Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə5/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   101

12
– İndi sizdə o güc qalmayıb. Atan Şeyx Cüneyd, düzdür, Sara xatunun qızı ilə evlənib, sən 
də onun oğlusan. Amma o nəsil bununla üçüncü dəfə tərsa qızı ilə evlənir. Qan dəyişib. Buna nə
deyirsən, şeyx?  
– Tərsanı müsəlman eləmək böyük savabdı. 
– Bəs imam övladının qanına tərsa qanı qatmaq necə? 
– Mən cavabımı verdim. 
Əbu Səid yüngülləşdi, əlini qaldırıb mübahisəni kəsdi. 
Üzünü Sara xatuna tutdu: 
– Ana, səni eşidirəm. 
Sara  xatun  yerindən  qalxmadı.  Alçaq,  lakin  hamının  eşidə  biləcəyi  bir  səslə  qətiyyətlə 
danışmağa başladı. 
– Sultan, burada bir neçə dəfə Əmir Teymurun ruhuna rəhmət oxunub. Amma onun yoluna 
əməl  olunmur.  Niyə?  Sözümü  kəsməyin,  mən  bir-bir  aydın  eləyim.  İranda  Teymur  qarşısına 
çıxan,  onunla  vuruşan,  qaçan,  Teymur  çəkiləndə  yenə  gəlib  həmin  torpaqları  tutan  kim  idi? 
Deyəcəksən  Qaraqoyunlu  Qara  Yusif.  Cahan  şah  kimdi?  Qaraqoyunlu  Qara  Yusifin  oğlu, 
Anadoluda, Diyarbəkrdə Teymurun dəstəsinə qoşulan, ona öz köməyini, sədaqətini əsirgəməyən 
kim  idi?  Qara  Yuluk  Osman.  Uzun  Həsən  kimdi?  Qara  Yuluk  Osmanın  nəvəsi.  Ağqoyunlu. 
Teymurun  dostları  onun  düşmənlərinə  qalib  gəliblər.  Teymurun  nəvəsi  isə  babasının 
düşmənlərinə  görə  onun  dostlarıyla  cəng  eləməyə  gəlib.  İndi  dostluğu,  düşmənliyi  necə  başa 
düşək. 
Sara xatun yaranan vəziyyəti yaxşı başa düşürdü. 
Şərqdə  Teymurun  əsasını  qoyduğu  imperiya  Şahruxdan  sonra  parçalanmışdı.  Əvvəlki 
əzəməti,  qüdrəti  saxlamaq  üçün  bundan  əlverişli  fürsət  ola  bilməzdi.  Qaraqoyunlular  əvvəllər 
onlardan asılı olsalar da, Cahanşahın vaxtında qüvvətlənmiş, o Sultan ləqəbi qəbul etmişdi. Ona 
daha  Teymur  oğullarının  dişi  batmırdı.  Belə  qüvvətli  bir  düşməni  artıq  Ağqoyunlular  aradan 
qaldırıb. Ağqoyunluların isə qüvvətlənmasi üçün vaxt lazım gəlirdi. Əbu Səid buna imkan verə
bilməzdi. Cahan şahın qanını alıb, onun yerinə başqa Qaraqoyunlu keçirməyi bəhanə gətirirdilər. 
Əsas qorxulu düşmən Uzun Həsən, onun Bayandur tayfası, bir sözlə Ağqoyunlular idi. Əgər o, 
aradan götürülsə Azərbaycan, Arran, İran, İraqi Ərəb, İraqi Əcəm Əbu Səidin əlinə keçəcəkdi. 
Əbu  Səid  vəziri  bayaqkı  ə’yanla  pıçıldaşdı.  Bundan  sonra  Sultan  qalın,  uca  səslə
danışmağa başladı. 
–  Biz  Yuluk  Osmanın  nəsilləri  Bayandurlar,  Ağqoyunlularla  dost  idik,  onların  ata-baba 
mülkü  Diyarbəkrdə.  Onlar  bizə  tərəf  yaxınlaşanda,  böyük  bir  ölkənin  hökmdarını  öldürəndə, 
bizim  də  sümüyümüz  sancır.  Ona  görə  də  vuruşmağımız  labüddür.  Çıxın  gedin  Diyarbəkrə, 
siznən həmişə dost olarıq. 
– Yaxşı dostluqdur, – deyə Sara xatun öz-özünə deyindi. 
–  Ana,  bu  yerlər  heç  vaxt  Ağqoyunluların  olmayıb.  Qaraqoyunluların  torpaqlarını  niyə
tutmaq istəyirsiniz? 
–  Bu  il  Diyarbəkrdə  quraqlıq  keçib,  mal-heyvanımızı  bu  tərəfə  qovmuşuq.  Əgər  İranın, 
İraqi Əcəmin, İraqi Ərəbin, Rey mülkünün qəhrini çəkirsinizsə, onlarda bizim gözümüz yoxdur. 
– Bəs Azərbaycan? 
– Öz yurdumuzdan da çıxaq? 
– Azərbaycan əmim Miranşah Mirzənin mülküdür. 
Sara xatun Əbu Səidə güzəşt etməyə gəlmişdi. O, Ağqoyunlu nəslini bu çətin anda xilas 
etməli, döyüşdən çəkindirməlijdi. 
–  Yaxşı,  onda  Sultan  razılıq  versə  bu  qışı  Qarabağda  qalar,  yazda  Diyarbəkrə  qayıdarıq. 
Yəqin ki, buna e’tirazınız olmaz. 
Əbu Səid çiynini çəkdi. Dejəsən bu fikirlə razılaşmağa hazır idi. Amma vəzir qalxıb yenə
onun qulağına nəsə pıçıldadı. O, danışdıqca Əbu Səidin gözləri qıyılır, bir-birinə yaxınlaşan göz 
qapaqları arasında qonur göz bəbəkləri parıldayırdı. Qızıl, daş-qaşla bəzənmiş tac qoymuş başını
tərpədib razılığını bildirdi. Sonra üzünü Sara xatuna döndərdi: 


13
– Köhnə, babaların dostluğu naminə mən Həsənlə vuruşmaqdan vaz keçirəm. Ancaq baba 
ruhu  əziz  olur.  Əmir  Teymur  həmişə  qışı  Qarabağda  keçirərdi.  Mən  də  bu  qışı  Qarabağda 
keçirmək istəyirəm. Hələ ki, yağışlar başlamayıb, çıxın kedin Diyarbəkrə. Sonra gec olar. 
Sara xatun ürəyinin dərinliyində bu danışıqdan razı qaldı. Oğlu sağ-salamat idi. Gəlinləri 
üzüklərdən  istifadə  etməyəcəkdilər.  Azacıq  qoşunları  da  dağılışmayacaqdı.  Demək  heç  olmasa 
fürsət gözləməyə ümid var. Ölümün pəncəsindən qurtarırdılar. 
Sara xatun Sultandan icazə alıb getmək istədi. 
– Bu saat sizi yola salarlar. 
Sultan işarə verdi. Açıq qolları və əzələli çiyinləri yağlanmış kimi parıldayan qara həbəş 
əllərində üstünə zərxara örtük salınmış bir nimçə gətirdi. Sultanın qarşısında diz çökdü. 
Sultan örtüyü qaldırdı. Qızıl nimçədə incilərlə dövrələnmiş, iri firuzə qaşlı nəfis bir qolbaq 
vardı. Sultan onu götürdü. 
– Ana, bu hədiyyəni kişilərin işini boynuna kötürən Sara xatuna mənim anam göndərib. Bu 
ona görə qiymətlidir ki, onu Əmir Teymur özü Təbriz ustalarına düzəltdirib. 
Sara xatun hədiyyəni kötürüb Sultana öz təşəkkürünü bildirdi. 
İkinci qara qul ovcunda yanaşı tutduğu qılıncı Sultana uzatdı. 
Bu qılınc da qızılla işlənmişdi. Qəbzəsində almaslar da parıldayırdı. 
– Bu qılıncı isə biz dostlara bağışlarıq. Mənim hədiyyəm kimi Həsən bəyə verərsiniz. 
O,  “bəy”  kəlməsini  xüsusi  bir  vurğu  ilə  deyirdi.  “Bəy”  ləqəbi  Sultandan  sonra  gələn 
altıncı-yeddinci dərəcəli titul idi. 
Sultan  Əbu  Səid  Şeyx  Heydəri  də  yaddan  çıxarmamışdı.  Qabaqda  cavan,  saqqalından, 
əmmaməsindən  və  libasından  ruhaniyə  oxşayan  şəxs  qara  örtüyə  bürünmüş  bir  əşya  gətirdi. 
Sultan Əbu Səid onu aldı, örtüyü açdı, qızıl qabda dəri cildli kitab vardı. 
– Ya şeyx, yaxına gəl. 
Heydər yaxına getdi. Sultan Əbu Səid dəri cildli kitabı dodaqlarına yaxınlaşdırandan sonra 
onu Şeyx Heydərə uzatdı. 
– Qahirə Abbasi xəlifəsinin babama göndərdiyi Qurani şərifin bir mübarək nüsxəsidir. Bu 
nüsxə Darül İrşada nəzirdir, onu sənə verməklə özümü xoşbəxt bilirəm. Cəd-diniz köməyimizdə
olsun. 
Şeyx Heydər də, Quranı öpüb gözünə qoyandan sonra qızıl qabına saldı, qara örtüyə büküb 
götürdü. 
Onlar mürəxxəs oldular. 
Uzun  Həsən  anası  və  bacısı  oğlu  ilə  bərabər  alaçığında  oturmuşdu.  Sara  xatun  danışığın 
gedişini  olduğu  kimi  danışdıqca  oğlu  əsəbiləşirdi.  O,  iri  barmaqlarını  dodaqlarına  dayamışdı. 
Hirsləndikcə yumruğunu gürz kimi dizinə endirirdi. 
Anası onu sakitləşdirirdi. 
–  Döz,  oğlum.  Hökmdarın  birinci  üstünlüyü  onun  səbridir. Səbrlə dünyanı tutmaq olar – 
səbrsizliklə ayağının altındakı bir qarış torpağı da uduzarsan. Biz ondan vaxt oğurladıq. Vuruş
olmayacaq.  Biz  Qarabağdan  çıxırıq.  Bilmək  olmaz  beş  gündən sonra nə baş verəcək. Bizi çox 
lütflə qarşılayıb, lütflə də yola saldı. Amma  Şeyx Heydər, onun hədiyyələrindən ağlım bir şey 
kəsmədi. 
– Mənim də. 
– Sən nə fikirləşdin? 
– O qolbaq ki, var, onu gərək açıq verəydilər, bağlı verdilər. Bu o deməkdi ki, siz mənim 
əlimdə bu qolbaq kimi mühasirədəsiniz. Mənə də nəzir verdiyi hədiyyə o demək idi ki, sən bu 
işlərə  qarışma,  get  kitabını  oxu.  Bircə  dayıma  göndərdiyi  qılıncı  başa  düşə  bilmədim.  Özü  də
deyir ki, bu qılıncı dosta bağışlayırıq. 
Uzun Həsən qalxıb alaçığın dirəyindən asılmış qılıncı götürdü. Dəstəyi ovcunda itdi. Əlini 
qına atdı. Qılıncı siyirmək istədi. Amma tiyə qından çıxmadı. Bir də güc elədi, yenə çıxmadı. Bu 
qılıncın tiyəsi yox idi. 
– Demək belə, mənə də demək istəyir ki, sənin qılıncının tiyəsi yoxdur. Qılıncın qında pas 
atacaq. Ana, mən onunla vuruşmaq istəyirəm. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə