Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə14/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   101

30
– Mən indiyə qədər azad bir quş olmuşam. Mən qızıl qəfəsə təslim olmaq istəmirəm. 
Qızın səsindəki məlahət də onu əfsunladı. 
– Sən həm də ağıllı gözəliymişsən. 
– Tanrıdan bir narazılığım varsa o da baxtımın qara yazılmasıdır. 
– Qara bəxt. Sultan sarayına, sultan ağuşuna düşmək ağ bəxtdir. 
– Kimin üçün ağdısa, mənin üçün qaradı. 
– Ey gözəl, mən səni başa düşdüm. Cariyyə kimi saraya gətirilən belə mələyin bəxtindən 
inciməyə  haqqı  var.  Amma  mən  çox  ədalətli  hökmdaram.  Sənin  bəxtini  ağartmaq  da  mənim 
əlimdədir.  Sən  yalnız  Sultan  hərəmxanasına  layiqsən.  Belə  gözələ  çalınan  toyun  səsi  Çini-
Maçinə  getməlidir.  Sənə  elə  bir  toy  çaldıracağam  ki,  bütün  görənlər  heyrətə  gəlsin.  Səni 
Ağqoyunlu tacının ən iri cəvahirinə çevirəcəyəm. Şərtlərini de. 
Qarabağ gözəli dinmədi. 
– Şərtlərini de. 
– Mənim bir şərtim var. 
– Buyur. 
– Məni buraxın, öz elimizə qayıdım. 
– Bu saraylar, bu səltənət, o xəzinə hamısı sənindir. Ondan özgə şərtin varsa buyur. Sən 
yalnız  mənim  kimi  hökmdara  layiqsən.  Tanrı  bizim  kəbinimizi  göylərdə  kəsib.  Toyunu 
Sultanbudda, öz elinin içində başlayıb, Təbrizdə qurtaracağam. 
O, sözlərini deyib Abı otaqdan çıxdı. Uçmağa qanadları yox idi. Amma uçurdu, yerimirdi. 
Özünü anasına yetirdi. Onun əllərini tutub öpməyə başladı. Səlcuqəşahbəyim təəccüblə oğluna 
baxdı. 
– Nə olub? 
– Sən məleykələr padşahını göylərdən endirmisən.  
Səlcuqəşahbəyim gördü ki, oğlu qıza necə vurulubsa özünü-sözünü bilmir. 
Sən hökmdarsan, bunu yadından heç vaxt çıxartma.  
– Allah olsam, allahlığımı da unudardım. 
– Ağlını başına yığ. O, kasıb bir ilxıçının qızıdır. 
– Mən o ilxıçını vəzir, əmir, sipəhsalar eləyərəm. Bu qız mənim tacımın ən qiymətli daşına 
dönməlidir. Toya hazırlıq görülsün.  
Hikkəsindən  Səlcuqəşahbəyimin  az  qalırdı  bağrı  çatlasın.  Ləngər  vura-vura  oğluna  tərəf 
getdi. Qapını kəsib onu çıxmağa qoymadı. 
– Sən çox vacib iş görməlisən. Şeyx Heydərin işi bitməlidir. Yoxsa... 
 
– İstəyirsən bütün nəslini yer üzündən sildir, mən razı. Özün bilirsən. Mən indi dünyanın 
ən xoşbəxtiyəm. Məni elə boş-boş məsələlərə qoşma. Qoy yaşayım. 
Sultan  Yaqub  bər-bəzək  arasındakı  anasının  qırışmış,  sümüklü  sifətini  ifritə,  cin,  şəyatin 
şəklində  gördü.  Gözlərindən  elə  bil  od  çıxırdı.  Qarabağ  gözəlinə  baxandan  sonra  hər  şey  ona 
kobud, yöndəmsiz, kifir görünürdü. Amma anasının gözləri onu bir anlığa özünə qaytardı. 
– Nə olub sənə? 
– Nə olub, nə olub?! Şeyx Heydər qayınatan Fərrux Yasarın hökmdar olduğu Şirvanı tutub, 
qalıb Dərbənd qalası. Sabah qoşun yığıb sənin üstünə gələcək. Onda taxt-tac da çıxacaq əlindən, 
hələ deməyəsən ilxıçı qızı da. 
– Vermərəm, vermərəm, onun öz başı bədənindən ayrılmalıdır. 
– Otur oğlum. 
Sultan  Yaqub  oturdu.  “Vermərəm,  vermərəm”  deyəndə  o  Qarabağ  gözəlini  nəzərdə 
tutmuşdu.  Taxt-taca  sahib  olanda  fikirləşmişdi  ki,  xoşbəxtlik  gəlib  çıxdı.  İndiyə  qədər  də  belə
bilirdi.  Amma  bu  gün  o  gözəli  görəndən  sonra  hiss  eləmişdi  ki,  onunla  xoşbəxtlik  arasında 
zəmin-asiman  fərq  var.  Xoşbəxtlik  elə  bu  gözələ  sahib  olmaqdır.  Belə  bir  anda  o,  hökmranlıq 
verərdi əldən? 
Bir  az  fikirləşəndən  sonra  yenə  hökmdarlıq  taxtına  qayıtdı.  Yenə  gözünün  qabağına 
yastıbaşlı,  qara,  haçadilli  ilanlar  gəldi.  Onlar  dörd  bir  tərəfdən  bu  taxta  tərəf  başlarını  qaldırıb 


31
sürünürdülər. Amma taxta yaxınlaşanda hamısı qızıl ilan kimi quyruqları üstünə qalxdılar. Bir an 
da keçsə həmin ilanlar qızıl taxtın ayaqlarına dolaşacaqlar. 
Fərrux Yasar onun qayınatası idi. Özü də hələ onun atasından da əvvəl taxta oturmuşdu. 
Siyasətin hər üzünü bilir. Onunla qohum olmaqda bir məqsəd güdmüşdü. Şirvan Dərbəndə qədər 
olan torpaqları tutub, əgər o tərəfdən qorxu olsa, qabaqda dayanacaq. Bir də Şirvanşahlar hələ
heç kimin torpağına qoşun çıxarmayıblar. Həmişə öz başları öz işlərinə qarışıq olub. 
Amma bu Şeyx Səfi nəsli öz işini biləndir. Bütün hökmdarların da sirləri onlardadır. Hər 
sarayda, hər bəylikdə, hər vilayətdə, bəlkə də hər evdə onların müridləri var. Bu müridlər gəlir 
və  həmin  sirləri  də  özləri  ilə  gətirirlər.  Yaxşı  ki,  Ələmut  ismayililəri  kimi  hərəkət  eləmirlər. 
Onlar kimi başlasalar istədikləri hökmdarı oğurlayıb gətirərlər, xoşlarına gəlməyənlərin hamısını
öldürərlər.  İndi  onlar  Şirvan  üstünə  getdilər.  Oranı  tutsalar  sakit  duracaqlarmı?  Yox.  Onda 
Şirvan hər yerə əl-qol uzadacaq. 
– Ana, qayınatam Süleyman Bicanoğlunu... Qoy bir qayınatam o birisinə köməyə getsin. 
–  Yaxşı  fikir  eləmisən,  oğul.  Bicanoğlu  igid  sərkərdədir,  özünün  də  Şeyx  Səfi  nəslini 
görməyə gözü yoxdur. 
O, qalxıb iri addımlarla otaqdan çıxdı. Taxt-tac salonuna getdi. Taxtda oturan kimi vəzirlə
vəkil də onun yanında öz yerlərini tutdular. 
– Tək vəzir qalsın. Özün də yaxına gəl.  
Vəzir Zəkəriyyə Keçəçi hələ Uzun Həsənin vaxtından bu vəzifədə idi. Bir dəfə də olsun 
hökmdar  onun  məsləhətindən  çıxmamış,  yaxud  onu  cəzalandırmamışdı.  Bu  qoca,  arıq  vəzir 
sülalənin  dirəklərindən  biri  idi.  Uzun  Həsən öləndə də vəsiyyət eləmişdi ki, onun oğlanları bu 
sədaqətli,  ağıllı  vəzirin  sözünü  eşitsin.  Uzun  Həsənin  məşhur  “Qanunnamə”sinin 
hazırlanmasında vəzir yaxından iştirak etmiş, onu bütün ölkədə tətbiq eləmişdi. 
– Vəzir, Süleyman Bicanoğlu dörd-beş minlik qoşun götürüb Dərbənd qalasına getməlidir.  
Vəzirin heç nədən xəbəri yox idi. 
– Onda biz Şirvanşahla müqaviləni pozmuş olarıq. 
– Özü tələb eləyir. Şeyx Heydər onunla vuruşmağa gedib. 
Vəzir inanmadı. 
– Sultani əzəm, Şeyx Heydər Çərkəzistana gedib. Fərrux Yasar onunla düşməndi. Bəlkə də
Uzun  Həsənin  qohumları  arasında  narazılıq  salmaq  istəyir?  Axı  biz  hər  şeyin  düzgünlüyünü 
öyrənməsək, belə addım atmağımız yerinə düşməz. Sonra gec olar, səhvimizi düzəldə bilmərik. 
– Necə, Fərrux Yasar mənim qohumum deyil? Onun bacısı mənim əyalım deyil? 
–  Şeyx  Heydər  necə?  O  da  bacınızın  əridir.  Həm  də  Ərdəbil  ocağına  düşmənçilik  bizə
xeyir gətirməz. Onların müridləri çoxdur. 
– Bəlkə vəzir də onların mürididir?  
Zəkəriyyə Keçəçi əlini döşünə qoydu. 
– Sultani əzəm yaxşı bilir ki, mən şiyə deyil, sünniyəm, hənəfiyəm. Onlarla mənim heç bir 
əlaqəm  yoxdur.  Rəhmətlik Uzun Həsən deyərdi ki, bu ocağın gücü mənə bəllidir, ona görə də
onlarla  qohumluq  telləri  qurmuşam.  Əbu  Səidlə  qarşılaşanda  Şeyx  Heydər,  onun  müridləri 
olmasa  bu  günkü  Ağqoyunlu  dövləti  də  olmazdı.  Məni  dar  ağacına  çəkdirsəniz  də  mən  onun 
üstünə qoşun göndərməyin tərəfdarı deyiləm. 
– Sən gördüyün dövranlar keçib, vəzir. Şeyx Heydər indi şahlıq, sultanlıq həvəsinə düşüb. 
Belə olmasa bu qədər qoşun yığıb onları silahlandırmazdı. Qocalmısan vəzir, ürəyin yumşalıb. 
Vəzir yenə əlini döşünə qoyub baş əydi. 
– Ola bilər. Qocalıq bədbəxtliyin başlanğıcıdı. Ancaq mən yenə öz fikrimdə qalıram. Həm 
də Şeyx Heydərin getməyinə icazə vermisən. 
–  Vəzir,  get.  Məsləhət  qurtardı.  Mən  xacalət  çəkirəm  ki,  bir  dərvişə  bacımızı  vermişik. 
Onun  hökmü  verilib.  Şeyx  Heydər  məhv  olmalıdır.  O  baş  nə  qədər  ki,  sağdır  onun  içində  nə
qədər nəqşələr çəkiləcək. 
Vəzir baş əydi, fikirli-fikirli çıxıb getdi. Cavan Sultanı öz fikrindən döndərə bilməmişdi. 
Süleyman Bicanoğlunun gətirdiyi dörd minlik qoşun Fərrux Yasarın bundan da çox qoşunu 
ilə  birləşdi.  Oradan  Dərbəndin  üstünə  getdilər.  Neçə  vaxtdan  bəri  Şeyx  Heydərin  müridləri 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə