Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə56/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   101

114
Bir azdan Rüstəm Mirzənin səsi eşidildi: 
– Bəs buna Təbriz camaatı necə baxar? Axı sarayın yanında, belə bir gündə... 
– Onda belə bir fikir də var. 
– O nə fikirdi? 
–  Şəhərdən  çıxsınlar,  yola  salaq,  sonra  dallarınca  böyük  bir  dəstəylə  gedib  yolda  işlərini 
bitirək. 
Murad  özünü  saxlaya  bilmirdi.  Az  qalırdı  ki,  içəri  girib  onların  hər  ikisini  də  doğrasın. 
Amma sonra onun sözünə kim inanacaq. O, necə də gəlib iyrənc, çirkin bir mühitə düşmüşdü. 
Murad  Əbih  Sultanı  gözləməyib  çıxdı,  atının  belinə  sıçrayıb  qızılbaşların  düşərgəsinə  tərəf 
çapdı. Lələ bəyi tapıb ona ikicə kəlmə dedi: 
– Burada vaxt itirməyib tərpənin. 
– Nəyə görə? 
– Sözdü deyirəm. Elə indi! – Sözlərini deyib atını döndərib çapıb getdi. 
ŞƏMASƏ MÜSİBƏTİ 
Ərdəbilə  bir  mənzillik  yol  qalmışdı.  Yeddi  yüz  atlı  yortma  yerişlə  keçib  gedirdi.  Birdən 
Sultanəli dedi: 
– Dayanın! 
Hamı atlarını saxladı. Gül çiçəkli dağın döşündə qəribə bir kənd vardı. Palçıq evləri elə bil 
qaranquşlar  bir-bir  dimdiklərində  daşıyıb  tikmişdilər.  Evlərin  də  hamısı  bir-birinə  yapışmışdı. 
Arı  pətəyinə  oxşayırdı.  Şırıltı  ilə  axan  dağ  çayı  göyün  yerə  düşən  bir  parçasına  oxşayan  gölə
tökülürdü. Göl o qədər duru idi ki, dağ da, kənd də onda əks eləyirdi. Elə bil burada biri-birinin 
eyni olan iki dağ və iki kənd var. 
Sultanəli bu gözəlliyin qarşısında özünü saxlaya bilməyib atının cilovunu çəkmişdi. 
– Bu hansı kənddir?  
Lələ bəy dedi: 
– Şəmasə kəndidir. Qurban olduğum pirin sürcalıdır. Onu Teymurləng anasının pulları ilə
alıb  pirə  bağışlayıb.  Bu  dünya  gözəlliyinin  bütün  ne’mətləri  müridlərinizə,  pirə  pənah  gətirən 
əlsiz-ayaqsızlara xərc olunur. 
– Bəlkə bir az dincələk? 
– Atlardan düşün, – deyə Lələ bəy əmr verdi. Onlar atlardan düşdülər. Təbrizdən çıxandan 
heç yerdə dayanmayıb at sürmüşdülər. Ona görə də hamı yorulmuşdu. Belə gözəl bir yerdə bir az 
dincəlmək pis olmazdı. 
Sultanəli  gölün  sahilinə  gəldi.  Dumduru  suyun  dibində  rəngbərəng  daşlar  görünürdü. 
Balıqlar  tənbəl-tənbəl  üzüb  gedirdilər.  Gül-çiçəyin,  yarpızların  ətri  aləmi  başına  götürmüşdü. 
Quşlar  elə  həvəslə  oxuyurdular,  arılar  elə  arxayınlıqla  vızıldaşırdılar  ki...  Bu  təbiətə  baxanda 
Sultanəli Təbrizdə onlara hörülən toru belə yaddan çıxartdı. Nə olaydı insanlar da belə təbiətin 
gözəlliyinə, duruluğuna, şirinliyinə oxşayaydılar. 
Gölün qırağında çiçəklərin, otların arasından qara torpaq yumşalmışdı, oradan sısqa axınla 
su axırdı. Sultanəli qızıl kəmərinə keçirdiyi üstündə zümrüd qaşları olan qızıl işləməli qılıncını
açıb  yerə  qoydu,  əyilib  torpağı  təmizlədi.  Su  azacıq  bulandı,  durulanda  gözünü  təmizlədiyi 
bulaqdan dumduru su axmağa başladı. O, bulaq açmışdı. Əllərini yudu, bulağın qabağına xırda 
daşlar düzdü, su şişdi. Bundan sonra dizini torpağa qoyub əyildi, dodaqlarını söykəyib o sudan 
içdi. 
– Sultanəli bulağı! 
Bu səs Lələnin səsiydi. 
O başını qaldırıb ona baxdı və gülümsədi. Bu gülüşdə bulaq kimi duru və sərin bir uşaq 
sadəlövhlüyü, təmizliyi vardı. 


115
– Lələ, deyəsən bir yaxşı iş gördüm axı. Bir bulaq gözü açmaq, bir ağlayan uşağı kiritmək, 
ovundurmaq qədər savab işdi. 
–  Həm  də  hökmdarın  öz  əliylə açdığı bulaq. Bunu bilənlərin hamısı o kiçik bulaqdan su 
içəcək, bir də görəcəksən ki, bulaq böyüdü, genişləndi, gurlaşdı. 
Sultanəli  qalxıb  kəmərini  götürüb  belinə  qurşadı.  Təbiətə  heyranlıqla  tamaşa  eləməyə
başladı. 
–  Lələ,  buranın  harası  cənnət  bağından  əskikdi?  Demək  ulu  tanrı  o  dünya  yox,  elə  bu 
dünyada da cənnət yaradırmış. 
– Bəli. Bunun da hamısı nurdandı. Bax, əsl nur elə budur, elə deyilmi? 
–  Nurdu,  nur.  –  Sultanəli  bura  elə  vurulmuşdu  ki,  qollarını  geniş  açmışdı.  Uçmaqmı
istəyirdi, ya bu gözəlliyi özü iləmi aparmaq istəyirdi, ya nədi, bir an gözünü buradan çəkmirdi. – 
Lələ, bu torpaqlar babamın türbəsinin soyurğalıdı, ona görə də burada yaşamaq üçün yaylaq evi 
tikdirmək olar. 
– Baş üstə! 
– Bilirsənmi harada? 
– Harada? 
–  Bax,  o  qayanın  üstündə.  Oradan  gölə  pillələrlə  enərik,  göl  kənarında  cığırla  gəlib  bu 
bulaqdan  su  içərik.  Bu  çiçəklik,  bu  çəmənlik  toxunulmaz  qalar.  O,  qanadları  qanovuz 
kəpənəklərin də xətrinə heç kim toxunmaz. 
Hüseyn  Lələ  bəyin  də  xoşuna  gəldi  bu  təklif.  Qayalar  buradan  uzaqlaşırdı.  Təbriz  yolu 
onların dibi ilə dolanıb gedirdi. Amma qayalar çılpaq deyildi. Göldən ayrılıb axan çay palıdların, 
fısdıqların arasından keçib axırdı. Suyun kənarında hündür baldırğan kolları bitmişdi. Daşların, 
qayaların üstü, ağacların kötüklərini qalın mamır basmışdı. Bu yaşıl yarğanda xırda, ulduz-ulduz 
çiçəklər  bitmişdi.  Yol  bu  çəmənliyə,  gölün  kənarına  qalxmırdı,  aşağıdan  keçib  gedirdi.  Qarşı
tərəfdəki meşəli dağların üstündən qar şırımları nəhəng saqqala oxşayan Savalan gözə dəyirdi. 
Onun  zirvəsi  yenə  də  görünmürdü.  Zirvənin  taleyi  belədir  də,  oradan  heç  vaxt  duman  əskik 
olmur. Haraya bir dərd-ələm, qayğı varsa bulud şəklində gəlib onun ətrafında yığılır. 
Aşağıda, Təbriz yolundakı keşikçinin fit səsi eşidildi. Hamı gərginləşdi elə bil. 
– Atları tutun. – deyə Dədə bəyin səsi eşidildi. 
Bu  vaxt  bir  atlı  çapa-çapa  gəlib  Sultanəlinin  yanına  çatanda  at  yıxıldı,  atlı  isə  yəhərdən 
tullanıb  düşdü.  At  əvədidi,  dal  ayaqları  göydə  quruyub  qaldı.  Çapar  isə  nəfəsini  güclə  dərib 
udqundu.  Lələ  onu  indi  tanıdı.  Bu  Ağqoyunlu  sarayının  sahibi  xəbəri  Murad  bəy  idi.  Lələ
soruşdu: 
– De görək nə olub? 
–  Əbih  Sultanla  Hüseyn  bəy  Əlixani  beş  min  atlı  ilə  dalınızca  gəlir.  Bu  yerə  bir  azdan 
çatacaqlar. Mən özümü güclə yetirdim, tədbir görün. 
Sultanəli Dədə bəyi, tuncdan tökülən, cəng atan qədim heykələ oxşar kobud Qara Piri bəyi, 
qədd-qamətli İlyas bəyi yanına çağırdı. 
– Fikrinizi deyin. Əbih Sultan beş min atlı ilə üstümüzə gəlir. Nə eləyək? 
Lələ fikrini dedi:  
 – Mənə elə gəlir ki, Ərdəbilə girib qapıları bağlayaq, ondan sonra onlarla vuruşmaq daha 
əlverişli olar. 
–  Lələ,  qələbə  ilə  qayıdırıq.  Ərdəbil  bizi  şadlıqla  qarşılayacaq.  Belə  bir  vaxtda  əgər 
düşmən əlindən qaçıb şəhərə girib qapıları bağlasaq, camaat yanında hörmətimiz qalarmı? Mən 
belə  başa  düşürəm  ki,  qalmaz.  Həm  də  qabağımıza  çıxan  camaata  deyəcəyik  siz  dayanın,  biz 
gizlənək? 
Lələ  bəy  onun  bu  sözləri  qarşısında  dinmədi.  Düzgün  fikir  idi.  Amma  beş  min  atlının 
qabağında yeddi yüz nəfər nə eləyə bilərdi? Onları sərçə kimi qırıb tökərdilər. 
Dədə bəy dedi: 
–  Mən  belə  başa  düşürəm  ki,  Lələ  bəyin  sözündə  də  həqiqət  var,  gənc  hökmdarımız  da 
doğru  deyir.  Amma  bəxtimizi  burada  sınasaq,  yaxşı  olar.  İşdi  olmadı  belə,  oldu  elə.  Onda 
Ərdəbil  Əbih  Sultanın  qarşısında  aciz  qalır.  Bir  tərəfdən  də  hökmdarımızın  anası,  qardaşları 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə