Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə8/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   101

18
Ordugahdan heyrət nidaları qalxdı. Qazların ikisi də sinələrindəki oxlarla bərabər hərlənə-
hərlənə  gəlib  yerə  düşdü.  Ata  oğlunun  qolundan  tutub  alaçığa  apardı.  Ata  keçib  taxtında 
oturmadı.  Alaçağın  ağzında  palçıqlı  məstlərini  çıxartdı,  naxışlı  yun  corabda  xalçanın  üstü  ilə
keçib döşəkçənin birinin üstündə bardaş qurdu. Oğlu da məstlərini çıxartdı. Ayaq üstündə qaldı. 
Gəl görüm, otur yanımda. Səninlə məsləhətləşmək istəyirəm. 
– Eşidirəm, atayi mehriban. 
– Şeyx Heydər on min müridlə bizim köməyimizə gəlir. Bizim qüvvəmiz artır. Əbu Səidin 
əli-ayağı  bağlanır.  Biz  indi  ona  rahatlıq  versək,  özümüzə  qəbir  qazarıq.  Səni  bir  minbaşı  kimi 
səfərə  göndərmək  istəyirəm.  Gecəylə  hücuma  keçib  düşmənə  ağır  zərbə  vurub  qayıdacaqsan. 
Görüm sərkərdəlik qabiliyyətin də ox atmağın kimi olacaqmı? 
– Baş üstə, atayi mehriban. Mən hazır. 
– Yüzbaşıları özün seç. 
Bununla da ata ilə oğulun söhbəti qurtardı. Uğurlu Məhəmməd qalxdı. Elə çıxdı ki, arxası 
atasına tərəf düşmədi.  
Bir  aya  yaxın  çəkən  yağışlar  bir  gecə  qara  çevrildi.  Səhər  hər  tərəf  ağ  bir  örtüyə
bürünmüşdü. Sultan  Əbu Səid qalxıb soyuq çadırda gərnəşdi. Yorğanı üstündən atıb isti paltar 
geyindi.  Yaxasına,  ətəyinə,  qollarına  samur  xəzi  tikilmiş  xorasan  kürkünə  bürünüb  çadırdan 
çıxdı.  Yanı  ilə  onu  kölgə  kimi  izləyən  adamlara  əhəmiyyət  vermədən  yeriyirdi.  Ordugahın 
arasında iri bir şeyin üstünə qar yatmışdı və nə olduğu bilinmirdi. 
– Bu nədi belə? 
– Fildi, Sultani əzəm. Ölüb. 
– Fil ölüb? 
– Bəli. O isti yerin heyvanıdır. Qarabağın soyuğuna dözmədi. 
–  Soyuğuna  yox,  aclığa.  Bütün  günahlar  səndədir,  vəzir.  Məni  bu  tələyə  salan  sənsən. 
Qarabağı da vermirdik, babamın iyini almağa gəlirdim. İndi fil leşinin iyini alarıq. Səltənəti sən 
məhv elədin. 
Sara  xatunu  Əbu  Səidin  çadırına  gətirən,  sonra  sultanın  qulağına  pıçıldayan  vəzirin  bu 
sözdən  sonra  dişi-dişinə  dəyirdi.  Soyuq  da  tə’sirini  göstərirdi.  O  Xorasanda  belə  soyuq 
görməmişdi. Üç gün dalbadal əsən külək birdən-birə qar gətirmişdi.  
– Nə oldu elçilər?  
– Elçilər əliboş qayıdıb. 
– Necə? Qarabağı da, Azərbaycanı da, İraqi Əcəmi, İraqi Ərəbi, lap Reyi də veririk, Uzun 
Həsənin gözü doymur? O ki bizdən bir buranı istəyirdi. 
– “Yox” deyib durub. 
Ordugahdakı çadırlardan çıxan yox idi. Sultan elə bildi ki, qoşundan salamat qalanlar da 
onu  tərk  edib.  Çadırlardan  birinə  girdi.  Səsini  çıxartmadı.  Silahlı-əbləsəli  oturub  yuxuya 
gedənlərdən heç biri yerindən qımıldanmadı. Vəzir qışqırdı: 
– Sultanı görmürsünüz? 
Heç  kimdən  səs  çıxmadı.  Vəzir  qapının  yanında  oturan  əsgəri  təpiyi  ilə  itələdi.  Əsgər 
yıxıldı, başından dəbilqə, düşüb o biri əsgərin sinəsindəki qalxan şəkilli zirehə dəyib cingildədi. 
Amma nə yıxılan, nə onun toxunduğu qımıldanmadılar. 
– Sultani əzəm, çıxın buradan. Vəba...  
Sultan geri qayıtdı. 
– Ölənlər də, xəstələr də yandırılsın! 
– Baş üstə, – deyə əmirsipəhsalar dindi, amma sözünü dəyişdi. 
– Odun yoxdu, Sultani əzəm. 
Əbu Səid çadırına qayıtdı. Əmirsipəhsaları çağırıb qulağına nəsə pıçıldadı. O, çıxdı. Vəzir 
Sultanı danışdırmaq istədi, amma onun danışmağa həvəsi qalmamışdı. Bir azdan əmirsipəhsalar 
beş  nəfər  silahlı  əsgərlə  çadıra  girdi.  Vəzir  deyəsən  bütün  bunların  onun  əleyhinə  olduğunu 
görüb gah əmirsipəhsalara, gah da sultana baxdı. Özü qıc kimi olsa da, gözləri yerində oynayır, o 
tərəf bu tərəfə qaçırdı. Sultan üzünü əmirsipəhsalara çevirdi. 
– Deyəsən vəzirimiz məşhur nəsildəndir. 


19
– Bəli, Sultani əzəm, Barmakilərdəndir. 
–  Yalan  desən  də  inanırıq.  Barmakilərin  kökü  çoxdan  kəsilib.  Bir  də  onlar  belə  ağılsız 
məsləhət verməzdilər. Hər halda əsilzadəsən –  Sultan bu sözdən sonra taxtının yanından asılmış
yayını götürüb baxdı. Ucları ceyran buynuzundan düzəldilmişdi. Tutacağı qızıldan idi. 
– Bu heyifdi. Bir yay gətirin, kirişi yoğun olsun. Vəzir Sultanın qabağında diz üstə çökdü, 
ona tərəf süründü. 
–  Sultani  Əzəm,  mən  bütün  Qaraqoyunlu  mülkünü  öz  mülklərimizə  qatmaq  üçün  belə
məsləhət  vermişəm.  Mənə  rəhminiz  gəlsin.  Mən  sizə  həmişə  sədaqətlə  qulluq  eləmişəm. 
Şirvanşaha göndərdiyim elçilər qayıtsın, hər şey yaxşı olacaq. İnandırıram sizi. 
– Şirvanşah?.. Nə vaxt göndərmisən?   
– Bir həftədir. Bu gün gələcək. 
Sultan çadırın açıq qapısından baxdı. Gördü ki, bir atlı çapa-çapa gəlir. Atdan buğ qalxır. 
Onun ata paxıllığı tutdu. Gör necə canı istidi ki, buğlanır. Mən bu qədər paltarın içində donuram. 
Atlı gəlib çadırın yanında yəhərdən aşırıldı.   
– Gəldi, elçi, gəldi elçi. – İcazə verin içəri gəlsin. 
– Gəlsin. 
Elçini  çağırdılar.  O,  içəri  girib  əlini  döşünə  qoyub  baş  əydi,  belindəki  əyri  qılınc  qalxıb 
çadıra toxundu. 
– De görək nə xəbərlə gəlmisən? 
Bəd xəbərlə gəlmişəm, Sultani əzəm. Şirvanşah... 
– Hanı məktubu? 
–  Məktubu  yazmağı  da  lazım  bilmədi.  Dilcavabı  buyurdu.  Dedi  ki,  bəs  mən  Sultan  Əbu 
Səid həzrətlərinə həmişə kömək eləmək istəyirdim. Babam da onun babasının sayəsində hökm 
sürmüşdü.  Amma  qorxuram.  Uzun  Həsən  məktub  yazıb.  Yazıb  ki,  baban  Şeyx  İbrahim 
Teymurləngə hədiyyənin hamısını doqquz dənə aparmışdı, qulu səkkiz. Əmir Teymur soruşanda 
ki,  qul  niyə  səkkizdi,  demişdi,  mən  də  doqquzuncu.  İndi  nə  Əbu  Səid  Teymurləngdir,  nə  sən 
Şeyx  İbrahim.  Ona  ərzaq  göndərsən,  qoşun  versən,  kömək  eləsən,  Şirvanı  yerlə-yeksan 
eləyəcəm. 
– Sən mürəxxəssən. 
Elçi getdi. Vəzirin rəngi çadırın parçası kimi ağarmışdı. Bu vaxt yay dalınca gedən əsgər 
qayıtdı. Sultan əmirsipəhsalara işarə etdi. 
–  Mənim  gözümün  qabağında.  Qədim  adətimizlə  yayın  kirişiylə.  Qoy  bu  satqın  mənim 
ölümümü  yox,  mən  onun  ölümünü  görüm.  Əmirsipəhsalar  əsgərlərə  işarə  elədi.  İkisi  vəzirin 
qollarını  burdular.  Əmirsipəhsalar  arxa  tərəfində  dayanıb  yayın  kirişini  onun  hulğumuna 
söykədi, yayın əyri uclarından tutub var gücü ilə özünə tərəf dartdı. Vəzirin gözləri hədəqəsindən 
çıxıb çevrildi, bir neçə andan sonra onun qolları boşaldı, rəngi qaraldı. 
– Hazırdı, Sultani əzəm. 
– Görürəm. Sürüyün meyitini atın düzün ortasına. Canavarlar... 
– Sultani əzəm, axı o əsilzadə nəslindəndi, müsəlmandı. 
– Yaxşı, nə eləyirsiniz, eləyin. Qoy bu işi əsgərlərin görsün. Səni özgə yerə göndərəcəm.– 
Əsgərlərdən ikisi vəzirin meyitini büküb apardılar. O birilər də çıxdı. 
Sultan  gedib  taxta  oturdu,  sifətini  ovucları  arasına  aldı.  Xeyli  fikirləşdi,  sonra  fikirlərinə
qarşı elə bil üsyan elədi. Ayağa qalxdı. 
–  Haradasan,  ulu  baba,  haradasan?  Ya  bizi  yaratmayaydın,  ya  da  öz  ağlından  bizə  də
verəydin. Sən dünyanın ən böyük hökmdarlarını əlində oyuncağa döndərmişdin, indi mən, sənin 
nəvən bir tərəkəmə bəyinin əlində əsir-yesir qalmışam. Diril, başını qaldır, mənə bir yol göstər. 
Əmirsipəhsalar quruyub qalmışdı. Sultanın acizliyi onun bütün ümidlərini qırmışdı. Amma 
bu dar macalda ona kömək eləmək istədi. 
– Ya Sultani əzəm, bir çıxış yolu var. 
– Hanı o çıxış yolu! 
– Salamat qalan qoşunu yığaq, Xudafərin körpüsündən keçək. 
 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə