__________
Milli Kitabxana__________
35
qurulmuş əlaqələri isə ümummilli liderimizin layiqli davamçısı
İlham Əliyev inamlı surətdə davam etdirməkdədir. Hələ Azər-
baycan Respublikasının
baş naziri olarkən, İlham Əliyev Türki-
yə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti
ilə – 2003-cü il sentyabrın 8-də qardaş ölkədə işgüzar səfərdə
olmuşdur. Səfərdə Azərbaycanın Baş Naziri İlham Əliyevin bə-
yanat vermiş və çıxış etmişdir (13, s.57-61). 2005-ci il avqus-
tun 30-da isə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Prezident sarayında Türkiyənin SKAY TV telekanalının
“Strateji rapor” proqramının aparıcısı Gülay Dəyərliyə müsa-
hibə vermişdir (28, s.51-58). Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyev 2005-ci il iyunun 28-də Prezident sarayın-
da SNN-Türk telekanalının xəbər müdiri Gürkan Zənginə mü-
sahibə vermişdir. Müsahibə SNN-Türk telekanalı ilə birbaşa
yayımlanmışdır (24, s. 5-17).
Təbii ki, əlaqələrimizin inkişafına olan belə bir yüksək
münasibət qarşılıqlı olaraq Türkiyə rəsmiləri tərəfindən də ən
yüksək səviyyələrdə cavablandırılmışdır. Məsələn, 2005-ci ilin
iyun-iyul aylarına təsadüf edən səfəri zamanı Türkiyənin Baş
Naziri Rəcəb Tayyib Ərdoğan müxtəlif elm və mədəniyyət
qurumlarındakı görüşlərdə bildirmişdir ki, möhkəm təməl üzə-
rində qurulmuş Azərbaycan – Türkiyə münasibətləri bundan
sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. O, Azərbaycana
rəsmi səfəri çərçivəsində iyunun 30-da Azərbaycan Respub-
likasının Milli Məclisində deputatlarla görüş keçirmişdir. Tür-
kiyənin Baş Naziri Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə
etdiyi çıxışında bəyan etmişdir ki, Azərbaycan bizim üçün
müstəsna bir ölkədir. Münasibətlərimiz yalnız dövlətlərimiz
arasındakı qüdrətli həmrəyliyə deyil, eyni zamanda xalqlarımı-
zın paylaşdığı köklü tarix və könül birliyinə əsaslanır. Türk və
Azərbaycan xalqları eyni dildə danışırlar, ortaq bir tarixi pay-
laşırlar. Türkiyə və Azərbaycanın məqsədi ortaq bir coğrafi-
yada sülh, sabitlik və firavanlığın təmin edilməsidir. Belə bir
sağlam təməl üzərində qurulan, “Bir millət, iki dövlət” prinsi-