Fərqanə HÜseynova müSTƏQİLLİk döVRÜNDƏ azərbaycan – TÜRKİYƏ ƏlaqəLƏRİNİn kulturoloji aspektləRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə1/96
tarix27.10.2017
ölçüsü2,79 Kb.
#6976
  1   2   3   4   5   6   7   8   9   ...   96


__________Milli Kitabxana__________
FƏRQANƏ HÜSEYNOVA
MÜSTƏQİLLİK DÖVRÜNDƏ
AZƏRBAYCAN – TÜRKİYƏ ƏLAQƏLƏRİNİN
KULTUROLOJİ ASPEKTLƏRİ
(elm, təhsil, mədəniyyət)
BAKI – 2007


__________Milli Kitabxana__________
2
Elmi redaktoru:
Mübariz Süleymanlı
sənətşünaslıq namizədi, dosent
Rəyçilər:
Babək Qurbanov
fəlsəfə elmləri doktoru, professor
İlqar Hüseynov
pedaqoji elmlər namizədi, dosent
Fərqanə  Hüseynova.  Müstəqillik  dövründə  Azərbaycan –
Türkiyə  əlaqələrinin  kulturoloji  aspektləri (elm,  təhsil,
mədəniyyət). Bakı, 2007, 302 səh.
Kitabda Azərbaycan – Türkiyə mədəni əlaqələrinin milli-tarixi kökləri və
siyasi  aspektləri  araşdırılır, xalqlarımız  arasındakı əlaqələrin  inkişafında
tarixilik  amilinə və  siyasi-ideoloji  faktorlara diqqət  yetirilir. Elm  və  təhsil
sahəsində  qarşılıqlı əlaqələrin  təşəkkülü  və  inkişaf problemlərindən  bəhs
edilir,  təhsil  sahəsində  əməkdaşlığın  təməl  prinsiplərinə  dair  müqavilə,  pro-
tokol  və  razılaşma  sənədlərinin mahiyyəti,  ölkələrimiz  arasındakı  elmi
əməkdaşlığın  səciyyəvi  xüsusiyyətləri  açıqlanır  və  mədəni  ortaqlaşmanın
perspektivləri baxımından elmi konfransların nəzəri və praktik nəticələri şərh
edilir. Türk xalqlarının ortaq dəyərlərinin mühafizəsi və təbliğinə dair siyasi-
mədəni  təşkilatların  və  elmi  mərkəzlərin  fəaliyyət  proqramları,  o  cümlədən
“Türk  Dövlət  Başçılarının  Zirvə görüşləri”nin, TÜRKSOY-un,  “Türk  dövlət
və  topluluqlarının  dostluq,  qadraşlıq  və  əməkdaşlıq  qurultayları”nın  və
“Azərbaycanda Atatürk Mərkəzi”nin fəaliyyətləri nəzərdən keçirilir.
2007
098
4702000000
N
Qrifli nəşr
©
«Nurlan», 2007


__________Milli Kitabxana__________
3
GİRİŞ
Müasir dövrdə  kulturologiya  elmi mədəni  əlaqələrin  geniş
və təfərrüatlı şəkildə öyrənilməsini, onun yeni təfəkkür işığında
dolğun və kamil səpkidə tədqiq edilməsi işini vacib bir məsələ
kimi irəli sürür. Və bu gün bu istiqamətdə görülmüş hər bir iş
milli mədəniyyətimizi zənginləşdirdiyi kimi, həm də müasirlə-
rimizdə  elmi-mədəni  fikrin  və  yeni  ideya-estetik  dünyagürü-
şünün formalaşmasına böyük təsir göstərir. Mədəniyyətlərimiz
arasındakı əlaqələrdən bəhs edən elmi-tədqiqat əsərləri çoxdur.
Lakin kəmiyyət  göstəricisi  ilə  yanaşı  bu əsərlərdə  mövzunun
elmi  cəhətdən  təhlilində  birtərəfli  və  təzadlı  fikirlərə  də  rast
gəlinir.  Xalqlarımız  arasında  elmi-mədəni  əlaqələr  və  mənəvi
sərvətlər  mübadiləsi  hələ  istənilən  səviyyədə  deyildir.  Bunun
nəticəsidir  ki,  milli-mənəvi  dəyərlərimiz  hələ  lazımınca  başqa
xalqların ədəbiyyatlarında təmsil edilmir.
Ortaq  kulturoloji  irsimizin  tədqiqi  və  mənimsənilməsi
baxımından da bu sahədə boşluqlar müşahidə edilməkdədir ki,
bu nöqsanlar özünü, xüsusilə, türk xalqları arasındakı elmi-mə-
dəni əlaqələrin bu vaxta qədər arzulanan səviyyədə olmamasın-
da göstərməkdədir. Mədəniyyətlərimiz arasında əlaqələri öyrə-
nən tədqiqat əsərlərində vaxtilə tarixilik və müasirlik meyarları
baxımından  müəyyən  birtərəflilik  olduğundan türkdlli  xalqlar
arasındakı əməkdaşlıq,  xüsusilə Azərbaycan – Türkiyə elmi-
mədəni  əlaqələri  obyektiv  işıqlandırılmamışdır.  Halbuki  Azər-
baycanın  tarixi  taleyində,  milli  varlığında  və  mənəviyyatında
Türkiyə  olduqca  önəmli  bir  yer  tutmuşdur.  Lakin  təəssüf  hissi
ilə deməliyik ki, mövcud tədqiqat əsərlərində bütün bu mədəni-
mənəvi dəyərlərdən, elmi-mədəni təcrübələrdən əhatəli şəkildə
söz aça bilməmişik.
Türk  xalqlarının  kökü eyni  genetik-mənəvi  başlanğıcdan
qaynaqlanır.  İndi  dünya  yenidən  qloballaşmaya,  bütövləşməyə
doğru üz tutub. Müasir dünyada çoxsaylı iqtisadi, siyasi, hərbi,
hətta dini zəmində olan birliklər yaranmaqdadır. Ən böyük bir-


__________Milli Kitabxana__________
4
lik isə parçalanmış xalqların mənəvi bütövlüyündən yaranacaq
birlikdir. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq
bizim keçdiyimiz əzəmətli yolu keçib. Diqqət yetirsək, görərik
ki, bizim şanlı tarixi keçmişimiz yalnız bahadırlıq, alplıq, ərən-
lik  tarixi  deyil,  o  həm  də  bəşəriyyəti  qüdrətli  sənət  inciləri  ilə
zənginləşdirən, ucu-bucağı görünməyən bir mənəviyyat xəzinə-
sidir.  Türkün  böyüklüyü  elə  bir  həqiqətdir  ki,  onu  danmaq  və
gizlətmək  mümkün  deyil. İctimai-tarixi  proseslər  nəticəsində
türkün  coğrafiyası  hissə-hissə  paralanmış,  bölünmüş,  bölün-
dükcə  kiçilmişdir.  Başqa  türk  xalqlarının  da  problemləri  çox
olmuşdur.  Bəziləri  dinini,  bəziləri  dilini  itirmək  təhlükəsi ilə
qarşılaşmışdır. Belə olan halda bütün türk xalqları bu tarixi ge-
riləmənin,  tənəzzülün  səbəblərini  birlikdə  axtarmalıdırlar.  Bu
problemin həlli baxımından ən məntiqi cavabı isə Bilgə Kağa-
nın “Ey türk özünə qayıt, sən özünə qayıdanda böyük olursan”
düsturu verməkdədir.
XXI əsr bütün dünya dövlətləri və millətləri arasında iqtisa-
di, siyasi, mədəni əlaqələrin artması, son nəticədə qloballaşma
ilə xarakterizə olunmaqla yanaşı, eyni zamanda ayrı-ayrı xalq-
ların  etnik-mənəvi köklərinə  yenidən  dönüşü  ilə  də  xarakte-
rikdir.  İndi  Planetin  bütün  irili-xırdalı  dövlət  və  millətləri  kö-
nüllü və ya könülsüz, ixtiyari və  ya qeyri-ixtiyari son nəticədə
böyük qloballaşmaya aparıb çıxaran nəhəng inteqrasiya magis-
tralına  qoşulmaqdadır.  Qloballaşma  kontekstində  etnik-milli
mövcudluğun  siyasi,  iqtisadi,  kulturəl,  mənəvi  suverenliyi  ilə
bağlı milli konsepsiya və konseptual ideyalar yekcins deyil. Bu
prosesi  sosial-siyasi,  mədəni-mənəvi,  iqtisadi-güzəran,  elmi-
intellektual müstəvilərdə vahid qlobal harmoniya hesab edənlər
də  var,  kainatın  daha  çox  vahid  bir  mərkəzdən  idarə  olunan
bürokratik-texnoloji ərazi  vahidinə  çevrilmə  prosesi  olduğunu
iddia edənlər də. Ən müxtəlif mövqe və münasibətlərin xarak-
terindən  asılı  olmayaraq, qloballaşmaya  aparan  nəhəng  inteq-
rasiya  magistralı  bütün  planeti  sorub  aparmaqdadır.  Mümkün
olan ən optimal variant bu prosesə hər bir etnosun milli-mənəvi


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə