isti idi nə 

soyuq.  Pencəyini  çıxarıb  çiynindən  aşırdı.  Cibində  telefonunun  cikkildədiyini  eşitdi.  Telefonu  çıxarıb 

baxdı.  Dostu  idi.  Can  bir  qəlbi,  neçə  illik  “dava”  yoldaşı,  sirrdaşı,  qardaşı,  onun  özü  idi  yazan... 

“-Neynirsən? 

 -Heç, gəzirəm. Qəşəng hava var. Sən? 

 -Heç... Bir buna bax...” 

Ekranda  şəkil  yükləndi.  Dostu  telefonunun  ekranını  çəkmişdi.  Lənət  olsun  bu  o  idi.  O  yazmışdı.  Sosial 

şəbəkədi hesabında paylaşım etmişdi: 

“Bu gün əvvələ qayıtdım... Peşmanlıqlarla “kaş ki”lərlə, “bəlkə” və “məncə”lərlə, yaşanmışlarla  dolu 

sənli həyatımı xatırladım. Bu gün canım səni xatırlamaq istədi. Sənlə heç bir əlaqəm olmadığını bilə-

bilə səninçün darıxmaq istədim. Bəlkə də çoxdandır gözümdən heç cür axmaq bilməyən yaşlarım axsın 

istədim.  Dedim  axı,  bu  gün  məni  yenə  sevməyini  istədim.  Səndən  sonra  yeni  bir  başlanğıc  etdiyimi 

unudaraq, ya da sənin məni heç bir zaman adam kimi sevməyəcəyini bilə-bilə yenə......Amma yenə də 

sev  istədim...İlk  dəfə  idi  ki,  həyatımda  məğlub  oldum.  Bu  qədər  zamandır,  qəlbimdəki  sevgini 

öldürmək istədim. Bacarmadım... İndi qalx və alqışla özünü. Sonra nə vaxtsa, bir zaman çıx qarşıma. 

Üzündəki acını, çarəsizliyi görmək üçün.. 

Bir  gün  mütləq  görüşəcəyik  səninlə...  Mən  baxacam  yaxın  qədər  uzaqdan,  sən  danışacaqsan...  Mən 

susacam..  Bu  susqunluğum  yandıracaq,  ağladacaq  səni...  Qəmli  olacaq  sükutumuz.  Sən  isə  hey 

danışmağa, nəsə anlatmağa çalışacaqsan. 

Bu  qəmli  sükut  səndə  bir  neçə  anlıq  məndə  ömürlük  olacaq...  Sadəcə  sən  danışacaqsan,  mənsə 

suscağam... Unutma sevgilim...” 

Oxuduqca,  yer  ayağının  altından  qaçırdı.  Ayın  tarixinə  baxdı.  Bu  gün  o  gün  idi....Bu  qədər  gərgin  işin 

içində  ayın  tarixini  belə  mexaniki  bilirdi.  Zorla  özünü  otelə  çatdırdı.  Telefonu  cikkildəyirdi  durmadan. 

Birtəhər  liftə  dürtüldü.  Mərtəbəsinə  çatıb  çıxdı.  Qalstukunu  boşaldıb,  köynəyin  yaxa  düyməsini  açdı. 

Otağı açıb özünü çarpayıya atdı. Telefon yenə  dalbadal cikkildədi. Halsız-halsız açıb baxdı. Dostu idi 26 

oxunmamış ismarıc... 

“... 

 -Nigaranam cavab yaz... 



-Nə yazım ay Teymur, nə yazım?!... 

-Elə pis oldum Ayxan.. 

-Ehh... 

-Biz elə bil, bu həyata əzab üçün gəlmişik... 




Fərid Nəsibzadə 

 

Etiraf Günü 

 



 

-Teymur, mən bu gün bütün günü boğulmuşam. Elə axmaq hiss olub ki, əslində çox gərgin olan gün boyu 

içimdə. Elə bil qolumu, ya da ayağımı kəsiblər...Əslində səbəb başqaymış... Bu gün o gündür... 

-Hansı gün, anlamadım?! 

-Ona etiraf etdiyim gün... Ona sevdiyimi dediyim gün... 

-Yəqin ona görə paylaşıb... Demək neçə ildir unutmayıb...Elə pis oldum oxuyanda. Əvvəl bilmədim, sənə 

göndərim ya yox... Ancaq son anda, nə bilim... Elə hesab etdim ki, bunu sən görməlisən. Bilmirəm düzmü 

etdim, ya yox?! 

-Eh Teymur, ehh.. Artıq nəyin düz, nəyin səhv olduğunu mən də bilmirəm. İçim darmadağındır. Yalandan 

özümü işə vermişəm. 

-Ayxan, necə olacaq? O orda belə, sən burda bu cür vəziyyətlərdə... 

-Nə  bilim  ay  Teymur,  bir  çıxmazdır  düşmüşəm..  Həyatımda  ilk  dəfə  prinsiplərimə  zidd  getdim.  O  neçə 

illərdir  arzuladığım  biridir,  ancaq  nə  fayda?!  Artıq  başqasınındir  Teymur,  anlayırsan..  Kor  bir  dalana 

dirənmişəm. İlk dəfədir ki, nə cür edəcəyimi bilmirəm.. 

-Səni də anlayıram qardaşım... 

-Teymur, çox pisəm... Sağollaşaq gəl.. 

-Sənə qurban olaram, amandır özündən muğayat ol, Ayxan. Yıxılmamağa çalış....” 

Yıxılmamağa çalış... 

Özünü ayaqda duran kimi göstərməklə  deyil ki,  əslində  sevdiyindən ayrıldığı gün yıxılmışdı.  Çarpayıdan 

ayağa  duraraq  otelin  ən  yuxarı  mərtəbəsində  olan  otağından  şəhərə  baxdı.  İşıqlar  bərq  vurur,  küçədə 

maşınlar şütüyür, insanlar nöqtə kimi görünür... Arxa çevirdiyi “keçmişi” bu gün onu özünə tərəf çevirib 

gözlərinin içinə baxırdı. Bir zaman “zəif”lik göstərib etdiyi etirafınmı altını çəkirdi?! Amma nə etsin? Nə 

edəydi? Həyat mübarizələri zamanı soyuqlarda tutacağı isti əllərə ehtiyac durmuşdu. Sığınacaq lazım idi 

ona, həyatın bombardmanında...Nə edəydi axı, ona çox ehtiyac duymuşdu. Daha sonra özü öz nəfəsini 

kəsmişdi.  Özü  ayrılmışdı  ondan.  Onun  aid  olacağı  yer  var  idi  axı.  Doğru,  insanın  ürəyi  aid  olmalıdır... 

Ancaq stereotip və prinsiplər qədər aşılmaz bir maneə yoxdur. Ayxan o qədər güclü deyildi. Bunları aşa 

bilmirdi.  Ən  son  ayrıldıqlarında  “...sən  həyatına  davam  et,  qayıt  həyatına  sevgilim...  Mən  isə 

cəhənnəmimə qayıdım...Hər kəs aid olduğu yerə getsin. Mənsə həyat adlanan cəhənnəmimin hisslərim 

olan  zəbanilərin  əzablarına  dözmək  məcburiyyətindəyəm..  Cəzamı  layiqiylə  çəkəcəm...  Xoşbəxt  ol 

sevdiyim”. 

Siqareti pəncərənin önündəki külqabında söndürdü. Bir anlıq hər şeyi atıb, cəld yığışıb vətənə, sevdiyinin 

yanına, onun yaşadığı küçəyə getmək istədi. Eyvanının altında durmaq istədi.. Yox, olmazdı. 

Zəncir çeynəsə belə, olmazdı... 



Fərid Nəsibzadə 

 

Etiraf Günü 

 



 

Saatına baxdı. Gecə saat 2-dir. Vətəndə isə 10... Yerinə uzanıb gözlərini yumdu. Gözünün  önündən film 

kimi  keçdi,  görüşləri,  onunla  ilk  birlikdə  olduğu  gecə...O  harama  əl  atmışdı.  Sevgisimi  haram  idi,  yoxsa 

əməlləri?! Gözlərini açdı. Ürəyi bulanır, beyninin içi döyünürdü. Vicdanı onu kaş öncə xirtdəkləyəydi, heç 

etiraf  etməyəydi,  susaydı...Yox,  artıq  bu  oteldə,  bu  şəhərdə,  bu  ölkədə  qərar  tuta  bilməyəcəkdi... 

Əşyalarını  cəld  topladı.  Otel  nömrəsinin  telefonundan  resepşna  zəng  etdi  çıxacağını  və  hava  limanına 

taksi  çağırmalarını  və  ən  yaxın  onun  şəhərinə  olan  reysə  bilet  bron  etdirməyi  tapşırdı.  Daha  sonra 

gözləməyə səbri çatmadı, aşağı enib otellə hesablaşdı. Resepşnda onun tapşırıqlarının 20 dəqiqə sonra 

yerinə  yetirəcəklərinə  söz  verdilər  və  əyləşib  gözləməyini  xahiş  etdilər.  O,  20  dəqiqə  sadəcə  ürək 

çırpıntılarını  dinlədi...  Az  qalmışdı...  Lap  az...Daha  sonra  taksi  gəldi,  o  hava  limanına  üz  tutdu... 

Təyyarə  9  saat  sonra  vətəndə  olacaqdı.  9  uzun  saat...  Layihəsinə  ordan  da  davam  edə  bilərdi,  zatən 

bitmək üzərəydi. Hər şeyi yerinə qoya bilərdi. Sadəcə sevdiyiylə eyni şəhərdə yaşamaq, onun nəfəs aldığı 

havayla nəfəs almağa ehtiyacı duydu. Qalan hər şeyi düzəltməyə onun gücü var idi... 

Təyyarə  onu  sevdiyinin  yanına,  onun  şəhərinə  aparacaqdı.  Düz  9  saat  sonra  maşınını  hava  limanından 

sürərək  düz  sevdiyinin  yaşadığı  küçəyə  aparacaqdı..  Ayxanın  sevdiyinin  varlığını  bilməyinə  hava  və  su 

kimi  ehtiyacı  var  idi...  Yalnız  bu,  onun  bu  həsrətini  dindirəcəkdi...  Sadəcə  sevdiyinin  yaşadığı  şəhərdə 

olmaq... 

 

SON



 

Hanju, ÇİN. 19 dekabr 2016 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə