Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə3/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   101

8
Dəspinə xatun üzüyü aldı, qaşına baxdı. 
– Ana, bu üzükləri çoxdan saxlayırsan? 
– Çoxdan. Fateh Sultan Məhəmmədlə danışığa gedəndə də biri barmağımdaydı. Gəlinlərim 
artdıqca da düzəltdirmişəm. 
– Gecən xeyrə qalsın, qızım. Deyir axşamın xeyrindən səhərin şəri yaxşıdır. 
Sara xatun əlini yerə dayaq verib qalxana qədər çinar boylu Dəspinə xatun ayaq üstündə 
idi. Sara xatun əllərini göyə qaldırdı.  
– Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun ağlını qılıncı, qılıncını ağlı kimi 
iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə.  
–  Amin,  -  deyə  Dəspinə  xatun  ona  səs  verdi.  Amma  bu  “amin“də”  duadakından  daha 
böyük bir kədər, yalvarış və titrəyiş vardı. 
Uzun  Həsən  anasının  “Şeyx  Heydərlə  gedəcəyəm”  deməyinin  mə’nasını  tez  almışdı.  O, 
xəbər tutmuşdu ki, Sultan Əbu Səid babası Teymur kimi Ərdəbildəki Şeyx Səfiyyəddin pirində
ziyarət  etmiş,  oraya  böyük  nəzir-niyaz  vermişdi.  Hazırda  həmin  pirin  şeyxi  Şeyx  Heydərdi. 
Heydərin atası Cüneyd də onların kürəkəni idi. Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənmiş, 
onlardan Heydər dünyaya gəlmişdi. Cüneydi Şirvanşahlar öldürəndən sonra Heydəri dayısı Uzun 
Həsən böyütmüşdü. 
Alaçığa  ruhanilər  kimi  uzun  əba  geyib  başına  ağ  çalma  qoymuş  Şeyx  Heydər  girdi. 
Dayısına tə’zim eləyib: 
– Cəddim Museyi Kazım köməyində dursun, dayı, – dedi. – Sizin çağırışınızla gəlmişəm, 
dediyinizə müntəzirəm. 
Heydər o zaman on dörd, on beş yaşında olardı, ya olmazdı. Bu ağsifət, zərif oğlan kamil 
təhsil almışdı. Dayısının əməl etdiyi sünni-hənəfi təriqətinin bütün incəliklərini öyrənsə də atası
Cüneydin  üzünü  görməsə  belə  onun  yolu  ilə  getmiş,  şiəliyi,  səfəvilərin  batin  elmini  də
öyrənmişdi. 
– Gəl otur. 
O, dayısının göstərdiyi yerdə bardaş qurub oturdu. İri ağıllı gözlərini dayısına dikdi. 
– Eşidirəm. 
Məsələdən yəqin ki, xəbərdarsan?!   
– Bəli. 
–  İndi  bizə  vaxt  qazanmaq,  Sultan  Əbu  Səidə  nə  vasitə  ilə  olur-olsun  tə’sir  köstərmək 
lazımdır.  Sabah  tezdən,  Allah  qoysa  sübh  namazından  sonra  nənən  Sara  xatunla  Əbu  Səidin 
ordugahına  gedirsən.  Sənin  getməyin  çox  vacibdi.  Əmir  Teymur  sizin  ocağa  bağlı  olub.  Əbu 
Səid sənə e’tinasızlıq göstərə bilməz. Ortada sülh yaratmaq vacibdir. Elə bilmə ki, dayın qorxur. 
Yox, bir gün yaranan, bir gün ölməlidir. Nuha, Süleymana, İldırıma, Teymura qalmayan dünya 
bizə də qalmayacaq. Ağılsızlıq ucundan ölənlər bu saydıqlarımın heç biri olmur. Biz Sultandan 
gücsüzük.  Ondan  bir  qışı  Qarabağda  qalmağa  rüsxət  alsaq,  Allah  qoysa  yazda  qoşun  toplayıb 
öhdəsindən gələrik. Elə belə də deyərsiniz. Deyərsiniz, qışı Qarabağda qalaq, yazda köçüb ata-
baba  yurdumuz  Diyarbəkrə,  Amidə  gedərik.  İndi  tərpənsək,  yolda  mal-heyvanımız  qırılar. 
Fikrim sənə aydın oldu, bacıoğlu? 
–  Bəli,  gün  kimi,  hələ  bir  çox  mətləblər  var  ki,  onları  da  mən  əşyayi-sübut  kimi  gətirib 
Sultanın fikrini döndərməyə çalışaram, inşallah. 
Onlar  söhbət  elədikləri  müddətdə  Sara  xatun  böyük  hərəm  Canbəyim  xatuna  da  üzüyü 
verib Səlcuqəşahbəyim xatunun çadırına girmişdi. 
Səlcuqəşahbəyim xatun uzanıb yorğanı da başına çəkmişdi. Sara xatun gələndə kəniz onu 
oyatdı. O, qalxdı, saçları pırtlaşmışdı, çox yatdığından gözlərinin altı da şişmişdi. 
“Ya oğlanlarına arxayındı, ya da oğlumdan əlini üzüb, onu gözləmir. Axşamnan yatıb heç 
nədən də xəbəri yoxdur” 
Səlcuqəşahbəyim iri döşləri, ətli əndamı, ağbəniz çöhrəsi olan gəlin idi. Amma Sara xatun 
onu həmişə qaraqabaq görərdi. İndi də onunla heç bir zarafat eləmədi, xoş söz demədi. 
Səlcuqəşahbəyim qalxıb gecə köynəyində qayınanasına yaxınlaşdı, onun əlindən öpdü. O, 
oturandan sonra özü də oturdu. Sara xatun dinməmiş özü başladı: 


9
–  Ana,  bir  şirin  yuxu  görürdüm.  Görürdüm  ki,  göydə  Günəşlə  Ay  yaxınlaşıb,  bunlardan 
biri  oğlum  Xəlilə,  o  birisi  Yaquba  oxşayır.  Bir  də  görmüşəm  ki,  rəmmal  gəlib,  buna  rəml 
atdırıram. Deyir o Günəş ki var, tacdı... 
Sara xatun əlini dodaqlarına qoydu. 
– Sus! Hələ bu ölkənin günəşi batmayıb ki, burnu selikli oğlunun başına tac qoyasan. 
– Mən elə demədim, yuxumu danışdım. Ay ana, vaxt keçəcək, ay keçib illər ötəcək, qərinə
dəyişəcək,  biz  hamımız  gedəcəyik,  Allah  eləməsin  sahibimizin  başından  bir  tük  əskik  olsun. 
Olur da, yə’ni mənim bu gül balalarımın başına... 
– Ayıbdı, Səlcuqəşahbəyim. Mənim oğlumun düşməni elə onun evinin içindəymiş ki. Al 
bu üzüyü, qaşında zəhər var. 
– Mənə zəhər verirsən? Bir səhvdi elədim, ağlım kəsmədi. Səlcuqəşahbəyim Sara xatuna 
tərəf dizin-dizin süründü. 
– Sal, barmağında saxla, mən içəndə sən də içəcəksən. 
Sara xatun hirslə dönüb ağır-ağır alaçıqdan çıxdı. 
Torağaylar  millənib  göyün  üzündə  oxuyurdular.  At  belində  oturan  Sara  xatun  başını 
qaldırıb baxdısa da, onu görə bilmədi. Onunla yanaşı at sürən Şeyx Heydərə döndü: 
– Bu torağay oxumağı xeyirliyədi, ya ziyanadır? 
– Xeyirliyə olar, nənə. 
Hava  işıqlaşar-işıqlaşmaz  yola  düşmüşdülər.  Qaradonlu  yanında  Arazı  bərəylə  keçmiş, 
Əbu Səidin Qızıltəpə yanında dayanan ordugahına yan almışdılar. Bir az da gedəndən sonra Əbu 
Səid döyüşçüləri onların qarşısına çıxdı. 
– Kimsiniz, hara gedirsiniz? 
– Elçiyik. Sultanın yanına gedirik. 
Sara  xatun  qara  çin  xarasından  çarşaf  örtmüşdü.  O,  belə  səfərə  çıxanda  mütləq  çadra 
örtərdi. Özgə vaxt çadra nə olduğunu bilməzdi. 
– Bu zənən xaylağı da elçidir? – Dəstə başçısının ki-nayəsinə Şeyx Heydər cavab verdi: 
– O zənən Uzun Həsənin anasıdır. Ona baş əyməlisən, ağayi başçı. 
Başçı  əlini  döşünə  basıb  tə’zim  elədi.  Sonra  da  başını  qaldırıb  qadına  baxdı.  Sara  xatun 
barəsində çox eşitmişdi. Onunla Fateh Sultan Məhəmmədin danışıqlarından da xəbəri vardı. İndi 
elə bil çadralı qadına yox, atlı, çadralı, yanındakı çalmalı gənclə bərabər göydən enən məleykəyə
baxırdı. 
Sara xatunun da, Şeyx Heydərin də atları dayanmışdı. Çünki onların qabağını beş nəfərlik 
bir dəstə kəsmişdi. Hamısı da quruyub qalmışdı. Nə edəcəklərini bilmirdilər. 
Sara xatun sifətini açıb onlara baxdı və dedi: 
– Kişi qadının yolunu kəsməz. Mən Sultanla danışığa gedən hökmdar anasıyam. 
Onlar tez yoldan çəkildilər və onları müşayiət eləməyə başladılar. 
Uzaqdan  Qızıltəpə  görünəndə  başçı  onlardan  yavaş-yavaş  gəlməyi  rica  edib  özü  atını 
ordugaha çapdı. 
Qızıltəpə ətrafı su dolu çuxurla əhatə olunmuş bir hündür, bir də alçaq təpədən ibarət idi 
ki,  monqollar  bu  kiçik  qalanı  dağıdıb  yerlə  yeksan  etmişdilər.  Təpənin  üstündə  keşikçilər 
qaralırdı. Amma ordugah aşağıda salınmışdı və göz işlədikcə çadırlar düzülmüşdü. At kişnərtisi 
düzləri başına götürmüşdü. Hardansa qalxana dəyən qılınc səsi gəlirdi. Görünür məşq keçirdilər. 
Sara xatun görürdü ki, sultanın qoşunu oğlununkundan xeyli çoxdur. 
Bir dəstə atlı ordugahdan çıxıb onlara tərəf çapırdı. 
Yolun sağında onlardan az aralıda iri, nəhəng Hindistan fili dayanıb xortumunu yellədir, at 
kimi elə bil milçəyini qovurdu. 
– Fili görürsənmi, ay nənə? 
– Görmüşəm, ay bala. Teymur Anqaraya bunlardan düz otuz səkizini gətiribmiş. Rəhmətlik 
anam danışardı. Mən fili sonralar gördüm. 
– İndi də Əbu Səid bizim üstümüzə fillə gəlib. 
– Özünü qorxuzma. Allah kərimdi. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə