Fərid Nəsibzadə onlar 1 onlar



Yüklə 38,68 Kb.
Pdf görüntüsü
tarix05.06.2018
ölçüsü38,68 Kb.
#47536


Fərid Nəsibzadə 

 

ONLAR 

 

ONLAR 



Görmədiyiniz yerlərdən gələrlər... 

Bu  yaxınlarda  telefonuma  çox  xәtrini  istәdiyim  bir  yoldaş  zәng  etmişdi.  Mәnlә  görüşmık  istәdiyini  vә 

anladacaqları  mәnimçün  maraqlı  olacağını  vurğulayırdı.  Doğrusu,  işdәn  sonra  yorğunluğu  bәhanә  edә 

bilmәdim.  Görüşdük.  Yanında  çox  sәliqәli  geyinmiş,  bir  nәfәr  dә  var  idi.  Hiss  olunurdu  ki,namaz  qılan 

biridir. Bizim yoldaş da onu diqqәtlә dinlәmәyi xahiş etdi. Qeyd dәftәrçәmi açıb hazır olduğumu bildirdim. 

Sadәcә  adını  olduğu  kimi  qeyd  etmәmәyi  xahiş  etdi.  Oxuyacağınız  bu  hekayәdә  bütün  hadisәlәr 

dәyişdirilmәdәn saxlanılıb.  

Adım Muraddır. Hazırda şirkәtlәrin birindә baş mühasib vәzifәsindә çalışıram. Sizә danışacağım hadisәlәr 

16  il  bundan  öncә  baş  verib.  O  zaman  ailәmlә    bir  yerdә,  Bakı  kәndlәrindәn  birindә    hәyәt  evindә 

yaşayırdıq.  Evimizdәn  bir  az    bataqlıq  sıx  qamışlıqla  әhatәlәnmiş  bataqlıq  vardı  vә  o  әtrafda  yaşayan 

insanların dediyinә görә oradan çox zaman hönkürtü sәslәri gәlәrmiş. Tәbii ki, o zaman uşaq idik vә bizә 

bu cür "şәhәr әfsanәlәri" maraqlı gәlirdi. Hәtta bir neçә dәfә kiçik qardaşım vә bir neçә qonşu uşaqları ilә 

oranı kәşfә getmişdik. Tәbii ki, gecә qorxduğumuz üçün gündüz guya nәsә görәcәkmişik kimi, hәyәcanla , 

bir-birimizin  sözünü  kәsә-kәsә,  vurdalak  (rus  әfsanәlәrinә  görә  qorxunc  mәxluq,  vampir)  çıxsa  hamıız 

әlbir olub ona hücum etmәyimizi müzakirә  edirdik. Lakin, bir saatdan da çox  orada boş-boş gәzdikdәn 

sonra, heç nә görmәdik vә belә qәnaәtәr gәldik ki, bir gün gecә gәlәk (әslindә heç kәs bunu istәmirdi). 

Qonşuluqda  bir  falçı  yaşayırdı.  Daim  yanına  xeyli  adam  gәlirdi.  Әsasәn  dә  qadınlar...  Qonşumuz  Fazilә 

xala anama deyәndә eşitmişdim ki, guya bu falçı cinlәrlә iş görür. O zaman bu mәxluqlar haqqında әmәlli 

bir  anlayışım  olmadığı  üçün,  falçının  doğrudan  da  nә  işlә  mәşğul  olduğu  barәdә  bir  nәticәyә  gәlә 

bilmәdim. Bir axşam evdәn qardaşımla zibil atmaq üçün çıxdığımız zaman, bu qadının nәsә donquldana-

donquldana  küçә  ilә  bataqlıq  olan  tәrәfә  getdiyini  gördük.  Gizlәnәrәk  onu  güdmәyә  başladıq. 

Bataqlığacan arxasınca izlәdik. Qadın qamışlığa çatdığında әlindәki torbanı açdı vә oradan nәsә çıxararaq 

dodağının altında mızıldadığәnı eşitdik. Gecә olduğundan onun orada nә etdiyini vә o torbadan çıxardığı 

şeylәri görә bilmәdik. Birdәn qadın әlini saxladı vә möhkәm sәslә "dәrhal gedin buradan, yoxsa çox pis 

olacaq!Onlar sizi görür!" dedi. Hәmin an necә qorxmuduqsa, hәr ikimiz dabanımıza tüpürüb evә doğru 

qaçdıq.  Hәtta,  qardaşım  evә  girәndә  anam  rәnginin  qaçdığını  gördü.  Soruşduqda  zibil  atmaqdan 

qayıdarkәn  guya  tanımadığımız  uşaqların  üstümüzә  it  saldığını  dedi.  Buna  görә  dә  başqa  istiqamәtә 

qaçdığımızı, evә gec gәldiyimizi izah etdi. Anam ona tam inanmasa da, bizi rahat buraxdı.  

Haradan  bilәydim  ki,  falçının  "onlar"    dediyi  mәxluqlar  elә  hәmin  gecәdәn  etibarәn  bizi,  әsasәn  dә 

mәnim yaşayışımı әmәlli-başlı qorxulu bir filmә çevirәcәklәr?!  

İlk gecә evimizin çardağından gurultu sәsinә hәr kәs oyandı. Atam iri radiolu fәnәrlә(o zaman işıqlar tez-

tez kәsildiyindәn demәk olar ki, hәr evdә vardı) çardağa çıxdı. Mәn vә qardaşım, hәyәcan vә qorxu içindә 

nәrdivanın  aşağısında  onu  gözlәyirdik.  Nәhayәt    atam  aşağı  düşdü  vә  heç  nә  olmadığını,  yәqin  ki, 

göyәrçinlәrin (çardağa hәrdәn girirdilәr, anca göyәrçin elә  hay-küy qaldıra bilmәzdi.)  sәs saldığını dedi. 

Anam da tәlәsik  bizi yatmağa göndәrdi. Sәhәrsә qardaşımla mәn and içdik ki, bir daha o fllçının evinin 

yanından keçmәyәk. 




Fərid Nəsibzadə 

 

ONLAR 

 

Heç  vaxt  unutmaram  iki  gün  sonrakı  gecәni...  Yay olduğundan,  qardaşımla otağımızda  yerdәn yatırdıq. 



Qәfildәn çox güclü bir әlin mәni silkәlәdiyii hiss etdim, daha sonra "qalx bizimlә gәl!" deyә amiranә sәs 

eşitdim.  Yuxulu  olduğumdan  "  eee,  yeri  get  dә,  yatıram"  deyә  sayıqldım.    Az  sonra,  kürәyimә  dәyyn 

şapalağı  hiss  etdim  vә  ağrıdan  az  qala  zingildәdim.  Tez  kiçik  qardaşımı oyatdım.  Qardaşım әl  fәnәrinin 

işığında kürәyimdә möhkәm bir qızartı olduöunu dedi. "Elә bil kimsә kürәyinә şillә vurub, әl izi dә qalıb. 

Dörd  barmaqlı  әlin  izidir."  Qardaşıma  inanmayıb  özüm  baxmaq  qәrarına  gәldim.  Güzgünün  önünә 

keçdim. İşığı yandırdım, kürәyimә baxdıqda qardaşım dediyi kimi, dörd barmaqlı әl izini gördüm.  Hәmin 

gecә yatmadıq. Sәhәrә yaxın yuxuya getdik qardaşımla...  

Növbәti gecәni yuxuya getmәyә qorxurdum. Evdәn atamgilә keçәn gecә olanları danışmadıq. Qardaşım 

erkәndәn yatmışdı. Sabah imtahanımız var idi deyә, gecә gec saatlara qәdәr dәrs oxumuşdum. Beynim 

yorulmuşdu.  Yerimә  uzandım,  ancaq  keçәn  gecә  olanlar  mәni  çox  qorutmuşdu.  Sәssizliyi  dinlәmәyә 

başladım.  Tәxminәn  iyirmi  dәqiqә  sonra  yuxu  mәni  apardı.  "Dur,  saata  bax!!"  deyә  amirnnә  tonda  bir 

qadın  sәsi  eşitdim.  Әvvәl  elә  bildim  anamdı.  İmtahana  gecikirәm  deyә  mәni  oyadır.  "Yaxşı,  ana  beşcә 

dәqiqә.." deyә gözü yumulu ötәri cavab verdim. "Sәnlә deyilik?! Dur saata bax!!!" deyә qolumdan güclü 

bir  әl  tutub  silkәlәdi.  Gözlәrimi  açdım.  Saata  baxdım.  Dördün  yarısıydı.  Otaqda  heç  kәs  yox  idi. 

Barmaqlarımın ucunda anamgil yatan ltağa keçdim. Atam da, anam da hәr ikisi yatmışdılar. Qorxu canımı 

bürüdü... Mәni oyadan kim idi?!  

Sәhәr imtahanı müvәffәqiyyәtlә verdim. Artıq mәktәb bitmişdi. Atam evdә bunu qeyd etmәyi qәrara aldı. 

Anam  qәşәng  süfrә  açmışdı  axşamacan  yeyib-içdik.  Atam  da,  anam  da,  çox  sevinirdi.  Bayırda  hava  isti 

olduğundan  hәyәtdә  oturmamışdıq,    evdә  idik  vә  kondisioner  yanırdı.  Axşama  doğru  atam  mәndәn 

dükana  getmәyimi,  qazlı  su,  siqaret  vә  bir  neçә  xırda-para  şey  almağımı  istәdi.  Ayaqqabılarımı  geyinib 

hәyәtә  çıxdım.  Hava  isti  idi.  Әl-üz  yuyanda  üzümә  su  vurub  darvazadan  çölә  çıxdım.  Arxadan  kimsә 

"Murad" deyә mәni sәslәdi. Geri çevrilib baxanda balacaboy, üzü ağappaq bir qoca qarı gördüm. İlahi, bu 

hәm  insan  idi,  hәm  dә  deyildi.  İri  qapqara  gözlәri,  çox  eybәcәr  üzü  vardı.  Arıq  әllәrini  ağzına  tutaraq 

mәnә  baxaraq  çox  pis  bir  şәkildә  gülürdü.  İnanın,  mәn  bu  cür  pis  gülüş  hәyatımda  görmәmişdim.  "Ay 

Allah"  deyәrәk  darvazamıza tәrәf qaçıb özümü hәyәtimizә tulladım. Qışqırığıma atam, anam, qardaşım 

gәldi. Dilim söz tutmurdu. Hay-küyә qonşularımız töküldü. Tәcili yardım çağırdılar. Hәkimlәr gәlib mәnә 

sakitlәşdirici vurdular. Gecәni sәhәrәcәn valideynlәrim mәnә keşik çәkdilәr. Atam bir dәfә sakitcә nәyә 

görә  belә  etdiyimi  soruşdular,  cavab  vermәdim.  O  dәhşәtli  mәnzәrәni  xatırladıqca  ağlım  az  qala  mәni 

tәrk edirdi.  

Bir neçә gün sakitçiliklә keçdi. Atam vә anam mәndәn heç nә soruşmurdu. Amma xatırlayıram, bir gün 

sәhәr tezdәn atam mәni çörәk almağa göndәrmişdi. Yolum o qamışlıqdan keçirdi. Çörәk alıb qayıdanda 

qamışlıqda sanki kimsә o bataqlığın içindә qamışları yara-yara gәldiyini gördüm. Birdәn xışıltı kәsildi vә 

çox idbar bir sәs "Murad, gәlirsәn bura?" dedi.Var gücümlә evә qaçdım. Artıq nә edәcәyimi bilmirdim. 

Valideynlәrimә  deyә  bilmәzdim,  mәnә  inanmazdılar,  qardaşıma  danışdım.  O  isә  mәndәn  kiçik 

olduğundan  lap  bәrk  qorxuya  düşdü.  Daha  da  pis  etmişdim.  Gecә  kiçik  qardaşım  qorxusundan  mәnlә 

yatmışdı. 

Aradan  3  ay  keçmişdi  məktəbin  son  sinifinə  gedirdim.  Universitetə  hazırlaşmaq  üçün  dörd  müəllim 

yanına  gedirdim.  Dərslər  məni  çox  yorurdu.  Həyatıma  girən  bu  varlıqlara  da  öyrəşmişdim.  Artıq  qorxu 




Fərid Nəsibzadə 

 

ONLAR 

 

məndə  şüur  altıma  nüfuz  edərək,  ətrafa  qarşı  biganə  etmişdi.  Evdə  susurdum.  Bir  tək  kiçik  qardaşım 



bilirdi. Dəfələrlə valideynlərimə bu mövzuları deməyə çalışsa da, izn verməmişdim. Evdən gecələr gələn 

ayaq  səsləri,  qarşıma  müxtəlif  cildlərdə  çıxan  adını  “ruh”  bildiyim  bu  varlıqların  həyatıma  girmə 

səbəblərini  çox  araşdırırdım.  İnternet  o  zaman  indiki  qədər  təşəkkül  tapmamışdı.    Bu  müddət  ərzində 

internet  klublara  getdikcə,  öz  ağlımca  araşdırma    aparırdım.  Nəticəm  belə  olmuşdu  ki,  biz  tərəflərdə 

kimlərsə  əzabla  ölüb  onların  ruhlarıdır  gözümə  görünənlər..  Amma  haradan  biləydim  ki,  bu  zəhərli 

varlıqlar əslində ruh deyil..  

Bir gün yatdığım yerdə, qardaşımın səsinə oyandım. Qardaşım, çox qorxmuşdu. Divarda əl izlərinin peyda 

olub  yoxa  çıxdığını  deyirdi.  “Artıq  atamgilə  deyəcəm,  mən  daha  dözə  bilmirəm.”.  Ona  susmasını  xahiş 

edirdim və sakitləşdirməyə çalışırdım ki, liliput, başı keçəl bir yaşlı kişinin dəli kimi otaqda gəzdiyini hər 

ikimiz  gördük.  Kişi  qeyri-adi  surətlə  yanımıza  yaxınlaşdı.  İlahi,  çox  dəhşətli  gözləri  var  idi.  Qardaşım 

qışqırmaq istədi lakin, səsi çıxmadı. Kişi bəbəksiz ağappaq gözlərlə mənə baxıb, “səni aparacayıq” dedi və 

bir andaca yox oldu. Qardaşım ağlamağa başladı. Mənsə  susurdum… Deyəsən artıq taleyimlə  barışmış, 

“onlarla” getməyə hazır idim. Yoxsa “onlar”ın köləsimi olmuşdum? Bilmirdim… 

Səhərisi gün qardaşım anama xəlvətcə hər şeyi danışır. Dərsdən gəldiyimdə, atam və anamı evdə gördüm. 

Atamın niyə  işdən tez gəldiyini isə  evə  qonşuluqda yaşayan bir namaz qılan tələbə oğlanla bir türk  din 

xadiminin  gəldiyi  zaman  anladım.  O  zamanlar  qonşumuz    Elşən  Bakı  Dövlət  Universitetində  ilahiyyat 

fakultəsində  oxuyurdu, çox guman ki, Gürel bəy də, onun ya müəllimlərindən, ya da tanıdığı güvəndiyi 

din xadimlərindən biri idi.  Onlar evin içində və həyətimizdə bir neçə ayin keçirdikdən sonra mənə adını 

hələ də xatırlaya bilmədiyim bir cin qəbiləsinin müsəllət olduğunu, onların hansısa sirrini bildiyim üçün 

məni  aradan  götürmək  istədiklərini  dedilər.  Artıq  namaza  başlamamın  vacibliyini  vurğuladılar…  və  ilk 

namazımı  da  onlarla  qıldım.  Namaz  qıldıqca  qulağıma  cürbəcür  pıçıltılar  gəlirdi.  “Sakın  yarım  bırakma” 

deyə  Gürel  bəy,  sanki  nəyisə  hiss  edərək  dua  edərkən  mənə  pıçıldadı.  Namazı  bitirdiyimdə  gələn 

qonaqlarımız gecə də bir ayinin keçirilmə vacibliyini dedilər.  

Axşama  doğru  atam  anama  çox  mükəmməl  bir  süfrə  açdırdı.  Hərkəs  süfrəyə  oturdu.  Yeməkdən  sonra 

namaz qılınacaq, dualar ediləcək və  ayin başlanacaqdı. Yemək zamanı otağımdan “Murad, Murad bura 

gəl,  tez  ol”  deyə  səslər  eşitməyə  başladım.  Sanki  ovsunlanmış  kimi  ayağa  qalxıb  getdim.  Gerisini 

xatırlamıram,  ancaq  daha  sonra  mənə  qardaşım  həmin  hadisəni  danışanda  dəhşətə  gəldim.  Mən  axı 

bunu, necə  edə  bilərdim? Qardaşımın dediyinə  görə, mən sanki robot  kimi ayağa durub otağa getdim. 

Süfrə arxasında oturanlar bunun fərqinə varmamışdılar. Amma geri qayıtmağımı və etdiyim hərəkətləri 

yəqin ki, uzun müddət unutmamışdılar.  Mən… bilmirəm necə deyim, geri qayıdaraq… evin küncünə sidik 

ifraz etmişdim. Üstəlik hər kəsin gözü önündə…  Amma qəribə burasıdır ki, bunu heç vaxt xatırlamıram. 

Gecə  səhərəcən  ayinlər  icra  etmişdilər,  dualar  və  qurandan  ayələr  oxumuşdular.  Sabaha  yaxın 

qonaqlarımız  5  gün  sərasər  bu  ayinləri  keçirmək  lazım  olduğunu  dedilər.  Təbii  ki,  məktəbə  də, 

hazırlıqlara da getməyəckdim. Ancaq o beş gün heç vaxt xatirimdən silinməyəcəkdi. Sanki, mən, bədənim 

balaca  bir  dünya  idi  və  xeyirlə  şər  bu  dünya  müstəvisində  mübarizə  aparırdım.  “Onlar”  təslim  olmaq 

istəmirdi. Evdə bədənümma güzgümüz vardı. Ayinlər zamanı çilik-çilik olmuşdu. Daha sonra, xatırlayıram, 

qardaşım  qəfildən  yerə  yıxılaraq  sanki,  epilepsiya  xəstələri  kimi  çırpınırdı.  Qulağıma  gələn  müxtəlif 

tembrli səslər, qışqırıqlar… Sanki, cəhənnəmdəydim… 




Fərid Nəsibzadə 

 

ONLAR 

 

5  gün  sonra  hər  şey  bitdi.  “Onlar”  həyatıma  qəfil  gəldikləri  kimi,  qəfil  də  getdilər.  Elşən  və  Gürel  bəy 



bəlkə də, həyatımda ən böyük yaxşılığı etdi. Mən onların  vasitəsilə namaza başladım. “Allahdan başqa 

kimsədən  qorxma”  fəlsəfəsini  mənə  aşılayan  Gürel  bəyə  bu  günkü  həyatımda  əldə  etdiyim  bütün 

nailiyyətlərə görə ömrümün sonunacan minnətdar olacağam. 

…və artıq bilirəm, “Onlar” mövcuddurlar… 

 

SON 

Bakı 2017 

 

 



Yüklə 38,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə