Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə6/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   101

14
– Oğul, cavansan, beynin hələ qandı. Hər şeyi ölçüb biçmək lazımdır. Çağır sərkərdələrini, 
yaxın adamlarını, ağsaqqalları məsləhətləşək. Sənin bu döyüşün diri gözlü ölümə getməkdir. 
– Dayı, mənim də bir məsləhətimə qulaq asın da. 
– Buyur, Şeyx. Cəddini köməyimizə çağır görək necə olacaq. 
–  Biz  ona  kələk  gəlməliyik.  Biz  buradan  çəkilək.  Qoy  Əbu  Səid  Arazı  keçsin.  O,  Arazı
keçib Qarabağa gəlsə işlər düzələcək. Onda biz Arazı o taya keçərik. Qarabağda bu qış ot yoxdu. 
Quraqlıq keçib, taxıl da yoxdu. Qırx-əlli minlik ordunu, bir o qədər atı, filləri, dəvələri saxlamaq 
mümkün  deyil.  Biz  də  Arazın  o  tayında  yolları  kəsərik.  Əbu  Səidin  özü  düşəcək  o  qolbağın 
arasına. 
Uzun Həsənin fikri harasa getmişdi. Şeyx Heydərin dediklərinin yarısını eşidə bilməmişdi. 
Ona görə də xahiş elədi ki, təkrar danışsın. Təklif olunan ağlına batdı. Üzünü anasına çevirdi. 
– Sən nə deyirsən? 
– Çox ağıllı fikirdi. Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur. 
–  Arazın  o  tayına  keçsək  Ərdəbil  də  bizim  olacaq.  Qoşunu  elə  Darül  İrşaddan  gələn 
ehsanla  saxlayarıq.  Hər  gün  yüzlərlə  mürid  gəlir.  Onları  silahlandırıb  qoşunun  sayını  artırarıq. 
Xorasandan gələn yolları kəsib qoşununun bütün ərzaq yolunu bağlayarıq. 
Uzun  Həsən  gecənin  bu  vaxtı  elə  bildi  günəş  doğur.  Onun  düşdüyü  zirzəmilər  işıqlaşır, 
qapılar,  pəncərələr  taybatay  açılır.  O,  bütün  varının,  dövlətinin  hamısını  bacısı  oğluna 
bağışlayardı. Daha söhbəti də uzatmağı lazım bilmədi. Heç kimi də çağırmadı. Ayrı təkliflər olsa 
fikirlər haçalanacaqdı. Bu fikrin üçünün arasında qalacağını sözləşdilər. Sonradan Uzun Həsən 
özü hərəkət edəcəkdi. 
– Gedin, yatın. Axşamın xeyrindən, səhərin şəri yaxşıdır. 
 
Şeyx Heydər də, Sara xatun da öz çadırlarına getdilər. O, bir an fikirləşdi. Hansı xatunun 
yanına  getsin?  Müqayisə  elədi,  ölçdü,  biçdi.  Ürəyi  onu  Dəspinə  xatunun  yanına  çəkib  apardı. 
Xəbər göndərdi kn, hökmdar onun yanına gəlir. 
Uzun  Həsən  başını  əyib  alaçıqdan  girəndə  yan-yana  iki  gözəl  dayanmışdı.  Biri  Dəspinə
xatun,  o  birisi  də  anasını  təkrar  eləyən  qızı  Aləmşahbəyim.  Onun  keyfi  kök  idi.  Əvvəl qızının 
alnından öpdü. Əyildi, qızı başını onun çiyninə qoydu. 
– Mənim gözəl qızım gözümə bikef dəyir. 
– Yaqub saçımdan tutub dartıb. Deyir sənin saçların niyə qızılıdı? 
– Deyəydin qızıldandı da, a qardaş. Eyb eləməz. 
O  qızının  başını  qaldırıb gözlərinə baxdı. Aləmşah-bəyim on beş yaşa keçmişdi. Birdən-
birə ürəyinə bir niyyət gəldi. “Heydərin tədbiri baş tutsa, Aləmşahbəyimi ona verəcəyəm”. 
Amma o bilmirdi ki, gənc Heydəri neçə vaxtdı elə buraya bağlayan Aləmşahbəyimdir. 
Üç  gün  idi  ki,  yağış  başlamışdı.  Bütün  göy  üzü  bulud  idi.  Amma  o  buludların  səddi-
sərhəddini ayırmaq mümkün deyildi. Boz buludlar lap aşağı enmişdi. Narın, kor yağış kəsmək 
bilmirdi.  Yayın  quraqlığından  çat-çat  olub  ayrılmış  muğan  torpaqları  sudan  doymurdu.  Su 
dənəvərlənmiş  torpaqları  elə  isladırdı  ki,  yollar,  çöllər  keçilməz  olmuşdu.  Üçüncü  gün  Araz 
daşıb  bərəni  də  götürüb  aparmış,  Qaradonlu  kəndindən  neçə  çovustanı  yumuşdu.  Yağış  isə
kəsmirdi ki, kəsmirdi. 
Uzun Həsənin alaçığı indi Qızıltəpənin yanında qurulmuşdu. 
İş elə gətirmişdi ki, Sultan Əbu Səid Qarabağa keçmiş, Uzun Həsən isə Arazın sağ sahilinə 
adlamışdı.  İşlər  Şeyx  Heydərin  tökdüyü  tədbir  kimi  gedirdi.  Bu  tərəfdən  də  yağış  başlamışdı. 
Yağış  da  Uzun  Həsənin  köməyinə  çatmışdı.  Payızda  Muğana,  Milə  yağış  yağanda  ot  cücərir, 
göbələk  də  çıxırdı.  Amma  payızdan  çox  ötmüş,  havalar  soyumuşdu.  Bundan  sonra  otun 
cücərməyinə  ümid  yox  idi.  Sultan  Əbu  Səid  özünü  çətin  vəziyyətə  salmışdı.  Uzun  Həsən 
alaçığında  tək  oturmuşdu.  Xidmətçi  onun  qarşısında  süfrə  salmışdı.  Çadırın  yanında  üstündə
talvar qurduqları ocağın səngiyən közünü dağıdan xidmətçi şor motalına oxşayan dərini çıxartdı. 
Qoyunu  doğrayıb  duzlamış,  ədviyyə  vurub  təzədən  dəriyə  doldurmuş,  tikib  odun  içinə
basdırmışdılar.  İndi  oddan  çıxartdılar.  Dərinin  tükü  tamam  yanmışdı.  Yanan  yunun  kəskin  iyi 
ətrafa yayılmışdı. Artıq dəri ütülmüşdü. İki nəfər dərini götürüb iri məcməyiyə qoydu. Bıçaqla 


15
motalı cırdılar, dəri açıldı. Qalxan buxar hər iki adamı görünməz etdi. Onları kəklikotu, zəncəfil, 
sarıkök iyi vurdu. Sonra yeməyi ayırıb bir məcməyiyə yığıb buğlana-buğlana alaçığa apardılar. 
Uzun Həsənin kefi kök idi. Yeməyin ətri ona çox xoş gəldi. 
– Bəh-bəh, – deyə aşbazları tə’riflədi. 
Süfrəyə  yumşaq  ağ  lavaş  qatlanıb  yığılmış,  şüşə  qabda  nar,  heyva,  sinidə  qarpız  kəsilib 
düzülmüşdü. 
O, çox vaxt yeməyi tək yeyərdi. Aşbazlar gedəndən sonra iri qara gözlü, kirpikləri əyilib 
sifətinə kölgə salan rumlu qız şüşə qabdan kasaya şərbət süzdü. 
Hökmdar yeməyə girişdi. Bir azdan qoyundan yalnız sümüklər qalmışdı. Qız aftafa-ləyən 
gətirdi. Su tökdü, o əllərini yudu. 
– Şükür sənə, ilahi – dedi – Qıza iri bardağı göstərdi. O, bardaqdan böyük çini parça su 
süzdü.  Uzun  Həsən  suyu  da  içəndən  sonra  qalxıb  alaçıqdan  çıxdı.  Rumlu  kəniz  süfrəni 
yığışdırmaqla məşğul oldu. 
O, qapıda görünən kimi xidmətçilər, sərkərdələr, ə’yanlar onun ətrafına yığıldılar. 
– Yağış kefinizi pozmayıb ki? 
– Nur yağır, nur. 
– Kimin üçün nurdu, kimin üçün cəhənnəm odu. Yaxşı, mənə at gətirəcəkdilər... 
– Hazırdır, – deyə Əmiraxur dilləndi. Bir ilxı at sizin ixtiyarınızdadı, böyük hökmdar. 
Atları yəhərləmişdilər. Yüyən vurmuşdular. Birinci atı gətirdilər. Bu uzun boyunlu, nazik 
ayaqlı, sivri sağrılı türkmən atı idi. 
Uzun  Həsən  yüyəni  yalın üstündən keçirdi, ayağını üzəngiyə qoymamış tullanıb yəhərdə
oturdu.  Amma  yəhər  yatdı,  atın  ayaqları  qabağa  sürüşdü,  dal  ayaqları  çökdü.  O,  tullanıb 
yəhərdən  yerə  düşdü.  Sara  xatun  da  dayanıb  oğlunun  özünə  at  seçməsinə  baxırdı.  Atın  beli 
oğlunun  ağırlığına  tab  gətirməyib  az  qala  qırılmışdı.  Uzun  Həsən  günahkar-günahkar  anasına 
baxdı. 
– Ana, məni tutsa bu bədbəxt atların ahı tutacaq. 
Atın  gözləri  irilmişdi.  Əmiraxur  yaxınlıqda  dayanan  əsgərin  nizəsini  alıb  türkmən  atının 
qabırğaları arasına sancdı. Atın başı yerə gəldi. 
 
– Ay oğul, Allah o heyvanları belə yaradıb, sənin nə günahın.  
Atın cəsədini sürüyüb apardılar. 
Mehtərlər ikinci bir köhləni çəkib gətirdilər. 
– Ərəb atıdır. 
Ağ  rəngli  bu  köhlənin  ağ  yalı,  ağ  quyruğu  vardı.  Uzun  Həsən  köhlənin  duruşuna, 
gözəlliyinə baxıb heyran qaldı. Onun belinə qalxıb şikəst eləməyə heyfi gəldi. 
– Bunun da beli sınar, heyifdi.  
Əmiraxur güldü. 
–  Dünyanın  bütün  ilxıları  sənə  qurban  olsun.  Hökmdarımızın  atı  gərək  onun  adına 
layiq...Bütün  cinslərdən  gətirmişik.  Harada  bir  adlı-sanlı  at  varsa  onun  balalarını  tapmışıq, 
almışıq. 
Uzun Həsən nə qədər ucaboy, ağır olsa, bir o qədər də yüngül, cəld idi. Ayağını üzəngiyə
keçirib,  yəhərə  qalxmağı  xoşlamazdı.  Bir  dəfəyə  ayağını  yerə  vurmaqla  qalxırdı.  Ona  görə  də
yəhərə ağırlıq birdən-birə düşür, atların çoxusu dözmür, beli qırılırdı. 
O,  ərəb  atını  da  belə  mindi.  Yox,  bunun  beli  sınmadı.  Deyəsən  onu  yaxşı
əhliləşdirməmişdilər.  Dəlilik  eləyirdi.  Yüyəni  dartanda  şahə  qalxır,  süvarini  belindən  salmağa 
çalışırdı.  Uzun  Həsən  atın  yüyənini  buraxdı.  Kövşənlə  ox  kimi  uçurdu.  Düşərgədən  çox 
uzaqlaşmadı. Aralıdan başını döndərdi, dövrə vurub gəldi. Amma birdən-birə köhlənin başı aşağı
getdi, ayağı horraya dönmüş palçıqda siçan yuvasınamı, nəyəsə keçmişdi. Həsən atın boynundan 
uçub qabaqda yerə düşdü. Hələ göydə ikən özünü düzəltmişdi. Ayaq üstündə düşdü və topuğa 
qədər palçığa batdı. 
Ə’yanlar ona tərəf qaçmaq istədilər, amma hökmdar qamətini düzəltdi, qırmızı məstlərinin 
topuqdan  yuxarı  palçığa  batmağına  fikir  verməyib  iri  addımlarla  onlara  tərəf  gəlməyə  başladı. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə