__________Milli Kitabxana__________
54
konvensiya; poçt-teleqraf konvensiyası; dəmiryolu konven-si-
yası (5, s. 144).
Azərbaycan – Türkiyə əlaqələrinin 1920 – 1922-ci illərini
əhatə edən sənəd və materialların araşdırılması sübut edir ki,
müttəfiqliyin bu dövründə Sovet Azərbaycanı ilə Türkiyə ara-
sında diplomatik münasibətlər qurulur. Dövlətlərimiz (ADR və
Osmanlı dövləti) arasında diplomatik münasibətlər 1918 –
1920-ci illərdə də vardı. O vaxt bolşevik-daşnak hərbi birləş-
mələrinin Azərbaycanda həyata keçirdikləri etnik təmizləmənin
qarşısını almış Osmanlı dövləti I Dünya müharibəsində məğlub
olmuş tərəf kimi Antanta və onun müttəfiqi olmuş dövlətlər
tərəfindən parçalandığı üçün bu dəfə özü köməyə möhtac qalır.
Ölkənin parçalanaraq Antanta ilə onun müttəfiqi olan dövlət-
lərin idarəsinə keçməsini qeyd-şərtsiz qəbul etmiş Osmanlı
sultanı və onun tərəfdarlarından fərqli olaraq Mustafa Kamal
paşanın hərbi-siyasi bacarığı sayəsində vahid lider ətrafında
birləşmiş vətənpərvər qüvvələr Antanta orduları ilə bütün
cəbhələr boyu mübarizəyə qalxmış və bu mübarizədə dönüş
yarada biləcək zəfərlər çalmışdılar. Bununla belə, maksimum
səfərbər edilmiş ölkədaxili hərbi-siyasi potensialın tükənmə-
sinin qarşısını ala bilmək və mübarizəni qələbə ilə başa vurmaq
üçün Mustafa Kamal paşa başda olmaqla vətənpərvər qüvvə-
lərdən ibarət olan Türkiyə Böyük Millət Məclisi (TBMM) həm
siyasi, həm də hərbi yardıma ehtiyacı olduğunu gündəmə
çıxarır (19, s.14).
Beləliklə, 26 aprel 1920-ci ildə TBMM adından Sovet Ru-
siyasına məktub göndərilir. Məktubda Sovet Rusiyasının anti-
imperialist qüvvələrlə mübarizəsinin dəstəkləndiyi, Türkiyənin
də eyni cəbhədə olduğu bildirildikdən sonra, TBMM-nin anti-
imperialist qüvvələrlə mübarizədə türk xalqının yeganə təm-
silçisi olduğunun tanınması və onlara hərbi yardımın göstəril-
məsi xahiş edilirdi. Sovet Rusiyası TBMM-nin bu müraciətini
müsbət qarşılayır və lazım olan yardımı da göstərir. TBMM
Rusiya və Azərbaycana öz səfirini göndərsə də, nə Rusiya, nə
__________Milli Kitabxana__________
55
də Azərbaycan Ankaraya səfirlərini göndərməyə hələ tələs-
mirdilər. Yalnız Cənubi Qafqaz respublikalarının hamısında
Sovet hakimiyyətinin qurulmasından və 16 mart 1921-ci ildə
Moskvada Rusiya ilə Türkiyə arasında dostluq müqaviləsinin
imzalanmasından sonra Azərbaycanın Türkiyədə diplomatik
nümayəndəliyinin açılmasına qərar verilir. Sovet Rusiyası ilə
Azərbaycan eyni siyasi və ideoloji cəbhəni təmsil etdiklərinə
görə, Azərbaycanın Türkiyəyə təyin olunacaq səfirinin kimliyi
barədə Leninə məlumat verilir və bu vəzifəyə İbrahim Əbilov
təyin olunur. İbrahim Əbilov 15 oktyabr 1921-ci ildə etimadna-
məsini TBMM-nin sədri və Ali baş komandan Mustafa Kamal
paşaya təqdim edir. Azərbaycanın diplomatik nümayəndəliyi
həmin gündən başlayaraq İbrahim Əbilovun vəfat etdiyi 23
fevral 1923-cü ilə qədər Türkiyədə fəaliyyət göstərir. İ.Əbilo-
vun vəfatından sonra Azərbaycanın Türkiyəyə səfiri təyin olun-
mur və bu funksiyanı Azərbaycanın da daxil olduğu SSRİ-nin,
yəni mərkəzi hökumətin nümayəndəsi yerinə yetirməyə başla-
yır (19, s. 15-16). Bununla belə, Atatürk dövründən sonra da
Rusiya (SSRİ) Türkiyə ilə münasibətlərində bu ölkəyə öz ira-
dəsini sırımaq siyasətindən əl çəkməmişdir. Türkiyənin Rüsiya
və ümumiyyətlə, SSRİ ilə münasibətlərində soyuqluq, Türkiyə-
nin Atatürkdən sonrakı rəhbərlərinin Avropa (kapitalist) döv-
lətlərinə üz tutması ilə deyil, II Dünya müharibəsi illərində və
ondan sonrakı dövrlərdə SSRİ-nin ideoloji sahədəki uğursuz-
luğunun Türkiyəyə ərazi iddiası ilə əvəz etməsi ilə başlamışdır.
Lakin Türkiyənin siyasi və diplomatik sahədəki çevikliyi, onu
gözləyən təhlükədən qurtara bilmişdir. Türkiyənin NATO üzvü
olmasından sonra isə, Türkiyənin daxili işlərinə qarışmanın ən
bariz göstəricisi, başqa ölkələrdə olduğu kimi, Türkiyədə də
solçu (kommunust) hərəkat və partiyalara maddi yardım gös-
tərmək və onları ölkədə rejimin dəyişdirilməsinə sövq etmək
idi. Bu niyyətlər uğursuzluğa düçar oldu. Ən başlıcası ona görə
ki, dövlətini milli dəyərlər özərində quran, “ölkədə sülh,
cahanda sülh” prinsipini isə daxili və xarici siyasətinin özülünə
__________Milli Kitabxana__________
56
yerləşdirən bir millət ona büsbütün yad olan dünyagörüşü rədd
etdi (19, s. s.20-21).
Çox mürəkkəb və ziddiyyətli bir tarixi şəraitin mövcudlu-
ğuna baxmayaraq Azərbaycan – Türkiyə mədəni əlaqələri heç
bir vaxt qırılmamış, müharibə şəraitində belə mədəniyyət xa-
dimlərinin qarşılıqlı əlaqələri davam etmişdir. Azərbaycanda
Atatürk Mərkəzinin nəşr etdirdiyi sənədlər və materiallar top-
lusuna daxil edilmiş 52 saylı mənbədə Azərbaycanın Türkiyə-
dəki diplomatik nümayəndəliyinin təşkil etdiyi xeyriyyə təd-
birinin proqramı bütün bu düdiklərimizi təsdiqləyən tarixi qay-
naqlardır. Azərbaycan Respublikası Siyasi partiyalar və ictimai
hərəkatlar Dövlət Arxivində mühafizə edilən bu sənəddə (fond
276, siyahı 5, iş 1, vərəq 155) əksini tapan bir faktı təqdim et-
məklə, ən ağır məqamlarda belə Azərbaycan – Türkiyə mədəni
əlaqələrinin kəsilmədiyini təsdiq etməyə çalışaq:
“8 kanun-u əvvəl pəncşənbə günü axşam bəylərə, cümə
günü xanımlara.
Azərbaycan səfir-i möhtərəm İbrahim Əbilov həzrətlərinin
himayələrində hasilati Himaye-i etfal cəmiyyəti mənfəətinə
olmaq üzərə azərbaycanlı qardaşlarımız tərəfindən tərtib edilən
“Azərbaycan Gecəsi Proqramı Küşad”.
Qazi Mustafa Kamal paşa həzrətlərinin Azərbaycanda bəs-
tələnən xüsusi marşları.
Birinci pərdə:
Bizim kirayənişin özünü öldürdü. “Bir pərdəlik məzhəkə”.
Hacı Fərzəli – Riza Təhmasib bəy.
Sevdimali – Əskər Topçubaşov bəy.
Ağa Bəy – Mirzə Davud Rəsulzadə bəy.
Kərbəlayi Bəndalı – Abdulmabud Zeynalov bəy.
Rejissor: Riza Təhmasib bəy.
(qısa məzmunu verilir...)
İkinci pərdə:
“Aşıq Qərib” operasından ikinci pərdə.
Aşəq Qərib – Nadir İbrahimov bəy.
Dostları ilə paylaş: |